Bismilləhir-Rahmənir-Rahim.
1004. Yaxşılıq və pisliyin meyarı
Qur’an:
«Sizin üçün cihad təyin edildi, o da sizin xoşunuza gəlmir. Nə çoxdur sizin xeyrinizə olan, ancaq xoşunuza gəlməyən şey. Nə çoxdur sizin xoşunuza gələn, ancaq ziyanınıza olanlar. Allah bilir, sizsə bilmirsiniz.» (Bəqərə, ayə 216)
«İnsan xeyir dua etdiyi kimi, şər dua da edər. İnsan həmişə tələsəndir.» (İsra, ayə 11)
Hədis:
3235. İmam Əli (ə): «O yaxşılıq ki, onun arxasında atəş var, yaxşılıq deyil. O pislik ki, sonunda Cənnət var, pislik deyil. Cənnətlə müqayisədə hər bir nemət kiçik və dəyərsizdir. Cəhənnəmin müqabilində hər əziyyət və bəla, salamatlıqdır.» (Nəhcül-Bəlağə, xütbə 387)
3236. İmam Əli (ə): «Sübhan olan Allah hidayət edən bir kitab göndərdi və onda yaxşı ilə pisi bəyan etdi. Belə isə, yaxşılıq yolunu seçin ki, hidayət olasınız. Pislik yolundan da uzaqlaşın ki, məqsədə çatasınız.» (Nəhcül-Bəlağə, xütbə 167)
1005. Pisdən də pis
3237. Allahın Peyğəmbəri (s): «İki işdən üstün heç bir xeyir yoxdur: Allaha iman və Allah bəndələrinə xeyir vermək. İki işdən də böyük şərr yoxdur: Allaha şərik qoşmaq və Allahın bəndələrinə ziyan vurmaq.» (Biharul-Ənvar, c.77,səh.137 , hədis 2)
3238. İmam Əli (ə): «Pisdən daha pis olan onun cəzası, yaxşıdan daha yaxşı isə onun mükafatıdır.» (Nəhcül-Bəlağə, xütbə 114)
3239. İmam Əli (ə): «Pislik edən, pislikdən daha pisdir.» (Nəhcül-Bəlağə, hikmət 32)
1006. Pisliklərin açarları
3240. İmam Baqir (ə): «Allah-taala pisliyə qıfıllar qoymuş və bütün bu qıfılların açarını şərabda qərar vermişdir. Yalan isə şərabdan da pisdir.» (Biharul-Ənvar, c.72,səh. 236 , hədis 3)
3241. İmam Sadiq (ə): «Qəzəb, bütün pisliklərin açarıdır.» (Biharul-Ənvar, c.73,səh. 263 , hədis 4)
1007. Şərr toplusu
3242. Allahın Peyğəmbəri (s): «İblis öz şeytanlarına dedi:«Sizə əti, məstedici şeyləri və qadınları (nəzərinizdə saxlamağı) tövsiyyə edirəm.
Çünki bu üç şeydən başqa pislikləri hazırlayan heç nə tapmıram.» (Biharul-Ənvar, c.62, səh. 293)
1008. Şər insanın təbiətindədir
3243. Allahın Peyğəmbəri (s): «Xeyir iş görmək üçün özünüzü zəhmətə salın və bu yolda nəfslərinizlə mübarizə aparın. Çünki insanın təbiətində şər qoyulmuşdur.» (Tənbihul-Xəvatir, c.2,səh.120)
3244. İmam Əli (ə): «Öz nəfsini fəzilətləri qəbul etməyə məcbur et. Çünki rəzalətlər sənin təbiətində qoyulmuşdur.» (Ğurərul-Hikəm,hədis 2477)