Sənə məktub yazıram

 
Sənə məktub yazıram

Gecəm səhərə canlı,

Otağım qara donlu,

Nə ruham, nə də bir quş,

Yar sarı uçamıram,

Gözlərim qanlı… qanlı.

Xəyalın necə dolaş,

Xəyalın neçə yönlü.

Xəyalında azıram,

Sənə məktub yazıram.

Sənə məktub yazıram

Əl uzatsam gendəsən,

Dünənimdə…

Öndəsən?!

Yolumuz elə uzaq…

Yolumuz bircə qarış.

Telimdəki dəndəsən,

Ah bu sevinc (?!), məndəsən!

Taleyimiz mürgülü,

Taleyimiz küsülü,

Mən barışdım, sən barış.

Tarımsan – sarı simli,

Yarımsan –

Yarı tənli

mənəm!

Yenə dözürəm,

Sənə məktub yazıram!

Sənə məktub yazıram

Adın dilimdə düyün,

Dərdlərim löyün-löyün.

Arada bir möcüzə,

Arada Çin səddi var!

Qışım aşamaz yaza

Hər fəslin öz həddi var!

Ay zalım fələk, sevin,

Ay aci həsrət, sevin!

Ay qara gecəm, öyün.

Kim deyər bənövşənin

Payız çağı qəddi var?!

Bənövşəm, qəlbi şüşəm,

Qar altda qaldı rişən.

Büküldü qamətində

Xəyalındakı gülşən.

Ağıma qol götürüb,

Fəryadıma süzürəm,

Sənə məktub yazıram!

Sənə məktub yazıram

Azmışdım baxışında,

Azmışdı baxışın da,

Gözlərimə baxmışdı,

Ürəyimi yaxmışdı.

Ah o qamət, o vücud,

O sevgi, o ehtiras

Çıxarardı alov, od

Sinəsindən daşın da.

Ovladın ovun oldum,

Oxladın…

Ovunurdum

Qaranquş vüsalında,

Çırpınırdım qolunda.

Qış gəldi…

Uçdun, uçdun,

Içildim bircə udum.

Ilk qədəmim səniydin,

Yol aşdım bircə addım.

Təngidim yoxuşunda,

Üşüdünmü qışımda?!

Qar yağdı sinəm üstə…

Bu bakirə gecəni

Ayaqlayıb, əzirəm,

Sənə məktub yazıram.

Sənə məktub yazıram

Qapımı heç döymədin,

Sinəm dərddən döymədi.

Elə üzülmüşəm ki,

Canımda can verir can.

Bax, yenə sökülür dan,

Taqət nədi, hey nədi…

Bu gecədə göynədi,

Yerlər nədi, Göy nədi…

Axdı gözlərimdən qan.

Son dayanacaq ümid,

Sonda yanacaq ümid.

Sən dayan, ancaq ümid…

Mənim ol,

Sənin olum.

Son olsun,

Sonum olsun.

Qoy mürəkkəb əvəzi

Tökülən qanım olsun.

Axsın sinənə sarı,

Yaramı son kəz sarı.

Qollarında can versəm,

Edərəm bu yazı ram,

Sənə məktub yazıram!

Sənə məktub yazıram!


Geri dön

sevgi meleyim

  • 6 sentyabr 2011 18:34
  • Məqalə: 25
  • Şərh: 1625
  • Bal:
xeber ucun tewekkurler

--------------------
Gedene Uzulme.Sevseydi Getmezdi...Gelene Sevinme,O da Bawqasindan Gelib..

Deliler

  • 2 sentyabr 2011 16:18
  • Məqalə: 0
  • Şərh: 57
  • Bal:
{awards}
Son dayanacaq ümid,

Sonda yanacaq ümid.

Sən dayan, ancaq ümid…

Mənim ol,

Sənin olum.

Son olsun,

Sonum olsun.

jalicka

  • 2 sentyabr 2011 11:27
  • Məqalə: 27
  • Şərh: 1989
  • Bal:
{awards}
cox saq ol qesendirler

Sirli Melek

  • 2 sentyabr 2011 10:57
  • Məqalə: 0
  • Şərh: 5105
  • Bal:
{awards}
MARAQLIDIR

--------------------
SADƏLİK GÖZƏLLİKDİR !

Inciciceyi

  • 2 sentyabr 2011 09:16
  • Məqalə: 0
  • Şərh: 8287
  • Bal:
{awards}
Twkler maraqlidi

--------------------
♥......Zenn etme ki, gozlerim sene baxdiqca yorulacaq, olsem de
ruhum seninle qalacaq. Senden evvel elvida desem de heyata. Son
sozum seni sevirem olacaq.....♥

azer yarali

  • 2 sentyabr 2011 06:59
  • Məqalə: 0
  • Şərh: 5
  • Bal:
{awards}
Sus artiq aglama bestir

Men unutdum sende unut gozlerim

Ne adi aglimda nede gozleri

Men unutdum sende unut gozlerim

Deymezmis yoluna tokduyum yaslara

Deymezmis sevmeye asiq olmaga

Men unutdum sende unut gozlerim

Bir yuxudu idi ferz et gorduklerimiz

Men unutdum sende unut gozlerim

Sevseydiyidi buraxib gederdimi hec

Men unutdum sen de unut gozlerim

Azer yarali

PELIN_ATABAY

  • 2 sentyabr 2011 06:53
  • Məqalə: 86
  • Şərh: 1637
  • Bal:
{awards}
twk

--------------------

devyjones

  • 2 sentyabr 2011 02:38
  • Məqalə: 58
  • Şərh: 823
  • Bal:
{awards}
cox gozeldi beyendim tesekkurler

--------------------
Dost istəsən ALLAH
Söhbət istəsən QURAN
Düşmən istəsən NƏFS
Varlanmaq istəsən QƏNAƏT

winxclub_bloom

  • 2 sentyabr 2011 01:28
  • Məqalə: 155
  • Şərh: 6793
  • Bal:
{awards}
gozel yazi idi,coxxx xosuma geldi,tesekkurrrrr

--------------------

ezel_ezel

  • 2 sentyabr 2011 00:03
  • Məqalə: 19
  • Şərh: 27
  • Bal:
{awards}
[ Seni ne vaxt sevmeyeceyimi sorusma. Cunki, oleceyim gunu bilmirem. ]

[deyirler qizlarda vefa ne gezir,
bes niye vefasiz cixir oglanlar?
deyirler qizlarin qelbi incedir?
bes niye o qelbi qirir oglanlar!!]

[Meni xatirlayib, dusunub herden,
Bilirem qeherden boqulacaqsan.
Eh sene ne var ki gunes kimisen
Kiminse bextinde doqulacaqsan.]

[Seni o qeder cox seveceyem ki, mensiz gunlerini yox sayacaqsan. Seni sevdiyimi soylemeyeceyem gozlerime baxib anlayacaqsan]

[Seni SEVIREM gerek bilesen... O kicik qelbini mene veresen... Dunyada en boyuk arzum odurki... SEVIREM sozunu mene deyesen.]

--------------------
ezel

Ужасная девушка

  • 1 sentyabr 2011 23:47
  • Məqalə: 19
  • Şərh: 619
  • Bal:
{awards}
Mənim ol,

Sənin olum.

Son olsun,

Sonum olsun.

Jasmin45

  • 1 sentyabr 2011 23:36
  • Məqalə: 43
  • Şərh: 1124
  • Bal:
{awards}
Ilk qədəmim səniydin,

Yol aşdım bircə addım.

Təngidim yoxuşunda,

Üşüdünmü qışımda?!

Qar yağdı sinəm üstə…

Təşəkkür şeir üçün...

--------------------

Tək istədiyim üzüyünü taxım və deyim "Artıq səninəm"=)

ZAC EFRON

  • 1 sentyabr 2011 22:09
  • Məqalə: 129
  • Şərh: 2367
  • Bal:
{awards}
twkkkkkkkkkkkkk

HaYaliM

  • 1 sentyabr 2011 21:17
  • Məqalə: 144
  • Şərh: 4372
  • Bal:
{awards}
Sən dayan, ancaq ümid…

Mənim ol,

Sənin olum.

Son olsun,

Sonum olsun.


maraqli seirdi

--------------------

Elə yaşa ki atanın qözlərində utanc,ananın gözlərində yaş görməyəsən.

sevinc13

  • 1 sentyabr 2011 21:16
  • Məqalə: 2
  • Şərh: 397
  • Bal:
{awards}
THANK YOUUUUUUUUUUU

Ay Üzlü

  • 1 sentyabr 2011 21:15
  • Məqalə: 395
  • Şərh: 6159
  • Bal:
{awards}
cox gozeldi tewekkurler

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 36
Cəmi: 60

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 7
Cəmi: 389
 
Nergiz__Sirinova
Xəbərləri: 6
Cəmi: 333
 
Awk bir hayal
Xəbərləri: 4
Cəmi: 137
 
^^KuKuLKa^^
Xəbərləri: 2
Cəmi: 767
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 1
 
evli.mutlu.cocuklu
Xəbərləri: 1
Cəmi: 1
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 20
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
 
{slinks}