Şəvvalın hilalı (yeni Ay) görsəndi - Fitr (Ramazan) Bayramınız Mübarək!

 
Şəvvalın hilalı (yeni Ay) görsəndi - Fitr (Ramazan) Bayramınız Mübarək!

Bu – İslamın ən böyük və ən möhtəşəm bayramlarındandır.

Şəvvalın hilalı (yeni Ay) görsəndi - Fitr (Ramazan) Bayramınız Mübarək!

Bayram gününün mühüm əməlləri aşağıdakılardır:

1. Bayram namazı qılınanadək fitrə zəkatının ayrılıb
verilməsi; bayram namazını qılmamış şəxs, bu zəkatı zöhr azanınadək verməlidir.
İmkanı olan şəxs üçün, fitrə zəkatının verilməsi təkid olunmuş vacib əməllərdəndir.
Bu, ictimai, iqtisadi faydalarla bərabər, orucun qəbul olunmasına, bədənin və
canın 1 il ərzində xoşagəlməz hadisələrdən sığortalanmasına səbəb olan amillərdən sayılır;

2. Bayram qüslünü almaq, yeni paltar geyinmək, ətirlənmək;

3. Bayram namazından qabaq iftar açmaq.

Şəvvalın hilalı (yeni Ay) görsəndi - Fitr (Ramazan) Bayramınız Mübarək!

I. Bayram gecəsi.

Mübarək Ramazan ayından Şəvval ayına keçən gecə (Şəvvalın 1-nin gecəsi)
çox bərəkətli və olduqca fəzilətli gecələrdəndir. Bu gecəni əhya
saxlamaq (oyaq qalmaq) və ibadət etmək əziz dinimiz tərəfindən
çox bəyənilmiş əməllərdəndir. Bu gecə aşağıdakı əməlləri həyata keçirmək tövsiyyə edilir:

1. Müstəhəb qüsl almaq;

2. Sübhə qədər əhya saxlayıb, ibadət etmək;

3. Məğrib, işa, sübh namazlarından,
eləcə də bayram namazından sonra bu duanı oxumaq:

«Əllahu əkbər, Əllahu əkbər. Lə iləhə illəllah. Vəllahu əkbər,
Əllahu əkbər və lilləhil həmd. Əlhəmdulilləhi alə
mə hədənə və ləhuş-şukru alə mə əvlənə».

4. İmam Hüseynin (ə) ziyarətnaməsini oxumaq;

5. 10 dəfə bu duanı oxumaq:

«Yə dəiməl-fəzli aləl-bəriyyəti yə bəsital-yədeyni bil-ə’tiyyəti yə
sahibəl-məvahibis-səniyyəti salli alə Muhəmmədin və
əlihi xayril-vəra səciyyətən vəğfir lənə yə zəl-alə fi həzihil-ə’şiyyəti».

(Qeyd: Bü duanı eləcə də il boyu, hər cümə axşamı oxumaq müstəhəbdir).

Şəvvalın hilalı (yeni Ay) görsəndi - Fitr (Ramazan) Bayramınız Mübarək!

II. Fitrə zəkatı.

Fitr bayramının axşamı qürub (günbatan) vaxtı, həddi-büluğa çatmış, aqil (psixi cəhətdən normal vəziyyətdə) olan, ehtiyaclı olmayan şəxslərə fitrə zəkatı ayırmaq vacibdir. Fitrə zəkatı ayırmalı olan şəxs, özünün və Fitr bayramı axşamı qürub çağında onun çörəkyeyəni olan şəxslərin fitrə zəkatını verməlidir. Fitrə zəkatını verməli olan şəxsin çörəkyeyənlərinin kiçik və ya böyük, müsəlman və ya qeyri-müsəlman, xərclərinin bu şəxsə vacib olub-olmamasından, öz şəhərində yaşayıb-yaşamasından asılı olmayaraq, onların fitrə zəkatlarını verməlidir. Ev sahibinin razılığı ilə qürubdan qabaq qonaq gələn şəxslərin də fitrə zəkatı ev sahibinin üzərindədir.

Fitrə zəkatının: Miqdarı: - 3 kq;

Cinsi: – arpa, buğda, düyü və bu kimi ərzaq məhsulları və ya bunların müqabilində pul (bu il üçün adambaşı fitrə zəkatı ən azı 1 manat 50 qəpik hüdudunda götürülə bilər);

Verilmə vaxtı: – bayram axşamından bayram namazının qılınma vaxtınadək.

Şəvvalın hilalı (yeni Ay) görsəndi - Fitr (Ramazan) Bayramınız Mübarək!

ƏHKAM.

1. Qurban və Fitr bayramları günü oruc tutmaq haramdır;

2. Ramazan ayının başlanması və qurtarmasının müəyyənləşdirilməsi:

Qəməri təqvimi ilə Ramazan ayının başlanmasının və qurtarmasının
(yəni növbəti – Şəvval ayının başlanmasının) göstəricisi Ayın görünməsidir.
Ramazan ayının və ya Şəvval ayının əvvəlini təyin etməkdə me'yar,
Gün batandan sonra görünən və həmçinin Günəşin
qürubundan (batmasından) əvvəl adi qaydada görünən Aydır.

Şəvvalın hilalı (yeni Ay) görsəndi - Fitr (Ramazan) Bayramınız Mübarək!

Ayın əvvəli bir neçə yolla sübut olunur:

1. İnsanın özü Ayı görsə;

2. Sözlərindən yəqinlik (əminlik) hasil olan bir neçə
nəfər Ayı gördüklərini desələr, həmçinin yəqinlik hasil olan hər şeyin vasitəsilə;

3. İki adil kişi "gecə Ayı görmüşük" deyə xəbər versələr və sözlərində ixtilafları (fərqləri), yalnız bəzi xüsusiyyətləri ayırd etməkdə olsa (məsələn, biri desə «Ay ucada idi», o biri desə «Ay ucada deyildi"); onların deməsi ilə ayın əvvəlinin olması sübuta yetir;

4. Şəban ayının (Ramazan ayından qabaqkı ay) əvvəlindən 30 gün keçsə, bununla Ramazan ayının başlanması sübuta yetir; Ramazan ayının əvvəlindən 30 gün keçsə, bununla Şəvval ayının başlanması sübuta yetir; (çünki, qəməri təqvimi ilə bir ay 30 gündən çox ola bilməz);

5. Vilayət səlahiyyəti olan İslam alimi, ayın əvvəlinin (axırının) olmasına dair hökm versə.

Qeyd: Ramazan ayının axırı, yaxud Şəvvalın əvvəli olmasını bilməyən bir şəxs, oruc tutmalıdır. Amma məğribdən (şam azanından) qabaq Şəvval ayının əvvəli olduğu bilinsə, bu şəxs orucunu açmalıdır, çünki Şəvval ayının 1-i Ramazan (Fitr) bayramıdır və bu gündə oruc tutmaq haramdır.

Şəvvalın hilalı (yeni Ay) görsəndi - Fitr (Ramazan) Bayramınız Mübarək!

HAŞİYƏ.

Təəssüflər olsun ki, günümüzdə «rəsədxana», «astronomik hesablama» və sairə bu kimi terminlərin istifadəsi vasitəsilə ayın əvvəlinin müəyyən edilməsi məsələsinə müəyyən «yeniliklər» gətirmə cəhdləri olur. Məsələ burasındadır ki, rəsədxanalar və astronomik hesablamalar İslam alimləri üçün nəinki yeni bir şey deyildir, hətta Ayın Yerin orbitində hansı zaman ərzində dövr etməsinin hesablamaları yüz illərdən bəridir ki, astronomiya və riyaziyyat sahələrində böyük bilgilərə malik olan, eləcə də, ilk rəsədxanaları quran İslam alimlərinə çox gözəl məlum olmuşdur. Lakin, şəriət hökmlərinə əsasən, Ayın görünməsi mövzusu vizual (gözlə görünmə) amilinə bağlıdır və burada məsələlərin qarışdırılmamasına diqqət yetirmək lazımdır.

Allahım! Cəmi insanlara Fitr bayramının fəzilətlərindən və nemətlərindən
faydalanmağı nəsib et! Ümməti əziz Peyğəmbərin (s) və onun
mübarək Əhli-Beytinin (ə) pak yolunun yolçusu qərar ver! AMİN!

Şəvvalın hilalı (yeni Ay) görsəndi - Fitr (Ramazan) Bayramınız Mübarək!


Geri dön

nicer_girl

  • 31 avqust 2011 23:31
  • Məqalə: 0
  • Şərh: 370
  • Bal:
tesekkurler allah razi olsun

MuslimGirl

  • 31 avqust 2011 23:26
  • Məqalə: 156
  • Şərh: 3024
  • Bal:
{awards}
Bayramınız mübarək, əziz LeGenDlilər və müsəlman xalqı smile

sevgi_meleyim.

  • 31 avqust 2011 21:49
  • Məqalə: 17
  • Şərh: 551
  • Bal:
{awards}
Allah razi olsun InsAllah. BAYRAMIZIN MUBAREK

--------------------
Rebbim bir insan qoy qelbime
Amma o insan senin de sevdiyin olsun
Ve mene ele bir insan sevdir ki,
O insanin ureyi Seni seven bir mebed olsun.
Meni ele bir insanla goruwdur ki,
Menden evvel onunla goruwmuw olan Sen olasan.....Amin.

nigar_ceza

  • 31 avqust 2011 20:43
  • Məqalə: 0
  • Şərh: 168
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN TWK

--------------------
Oglanlar statina yazire qizlara nifret edirem bawim cixmirki hec men seni tanimiram senin menden niye xowun gelmesin hec sozdu sizinki

Strong

  • 31 avqust 2011 20:38
  • Məqalə: 0
  • Şərh: 98
  • Bal:
{awards}
sag olun Sizin de bayraminiz mubarek

only-girl

  • 31 avqust 2011 18:44
  • Məqalə: 1002
  • Şərh: 5026
  • Bal:
{awards}
ox sagolun melumata gore ALLAH sizler den razi olsun

--------------------

HaYaliM

  • 31 avqust 2011 18:21
  • Məqalə: 144
  • Şərh: 4372
  • Bal:
{awards}
Allah razi olsun.xos xebere gore minnetdaram..Ramazan Bayraminiz mübarek

--------------------

Elə yaşa ki atanın qözlərində utanc,ananın gözlərində yaş görməyəsən.

Miss Lady

  • 31 avqust 2011 18:16
  • Məqalə: 180
  • Şərh: 2255
  • Bal:
{awards}
xebere gore tewekkurler.maraqli geldi. lol

Мой Мир

  • 31 avqust 2011 18:14
  • Məqalə: 722
  • Şərh: 5996
  • Bal:
{awards}
twkrlerrrrrrrrrr Allah razi olsun

--------------------
∞♥

Ada...07

  • 31 avqust 2011 17:57
  • Məqalə: 46
  • Şərh: 2814
  • Bal:
{awards}
Allah razi olsun, herkesin dualari,oruclari qebul olsun...Birdaha bayraminiz mubarek olsun...

--------------------


✰GlaMurKa✰

  • 31 avqust 2011 17:46
  • Məqalə: 847
  • Şərh: 9734
  • Bal:
{awards}
ALLAH razi olsun cox sag olun

ZERiDE

  • 31 avqust 2011 17:42
  • Məqalə: 35
  • Şərh: 148
  • Bal:
{awards}
twk muellife cox maraqli idi

Мой Мир

  • 31 avqust 2011 17:37
  • Məqalə: 722
  • Şərh: 5996
  • Bal:
{awards}
allah razi olsun twk

--------------------
∞♥

KRiPToS

  • 31 avqust 2011 17:21
  • Məqalə: 555
  • Şərh: 2055
  • Bal:
{awards}
Allah Razi Olsun...
Her kesin de Ramazan bayrami mubarek olsun!!!

--------------------

FLY TIME

  • 31 avqust 2011 14:56
  • Məqalə: 51
  • Şərh: 2122
  • Bal:
{awards}
maraqli idi muellife twk.

muellife twk.maraqli idi.

Iriska

  • 31 avqust 2011 14:31
  • Məqalə: 253
  • Şərh: 1261
  • Bal:
{awards}
Cox sagolun melumata gore ALLAH sizler den razi olsun

--------------------
Demədimmi bu həsrət öldürər səni, ay dolanıb keçər, yalnız qalarsan, hər gün ah deyib açı çəkərsən. Ürəyim sənə bu cür sevmə demədimmi!

winxclub_bloom

  • 31 avqust 2011 14:24
  • Məqalə: 155
  • Şərh: 6793
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN....

--------------------

Prank girl

  • 31 avqust 2011 14:08
  • Məqalə: 106
  • Şərh: 10213
  • Bal:
{awards}
ALLAH razı olsun

--------------------
Oglanlar dostluq atmasin qebul etmeyecem!!

barbie aytac

  • 31 avqust 2011 14:05
  • Məqalə: 15
  • Şərh: 108
  • Bal:
{awards}
twk............

breaking dawn

  • 31 avqust 2011 13:46
  • Məqalə: 12
  • Şərh: 1041
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN smile

urek_yarasi

  • 31 avqust 2011 13:30
  • Məqalə: 12
  • Şərh: 632
  • Bal:
{awards}
tewekkurler

--------------------
. Senin ucun uzaqdan sevmeyi, baxmadan gormeyi, toxunmadan hissetmeyi, esitmeden dinlemeyi, goz yaslarimla gulmeyi ve qovusmaq ucun sebr etmeyi oyrendim ancaq sensizliyi esla!!!

orxan_kerimli

  • 31 avqust 2011 13:16
  • Məqalə: 0
  • Şərh: 54
  • Bal:
{awards}
bu xebere gore sene tesekkur ela di

Just For Legend

  • 31 avqust 2011 12:45
  • Məqalə: 408
  • Şərh: 3198
  • Bal:
{awards}
Haminin Bayrami Mubarek

--------------------

★Azerbaijan girl★

  • 31 avqust 2011 12:09
  • Məqalə: 369
  • Şərh: 10177
  • Bal:
{awards}
Allahrazi olsun

SeVGi_MeLeYi_11

  • 31 avqust 2011 11:57
  • Məqalə: 9
  • Şərh: 77
  • Bal:
{awards}
Allah razi olsun maraqli idi

miss_sokaladka

  • 31 avqust 2011 11:42
  • Məqalə: 0
  • Şərh: 936
  • Bal:
{awards}
taskurlar

--------------------
Bir sabah oyandığında onun sənin üçün nə qədər dəyərli olduğunu
anlayacaqsan,amma o bunu artıq dərk etmiş oğlanın yanında oyanmış olacaq................................................

aid_fanatka

  • 31 avqust 2011 11:39
  • Məqalə: 6
  • Şərh: 1898
  • Bal:
{awards}
tesekkurleeeerr

--------------------
YADINA GELIR DUZELTMISDIK KAGIZAN GEMI,
ICINDE YAZIB "SEVIREM MEN SEVIREM SENI".
BURAXDIQ DENIZE KI,O UZSUN EBEDI,
AMMA GELEN ILK DALGA BATIRDI GEMINI.

SABiNA

  • 31 avqust 2011 11:35
  • Məqalə: 24
  • Şərh: 125
  • Bal:
{awards}
Allah sizden razi olsun

--------------------
MENI GORMEK ,MENI TANIMAQ DEYIL,MENIM HAQQIMDA OYRENMEK,BILMEK MENI TANIMAQDIR

Fatime_19

  • 31 avqust 2011 11:25
  • Məqalə: 1
  • Şərh: 521
  • Bal:
{awards}
teshekkurler cox maraqlidir.

--------------------
HEDEFI OLMAYAN GEMIYE,HEC BIR RUZGAR YARDIM EDEMEZ!

smalldevls

  • 31 avqust 2011 11:08
  • Məqalə: 8
  • Şərh: 37
  • Bal:
{awards}
indi din qalmayib

<< ƏvvəlkiSonraki >>
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 39
Cəmi: 60

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 4
Cəmi: 387
 
Nergiz__Sirinova
Xəbərləri: 4
Cəmi: 329
 
Awk bir hayal
Xəbərləri: 3
Cəmi: 137
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 3
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 766
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 21
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
 
{slinks}