
Fitr Bayramı Namazı
Şəvval ayının birinci günü fitr bayramıdır.
Bir ay ibadət və orucdan sonra bu tövfiqə, lütfə görə namaz qılmaq
lazımdır. Bu namaz imamın dövründə vacibdir və camaatla qılınmalıdır.
Lakin bizim zamanda müstəhəbdir.

Bu namazın vaxtı bayram günü günəş çıxandan günortayadəkdir.
Lakin daha yaxşı olar ki, günün əvvəlində günəş qalxdıqdan sonra qılınsın
. Birinci rəkətdə “Həmd” və “Surə” oxunduqdan sonra beş təkbir deyilməlidir
və hər təkbirdən sonra qunut tutulmalıdır. Qunutda istənilən duanı oxumaq
olar. Lakin “əllahummə əhləl-kibriyai vəl-əzəmə. . . “ duasını oxumaq
daha yaxşıdır. İkinci rəkətdə dörd təkbir deyilir və
hər təkbirdən sonra qunut tutmaq lazımdır.
Mə’nəviyyat dolu fitr namazı insanı Allah barədə düşündürür,
tövbə halı yaradır. Bayram namazından öncə qüsl vermək,
xüsusi dualar oxumaq və açıq səma altında dayanmaq müstəhəbdir.

İmam Riza (ə) buyurur: “Allah fitr gününü bayram qərar verdi ki,
müsəlmanların bir araya gəlməsi üçün səbəb olsun, eləcə də, həmin
gün insanlar Allah qarşısında Onun ne’mətlərinə görə tə’zim etsinlər.
Demək, bu gün bayram, toplanış, zəkat, rəğbət və dua günüdür.”
(“Vəsail”, 5-ci cild, səh.141; “Mən la yəhzur”, 1-ci cild, səh.522)
Şərafətli bir hədisdə həmin namaz
və bayramın fəlsəfəsi belə bəyan olunmuşdur:
Toplanış və bir araya gəlmək;
Zəkat və fəqirlərə əl tutmaq;
Allaha doğru rəğbətlənmək;
Allah qarşısında yalvarış.

Bütün bunlar uyğun namaz və mərasimin irfani, mə’nəvi yönümlərini
göstərir. Eyni zamanda bu bayram və namazın ictimai tə’sirləri və faydaları
vardır. Xalq fitrə zəkatı verməklə fəqirlərə kömək edir.
Başqa bir tərəfdən fəqirlərin dolanışığı tə’min olunduğu
üçün fitr bayramı fəqirlərin bayramı hesab olunur.
Bu əzəmətli toplanış siyasi və ictimai tə’sirlərə malik olmaqla
yanaşı İslam ümmətinin güc, əzəmət nişanəsidir.
(Məsələn, imam Rizanın (ə) xəlifə Mə’munu qorxuya salan bayram
namazı; inqilabın ilkin nümayişində Tehranda qılınan bayram namazı)