Bəzən itirmək, itirdiyindən daha artığına layiq olduğunun göstəricisi ola bilər.
Yaşamaq! İstəməsək belə həyata gəlmişiksə yaşamağa məcburuq. Ən azından ruhuna qıyıb Allaha xəyanət etməmək üçün...
İnsanlara hər zaman inandım, təmiz olduqlarına inandığım üçün... Fəqət təmizliyin yalnız mələklərə məxsus olduğunu bilməliydim...
İnandım, inandığım üçün sevdim, sevdiyim üçün hər şey etdim. gücüm çatacaq qədər.
Sevdim, insanları çox sevdim... Amma heç sevgi görmədim. Kimsədən görmədim. Sevdiyim qədər sevilmədim... Mən ki, sevdiyim qədər sevilməkdən başqa heç nə istəməmişdim...
Səhvlərim oldu, bilərəkdən-bilməyərəkdən... O səhvlərimi bağışlamadılar. Onlara olan böyük sevgimə də belə bağışlamadılar. Sındım, əzildim, mənən məhv oldum.

Təmiz olmağa çalışdım. Fəqət kimsənin bu təmizliyə qiymət vermədiyini gördüm. Küsdüm həyatdan, özümdən...
Kimsə məni anlamadı, kimsə məni olduğum kimi başa düşmədi...
Hər kəsə səmimi yanaşım, ən azından Tanrımın yaratdığı bir bəndə olduqları üçün...
Elə bu səmimilikdir ki, həyat yollarında qara ilan olub ayağıma dolaşdı, büdrətdi məni...
Vicdansız insanlarla dolu bu həyat məni yaşamaqdan usandırdı.
İnsanlara inanmadan, onlara sevgi bəsləmədən, bəs, mən necə yaşayım??? Bunlarsız nədir həyatın mənası???
EH! Yaxşı ki, həyat yaxşı insanlardan xali deyil. Onların varlığına baxaraq bir az yaşamağa dəyər...
Bir də xəyal dünyamın bir gün gerçəkləşməsi ümidi ilə...