Howard məktəbdən qalan zamanında qapı-qapı dolaşıb, salfet satan kasıb bir uşaq idi. Lakin bu gün heç bir dənə də olsun salfet sata bilməmişdi. Qarnı ac idi. Cibində isə sadəcə 10 sent var idi. Buna isə heç su da düşmürdü. Biraz da dolaşdıqdan sonra aclığa dayana bilməyib, qarşısına çıxan ilk qapını döyüb yemək istəmək qərarına gəldi. Bir qapını döydü. Qapını açanın gənc, zərif və çox gözəl bir qız olduğunu görən Howard utandı və yemək istədiyini deyə bilmədi. Qıza "əgər varınızdısa zəhmət olmasa bir bardaq su verin də mənə" - dedi. Lakin qız onun ac olduğunu gördü. Və ona bir bardaq süd gətirdi. Howard südü içib qurtarandan sonra "borcum nə qədərdir? Anam mənə tapşırıb ki, tanımadığın birindən bir şey alanda mütləq pulun ödə." Qız gülümsədi və dedi: "Borcun heçnə qədərdir". Howard təkid etsə də qız fikrindən dönmür və sonra Howard "sizə ürəkdən təşəkkür edirəm, çox sağolun" - deyib evinə tərəf yola düşdü.
Aylar, illər su kimi axib keçdi. Howard məktəbi, sonra isə tibb universtetini bitirmiş artıq ölkəsinin ən məşhur həkimlərindən biri idi. Bir gün Johns Kelly universtetinin Dr.Howardın prezdenti olduğu tibb fakültəsinin genekoloji onokoloji şöbəsinə bir xəstə qadın gətirdilər. Bu qadını ölkənin digər xəstəxanaları müalicə deyil, heç müayinə edə bilməmişdilər. Tək ümid kimi bu universtet qalmışdı. Dr.Howard qadını görən kimi tanıdı. Bu illər öncə ac olduğunda ona bir bardaq süd verən qadın idi. Qadını tanımamaq qeyri-mümkün idi. Çünki qadın illər öncəsi kimi gözəl, zərif qalmışdı. Dr.Howard heçkimin müalicə edə bilmədiyi bu qadını nəyin bahasına olursa olsun sağaldacağına söz verdi. Öz-özünə verdiyi bu sözü tutdu və əməl etdi. Bir neçə gün sonra qadın sap-sağlam xəstəxanadan çıxmaq üzərə resepsiona gəldi. O xəstəxananın xərclərin ödəyib getməli idi. Ordan bir qəbz aldı və şok oldu. Qəbzdə yazılmışdiki, "bütün xərclər ümumi "30 000 $ edir". Qadının bunu ödəməyə hec cür imkanı yox idi. Öz-özlüyündə narahatlıq keçirərkən birdən gözü qəbzin ən alt tərəfinə sataşdı. Orda isə belə yazılmışdı "Sizin borcunuz ödənilib... Bir bardaq süd tərəfindən..."