Toyda müğənnilərin, yasda mollaların əli cibimizdədir

 
Toyda müğənnilərin, yasda mollaların əli cibimizdədir

Müqəddəs Ramazan ayı başa çatar-çatmaz yenidən toy və yas mərasimlərində israfçılıq vüsət almağa başlayıb. Artıq sentyabrın 1-dən etibarən uzun illərdən bəri Azərbaycan xalqının adət-ənənəsinə çevrilmiş bu mərasimlər öz mahiyyətini dəyişib.

Etiraf edilməlidir ki, toy və yas mərasimlərimiz forma və məzmun etibarilə o dərəcədə dəyişilib ki, artıq bir-birinə əks olan bu adətlərimizi fərqləndirmək müşkül məsələyə çevrilib. Heç şübhəsiz ki, atalarımız "toyla yas qardaşdır" dedikdə, yəqin ki, bu adətlərin formaca deyil, məzmunca bir-birinə yaxın olmasını nəzərdə tutublar. Biz isə bir az da irəli gedərək həmin adətlərin arasındakı fərqi aradan qaldıracaq dərəcədə hərəkətlərimizə nəzarətsiz olmuşuq. Artıq toy və yaslarımızda təkcə yeməklə bağlı deyil, demək olar ki, bütün sahələrdə israfçılışq son həddə çatıb.

Apardığımız kiçik araşdırma zamanı məlum oldu ki, artıq paytaxtda fəaliyyət göstərən əksər restoran və şadlıq evlərində sentyabr ayı üçün boş yer yoxdur. Yəni toy etmək istəyənlər bir az ağıllı tərpənərək elə Ramazan ayında sifarişlərini veriblər. Bununla da bir ay əvvəldən əksər şadlıq evlərində yerlər tutulub. Toy etmək istəyənlərin sayı o qədər çoxdur ki,(Allah özü bizi bədnəzərlərdən qorusun) hətta şadlıq evlərinin bütün zalları "bronlanıb". Bura böyük və kiçik toylar, ad günləri və banketlər də daxildir.

Məsələ orasındadır ki, toyların sayının bu qədər çox olmasına baxmayaraq, şadlıq evlərində qiymətlər daha da artıb. İndi Bakı şəhərindəki şadlıq evlərində bir stolun qiyməti 25-70 manat arasındadır. Onu da qeyd edək ki, qiymətlər arasındakı belə böyük fərqin yaranması toyda verilən menyu ilə qətiyyən əlaqəli deyil. Şadlıq evlərinin inzibatçıları ilə apardığımız söhbətlərdən bəlli oldu ki, qimyətlərin belə yüksək olması ölkədə ərzaq məhsullarının baha başa gəlməsilə əlaqədardır. Lakin araşdırmalar göstərir ki, şadlıq evinin şəhərin mərkəzində, zalın isə daha dabdəbəli olması, ən əsası isə toyda oxuyacaq müğənninin kimliyi birbaşa qiymətə təsir edən amillər sırasındadır.

Bir sözlə, toylarda müğənnilər, yaslarda isə mollalarin vətəndaşlara vurduqları ziyan heç də yeməyə xərclənən vəsaitdən az deyil. Yəni israfçılığın maya dəyərində bu amillər xüsusi çəkiyə malikdir. Xatırladaq ki, ən kasıb toylarda müğənnilər 1000-1500 manat tələb edirlər ki, hazırda belə müğənniləri təsadüfi hallarda toya dəvət edirlər. Çünki ölkədə toy yarışı o həddə çatıb ki, ən aşağı təbəqədən olan vətəndaşlar belə, toylarına həmin müğənniləri dəvət etməyi özlərinə təhqir hesab edirlər. Məhz bu səbəbdən vətəndaşlar toylarına aşağısı 3000 manata gedən müğənnini dəvət etdikdə özlərini rahat hiss edirlər. Onu da qeyd edək ki, indiki halda müğənnilər "titul"undan asılı olaraq 3-12 min manat arasında "taksa" müəyyən ediblər. Belə halda toy edən vətəndaşların təkcə müğənnilərə xərclədikləri vəsaitin sırf israfçılıq olduğu şübhə doğurmur.

Elə vətəndaşlara maddi ziyan vurmaq baxımından yas mərasimlərimizdəki mollalar da müğənnilərdən geri qalmırlar. Ölü götürmək, ölü, qorxu, vəhşət namazı qılmaq, Yasin, Quran oxumaq kimi dini ayinlərin hamısı xüsusi qaydada hesablanaraq ölü sahibinin ayağına yazılır. Hətta belə dini ayinlərin pulu ölən insanın yaşına görə hesablanır ki, bu da vətəndaşlar üçün əlavə xərc deməkdir. Araşdırmalara görə, bu kimi dini aiynlərin icrası orta hesabla 500-1000 manata başa gəlir. Bununla mollalar 7 gün ərzində Allahın vacib buyurduğu dini aiynləri icra etməklə 1000 manat qazanmış olurlar. Ancaq etiraf edilməlidir ki, sözügedən dini aiynləri ölü sahibləri özləri də icra edə bilərlər. Əslində hər bir müsəlman üçün belə dini aiynləri bilmək və icra etmək lazımlı faktordur.

Məlumat üçün qeyd edək ki, Ramazan ayında yas mərasimlərində verilən ehsanlar zamanı israfçılıq az da olsa, aradan qaldırılmışdı. Qafqaz Müsəlmanları İdarəsinin tövsyyəsinə uyğun olaraq ehsan iftardan sonra, özü də adi qaydada verilirdi. Hazırda isə vəziyyət tamamilə dəyişib, yenə də dəbdəbəli süfrələr, süfrələrdə min cür nemətlər.

Vətəndaşlarla apardığımız söhbətlər zamanı müəyyən edə bildirk ki, regionlarda yas mərasimlərinin dəbdəbəli təşkil olunmasında Bakı və Rusiya faktoru önəmli rol oynayır. Sakinlərin bildirdiklərinə görə, övladları Rusiyada, yaxud Bakıda işləyən valideynlər vəfat etdikdə belə dəbdəbəli yas mərasimləri təşkil edilir. Bu isə özünü nümayiş, özündən razılıqdan başqa bir şey deyil. Məhz belə hallar yas mərasimlərində israfçılığın aradan qaldırılmasına mane olan amillərdir.

Sonda onu qeyd edək ki, Azərbaycanın əksər bölgələrində istər toy, istərsə də yas mərasimlərində qohum-əqrəba, el-oba kömək məqsədilə pul yazdırırlar. Əslində belə adətlərimiz inkişaf etdirilməlidir. Lakin toy və yas sahibləri həmin pulları yığıb üstünü də düzəldərək müğənni və mollalara verirlər. Özləri isə illərlə borc ödəmək məcburiyyətində qalırlar. Bax bu qondarma adəti isə aradan qaldırmaq heç cür mümkün deyil.


Geri dön

✰GlaMurKa✰

  • 8 sentyabr 2011 12:50
  • Məqalə: 847
  • Şərh: 9529
  • Bal:
maraqlidi tesekkurler

Мой Мир

  • 6 sentyabr 2011 13:26
  • Məqalə: 722
  • Şərh: 5845
  • Bal:
{awards}
wink

--------------------
∞♥

Ay Üzlü

  • 4 sentyabr 2011 16:18
  • Məqalə: 395
  • Şərh: 6067
  • Bal:
{awards}
DUZDU belay

devyjones

  • 4 sentyabr 2011 06:13
  • Məqalə: 58
  • Şərh: 806
  • Bal:
{awards}
Yas Mərasimi Toydan Baha Başa gəlir

--------------------
Dost istəsən ALLAH
Söhbət istəsən QURAN
Düşmən istəsən NƏFS
Varlanmaq istəsən QƏNAƏT

PELIN_ATABAY

  • 4 sentyabr 2011 05:27
  • Məqalə: 86
  • Şərh: 1606
  • Bal:
{awards}
twk

--------------------

★Azerbaijan girl★

  • 4 sentyabr 2011 00:40
  • Məqalə: 369
  • Şərh: 9802
  • Bal:
{awards}
tsklerrrrrrrrrrrrrrrrrrrrrrr

OK

  • 3 sentyabr 2011 22:27
  • Məqalə: 176
  • Şərh: 1859
  • Bal:
{awards}

--------------------

Cilent_M.Q

  • 3 sentyabr 2011 21:57
  • Məqalə: 87
  • Şərh: 2580
  • Bal:
{awards}
pulla ozlerini ovundura-ovundura meclisleri aparillarda neynesinler

--------------------

Willow smith

  • 3 sentyabr 2011 21:23
  • Məqalə: 52
  • Şərh: 1018
  • Bal:
{awards}
Tesekkurler

--------------------
Stəkanı yerə at, sonra ondan üzr istə.
Əslində onu qırmaq istəmədiyini və təkrar su içmək istədiyini söylə..
İşə yarasa, mən burdayam...
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 50
Cəmi: 80

 

Top 10 Müəllif

NIGAR
Xəbərləri: 44
Cəmi: 586
 
♔Hе важно∞
Xəbərləri: 25
Cəmi: 115
 
MiSS HaPPy)
Xəbərləri: 22
Cəmi: 31
 
Nergiz__Sirinova
Xəbərləri: 15
Cəmi: 424
 
ஐ Payiz ஐ
Xəbərləri: 12
Cəmi: 13
 
AyliN BunyaminovA
Xəbərləri: 11
Cəmi: 402
 
Sol Meleyim
Xəbərləri: 11
Cəmi: 22
 
คşк łคfтคɴ คɴłคмคz ❤
Xəbərləri: 10
Cəmi: 675
 
Arzu_zadeh
Xəbərləri: 6
Cəmi: 135
 
QERCOQINYA
Xəbərləri: 4
Cəmi: 4
 
 
{slinks}