Namaz ruhun pərvazıdır

 
Namaz ruhun pərvazıdır

NAMAZ RUHUN PƏRVAZIDIR.

Hədislərdə namaz mö’minin me’racı kimi yad edilir.
Bu me’rac və pərvaz səmada yox, mə’nəviyyat və bəndəlik
fəzasındadır. Bu pərvaz hündürlüyə uçuş üçün yox, Allaha yaxınlıq üçündür.

Namaz qılan şəxsin irfani və mə’nəvi pərvazı ilə təyyarəçinin
səmada uçuşunu mövcud fərqləri nəzərə almaqla müqayisə etmək olar:

1. Təyyarə yerdən ayrılanda daha çox enerji sərf olunur.
İbadət və namazda da nəfs istəklərinə qalib gəlmək və ibadətə başlamaq çətindir.

2. Uçuşun əhəmiyyəti təhlükəsiz enişdədir.
İbadət də o zaman dəyərli olur ki, sonda təkəbbür yaranmasın və əməllər puç olmasın.

3. Təyyarənin yanacağı xüsusi və xalis yanacaq olmalıdır.
Namaz qılan şəxsin mə’nəvi me’racı üçün də xalis diqqət və bütün digər
pərəstişlərdən uzaqlaşmaq lazımdır. Əlləri qulağadək qaldırmaqla
Allahdan qeyriləri inkar olunur və xalis niyyət əldə edilir.

4. Uçuş üçün təyyarəçi tam sağlam olmalıdır.
Allahın hüzurunda və namazda sağlam qəlb olmalıdır.

5. Təyyarənin iki qanadı olur. Bir qanadla uçuş olmaz.
Namazda da Allahla əlaqə ilə yanaşı xalqla düzgün rabitə olmalıdır.
Allahın haqqını ödəməklə yanaşı insanların da haqqı ödənməlidir.
Qur’an adətən namazla yanaşı zəkat tə’birini işlədir.

6. Təyyarə havaya qalxmaq üçün bir qədər yerdə hərəkət etməli olur.
Azan, iqamə və müstəhəb zikrlər mə’nəvi uçuş üçün müqəddimədir.
Namazdan sonrakı dualar və zikrlər enişdən sonra yerdəki hərəkətdir.

7. Uçuş zamanı birinci səhv axırıncı səhvdir. Süqut məhvə bərabərdir.
İbadətdə şirk, təkəbbür və riya insanı süquta aparır.
İblis 6000 illik abid keçmişinə baxmayaraq bir səhvlə əbədi lə’nətə düçar oldu!

8. Təyyarəçi sükan olan otağın göstərişləri ilə hərəkət edir və bütün
göstərişlərə tabedir. Namaz və ibadətlər də göstərişlərə uyğun olmalıdır.
Hətta bir dəqiqə tez, yaxud gec, qanunun əksinə ibadət batildir.

9. Təyyarəçi bə’zən uçuşda, bə’zən istirahətdə olur.
Həmin vaxt təyyarə texniki baxışdan keçirilir. İnsan da ibadətlərlə
yanaşı bə’zən istirahətə, halal ləzzətlərdən faydalanmağa və həyata
qatılmağa ehtiyaclıdır. Allahın rəsulu (s) kimi bir şəxs
bə’zən deyirdi: "Ey Humeyra, mənim üçün söhbət et.”

10. Təyyarəçinin dispetçer məntəqəsi ilə əlaqə saxlaması üçün
yalnız bir rəsmi dil mövcuddur. Namaz qılan şəxs də Allahla əlaqə saxladıqda
yalnız ərəb dilindən istifadə etməlidir. Həcc zamanı ehram
"ləbbeyk əllahummə ləbbeyk” kəlməsi ilə başlanır.

Namaz ruhun pərvazıdır

11. Uçuşdan öncə hava, uçuş istiqaməti və s. haqqında mə’lumatlar
alınmalıdır. İbadətdə də müqəddimə mə’lumatlara ehtiyac var.
Fiqh və elmsiz ibadət dəyərsizdir. Hətta ticarətdə də ilahi hökmlərlə tanışlıq lazımdır.

12. Təyyarəçi yuxarı qalxdıqca yer onun üçün kiçilir. İnsan hər nə qədər
Allahın əzəməti ilə tanış olarsa, Allahdan qeyriləri onun üçün bir o qədər
kiçilər. Həzrət Əli (ə) buyurur: "Onların nəzərində
Allah böyük, Allahdan qeyriləri isə kiçikdir.”

13. Böyük təyyarə daha az silkələnir və müsafirlər aram olur.
Namaz və ibadətlər cəm halda daha çox
savablıdır və qəbul olma imkanı böyükdür.

14. Adətən, təyyarəçinin yanında çətin anlar üçün köməkçisi olur.
Camaat namazında da yaxşı olar ki, birinci cərgədə ədalətli və təqvalı
insanlar dursunlar. Pişnamaza nəsə olduqda, onlardan biri namazı sona çatdırır.

15. Maddi uçuşda təyyarəçi və sərnişinlər zirvəyə qalxdıqda ailə
çətinliklərindən aralanır, xəbərsiz olurlar. Mə’nəvi pərvaz zamanı da
ruh ucalarkən insan maddiyyatı düşünmür. Necə ki, namazda
həzrət Əlinin (ə) ayağından oxu çıxardıqda xəbəri olmur.

16. Uçuş zamanı yüksəklikdən az miqdar aşağı endikdə "yüksəkliyi azaltdı”
deyirlər. Baxmayaraq ki, təyyarə yerlə müqayisədə yenə də yüksəkdədir.
İlahi övliyaların ibadəti adi şəxslərin ibadətlərindən çox-çox uca olsa da,
onlar yüksəklikdən azca enməyi nöqsan və tənəzzül hesab edir və tövbə qılırlar.

Aləmin yaradanını düşünməklə, dünyəvi bağlılıqlardan ayrılmaqla
namaz mə’rifət əhli üçün bir pərvazdır. Bu uçuş quşların fəzada və
yaxud təyyarənin atmosferdə uçuşundan daha üstün bir uçuşdur.
İnsanı alçaldan onun maddiyyata bağlılığı və şəhvətlərdir.

Şair deyir:

Quşların uçuşun gördünmü? İnan,
Şəhvətdən qurtulsa ucalar insan.

Namaz ruhun pərvazıdır

NECƏ İBADƏT EDƏK?

İbadətin üsulunu Qur’an və Əhli-beytdən (ə) öyrənməliyik. Necə ki, hər bir evin ünvanını ev sahibindən soruşmaq lazım gəlir. Qur’an ayələri və mə’sumların hədisləri ən gözəl ibadət nəyi hesab edir və onu hansı səciyyələrlə tanıtdırır? Bu sualın cavabını Qur’an və Əhli-beytdə (ə) tapmaq mümkündür. Beləliklə, din övliyalarının sözlərini yada salaq:

1. Agah ibadət
Hədisdə deyilir: "Alimin iki rəkət namazı cahilin yetmiş rəkət namazından üstündür.”
Allahın rəsulu (s) buyurur: "Namazın düşüncə və agahlıqla qılınan hissəsi qəbuldur.”
Agah namaz odur ki, insan nə etdiyini, nə dediyini, kiminlə danışdığını bilsin və qəlb iştirakı ilə Allahı düşünsün. Peyğəmbər (s) buyurur: "Diqqət ilə qılınan iki rəkət namaz düşünmədən bir gecə oyaq qalmaqdan üstündür.”
Qur’an buyurur: "Ey iman gətirənlər! Sərxoş halda namaza yaxınlaşmayın. Dediyinizi anlayanadək!”
İmam Sadiq (ə) buyurur: "Hər kəs iki rəkət namaz qılıb, kiminlə danışdığını və nə danışdığını düşünərsə, günahları bağışlanar.”

2. Eşqlə ibadət
Xəstə dadlı yeməkdən ləzzət almadığı kimi həvəssiz ibadət edənlər də heç bir ləzzət almır. İbadət sönüklük, halsızlıq, yorğunluq yox, məhəbbət, şadlıq və ləzzətlə yanaşı olmalıdır.
Qəlbən vurğun insanlar ibadət zamanı xoş əhval-ruhiyyə əldə edirlər. Bu dəyər mə’rifət və düşüncə ilə əldə olunur. Məcburi ibadət səmərəsizdir. İmam Sadiq (ə) buyurur: "Məcburən ibadət etməyin.”
Böyük şəxsiyyətlərlə görüşə maraqlı olduğumuz kimi, Allahla görüşə, Onun dərgahına eşq dolu qəlblə gəlməliyik. Din övliyaları və mə’sumlar Allahla görüş vaxtını eşqlə gözləyirdilər. Onlar insanı heyrətə gətirəcək eşqlə namaz qılıb, ibadət edirdilər. (Sonrakı mövzularda bə’zi nümunələr qeyd olunacaq.)

3. Xalis ibadət
İxlas gövhəri ibadətlərə dəyər və e’tibar verir. Riyakarlıq, şöhrətpərəstlik və avamları aldatmaq üçün edilən ibadət dəyərsizdir və qəbul olunmur. Qur’an buyurur: "Kim Rəbbi ilə qarşılaşacağına (Qiyamətə) ümid bəsləyirsə, Ona etdiyi ibadətə heç kəsi şərik qoşmasın!”

Namaz ruhun pərvazıdır

İmam Riza (ə) buyurur: "Hər kim ibadətini cəmiyyətə göstərib özünü tanıtdırırsa, onun dininə bədbin olun.”

Bu cür şəxslər dindən xalqı aldatmaq üçün istifadə edirlər. İxlasla olmayan ibadət cansız bədən kimidir. Qur’an buyurur: "Xalqa yalnız xalis dillə Allaha ibadət etmək tapşırılıb.”

4. Xüşu ilə ibadət
Xüşu Allahı qəlbən düşünmək və Onun əzəmətinə uyğun hal tapmaqdır. Allaha pərəstiş Onun əzəmətini düşünmək və qarşısında kiçiklik, ehtiyac hiss etməklə yanaşı olmalıdır. Qur’an mö’minlərin sifətlərini "namazda xüşu” ilə bəyan edir: "O kəslər ki, namazlarında müt’i olub boyun əyərlər!” İbadət edən şəxsin vücudunu müt’ilik (xüşu) əhatə etməlidir. Bu halı əldə etmək üçün namaz qılan şəxs elə ibadət etməlidir ki, sanki Allahı görür. Namaz qılan şəxs Allahın əzəməti və qüdrəti qarşısında öz kiçikliyini hiss etməlidir. Hədisdə buyurulur: "Allaha elə ibadət et ki, guya Onu görürsən.” Başqa bir hədisdə buyurulur: "Namazı vaxtında və sonuncu namazın kimi qıl. Elə zənn et ki, namaz və dünya ilə xudahafizləşirsən.”

5. Gizli ibadət
İnsan şeytanın tələsindən sığortalanmayıb. İbadət bir çox hallarda təkəbbür, riya və özünü nümayişlə puç olur. Bu bəladan uzaqlaşmaq üçün gizli ibadət lazımdır. Allahın rəsulu (s) buyurur: "Gizli ibadətin mükafatı daha böyükdür.” Əlbəttə, bu İslamın aşkar ibadət (cümə, həcc və camaat namazı kimi) göstəriş vermədiyi hallara aiddir. Çünki məsciddə qılınan camaat namazı evdə qılınan fərdi namazdan üstündür. Gizli ibadət bir çox hallarda riya və ibadətin puç olmasının qarşısını alır.


Geri dön

Мой Мир

  • 6 sentyabr 2011 13:29
  • Məqalə: 722
  • Şərh: 5845
  • Bal:
allah razi olsun twk

--------------------
∞♥

music_angel

  • 4 sentyabr 2011 16:15
  • Məqalə: 212
  • Şərh: 7638
  • Bal:
{awards}
Allah razi olsun

Allah razi olsun

--------------------

miss_sokaladka

  • 4 sentyabr 2011 09:43
  • Məqalə: 0
  • Şərh: 908
  • Bal:
{awards}
tasakurlar

--------------------
Bir sabah oyandığında onun sənin üçün nə qədər dəyərli olduğunu
anlayacaqsan,amma o bunu artıq dərk etmiş oğlanın yanında oyanmış olacaq................................................

PELIN_ATABAY

  • 4 sentyabr 2011 05:34
  • Məqalə: 86
  • Şərh: 1606
  • Bal:
{awards}
tewekkurler

--------------------

★Azerbaijan girl★

  • 4 sentyabr 2011 00:47
  • Məqalə: 369
  • Şərh: 9802
  • Bal:
{awards}
tskler cox gozel xeber iddi

Jasmin45

  • 4 sentyabr 2011 00:30
  • Məqalə: 43
  • Şərh: 1083
  • Bal:
{awards}
ALLAH razı olsun,çox dəyərli məlumat idi...

--------------------

Tək istədiyim üzüyünü taxım və deyim "Artıq səninəm"=)

Cilent_M.Q

  • 3 sentyabr 2011 21:39
  • Məqalə: 87
  • Şərh: 2580
  • Bal:
{awards}
twk

--------------------

HaYaliM

  • 3 sentyabr 2011 21:09
  • Məqalə: 144
  • Şərh: 4313
  • Bal:
{awards}
Allah razi olsun

--------------------

Elə yaşa ki atanın qözlərində utanc,ananın gözlərində yaş görməyəsən.

OK

  • 3 sentyabr 2011 20:45
  • Məqalə: 176
  • Şərh: 1859
  • Bal:
{awards}

--------------------

sevgimden_utaniram

  • 3 sentyabr 2011 20:34
  • Məqalə: 44
  • Şərh: 603
  • Bal:
{awards}
teshekkurler...

--------------------
Sen yoxsan bu heyat menasiz mene,
Açilan seherler qaraliq zülmet.
Dostlarda tesseli olmayir mene,
Qalmişam sevgilim men sene hesret .

Narka E-ZaDe

  • 3 sentyabr 2011 20:03
  • Məqalə: 404
  • Şərh: 4312
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN!

--------------------
Тот, кто в тебе нашел счастье – твой. Все остальные - гости.

Ay Üzlü

  • 3 sentyabr 2011 19:59
  • Məqalə: 395
  • Şərh: 6067
  • Bal:
{awards}
cox sag olun

Lovely Heart

  • 3 sentyabr 2011 19:54
  • Məqalə: 17
  • Şərh: 106
  • Bal:
{awards}
Allah razi olsun ,xebercun tewekurlerrr,maraqlidi

--------------------
Anadan gözel wey varmi dünyada?
Bilirsiz ne qeder eziyet cekir??
Onun ag saclarina nezer salanda,
Menim qara saclarim xecalet cekir..

Willow smith

  • 3 sentyabr 2011 19:22
  • Məqalə: 52
  • Şərh: 1018
  • Bal:
{awards}
Allah razi olsun

--------------------
Stəkanı yerə at, sonra ondan üzr istə.
Əslində onu qırmaq istəmədiyini və təkrar su içmək istədiyini söylə..
İşə yarasa, mən burdayam...

Delya_91

  • 3 sentyabr 2011 19:16
  • Məqalə: 319
  • Şərh: 5162
  • Bal:
{awards}
cox sagol dostik gozel xebere gore

--------------------
"Camaat nə deyər" ifadəsi qədər divarları hündür bir hebsxana yoxdur...
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 2
Qonaqlar: 67
Cəmi: 82

 

Top 10 Müəllif

Limon qoxusu
Xəbərləri: 31
Cəmi: 134
 
The Shield
Xəbərləri: 27
Cəmi: 290
 
Darling
Xəbərləri: 27
Cəmi: 913
 
aytc.sza
Xəbərləri: 21
Cəmi: 66
 
Nergiz__Sirinova
Xəbərləri: 15
Cəmi: 575
 
Elya Alieva
Xəbərləri: 13
Cəmi: 115
 
♔Hе важно∞
Xəbərləri: 10
Cəmi: 300
 
Jesicca
Xəbərləri: 10
Cəmi: 48
 
lamiye_2001
Xəbərləri: 10
Cəmi: 70
 
AyliN BunyaminovA
Xəbərləri: 6
Cəmi: 488
 
 
{slinks}