Skhizein - Özündən 91 sm uzaqda

 
Skhizein - Özündən 91 sm uzaqda

“Henri dəli olmaq üzrədir...”
Şizofren (orijinal "Skhizein", rusca "Раскол" ) Fransa istehsalı olan qısametrajlı animasiyadır.


Buraxılış ili: 2008
Rejissor: Jeremy Clapin
Ssenari: Stephane Piera , Jeremy Clapin
Aktyor: Julien Boisselier (səsləndirmə)
Müddət: 13 dəq.
Mükafatlar: 8 fərqli kinofestivaldan 7-sində mükafata layiq görülmüşdür. Bunlardan biri də “Ən yaxşı qısametrajlı film” nominasiyası üzrə məşhur Kann festivalında qazanılmışdır (2009).


Henri, ağlını itirdiyini dərk edən “ağıllı” şizofrendir. Film Henrinin psixoloqa problemini danışmağıyla başlayır. “Mən həmişə burda deyildim, yəni əvvəllər. Mən normal idim. O hadisə olmazdan əvvəl bu divanın üstündə olardım, burda boşluqda, divandan 91 sm uzaqda olmazdım.” Özünə 150 tonluq meteorid dəydiyini (asteroid deyil ! ) və bundan sonra özündən 91 sm uzaqlaşdığını deyən Henrinin həyatı alt-üst olub. Artıq evdəki bütün əşyaları 91 sm məsafə ilə yerlərini təyin edib buna uyğun yaşamağa çalışır. Telefonu 91 sm uzaqdan götürür, stulda 91 sm uzaqda oturur, hətta o, artıq bütün evdəki əşyaların yeni yerləri (yəni, 91 sm uzaqda olan yerləri) divarda rəsm kimi çəkir. İlk günlər öyrəşməyə çalışdığı bu həyat, əslində o qədər də asan deyil. Əvvəlcə özündən uzaqlaşan Henri artıq cəmiyyətdən, ailəsindən, normal həyatdan uzaqlaşmağa başlayır. Bir gün teleskopla səmaya baxanda uçan nəhəng meteoru görür. “Hər şeyi bərbad edib qaça bilməzsən” tipli bir düşüncəylə maşınına 91 sm kənar məsafədə oturur və həyatını qaraldan nəhəng daşın ardıyca gedir. Meteoridin üzərinə düşməsi üçün hesablamalar aparır. İkinci toqquşma ilə hər şeyin düzələcəyini zənn edir. (bəlkə də, burada həyatımızdakı problemləri düzəltmək üçün eyni hadisəni 2-ci dəfə sınaqdan keçirməyin yararsız, hətta daha pis nəticələnə biləcəyi göstərilir.) Amma meteoridin ikinci dəfə Henriyə dəyməsi işləri daha da qəlizləşdirir. Bu dəfə isə Henri 75 sm aşağı düşür. Daha doğrusu, özünü belə hesab edir. (əlbəttə ki, ətrafdakılar onu olduğu kimi görür. Bütün bunlar sadəcə Henrinin beyninin fantastik məhsuludur.) Bununla da, 75 sm aşağı düşmüş tənha şizofren tamamilə insanların gözündə görünmədiyini zənn edir. Henrinin həqiqətlə bağlılıq simvolu olan qarşı binadakı antenn onun tək ümidi idi. Lakin o da yox olanda, bütün ümidlərin yox olduğunu anlayır. Onun istədiyi tək şey isə “burada” olduğunu insanlara bildirməkdir. Bəli, sonda da deyildiyi kimi “Mən buradayam, burada, buradayam...”
Bəli, Henri oradadır... Qaranlıqda, yalnız... Oradan insanlara “Mən buradayam”,- deyə səs salmağa çalışır, amma tərəddüd edir, çünki özünə əmin deyil. Çünki bunların həqiqət ya da uydurma olduğunu ayırd edə bilmir.
Əslində bəlkə də sonda deyilən “mən buradayam” çağırışları Henri kimi onlarla insanın bu cür vəziyyətdə tənha, özündən və cəmiyyətdən kənar qaldığını göstərir. Bəli, bu və ya fərqli vəziyyətdə olan özünəqapanıq tənha insanlar bizimlədir, cəmiyyətimizdədir, amma biz onları “görmürük”, daha doğru desək görməzlikdən gəlirik.

Səhvlər: Filmdə pəncərədən baxarkən və meteoridlə ikinci toqquşmaya hazırlaşarkən teleskopla baxdığı vaxt Henri kənarda deyil, olduğu yerdə göstərilir. Bunun gözdən qaçmış səhv və ya məqsədli şəkildə edildiyi dəqiq deyil. Əgər səhv kimi qəbul etməsək, bəlkə də, rejissor bununla Henrinin 91 sm kənarda deyil, gerçək yerdə olduğunu izləyənlərə bildirmək istəyib.

“Skhizein” sözünə gəlincə isə, yunanca mənası “bölünmüş” deməkdir və şizofreniyanın digər bir adıdır. (“Schizo(skizo)”- (ikiyə) bölünmə, qırılma , parçalanma. “schizophrenia” sözünün ilk hissəsini təşkil edir. İkinci hissə isə, “phren(fren)” – düşüncə deməkdir. “Bölünmüş (ikiyə ayrılmış) düşüncə”...

İlk izləmədə “Bu nə idi? Məna nədir? Bu qarışıqlıq nədir?” deyə öz-özünüzə düşünə bilərsiniz. Amma düşünürəm ki, filmə sərf etdiyiniz 13 dəqiqə və vaxt ayırıb bu mətnə sərf edəcəcəyiniz bir neçə dəqiqə boş yerə getməyəcək. Çünki hər kəsin fərqli məna çıxara biləcəyi bu animasiya bir insanın həyatını 13 dəqiqəyə sığışdırmış və gerçək mənanı anlamağı izləyicilərə buraxmışdır.

“Henri sadəcə bir şizofrendir, bu da onun gördüyü, olduğunu zənn etdiyi gülməli və ya qəribə bir hadisə, burda qeyri-adi heç nə yoxdur” deyə biləcək ağılda insanlar var... Və ya bundan tamam fərqli məna çıxara biləcək, “əslində hamımız günü-gündən Henriləşirik, özümüzdən və ətrafımızdakılardan uzaqlaşırıq, filmin çatdırmaq istədiyi əsas mənalardan biri də bu ola bilər.”, kimi filmin fəlsəfəsini də anlamağa çalışacaq izləyicilərin də olacağına ümid edirəm.

Ətrafdakı əşyalardan, bəlkə də özündən, ya da sırf düşüncəsindən, şüurundan 91 sm və ya daha da uzaq olan insanlar... Bəlkə də ən böyük həqiqəti – özümüzü tapmağın vaxtı gəlib... Bu haqda düşünməyə dəyər.

P.S: Bir çox yeniyetmə və gənclərimiz kimi “Görəsən Allah var ki? Mən bu haqda ha düşünürəm bir əminlik hiss edə bilmirəm” tipli sərsəm fikirlərlə beyin yorub və nəticədə ateist olanlar, ən birinci özlərinin “var olub-olmadığını” aydınlaşdırsınlar. Aydınlaşdırsınlar ki, özlərini dərk edəndən sonra əvvəlki düşüncələrinin necə “aşağı” olduğunu anlasınlar...

P.P.S: Film haqqında yazdığım məqalə ordan-burdan araşdırmaların və özümün bir neçə dəfə izlədikdən sonra çıxardığım “bir neçə qramlıq nəticə”dən ibarətdir. Yəni, yazdıqda məqsəd sırf “dediklərim tamamilə düzdür, mütləq oxuyun” deyil, əksinə sizin də dəyərli fikirlərinizi öyrənmək və daha dolğun məna tapmaqdır.

Türkcə subtitr



Geri dön

sevgi meleyim

  • 6 sentyabr 2011 18:02
  • Məqalə: 25
  • Şərh: 1625
  • Bal:
xeber ucun tewekkurler

--------------------
Gedene Uzulme.Sevseydi Getmezdi...Gelene Sevinme,O da Bawqasindan Gelib..

PELIN_ATABAY

  • 4 sentyabr 2011 06:01
  • Məqalə: 86
  • Şərh: 1637
  • Bal:
{awards}
twk

--------------------

Zehra MeLeK

  • 3 sentyabr 2011 18:11
  • Məqalə: 7
  • Şərh: 634
  • Bal:
{awards}
xebere gore twkler.

KRiPToS

  • 3 sentyabr 2011 13:23
  • Məqalə: 555
  • Şərh: 2054
  • Bal:
{awards}
TƏŞƏKKÜRLƏR[

--------------------

Deniz

  • 3 sentyabr 2011 10:32
  • Məqalə: 338
  • Şərh: 3907
  • Bal:
{awards}
Axira kimi izledim.....olduqca maraqli idi.....tesekkurler

Delya_91

  • 3 sentyabr 2011 08:46
  • Məqalə: 319
  • Şərh: 5294
  • Bal:
{awards}
tewekkur edirem,maraqli neticedir

--------------------
"Camaat nə deyər" ifadəsi qədər divarları hündür bir hebsxana yoxdur...

Willow smith

  • 3 sentyabr 2011 08:38
  • Məqalə: 52
  • Şərh: 1035
  • Bal:
{awards}
Tesekkurler maraqliydi

--------------------
Stəkanı yerə at, sonra ondan üzr istə.
Əslində onu qırmaq istəmədiyini və təkrar su içmək istədiyini söylə..
İşə yarasa, mən burdayam...

_WITH YOU_

  • 3 sentyabr 2011 07:11
  • Məqalə: 1
  • Şərh: 588
  • Bal:
{awards}
təşəkkur

hazal-kaya

  • 3 sentyabr 2011 03:22
  • Məqalə: 0
  • Şərh: 497
  • Bal:
{awards}
teşekkürler

kiss love

  • 3 sentyabr 2011 00:06
  • Məqalə: 4
  • Şərh: 1284
  • Bal:
{awards}
tesekkurlerrrrrrrr

--------------------

Emil Parkour

  • 2 sentyabr 2011 23:45
  • Məqalə: 0
  • Şərh: 17
  • Bal:
{awards}
tesekkurler maraqlidi

--------------------
Ürəkdirmi insana sev deyən, Yoxsa təklikmidir qızışdıran? Doğrudanda nədir sevmək; Bi şama atəş olmaq mı, Yoxsa yanan atəşə toxunmaq mı???(Şəms-i Təbrizi)

Ay Üzlü

  • 2 sentyabr 2011 23:34
  • Məqalə: 395
  • Şərh: 6159
  • Bal:
{awards}
TƏŞƏKKÜRLƏR

HaYaliM

  • 2 sentyabr 2011 23:07
  • Məqalə: 144
  • Şərh: 4372
  • Bal:
{awards}
hmm.maraqlidi.emeye hormet olaraq tesekkurler

--------------------

Elə yaşa ki atanın qözlərində utanc,ananın gözlərində yaş görməyəsən.

winxclub_bloom

  • 2 sentyabr 2011 23:07
  • Məqalə: 155
  • Şərh: 6793
  • Bal:
{awards}
tesekkurlerrrr

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 49
Cəmi: 73

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 32
Cəmi: 542
 
♔Hе важно∞
Xəbərləri: 21
Cəmi: 89
 
Nergiz__Sirinova
Xəbərləri: 15
Cəmi: 409
 
Sol Meleyim
Xəbərləri: 9
Cəmi: 11
 
AyliN BunyaminovA
Xəbərləri: 4
Cəmi: 390
 
cuppuş))
Xəbərləri: 3
Cəmi: 3
 
Nazrin
Xəbərləri: 3
Cəmi: 11
 
genclik_usaqi
Xəbərləri: 1
Cəmi: 1
 
✰_DeLNoLiNi_✰
Xəbərləri: 1
Cəmi: 156
 
 
{slinks}