Bürclərə görə dietlər

 
Bürclərə görə dietlər

Qoç bürcü diyeti:
Ara yeməklər yeməyi sevirsiniz. Bu səbəblə sizin üçün təhlükə zəngləri çalır. Duz və spirtdən uzaq durun. Pomidor, kartof, soğan, mərcimək, kahı, yaşıl salat, ispanaq, turp, düyü, zeytun, alma, qoz kimi qidanlar həftəlik bəslənmənizə mütləq əlavə olunması lazım olan yeməklərdir. Sizin üçün lazımlı olan şirniyatlar isə çox şəkərli olmamalıdır


Buğa bürcü diyeti :

Yemək üçün yaşayanlardansınız. Lakin unutmayın irəlidə bu kilolar başınıza böyük dərdlər aça bilər. Karbonhidratlardan qaçın. Təbii yod ehtiyatı olan qidanlar, balıq və dəniz məhsulları, yumurta, qaraciyər, böyrək, buğda, ispanaq, çuğundur, təzə meyvə və yaşıl salat, diyet siyahınızda daim iştirak etməlidir. Əlavə olaraq su içmək də həyatınızın imtina edilməz bir parçası olmalıdır.




Əkizlər bürcü diyeti:
Qidanları çox çeynəmədən udmayın. Əkizlər, sümüklərinin sağlam olmasını istəyirsə, sağlam bəslənməlidir. Əkizlərdə qan laxtalanması çox sıx görülür. Balıq, kərə yağı və kənd pendiri, kök, portağal, , saftalı, ərik, üzüm və badam diyet siyahınızda imtina edilməz qidanlar olmalıdır. Sakitləşməniz üçün də şəfalı bitkilər və kafeyinsiz çaylar tamamilə sizə görədir




Xərçənk bürcü diyeti :
Xərçənklər, şəkər, duz və ədviyyatlardan uzaq dayanmalıdır. Çünki mədələri həssasdır. Süd, pendir və qatıq, kələm, pomidor, salat və kahı, bol miqdarda təzə tərəvəz və yağsız zülal, dəri və mədə sağlamlığınız baxımından yaxşı olub, kilonuzu da idarə altına almanızı təmin edəcək. İncəlmək üçün əvvəlcə özünüzlə hesablaşmalısınız.



Şir bürcü diyeti :
Yemək, sizin üçün bir zövqdür. Gözəl restoranlar, dadlı yeməklər hər vaxt xəyalınızı bəzəyir. Bədəninizə əhəmiyyət verdiyiniz üçün diyet etməkdə son dərəcə müvəffəqiyyətlisiniz. Qan dövranınızın nizamlı olması üçün; mal, quzu və toyuq əti, qaraciyər, yumurta sarısı, kərəviz, alma, əncir, şaftalı, limon və badam sizin üçün idealdır. Boşqablarınızı yüzdə 50 azaltmanız təklif edilir.(:



Qız bürcü diyeti

Şirniyyat deyəndə ağla siz gəlirsiniz. Ancaq bu yeməklərdən uzaq dayanmalısınız çünki ürəyinizdə problem yarada bilər. Duz, buğda, çovdar, qırmızı ət, pendir, zeytun, portağal, limon, qovun, alma, armud sizin ideal yeməklərinizdir. Qovun, alma, armud dəriniz üçün də möcüzələr yaradar. Alma isə qurtarıcınızdır.


Tərəzi bürcü diyeti
Tərəzi böyrəkləri, kürəyin alt qisimini, təmsil edir. Bu səbəblə böyrəklərinizin sağlamlığı üçün diyet şəkliniz çox əhəmiyyətlidir. Göy noxud, qarğıdalı, kök, ispanaq, buğda, yulaf unu, alma, çiyələk, badam və kişmiş həmişə əlinizin altında olmalıdır. Böyrəkləriniz üçün çox çox turşulu içkilərdən uzaq dayanmalısınız. İp İncə və zərif bir bədən üçün isə incə dilimlər faydalı olacaq. :P



Əqrəb bürcü diyeti
Əqrəb bürcü istehsal orqanlarını təmsil edir. Tənəffüs yolları problemləri yaşaya bilərsiniz. Taxıllardan edilmiş çörəklər, balıq və dəniz məhsulları, yaşıl salat, soğan, qırmızı turp, təzə meyvə və tərəvəzlər tamamilə Əqrəb bürcünün insanına görədir. Bu zaman doğru bəslənmə gərginliyinizi və stresinizi alacaqdır.


Oxatan bürcü diyeti
Cipsi cola yeməkdən çox xoşunuz gəlir. Bu səbəblə tez-tez diyetinizi pozursunuz. Bürcünüz ombalar, qıç üstləri və qaraciyəri təmsil edir. Təbii bəslənmək üçün qabıqlı meyvələr və tərəvəzləri seçin. Diyet müddətin ərəfəsində bol olaraq çiy tərəvəz, yaşıl bibər, kartof, əncir, quru ərik, çiyələk, alma, armud, və dənəli taxılları yeməniz təklif edilir.



Oğlaq bürcü diyeti
Diyetdən qaçırsınız. Halbuki bu sizin üçün çox zərərlidir. Bədəninizin vitamin və minerallardan ibarət olan geniş bir qida qarışığına ehtiyacı var. Kələm, kərəviz, yağsız ətlər, limon, portağal, inək südü, hər cür pendir, balıq, yumurta sarısı, buğda və əncirlə aranızın çox yaxşı olması lazımdır. Ərik, badam yeyərək quru və alerjik meylli dərinizi canlandırın.


Dolça bürcü diyeti
Dəyişik ləzzətlər dadmağı sevirsiniz. Bədəniniz süfrə duzuna çox ehtiyac duyur. Bu ehtiyacı süfrə duzundan deyil, bu maddəni saxlayan qidanlardan almanız ən məntiqlisidir. Balıq, kimi dəniz məhsulları, brokoli, kök, turp, balqabaq, ispanaq, alma, saftalı, limon, portağal, , nar və ananas sizin üçün təbii duz baxımından ideal qidalardır.



Balıq bürcü diyeti
Qatı diyetlər sizə görə deyil. Dəmir bədəninizin başlıca ehtiyacıdır. Diyetlərinizdə zəngin dəmir saxlayan qaraciyər, yağsız mal əti, quzu əti, yumurta sarısı, ispanaq, soğan, arpa, kahı, buğda çörəyi, quru paxla, alma, üzüm, limon, portağal, saftalı, quru ərik və üzüm iştirak etməlidir. Cəfəri də bu siyahıya əlavə oluna bilər.


Geri dön

Ulya

  • 18 sentyabr 2010 15:33
  • Məqalə: 1911
  • Şərh: 13813
  • Bal:
Милая_kisa,
♥Princess♥,
dangerous_angel,
Mr_Unlimited,
love

Kisa_Kiss

  • 18 sentyabr 2010 13:45
  • Məqalə: 431
  • Şərh: 1308
  • Bal:
{awards}
Dolça bürcü diyeti
Dəyişik ləzzətlər dadmağı sevirsiniz. Bədəniniz süfrə duzuna çox ehtiyac duyur. Bu ehtiyacı süfrə duzundan deyil, bu maddəni saxlayan qidanlardan almanız ən məntiqlisidir. Balıq, kimi dəniz məhsulları, brokoli, kök, turp, balqabaq, ispanaq, alma, saftalı, limon, portağal, , nar və ananas sizin üçün təbii duz baxımından ideal qidalardır.
спасибо

--------------------

Mr_Unlimited

  • 17 sentyabr 2010 23:19
  • Məqalə: 428
  • Şərh: 2845
  • Bal:
{awards}
tewekkurler. maraqli melumata gore

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 20
Cəmi: 33

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 32
Cəmi: 443
 
Nergiz__Sirinova
Xəbərləri: 22
Cəmi: 372
 
♔Hе важно∞
Xəbərləri: 13
Cəmi: 28
 
Mövlud Ağamməd
Xəbərləri: 4
Cəmi: 24
 
_TUNAR_MAMEDOV_
Xəbərləri: 2
Cəmi: 673
 
Ufuk Kazimi
Xəbərləri: 1
Cəmi: 2
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 1
Cəmi: 1139
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 2
 
m_aynur97
Xəbərləri: 1
Cəmi: 1
 
FullFidawka
Xəbərləri: 1
Cəmi: 2
 
 
{slinks}