Azərbaycana səfər edən çoxsaylı türk sənətçilərinin sırasına biri də qatılacaq. Bu, Türkiyənin populyar “Çocuklar duymasın” serialının qəhrəmanı “Haluk” - Tamer Karadağlı olacaq. Çoxları bəlkə də “Taş fırın erkəyi”nin əslən azərbaycanlı olmasından xəbərsizdirlər. . . Hiss olunurdu ki, başqalarından fərqli olaraq aktyor həmin gün xüsusi həyəcan içində idi.Tamer karadagli:he mən əslən azərbaycanlıyam, üstəlik serialda da Azərbaycan ləhcəsinə, şivəsinə müraciət edirəm. Seriallarda Türkiyənin müxtəlif əyalətlərinin şivəsi ilə danışırlar, kifayət qədər maraqlı alınır. Amma Azərbaycan ləhcəsi ilə doğru-dürüst danışan olmamışdı. Mən də ona görə bir bu yöndə özümüzü sınayaq, dedim. Çox gözəl reaksiya gəldi. Hamının xoşuna gəldi. Küçədə də mənə saxlayıb “azəricə bir konuşsana” deyirlər. Bu da xoşuma gəlir. Hər şey bir yana, Azərbaycan mənim atalarımın torpağıdır. Evimizdə Azərbaycan yeməkləri bişirilir, Azərbaycan musiqilərini dinləyirik. Əmilərim, bibilərim azərbaycanca danışır. Öz dilimdə danışıram, zatən.