
Gözəl qız, sən saf susan,
İki qəlb arzususan.
Mənsə səni sevirəm
Susuzluğun od vurub köz kimi yandırdığı
Dodaq su sevən kimi.
O isə səni sevir
Rahatca bardaş qurub
?Kabab üstdən sərin su pis olmaz?-
Deyən kimi.
Gözəl qız, sən işıqsan,
Yurduma yaraşıqsan...
Mənsə səni sevirəm
Iynənin ucu boyda
İşığa həsrət qalan göz işıq sevən kimi.
O isə səni sevir
Bir şən mağarada, toyda
İşıqlardan yaranmış yaraşıq sevən kimi.
Danış, ucalsın səsin,
Qısılmasın nəfəsin.
Mən ki, səni sevirəm
Bakıdan, Daşkəsəndən
Gələn bir səda kimi,
Səs kimi,
Qüdrət kimi...
O isə səni sevir,
Gizli deyil ki səndən,
Bir otaq küncündəki qəmli sükunət kimi.
Bu mən, bu o, bu da sən,
De görək, nə deyirsən.
Amma yaxşı fikir ver bu iki məhəbbətə.
Daha heç nə demirəm:
Nöqtə, nöqtə və nöqtə...
İki qəlb arzususan.
Mənsə səni sevirəm
Susuzluğun od vurub köz kimi yandırdığı
Dodaq su sevən kimi.
O isə səni sevir
Rahatca bardaş qurub
?Kabab üstdən sərin su pis olmaz?-
Deyən kimi.
Gözəl qız, sən işıqsan,
Yurduma yaraşıqsan...
Mənsə səni sevirəm
Iynənin ucu boyda
İşığa həsrət qalan göz işıq sevən kimi.
O isə səni sevir
Bir şən mağarada, toyda
İşıqlardan yaranmış yaraşıq sevən kimi.
Danış, ucalsın səsin,
Qısılmasın nəfəsin.
Mən ki, səni sevirəm
Bakıdan, Daşkəsəndən
Gələn bir səda kimi,
Səs kimi,
Qüdrət kimi...
O isə səni sevir,
Gizli deyil ki səndən,
Bir otaq küncündəki qəmli sükunət kimi.
Bu mən, bu o, bu da sən,
De görək, nə deyirsən.
Amma yaxşı fikir ver bu iki məhəbbətə.
Daha heç nə demirəm:
Nöqtə, nöqtə və nöqtə...
