Ramazan sonrası qidalanma necə olmalıdır?

 
Ramazan sonrası qidalanma necə olmalıdır?

"Yeni Müsavat" qəzeti yazır ki, Ramazan ayının sona çatması oruc tutan kəs üçün bir növ nəfs imtahanının da yekunlaşması anlamına gəlir. Ac-susuz saatlarla dolu günlər artıq geridə qalıb. Amma həkimlər, xüsusən də mədə-bağırsaq xəstəlikləri üzrə mütəxəssislər insanlara Ramazan ayından sonrakı dönəmdə diqqətli olmağı tövsiyə edirlər.

Belə ki, bir ay boyunca həzm sistemi yavaşıyan, istirahət edən orqanizm bundan sonra daha çox yağlı, şirin, un məmulatları qəbul edərsə, mədə gücə düşə bilər. Bu isə ilk növbədə başda ağrılar, mədədə həzmsizlik, ardınca isə təzyiq, şəkər xəstəliyi kimi problemlərin bünövrəsini qoya bilər. Yəni orucluq dönəmindən yeni çıxan insan artıq bu aydan öncə qəbul etdiyi miqdarda qidanı dərhal qəbul edə bilməz. Ona görə də ilkin qızıl qayda: Ramazan sonrası qidalanmanın miqdarı Ramazan öncəkindən daha az olmalıdır.

Keçək digər qaydalara. Həkimlər tövsiyə edirlər ki, bayramdan sonrakı ilk günlər daha çox duru yeməklər və meyvə-tərəvəzə üstünlük vermək lazımdır. Bundan başqa, az-az, amma tez-tez qidalanma da mədədə problem yaranmasının qarşısını ala bilər.

Bayramda yağlı yeməklər və ya kabab növlərini nuş edənləri isə ciddi çəki artımı və həzm problemi gözləyir. Bunun qarşısını almaq üçün ət yeməklərini minimuma endirməli, meyvə-tərəvəzə, salata daha çox yer verib, xüsusən də həddən artıq şirniyyat və şokoladdan uzaq dayanmaq lazımdır.

Həkimlərin başqa bir tövsiyəsi isə maye ilə bağlıdır. Gündə ən azı 2-2,5 litr mayenin qəbulu orqanizmə bu dönəmdə dərman təsiri bağışlayacaq. Bu maye təkcə su deyil, meyvə şirəsi, çay, mineral sular formasında da mümkündür. Çayı yeməkdən dərhal sonra qəbul etmək isə yolverilməz sayılır. Çünki bu, bədəndə dəmirin miqdarını azaldır. Ona görə də yeməklərdən dərhal sonra hədsiz miqdarda çay qəbulu yerinə, ən azı 45 dəqiqədən sonra çay içmək məsləhət görülür.

Həkimlərin tövsiyələri sırasında xüsusən də şirniyyat önəmli yer tutur. Birdən-birə paxlava, hədsiz şirin olan şirniyyatlar yerinə nisbətən az şirnisi olan, hətta mümkünsə, turş, meyxoş dadda şirniyyatlara üstünlük verilməsi səslənən yekdil məsləhətlər sırasındadır.

Ramazan sonrası daha bir tendensiya. Həkimlər deyir ki, bəzi insanlar ay boyunca oruc tutduqları üçün mədədən başqa, həm də göz aclığı yaşayırlar. Yəni mədənin qəbul etmədiyi, amma gözün "israrla" tələb etdiyi qidaların qəbul edilməsi yuxarıda yazdığımız fəsadlarla nəticələnir. Bəzi insanlara elə gəlir ki, onlar bir ay boyunca ac-susuz qaldıqlarından, bu aclığı qapatmaq üçün hədsiz və sistemsiz qidalanma sisteminə keçmək lazımdır. Həkimlər bu ehtiyacını ödəmək istəyənlər arasında mədə fəsadı keçirən, xəstəxanaya düşən bir çox adamların olduğunu təsdiqləyirlər.

Onların fikrincə, az, amma keyfiyyətli qida qəbulu diqqət yetirilməli ilk məqam olmalıdır. Qidalar yaxşı çeynənməli, yavaş-yavaş yeyilməlidir. Bayramdan sonra da ailənin, dost-tanış çevrəsinin israrla "çox ye, bir ay ac qalmısan" tipli israrlarından uzaq dayanmaq lazımdır. Əgər kiminsə şirniyyata meyli varsa, bu zaman südlü şirniyyatlara üstünlük verilməlidir.

Xüsusən yaşlılar və təzyiq xəstələrinin gün boyu qəhvə içməsində bir norma olmalıdır. Onlar çay və qəhvə əvəzinə bitki çaylarını içməli, ən pis halda isə gündə 2 stəkandan artıq qəhvə içməməlidirlər. Ramazan ayı boyunca məsləhət görülən imsaq yeməkləri Ramazandan sonra gecə yeməkləri formasında davam etməməli, əvəzində isə yatmazdan əvvəl meyvə, yoqurt kimi qidalar qəbul edilməlidir.

Oruca görə zəifləyən orqanizmi gücləndirmənin bir başqa yolu isə müntəzəm idman ola bilər. Bir sözlə, oruc müsəlmanlar üçün bir nəfs sınağı olduğu kimi, orucluq ayından sonra qidalanma da başqa bir sınaqdır. Amma bu sınaq birincidən daha asandır: həkimə qulaq asın, orqanizminizi incitməyin...


Geri dön

sevgi yalandir

  • 20 sentyabr 2011 20:53
  • Məqalə: 538
  • Şərh: 7367
  • Bal:
DEYERLI XEBERE GORE TESHEKKUR BACISH

--------------------
Bəzən gülərsən xoşbəxtmiş kimi .. Bəzən sevərsən ilk kezmiş kimi .. Hər səfərində gedənin arxasından ağlarsın sanki değermiş kimi .. Bəzən susayar son kezmiş kimi .. Bəzi şeylərə inanarsan doğruymuş kimi .. Sonra oyanar gerçəkmiş kimi .. Təsirində qalarsan oradan qovulmuş kimi .. Ən sonuna anlarsan yanılmış .. HƏR ZAMAN OLDUĞU KİMİ .. Və mən hələ bir ümidlə gözləyirəm sanki geri dönecekmiş kimi.........

sevgi meleyim

  • 6 sentyabr 2011 18:20
  • Məqalə: 25
  • Şərh: 1625
  • Bal:
{awards}
xeber ucun tewekkurler

--------------------
Gedene Uzulme.Sevseydi Getmezdi...Gelene Sevinme,O da Bawqasindan Gelib..

RAY OF MOON

  • 2 sentyabr 2011 18:38
  • Məqalə: 0
  • Şərh: 229
  • Bal:
{awards}
DEYERLI XEBERE GORE TESHEKKUR BACISH

--------------------
Unutduqlarini xatirla, itirdinse axtar, darixdinsa get tap, incitdinse uzr iste, incidinse bagishla... CUNKI HEYAT CHOX QISA!!!

KRiPToS

  • 2 sentyabr 2011 16:34
  • Məqalə: 555
  • Şərh: 2055
  • Bal:
{awards}
Tewekkurler
Allah razi olsun!!!

--------------------

Cilent_M.Q

  • 2 sentyabr 2011 16:27
  • Məqalə: 87
  • Şərh: 2628
  • Bal:
{awards}
twk

--------------------

Prank girl

  • 2 sentyabr 2011 16:21
  • Məqalə: 106
  • Şərh: 10213
  • Bal:
{awards}
tesekkur edirem bacis deyerli yaziya gore

--------------------
Oglanlar dostluq atmasin qebul etmeyecem!!

Мой Мир

  • 2 sentyabr 2011 16:21
  • Məqalə: 722
  • Şərh: 5996
  • Bal:
{awards}
tewekkurlerrrr

--------------------
∞♥

beyaz melek

  • 2 sentyabr 2011 15:33
  • Məqalə: 58
  • Şərh: 1126
  • Bal:
{awards}
TAMAMILE DOGRUDUR.TESEKKURLER

--------------------
Məhəbbəti qorusan onunla ucalarsan
Məhəbbətli qocalsan qoca deyil cavansan.
Hech bir zaman Qadinin eybini uzune vurma, Chunki Qadin ureyi derin bir okeandir ve O okeanda Senin minlerce qebul olunmush eyblerin var!

GEDEN GETMISDIR,GETDIYI GUN BITMISDI,MEN GEDENI DEYIL,GEDEN MENI ITIRMISDIR

Delya_91

  • 2 sentyabr 2011 14:04
  • Məqalə: 319
  • Şərh: 5295
  • Bal:
{awards}
meslehetlere gore tewekkur

--------------------
"Camaat nə deyər" ifadəsi qədər divarları hündür bir hebsxana yoxdur...

Zehra MeLeK

  • 2 sentyabr 2011 13:47
  • Məqalə: 7
  • Şərh: 634
  • Bal:
{awards}
tewekkurler

Jasmin45

  • 2 sentyabr 2011 13:40
  • Məqalə: 43
  • Şərh: 1124
  • Bal:
{awards}
Təşəkkür edirəm,maraqlı məlumat idi oruc tutanlara...

--------------------

Tək istədiyim üzüyünü taxım və deyim "Artıq səninəm"=)

Ay Üzlü

  • 2 sentyabr 2011 13:37
  • Məqalə: 395
  • Şərh: 6159
  • Bal:
{awards}
tewekkurler

Lovely Heart

  • 2 sentyabr 2011 13:33
  • Məqalə: 17
  • Şərh: 113
  • Bal:
{awards}
tewekurler xeber ucn, smile

--------------------
Anadan gözel wey varmi dünyada?
Bilirsiz ne qeder eziyet cekir??
Onun ag saclarina nezer salanda,
Menim qara saclarim xecalet cekir..
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 40
Cəmi: 56

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 4
Cəmi: 387
 
Nergiz__Sirinova
Xəbərləri: 3
Cəmi: 329
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
Awk bir hayal
Xəbərləri: 2
Cəmi: 137
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 766
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 3
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 21
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
 
{slinks}