Qiyamət gününü simvolizə edən - Fitr bayramı

 
Qiyamət gününü simvolizə edən - Fitr bayramı

FİTR BAYRAMINI YAŞAYANLAR, SANKİ QİYAMƏT GÜNÜNÜ YAŞAYIR

Mübarək Fitr bayramını yaşadıq. Bu bayramın olduqca dəyərli anlamı, çox önəmli yeri var. Həzrət Əmirəlmöminin Əli (ə) Fitr bayramlarından birində söylədiyi xütbədə buyurdu: “Ey camaat! Sizin bu gününüz elə bir gündür ki, yaxşı əməl sahibləri onda mükafat alırlar, ziyankarlar, pis əməl sahibləri onda məyus və ümidsiz olurlar. Və bunun Qiyamət gününə çox oxşarlığı var. Bəs, öz mənzillərinizdən çıxıb və bayram namazına yollanmaqla xatırlayın qəbirlərdən çıxmaqlığınızı və Rəbbinizə tərəf getməyinizi. Namaz qıldığınız zaman Allah Təala qarşısında necə duracağınızı və evinizə dönən zaman cənnətdəki evlərinizə qayıtmağınızı yadınıza salın. Ey Allah bəndələri! Ən az şey ki, oruc tutan qadın və kişilərə veriləcək, budur ki, bir mələk Ramazan ayının axırıncı günü onlara nida edər və buyurar: “Bəşarətiniz olsun, xoş xəbəriniz olsun! Ey Allahın bəndələri ki, keçmiş günahları bağışlanmış oldu. Bəs, öz gələcəyinizin fikrində və əndişəsində olun ki, qalan günləri necə başa vuracaqsınız”.

Qiyamət gününü simvolizə edən - Fitr bayramı

Fitr bayramı elə bir gündür ki, mübarək Ramazan ayında oruc tutanlar, ibadət edənlər mükafatlarını həmin gündə alarlar. Bir ay Allah dərgahında bəndəlik edənlər, İlahi ziyafətdə olanlar vəd edilən mükafatlarını Fitr bayramında alarlar. Ramazan ayına məhəl qoymayan, öz çirkin əməllərini bu ayda da davam etdirənlər həmin gün məyus və ümidsiz olar. Fitr bayramında yaxşı əməl sahiblərinin mükafat alması, pis əməl sahiblərinin isə məyus olması Qiyamət günü ilə müqayisə olunur. Həmin hadisə Qiyamət gününə çox oxşayır.

SANKİ QİYAMƏT GÜNÜ RƏBBİNİN HÜZURUNA YOLLANAR

Əmirəlmöminin (ə) bizlərə öyrədir ki, Fitr bayramı Qiyaməti simvolizə edir: “...Bəs, öz mənzillərinizdən çıxıb və bayram namazına yollanmaqla xatırlayın qəbirlərdən çıxmaqlığınızı və Rəbbinizə tərəf getməyinizi...”. Qiyamətin və Fitr bayramının çox oxşarlıqları var. Bayram günü insan öz mənzilindən çıxıb bayram namazına yollanan zaman, Qiyamət günü qəbirlərdən çıxıb Rəbbinin dərgahına yollanmağı xatırlamalıdır. Bir gün insan öz etdiklərinin əvəzini almaq üçün qəbrindən çıxacaq və Rəbbinin hüzuruna yollanacaq. Mübarək Ramazan ayından çıxıb Fitr bayramının namazına yollanan insan da bu ayda etdiyi əməllərinin əvəzini alar.

Qiyamət gününü simvolizə edən - Fitr bayramı

Mübarək hədisin ardında Həzrət Əli (ə) buyurur: “...Namaz qıldığınız zaman Allah Təala qarşısında necə duracağınızı və evinizə dönən zaman cənnətdəki evlərinizə qayıtmağınızı yadınıza salın...”. Bayram namazında dayanan, duaları edən insan sanki Qiyamətdə Rəbbinin qarşısında dayanıb. Evdən çıxıb namaza gedən insan bir gün qəbirdən çıxıb Allah dərgahına gedəcəyini xatırlamalıdır. Namazda Rəbbi ilə üz-üzə dayanan insan, bilməlidir ki, bir gün beləcə Allah dərgahında dayanacaq. Namazını qurtarıb, mükafatını alaraq qayıdan insan bilməlidir ki, bir gün beləcə ali behiştdəki mənzilinə qayıdacaq. Məhz bu çalarlarına görə Fitr bayramının Qiyamət gününə oxşarlığı xeyli çoxdur.

KEÇMİŞ GÜNAHLAR BAĞIŞLANAN GÜN

Mübarək hədisin sonunda, bütün oxşarlıqları sadaladıqdan sonra Həzrət Əmirəlmöminin (ə) buyurdu: “...Ey Allah bəndələri! Ən az şey ki, oruc tutan qadın və kişilərə veriləcək, budur ki, bir mələk Ramazan ayının axırıncı günü onlara nida edər və buyurar: “Bəşarətiniz olsun, xoş xəbəriniz olsun! Ey Allahın bəndələri ki, keçmiş günahları bağışlanmış oldu. Bəs, öz gələcəyinizin fikrində və əndişəsində olun ki, qalan günləri necə başa vuracaqsınız”. Mübarək Ramazan ayının orucu müqabilində insana çox şeylər verilə bilər. Lakin, Həzrət Əmirəlmöminin (ə) bizləri veriləcək ən az mükafat barədə xəbərdar edir. Bir mələk Allah tərəfindən vəzifələndirilib. Həmin mələk Ramazan ayının sonuncu günündə oruc tutanlara xitab edər və onları həmin mükafatları barədə müjdələyər. İndiyə qədər nə olubsa, mübarək Ramazan ayının son günündə onlar bağışlanar. Bundan sonra insan qalan günlərini düşünməlidir.

Qiyamət gününü simvolizə edən - Fitr bayramı

BU AYDA ÖZÜNÜ BAĞIŞLATMAYAN - UĞURSUZDUR

Mübarək Ramazan ayı bağışlanmaq ayı idi. Bu ayda bağışlanmaq imkanı o qədər idi ki, Məsumlarımızdan (ə) buyurulan hədislərdə bu ayda özünü bağışlata bilməyən insan uğursuz adam kimi adlanır. Rəvayət olunur ki, “Mübarək Ramazan ayında hər günün axırında iftar vaxtında Allah Təala min-min kəsi cəhənnəm atəşindən azad edir. Elə ki, cümə gecəsi və cümə günü olur, hər saatında min-min kəsi cəhənnəm atəşindən azad edir. Ayın sonuncu gününün gecəsində və özündə o qədər kəsi ki, cəhənnəm atəşindən azad etmişdi, o miqdarda da həmin gün azad edər”. Mübarək ayın hər günündə bağışlanmaq üçün imkanlar, fürsətlər var idi. Bundan başqa, Ramazan ayının cümə günlərində hər saat bağışlanmaq üçün imkan olur. Mübarək ayın sonuncu günündə isə, bütün ay boyunca bağışlananlar qədər insan bağışlanar və cəhənnəm atəşindən qurtular.

Qiyamət gününü simvolizə edən - Fitr bayramı

RAMAZAN AYINDA HALAL OLAN NEMƏTLƏRDƏN PƏHRİZ ETMƏNİN MƏNASI

Mübarək Ramazan ayında oruc tutmağın müqabilində insana bu qədər mükafatın verilməsinin başlıca səbəblərindən biri də, orucun bizləri digər aylarda günah etməməyə öyrətməsinə görədir. Bu ayda tutulan orucun mahiyyət etibarilə vacibliyi və əhəmiyyəti onunla bağlıdır ki, bizlər öz nəfs və istəklərimizi nəzarətdə saxlaya bilək. Bu ayda hətta başqa vaxtlarda bizə halal olan başqa məsələlərindən belə günün müəyyən hissəsində pəhriz edirik. Halal ruzidən hər zaman istifadə edə bilərik. Amma bu İlahi ziyafətdə günün böyük bir hissəsini həmişə bizə halal olan qidadan çəkinirik. Məqsəd isə budur ki, bizlər istəklərimizi nəzarətdə saxlaya bilək. Bizləri bizdən daha yaxşı tanıyan, bütün imkanlarımızı bilən Allah Təala bunu vacib bilib ki, digər aylarda halal olan nemətlərdən belə, bu ayda pəhriz edək. Mahiyyət isə bundan ibarətdir ki, bir ay ərzində Allahın halal nemətlərindən belə pəhriz etməyə öyrəşən bir kəs, digər aylarda haramlardan daha yaxşı çəkinmə qabiliyyəti qazanmış olar.

Qiyamət gününü simvolizə edən - Fitr bayramı

İRADƏVİ OLARAQ GÜNAHLARDAN ÇƏKİNMƏNİ ÖYRƏNMƏK

Mübarək Qurani-Kərimin “Bəqərə” surəsinin 183-cü ayəsində görürük ki, Allah Təala tərəfindən bizlərə açıq-aydın bir əmr var: “Ey iman gətirənlər! Sizlər üçün oruc yazıldı və qərar verildi, necə ki, sizlərdən öncəkilərə vacib yazılmışdı. Ola bilsin ki, təqvalı olasınız”. Allah Təala aydın bir işarə ilə orucun vacib olmasının səbəbini açıqlayır - bizlər təqvaya yetişək. Təqva - insanın özünü nəzarətdə saxlamasıdır. Təqvalı insan günah edə bilər, amma bunu etmir. Təqva - əqlin və iradənin sayəsində formalaşan mənəvi immunitetdir ki, insan onunla iradəvi surətdə günahlardan çəkinir. Bəzi insanlar var ki, onlar onsuz da müəyyən günahları edə bilmir. Bu insana təqvalı insan deyilməz. Amma bir insan da var ki, onun günah etməyə gücü çatır, amma etmir. İradəvi surətdə günahlardan çəkinmək təqva adlanır. Mübarək Ramazan ayında Rəbbimiz oruc tutmağımızın səbəbini onunla açıqlayır ki, bizlər oruc tutmaqla təqvaya çata bilərik.

Qiyamət gününü simvolizə edən - Fitr bayramı

HƏDDİNİ AŞANDA BƏDBƏXTLİYƏ APARAN İKİ QÜVVƏ

Ötən bəhslərdə toxunduq ki, insanın günah etməsinin iki çox ciddi başlanğıcı var. İnsan günahlarının əksəriyyəti başlanğıcını bu iki məsələdən götürür. Bunlar - qəzəb və şəhvət qüvvəsidir. İnsanın etdiyi günahları sistemləşdirsək, görəcəyik ki, onların böyük əksəriyyəti qəzəb və şəhvət qüvvəsinin həddini aşmasından irəli gəlib. Mübarək Ramazan ayı qəzəb və şəhvət qüvvəsini nəzarətə almaq imkanı verir. Allah Təalanın bizlərdə qəzəb və şəhvət qüvvəsini qoymasının səbəbi və hikməti var. Əgər bu iki qüvvə yerində istifadə olunarsa, insanın kamalına da vasitə olar. Amma onlar həddini aşanda insanı bədbəxtliyə aparır. Ramazan ayının ən mühüm əhəmiyyətlərindən biri bu idi ki, qəzəb və şəhvəti nəzarətə almaq digər aylarla müqayisədə olduqca asan idi. Bu ayda bunun üçün zəmin yaranıb. Nəzərə alsaq ki, Ramazan ayı şeytanın (lən) əl-qolu bağlı olan bir aydır, bu zaman bizim bəhanələrimizə də yer qalmır. Bu da bizə həmin iki qüvvəni nəzarətə almaq üçün fövqəladə fürsət yaradır.

Qiyamət gününü simvolizə edən - Fitr bayramı

BU AYDA QƏZƏBLƏR MƏRHƏMƏT İLƏ ƏVƏZ OLAR

Nəzarətə alınmayan qəzəb qüvvəsi insanı məhvə doğru aparan əsas amillərdən biridir. Qəzəb qüvvəsini nəzarətə almamağın cəzası olduqca böyük olduğu kimi, onu nəzarətə almağın da bir o qədər əcri və mükafatı var. İmam Baqir (ə) buyurur: “Kim qəzəbini soyuda bilsə və onu udsa, Allah Qiyamət günündə onun qəlbini iman və rahatlıqla aşırıb-daşırar”. Mübarək Ramazan ayı qəzəbi soyutmaq, onu udmaq üçün ən gözəl fürsət ayı idi. İnsanda əmələ gələn mənəvi hal Ramazan ayında qəzəbi yaxına buraxmaz. Qəzəb hissi, əksinə olaraq, mərhəmət hissi ilə əvəzlənər. Bu ay ərzində iradəvi olaraq qəzəbi nəzarətdə saxlamağı öyrənsək, digər aylar üçün də bunu mələkə halına keçirə bilərik. Bu zaman Allah Təala Qiyamət günü qəlbimizi iman nuru ilə aşırıb-daşırar. Ramazan ayı bizə Qiyamət üçün azuqə qazanmağa imkan verdi. Belə bir ay artıq geridə qaldı. İndi bu qazandığımız immunitetdən faydalı şəkildə bəhrələnməliyik.

Qiyamət gününü simvolizə edən - Fitr bayramı

NƏFSİ İSTƏKLƏRİNİN ARDINCA GEDƏNİN AQİBƏTİ

Bu ayın içərisində insanın diqqət etməli olduğu məsələlərdən biri də istəklərini nəzarətə alması idi. İstəklər insanı məhvə apara bilər. Şəhvət qüvvəsi və bunun kökündə dayanan istəklər insanı o qədər bədbəxt edər ki, insan özü də təsəvvür etmədiyi səviyyəyə enər. Ramazan ayı istəkləri nəzarətə almaq ayıdır. Həzrət Əmirəlmöminin (ə) bizləri xəbərdar edirərək buyurur: “Hər hansı bir eybdən pak və uzaq olmaq, şəhvət və nəfsi istəklərə hakim olmaqla mümkündür”. İnsan bu ayda şəhvət və nəfsi istəklərə hakim olmağı öyrənməlidir. Nə istəyir onun ardınca getməməli, ürəyi istəyəni etməməli və s. Əgər buna nail ola bilərsə, eyblərdən pak olar. Ramazan ayı insanı eyblərdən pak edən aydır.

Qiyamət gününü simvolizə edən - Fitr bayramı

XEYRİN HƏR ZAMAN ONLARDAN UZAQ OLDUĞU İNSANLAR KİMLƏRDİR?

Həzrət Əli (ə) buyurur: “Xeyir, himməti və fikri-zikri qarnı və şəhvəti olan şəxsdən nə qədər də uzaqdır”. Həzrət Əli (ə) bizləri çox incə bir buyuruşla xəbərdar edir. İnsanın çalışması, fikri-zikri qarnı və şəhvəti olarsa, xeyir o insandan hər zaman uzaqda olar. Mübarək Ramazan ayı bizləri hər gün bütün bu məsələlərə birbaşa şəkildə nəzarət etməyi öyrədir. Bu baxımdan, xeyir və fəzilətlərin inkişafı üçün misilsiz bir aydır.

Allah Təala Həzrət İsaya (ə) öyüdlərindən birində buyurur: “Ey İsa! Oyaq olanda günah etmə, ayıq olanda qəflətə düşmə, öz nəfsini məhvə səbəb olan şəhvətlərdən ayır və səni Məndən uzaqlaşdıran hər bir şəhvətdən uzaqlaş”. Allah Təala sevimli peyğəmbərlərindən (ə) olan Həzrət İsaya (ə) öyüdlərini verəndə, əslində bizlərə də xəbərdarlıq edir. İnsan oyaq olan zaman, onun ağlı, düşüncəsi var. Bu zaman insan ehtiyatlı olmalıdır ki, günah etməsin. Eyni zamanda Rəbbimiz çatdırır ki, nəzarətsiz şəhvət insanı Allahdan uzaqlaşdırır. Mübarək Ramazan ayı bir il üçün bizə bunun məşqini keçdi. Əgər insan bu ayda halal olanlardan belə çəkinə bildisə, deməli digər aylarda haramlardan da çəkinə bilər.

Qiyamət gününü simvolizə edən - Fitr bayramı

ŞƏHVƏT - ÖNCƏ QUL, SONRA İSƏ ZƏLİL EDƏR

Həzrət Əmirəlmöminin (ə) buyurur: “Şəhvətlərin qəlblərinizə qalib və hakim olmasından çəkinin. Çünki, onların əvvəli - qula çevrilmək, sonu isə məhv olmaqdır”. İnsan öncə şəhvətinin quluna çevrilər, daha sonra isə məhv olar. Bir insan yoxdur ki, şəhvətin quluna çevrilsin və bununla da xoşbəxtliyə çatsın. Bu yolun sonu məhv və zəlalətdir. Mübarək Ramazan ayı bizləri qul olmaqdan azad edir. Ramazan ayının gündəlik dualarında da əsirlikdən, qulluqdan azad olmaq dilənir. Təbii ki, burada söhbət yalnız fiziki əsir olmaqdan getmir. Rəbbimizdən bu ayda nəfsi istəklərimizin, şəhvətimizin qulu olmamağı diləyirik. Bizlər bir çox şeylərin əsirinə çevrilirik. Ramazan ayı isə bizi bu əsirlikdən çıxarır. Çıxarır ki, bir il boyunca azad və firavan yaşayaq.

Çox təəssüflər olsun ki, bəzən Ramazan ayının günləri geridə qaldıqca insanın mənəvi durumunda eniş başlayır. Əvvəlki günlərdə hər günün əməllərinə, ibadətlərə xüsusi diqqət ayrılırsa, getdikcə sanki bir adiləşmə müşahidə olunmağa başlayır. Bəzən insan Ramazan ayının cəmi yeddi gününü yaşayır və heyinin artıq qurtardığını bildirir. Amma əslində, yeddi günə insanın bu aya uyğun heyi, mənəvi durumu ancaq elə meydana gəlməlidir. Bəzən insan bir həftə və bir də əhyaları birtəhər yola verir və bununla da Ramazan ayının bitmiş olduğunu hesab edir. Amma, Ramazan ayının hər günündə, hər gecəsində özünəməxsus nemətlər, mükafatlar var. Bundan başqa, mübarək ay bitdikdən sonra da əməl edən bəndə üçün həmin nemət və mükafatlardan pay var.

Allahım, bizləri Sənin İlahi ziyafət ayından bağışlanmış halda çıxanlardan qərar ver! Allahım, bizlərə gələcək günlərimizi də Sənin dərgahında olduğumuzu xatırlayaraq keçirmək ləyaqətini nəsib et! Amin!


Geri dön

Mefistofel

  • 8 sentyabr 2011 13:19
  • Məqalə: 8
  • Şərh: 384
  • Bal:
məlumat üçün çox sağ ol

sevgi meleyim

  • 6 sentyabr 2011 18:21
  • Məqalə: 25
  • Şərh: 1625
  • Bal:
{awards}
xeber ucun tewekkurler

--------------------
Gedene Uzulme.Sevseydi Getmezdi...Gelene Sevinme,O da Bawqasindan Gelib..

ezel_ezel

  • 5 sentyabr 2011 15:06
  • Məqalə: 19
  • Şərh: 27
  • Bal:
{awards}
bu gunu yox o gunu dusunmeliyik

--------------------
ezel

music_angel

  • 4 sentyabr 2011 16:19
  • Məqalə: 212
  • Şərh: 7767
  • Bal:
{awards}
Allah razi olsun

--------------------

devyjones

  • 3 sentyabr 2011 02:42
  • Məqalə: 58
  • Şərh: 823
  • Bal:
{awards}
ALLAH SƏNİ QİYAMƏY GÜNÜ CƏNNƏTƏ SORĞU SUALSIZ DAXİL ETSİN

--------------------
Dost istəsən ALLAH
Söhbət istəsən QURAN
Düşmən istəsən NƏFS
Varlanmaq istəsən QƏNAƏT

_eslemnur_

  • 2 sentyabr 2011 18:14
  • Məqalə: 0
  • Şərh: 69
  • Bal:
{awards}
Allahım, bizləri Sənin İlahi ziyafət ayından bağışlanmış halda çıxanlardan qərar ver! Allahım, bizlərə gələcək günlərimizi də Sənin dərgahında olduğumuzu xatırlayaraq keçirmək ləyaqətini nəsib et! Amin! AMIN, AMIN,AMIN,Allah razi olsun.

KRiPToS

  • 2 sentyabr 2011 16:45
  • Məqalə: 555
  • Şərh: 2055
  • Bal:
{awards}
Allah razi olsun!!!

--------------------

Мой Мир

  • 2 sentyabr 2011 16:35
  • Məqalə: 722
  • Şərh: 5996
  • Bal:
{awards}
twkrlerrrrrrr allah razi olsun

--------------------
∞♥

Prank girl

  • 2 sentyabr 2011 16:28
  • Məqalə: 106
  • Şərh: 10213
  • Bal:
{awards}
tesekkur edirem maraqli yazoya gore

--------------------
Oglanlar dostluq atmasin qebul etmeyecem!!

orxan_kerimli

  • 2 sentyabr 2011 16:16
  • Məqalə: 0
  • Şərh: 54
  • Bal:
{awards}
yaxsidi ela

allah razi olsun

beyaz melek

  • 2 sentyabr 2011 15:38
  • Məqalə: 58
  • Şərh: 1126
  • Bal:
{awards}
Fitr bayramı elə bir gündür ki, mübarək Ramazan ayında oruc tutanlar, ibadət edənlər mükafatlarını həmin gündə alarlar. Bir ay Allah dərgahında bəndəlik edənlər, İlahi ziyafətdə olanlar vəd edilən mükafatlarını Fitr bayramında alarlar. Ramazan ayına məhəl qoymayan, öz çirkin əməllərini bu ayda da davam etdirənlər həmin gün məyus və ümidsiz olar. Fitr bayramında yaxşı əməl sahiblərinin mükafat alması, pis əməl sahiblərinin isə məyus olması Qiyamət günü ilə müqayisə olunur. Həmin hadisə Qiyamət gününə çox oxşayır.ALLAH RAZI OLSUN TESEKKURLER.

--------------------
Məhəbbəti qorusan onunla ucalarsan
Məhəbbətli qocalsan qoca deyil cavansan.
Hech bir zaman Qadinin eybini uzune vurma, Chunki Qadin ureyi derin bir okeandir ve O okeanda Senin minlerce qebul olunmush eyblerin var!

GEDEN GETMISDIR,GETDIYI GUN BITMISDI,MEN GEDENI DEYIL,GEDEN MENI ITIRMISDIR

breaking dawn

  • 2 sentyabr 2011 13:54
  • Məqalə: 12
  • Şərh: 1041
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN!!!!

ALLAH RAZI OLSUN!!!!

Zehra MeLeK

  • 2 sentyabr 2011 13:52
  • Məqalə: 7
  • Şərh: 634
  • Bal:
{awards}
of qorxuram men allahdan

HaYaliM

  • 2 sentyabr 2011 13:24
  • Məqalə: 144
  • Şərh: 4372
  • Bal:
{awards}
Allahım, bizləri Sənin İlahi ziyafət ayından bağışlanmış halda çıxanlardan qərar ver! Allahım, bizlərə gələcək günlərimizi də Sənin dərgahında olduğumuzu xatırlayaraq keçirmək ləyaqətini nəsib et! Amin!

AMİN.Allah razi olsun

--------------------

Elə yaşa ki atanın qözlərində utanc,ananın gözlərində yaş görməyəsən.
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 29
Cəmi: 47

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 10
Cəmi: 453
 
♔Hе важно∞
Xəbərləri: 3
Cəmi: 31
 
 
{slinks}