Elgizlə Ulvira üz-üzə gəldi: "Toy olsun" kimindir?

 
Elgizlə Ulvira üz-üzə gəldi: "Toy olsun" kimindir?

Bir il müddətində ANS telekanalının efirində həftə içi 5 gün
canlı olaraq yayımlanan "Toy olsun"un aparıcısı Elgiz Əkbər verilişdən kənarlaşıb.

Aparıcının sözlərindən belə qənaətə gəldik ki, məsələnin bir çox səbəbləri var: "Verilişlə bir illik müqavilə bağlamışdım. Yenidən müqaviləni imzalamaqdan vaz keçdim. Çünki daha maraqlı bir layihəm var. Tamaşaçılarıma yeni və çox maraqlı veriliş təqdim edəcəm.

Qulağıma digər xəbərlər də çatır. Eşitdiyimə görə, bizim verilişdən digər kanallarda da yayımlanacaq. Məlumdur ki, eyni formatlı verilişdən bəlli bir kanalda da yayımlanır. Ancaq ondan əlavə daha iki kanalda da nümayiş olunacaq. Mən də belə şeyləri eşidib qərara gəldim ki, artıq mən getməliyəm. Ancaq sevinirəm ki, veriliş 1 il ərzində gündəmdən düşmədi. Ona görə də yeni mövsümdə verilişin "şitini" çıxarmaq istəməzdim. Çünki 3-4 kanalda eyni mövzuda verilişlər yayımlansa, tamaşaçılar bezəcəklər.

Mənə çox adam deyir ki, axı bu veriliş sənin fikrin idi. Niyə məhz sən getdin? Amma neyləmək olar?! Həyat belədir də. Dünyada əbədi olan heç nə yoxdur. Hər şeyin əvvəli odluğu kimi, axırı da var. Mən ömrümün axırına qədər Ulvira ilə bir səhnədə ola bilmərəm axı. Həmişə onun yanında qalası deyiləm ki. Bu, absurddur. Bu ayrılıq gec-tez baş verməli idi".

Aparıcı əlavə etdi ki, verilişdə tək yenilik onun getməsi deyil: "Veriliş özü də dəyişib. Onun bir adı qalıb. Düzünü desəm, veriliş barədə artıq mən də o qədər çox məlumata malik deyiləm. Ancaq bilirəm ki, bir çox maraqlı yeniliklər var".

Bəs görəsən, Elgiz həmkarı və yaxın dostu Ulviradan onunla birgə verilişdən uzaqlaşmadığı üçün inciyibmi? Aparıcı bu suala belə cavab verdi:

"Qətiyyən incimirəm. Burada Ulviralıq bir iş yoxdur. Əslinə qalsa, o məndən inciməlidir. Çünki mən onu yarı yolda buraxıb, yeni veriliş açdım. Amma yenilik etmək mənim öz fikrim idi.

Mən ümumiyyətlə yenilikləri çox sevirəm. Yeri gələndə "Toy olsun"u da Azərbaycanda ilk dəfə mən açdım. Əslində, o veriliş iki il bundan öncə efirə çıxmalı idi. Bunu hətta bizim Bədii Şurada da qəbul etmişdilər. Ancaq "Elgizli axşamlar" verilişi başımı qatdı. Lakin yenə də "Toy olsun" efirə gec çıxmasına baxmayaraq, çox uğurlu alındı, savab qazandıq. 20-yə yaxın insan ailə həyatı qurdu. Biz onlara toy elədik. İnşaallah onların uşaqları dünyaya gələcək. Şəxsən mən öz verilişlərimdə o uşaqları tamaşaçılara təqdim edəcəm. Bu da bir daha sübüt edəcək ki, bizim veriliş çox ciddi eyni zamanda səmimi idi. O, mənsiz də davam edəcək", - deyə Elgiz bildirdi.

Elgiz yeni verilişindən də danışdı: "2 ildir, bu veriliş üzərində çalışıram. Tam olaraq beynimin məhsuludur. Bu yeni verilişdə hər şey daha da maraqlı olacaq. Çünki burada şou, sosial və digər mövzular yer alır. Tamam başqa bir layihədir. Hər kəsə lazım olacaq verilişdir. Detallarını tam açıqlamaq istəməzdim. Veriliş yanvar ayından efirə çıxacaq.

Bununla yanaşı, mənim "Elgizli axşamlar" verilişim hər zamanki kimi efirdədir. Yeni mövzüm üçün çəkilişlər artıq baş tutub. Bu verilişdə də dəyişikliklər çoxdur. Xatırlayırsınızsa, verilişdə şou-biznes və mədəniyyətlə bağlı müzakirələr aparılmayıb. Ancaq bu mövsümdə şou və mədəniyyət sahələrinə də mütləq önəm vermək istəyirəm. Lakin bu, o demək deyil ki, mən hər mövzunu da müzakirəyə çıxaracağam. Əgər qlobal nə isə baş versə, çəkəcəyik".

"Toy olsun"la bağlı verilişin digər aparıcısı Ulvira Qarayeva
dadanışdı. Ancaq Elgizdən fərqli olaraq Ulvira başqa arqumentlər gətirdi:

""Toy olsun"un yeganə adı eyni qaldı. Verilişin yeni formatlı aparıcısı mən seçildim. Bunu isə rəhbərlik istədi. Verilişin yeni formatlı aparıcısı olmaq mənə tapşırıldı. Elgizin isə bundan heç xəbəri yox idi. Düzdür, onun yeni layihəsi var idi. Ancaq verilişdə tək mənim qalmağımı o elə məndən eşitdi. Bildiyiniz kimi, bizim şirkətdə hər bir qərarı rəhbərlik verir. Verilişdə Elgizsiz darıxacam. Amma o nəyin daha yaxşı olduğunu özü bilir. Mənə elə gəlir ki, hər kəs özü istədiyi layihədə qaldı. Mən də burada qalmaq istəyirdim".

Qeyd edək ki, Elgiz açıqlamasında "Toy olsun" verilişini ANS kanalına ilk dəfə özünün gətirdiyini iddia edir. Elgizin sözlərinə görə, o, bu layihəni hələ 2 il öncə kanalın bədii şurasına təqdim etmişdi. Ancaq Ulvira məsələni təkzib etdi:

"Elgiz yenə nəyisə yalnış danışır. Bəlkə də verilişlə bağlı Elgiz nəyisə zamanında fikirləşib. Ancaq məhz mən bu layihə ilə birgə ANS-ə gəldim. Bu, mənim öz layihəm idi və Elgizi verilişə rəhbərlik verdi ki, mənimlə birgə çıxsın. "Toy olsun"un yeni variantından Elgizin xəbəri yox idi. Onun başı yeni verilişinə qarışmışdı. Verilişin yeni variantını Elgizə təklif etmədilər. O, verilişdən özü getməyib. Bu, birbaşa rəhbərliyin qərarı idi..."

"Mən Elgizdən incimirəm. Yaradıcılıq yolunda nəyi seçməyi hər kəs özü yaxşı bilir. Verilişin bu formatında elə bir aparıcı bəsdir. Yaradıcı kollektivimizlə belə gərara gəldik ki, mənimlə birgə meyxanaçı Tərlan Dağlı da çıxacaq. Ancaq təbii ki, daimi aparıcısı mənəm. Elgiz isə "Elgizli axşamlar"ın əvəzolunmaq aparıcısıdır. Elgiz o verilişə daha çox lazımdır".

Verilişin yeni formatına gəlincə isə Ulvira bunları dedi: "Maraqlı süjetlər olacaq. Təbii ki, evlənmək məsələsi öz yerində qalacaq. Verilişdə münsiflər heyəti də oturacaq. Onlardan biri çox maraqlı və qeyri-adi stilist Samir Əliyevdir ki, onun məsləhətlərinə daim ehtiyacımız olub. Qalan 3 nəfəri isə efirdən görəcəklər. Verilişdə bəylər ayrı, xanımlar ayrı iştirak edəcəklər.
"Toy olsun" sentyabrın birinci yarısında efirə çıxacaq", - deyə Ulvira əlavə etdi.


Geri dön

..:LuNaTiK:..

  • 19 oktyabr 2011 10:39
  • Məqalə: 0
  • Şərh: 0
  • Bal:
baxiram,yaxsi verlisdi

NAZLI YAGMURLAR

  • 13 sentyabr 2011 16:12
  • Məqalə: 1
  • Şərh: 409
  • Bal:
{awards}
EFIRE CIXMASA DA OLARDI CUNKI HEC KIM BAXMIR VE MENIM HEC XOSUM GELMIR O VERKISDEN VE ONUN YARISINDAN DA COX SITDILER TWKLER

--------------------
DOGDUNDA KULAGINA EZAN OKUNUR OLDUGUNDE EZANSIZ NAMAZIN KILINIR.
HEYATIN ISE:
EZAN VE NAMAZ ARASINDA OLAN O VAKIT KADARDIR NE KISA
DEGILMI...!!!

sevgi meleyim

  • 6 sentyabr 2011 18:05
  • Məqalə: 25
  • Şərh: 1595
  • Bal:
{awards}
xeber ucun tewekkurler

--------------------
Gedene Uzulme.Sevseydi Getmezdi...Gelene Sevinme,O da Bawqasindan Gelib..

Rapunser

  • 3 sentyabr 2011 10:50
  • Məqalə: 3
  • Şərh: 264
  • Bal:
{awards}
Hec xowum gelmir o, verliwden cox seviyyesiz verliwdi am

--------------------
UREK QAPI DEYIL ACIB ORTESEN
HER SENI SEVENI SENDE SEVESEN
UREK BIR MENZILDIR QAPISI BAQLI
YALNIZ BIR INSANDIR ONUN ACARI

gulu345

  • 3 sentyabr 2011 10:48
  • Məqalə: 0
  • Şərh: 11
  • Bal:
{awards}
baxmiram bu verlise

--------------------
_GULU_

AMINA

  • 3 sentyabr 2011 10:48
  • Məqalə: 4
  • Şərh: 165
  • Bal:
{awards}
ela tessekkurler
lol [hide][/hide]

--------------------
Esil deyer qelbdedi hayif o insanlaraki deyerini itirir

Willow smith

  • 3 sentyabr 2011 08:58
  • Məqalə: 52
  • Şərh: 1018
  • Bal:
{awards}
men onsuzda bunu bilirdim de ikisinin de sifetinnen yagir her neyse onsuz mene maraqli deyil davalari emeye hormet

--------------------
Stəkanı yerə at, sonra ondan üzr istə.
Əslində onu qırmaq istəmədiyini və təkrar su içmək istədiyini söylə..
İşə yarasa, mən burdayam...

Delya_91

  • 3 sentyabr 2011 08:23
  • Məqalə: 319
  • Şərh: 5162
  • Bal:
{awards}
Mene maraqli deyil deyil,onsuzda baxmirdim,indi iwe gore hec baxa bilmeyecem

--------------------
"Camaat nə deyər" ifadəsi qədər divarları hündür bir hebsxana yoxdur...

_WITH YOU_

  • 3 sentyabr 2011 08:05
  • Məqalə: 1
  • Şərh: 505
  • Bal:
{awards}
tşk.......

PELIN_ATABAY

  • 3 sentyabr 2011 07:19
  • Məqalə: 86
  • Şərh: 1606
  • Bal:
{awards}
twk

twk

twk

--------------------

winxclub_bloom

  • 3 sentyabr 2011 01:17
  • Məqalə: 155
  • Şərh: 6710
  • Bal:
{awards}
men belen elgiz getdi toy olsundan,yerine de terlan deye biri gelib

--------------------

Ay Üzlü

  • 2 sentyabr 2011 23:42
  • Məqalə: 395
  • Şərh: 6067
  • Bal:
{awards}
EVVELLER İZLƏYİRDİM İNDİ NO
TƏŞƏKKÜRLƏR

Niqulka

  • 2 sentyabr 2011 23:34
  • Məqalə: 1
  • Şərh: 96
  • Bal:
{awards}
Şad xəbərə görə təşəkkürlər.

Zehra MeLeK

  • 2 sentyabr 2011 23:09
  • Məqalə: 7
  • Şərh: 622
  • Bal:
{awards}
zehlem gedir bu verlisden twk

N.M

  • 2 sentyabr 2011 22:08
  • Məqalə: 0
  • Şərh: 149
  • Bal:
{awards}
Elgiz ucun darixacam

HaYaliM

  • 2 sentyabr 2011 22:01
  • Məqalə: 144
  • Şərh: 4313
  • Bal:
{awards}
maraqli deyil mene.emeye hörmet

--------------------

Elə yaşa ki atanın qözlərində utanc,ananın gözlərində yaş görməyəsən.

Мой Мир

  • 2 sentyabr 2011 21:59
  • Məqalə: 722
  • Şərh: 5845
  • Bal:
{awards}
zehlem gedir bu verlisden twk

--------------------
∞♥
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 3
Qonaqlar: 32
Cəmi: 64

 

Top 10 Müəllif

ραყιȥ
Xəbərləri: 57
Cəmi: 137
 
The Shield
Xəbərləri: 57
Cəmi: 155
 
NIGAR
Xəbərləri: 46
Cəmi: 790
 
lamiye_2001
Xəbərləri: 30
Cəmi: 32
 
♔Hе важно∞
Xəbərləri: 29
Cəmi: 243
 
Nergiz__Sirinova
Xəbərləri: 24
Cəmi: 506
 
AyliN BunyaminovA
Xəbərləri: 23
Cəmi: 470
 
..::Kitty::..
Xəbərləri: 6
Cəmi: 6
 
Sol Meleyim
Xəbərləri: 4
Cəmi: 57
 
Emrah_babayevv
Xəbərləri: 2
Cəmi: 2
 
 
{slinks}