Günay Musayeva və Tolqa Karel: “O xəbərlər bizim xoşbəxtliyimizə əngəl ola bilməz” - MÜSAHİBƏ

 
Günay Musayeva və Tolqa Karel: “O xəbərlər bizim xoşbəxtliyimizə əngəl ola bilməz” - MÜSAHİBƏ

İndiyə qədər 12 dəfə gəlin paltarı geyinmişəm

Türkiyədə yaşayan azərbaycanlı model Günay Musayeva və “Yaprak dökümü” serialından sonra Azərbaycanda populyarlaşan məşhur aktyor Tolqa Karel keçən həftə rəsmi nikaha daxil oldular. Cütlük evləndikdən sonra yeni evlilik həyatı barədə danışıb.

- Günay, xoşbəxtlik arzu edirik! Maraqlıdır, azərbaycanlı olsan da,
sənin evliliyin barədə ilk məlumatı ilk olaraq Türkiyə mətbuatı yaydı.


- Bu mənim günahımdır. Lakin mən həmişə deyirəm, Azərbaycan mətbuat nümayəndələri ilk növbədə mənim dostlarımdır. İnanın ki, evlilik xəbəri mənim üçün də sürpriz oldu. Sənədlərim hazırlandı, bir də baxdım ki, artıq evliyik (Gülür)

- Onsuz da qərar vermişdiniz, qısa zamanda
evlənəcəkdiniz. Niyə bu qədər tələsdiniz?


- Bu, sadəcə nikahdır. Hələ toy mərasimi olmayıb. Gəlinlik geyinəcəyim məkanı hələ qərarlaşdırmamışıq, lakin gələn həftə Türkiyənin hansısa maraqlı, ürəkaçan bölgəsində toy olacaq. Toyun tarixini ilk dəfə sənə açıqlayıram. Sentyabrın 29-da isə Osmanlı adətləri ilə üçüncü toyumuz olacaq.

- Azərbaycanda toy eləməyi düşünmüsən?

- Azərbaycanda? Yox, düşünməmişəm, lakin mütləq Azərbaycana gələcəyik.

- Ailən evlilik xəbərini necə qarşıladı?
Nikah günü yanında oldular?


- Yox. Ailəm yanımda yox idi. Lakin Osmanlı düyünündə, inşallah, gələcəklər.

- Tolqanın hansı xüsusiyyətlərini bəyənib bu qərarı verdin?

- Tolqa biz tanış olandan cəmi üç saat sonra mənə evlənmə təklif etdi. Əvvəl tərəddüd edib, “yox” dedim. Amma tanıdıqdan sonra anladım ki, geri çevriləsi insan deyil. İlk öncə, məni çox sevməsi, ikincisi, çox mədəni və zəkalı biri olması onun təklifini qəbul etməyimə səbəb oldu. Mən ağıllı və mədəni insanları sevirəm. Tolqa da həddən artıq ağıllıdır. Biz hər gün səhər yeməyindən sonra ən azı iki saat söhbət edirik. Mən hər gün ondan nə isə öyrənirəm. O insanla bir şeyi paylaşmaq, evlənmək lazımdır ki, onunla danışmağı bacarasan.

- Tolqa Azərbaycan dilini bilir?

- Hə, bilir. “Bakıya gedəndə Azərbaycan dilində danışacam”, deyir.

- Bəs, Tolqanın ailəsi qərarınızı necə qarşıladı?

- Çox yaxşı qarşıladılar. Atası çox yaxşı insandır.
Mənə ata kimi davranır. Mənə yemək bişirməyi
öyrətdi. İlk gündən “qızım” dedi.

- Ailəsi ilə birgə yaşayırsan?

- Yox, ailəsi artıq bağdadır, ancaq
davamlı ünsiyyətdə oluruq, əlaqə saxlayırıq.

- Qaynanan, baldızın var?

- Tolqanın atası, anası bacısı var. Onlar məni çox sevdilər.

- Sənə nikah hədiyyəsi veriblər?

- İlk hədiyyəsi boyunbağı oldu. Özü hazırladıb mənim
üçün. İkinci hədiyyə üzüklər oldu. Yavaş-yavaş...

- Ailən Tolqaya necə yanaşır?

- Onu serialdan tanıdıqları üçün “o sənə pis davranacaq”, dedilər. Mən onlara başa saldım ki, bu, onun yaratdığı obraz idi. Sənə bir şey deyim, mən bir kəşf etdim: Serialda pis xarakteri oynayan insanlar həyatda daha yaxşı insanlardır. Buna ən birinci misal Tolqadır. Hər gün məni xoş sözlərlə oyandırır. Saçımı sığallayır, oxşayır, birlikdə hər şeyi paylaşırıq. Bu, çox önəmlidir.

- Ancaq Tolqanın həyatında bu günə qədər çox insan olub...

- Bəli, çox olub, bu, normaldır. Lakin ilk hansı qadına evlənmək təklif etdi? Türkiyə mediası şəxsi həyata çox qarışır. Bəzən kimisə dostu ilə görüşdüyü vaxt belə, sevgilisi kimi təqdim edə bilərlər. Bax, “Sabah” qəzeti biz evləndikdən sonra mənim Elnurla olan münasibətimi burada başqa cür təqdim edib. Elnurla münasibətimi hamıdan yaxşı sən bilirsən. Amma türklər bizdən evli cütlüklər kimi bəhs etdilər. Mən modeləm, indiyə qədər 12 dəfə gəlin paltarı geyinmişəm. Öz gəlinliyimi bir həftə içində geyinəcəm. Türkiyə mətbuatında Tolqa və mənimlə bağlı yayılan xəbərlər isə bəsitdir, bizim xoşbəxtliyimizə əngəl ola bilməz. Biz hər gün 24 saat birlikdəyik və bu günə qədər nə yaşamışıqsa, hamısını paylaşırıq. Sayqı olmayan yerdə gözəl bir şey ola bilməz.

- Evlənəndən sonra Tolqa tərəfindən
sənə hər hansı qadağa qoyulmadı?


Tolqa Karel cavab verir:

- Bu, insanlığa kölgə salır. Günayla bizim sevgili olmağa belə vaxtımız olmadı. Evliliyi bunun içində yaşayırıq, daha çox dost kimiyik. Mən onun həyat yoldaşıyam. Təbii ki, hər şeyi mənimlə məsləhət edəcək. Məntiqli şəkildə bütün məsələlərdə ortaq çıxış yolu tapacağıq.

- Siz daha yaxşı bilirsiniz, gecə barlarında
çəkilişlər olan zaman necə reaksiya verəcəksiniz?


Tolqa Karel:

- Biz gecə gəzməyi sevən insan deyilik, onsuz da. İstanbulda evimiz var. Doğru yaşadıqdan sonra belə problemlərin olacağını zənn etmirəm.

- “Yaprak dökümü” serialı bitdikdən sonra türk mediası sizin haqqınızda
“bitdi”, “sonu gəldi”, dedi. Bu stresli zamanı necə aşdınız?


- Belə bir şey olmamışdı. Serial bitdi, həyatımın beş ili keçdi. Təbii ki, ara verməliyəm, o demək deyil ki, getdim. Serialdan sonra iki filmə çəkildim. Bir çox təklifləri rədd etdim. Evdə ssenari əlindən yer yoxdu. 18 serialdan təklif gəldi. “Yaprak dökümü” kimi böyük bir işdən sonra daha da üstün iş olmalı idi. Belə də oldu. Əzəl Akay Türkiyənin ən tanınan rejissorudur. Onunla və Türkan Şorayla birlikdə rol alıram. Böyük bir şəhərdə serial çəkilir. 6 trilyonluq liralıq (3 milyon manat – L.Y) sərmayə qoyulub, söhbət milyonlardan gedir! Azərbaycanda ATV kanalında da eyni zamanda bu serialın yayımı gözlənilir. Bu, dövlət kanalının təklifidir. Çox böyük serialdır. “Yaprak dökümü”ndə mən dram oynadım. Bu serialda 4 xarakteri canlandıracam, həm qadın, həm də kişi rolunu oynayacam. TRT də anonslar gedir. İmicimi dəyişdim. Dünən eynək firmasından reklam təklifi gəldi. Tez-tez təklif gəlir, dünən çıxmış aktyor deyiləm. Qaldı ki, “bitdi, getdi”, “gəlməyəcək” xəbərlərinə, bu, türk mediasının axmaq versiyası idi. Hamı içki içir, təbii ki, ancaq mən alkoqolik deyiləm.


Geri dön

Мой Мир

  • 6 sentyabr 2011 13:33
  • Məqalə: 722
  • Şərh: 5845
  • Bal:
tencere yuvarlanmis kapani bulmus

qizda oqlanda ite oksayirlar qizin dodaqina baxe iyyyyy iyrenc

--------------------
∞♥

miss_sokaladka

  • 4 sentyabr 2011 09:39
  • Məqalə: 0
  • Şərh: 908
  • Bal:
{awards}
TƏŞƏKKÜRLƏR

--------------------
Bir sabah oyandığında onun sənin üçün nə qədər dəyərli olduğunu
anlayacaqsan,amma o bunu artıq dərk etmiş oğlanın yanında oyanmış olacaq................................................

devyjones

  • 4 sentyabr 2011 06:24
  • Məqalə: 58
  • Şərh: 806
  • Bal:
{awards}
xoşbəxt olsunlar subaylara qismət olsun

--------------------
Dost istəsən ALLAH
Söhbət istəsən QURAN
Düşmən istəsən NƏFS
Varlanmaq istəsən QƏNAƏT

PELIN_ATABAY

  • 4 sentyabr 2011 05:37
  • Məqalə: 86
  • Şərh: 1606
  • Bal:
{awards}
twk

--------------------

winxclub_bloom

  • 4 sentyabr 2011 01:19
  • Məqalə: 155
  • Şərh: 6710
  • Bal:
{awards}
ALLAH XOSBEXT ETSIN!

--------------------

letiw

  • 4 sentyabr 2011 00:54
  • Məqalə: 11
  • Şərh: 133
  • Bal:
{awards}
tewekkur, qiz o qeder de pis deyil ama winked

★Azerbaijan girl★

  • 4 sentyabr 2011 00:51
  • Məqalə: 369
  • Şərh: 9802
  • Bal:
{awards}
hec yarasmillar Allah xosbext elesin

AMINA

  • 3 sentyabr 2011 23:08
  • Məqalə: 4
  • Şərh: 165
  • Bal:
{awards}
tesekurler mehtesem melumatdi......

--------------------
Esil deyer qelbdedi hayif o insanlaraki deyerini itirir

Cilent_M.Q

  • 3 sentyabr 2011 21:48
  • Məqalə: 87
  • Şərh: 2580
  • Bal:
{awards}
İndiyə qədər 12 dəfə gəlin paltarı geyinmişəm
wassat

--------------------

_YAGMUR_

  • 3 sentyabr 2011 21:11
  • Məqalə: 0
  • Şərh: 67
  • Bal:
{awards}
ne diyerler allah xosbext elesin twkler xebere gore

--------------------
YANINDA OLARKEN DEYERINI BILMEZSEN, DEYERINI BILDIYIN ZAMAN YANINDA BULAMAZSIN...

Rapunser

  • 3 sentyabr 2011 19:22
  • Məqalə: 3
  • Şərh: 264
  • Bal:
{awards}
Allah xowbext elesin(tewekkurler)

--------------------
UREK QAPI DEYIL ACIB ORTESEN
HER SENI SEVENI SENDE SEVESEN
UREK BIR MENZILDIR QAPISI BAQLI
YALNIZ BIR INSANDIR ONUN ACARI

Ay Üzlü

  • 3 sentyabr 2011 19:06
  • Məqalə: 395
  • Şərh: 6067
  • Bal:
{awards}
tewekkurler

Willow smith

  • 3 sentyabr 2011 19:00
  • Məqalə: 52
  • Şərh: 1018
  • Bal:
{awards}
Allahdan tek dileyim butun Azerbaycan qizlarinin xosbextliyidir ici gunay qarisiq tesekkurler xebere gore

--------------------
Stəkanı yerə at, sonra ondan üzr istə.
Əslində onu qırmaq istəmədiyini və təkrar su içmək istədiyini söylə..
İşə yarasa, mən burdayam...

Delya_91

  • 3 sentyabr 2011 18:59
  • Məqalə: 319
  • Şərh: 5162
  • Bal:
{awards}
mene maraqli deyil,eziyyete gore thanks

--------------------
"Camaat nə deyər" ifadəsi qədər divarları hündür bir hebsxana yoxdur...

aid_fanatka

  • 3 sentyabr 2011 18:57
  • Məqalə: 6
  • Şərh: 1866
  • Bal:
{awards}
tesekkurleeeeer

--------------------
YADINA GELIR DUZELTMISDIK KAGIZAN GEMI,
ICINDE YAZIB "SEVIREM MEN SEVIREM SENI".
BURAXDIQ DENIZE KI,O UZSUN EBEDI,
AMMA GELEN ILK DALGA BATIRDI GEMINI.

HaYaliM

  • 3 sentyabr 2011 18:55
  • Məqalə: 144
  • Şərh: 4313
  • Bal:
{awards}
lap yaxsi.xosbext olsunlar.maraqli müsahibe alinib

--------------------

Elə yaşa ki atanın qözlərində utanc,ananın gözlərində yaş görməyəsən.
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 2
Qonaqlar: 30
Cəmi: 52

 

Top 10 Müəllif

The Shield
Xəbərləri: 48
Cəmi: 143
 
ραყιȥ
Xəbərləri: 45
Cəmi: 125
 
NIGAR
Xəbərləri: 39
Cəmi: 784
 
♔Hе важно∞
Xəbərləri: 26
Cəmi: 238
 
lamiye_2001
Xəbərləri: 26
Cəmi: 27
 
AyliN BunyaminovA
Xəbərləri: 22
Cəmi: 469
 
Nergiz__Sirinova
Xəbərləri: 20
Cəmi: 501
 
..::Kitty::..
Xəbərləri: 6
Cəmi: 6
 
Sol Meleyim
Xəbərləri: 4
Cəmi: 57
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1153
 
 
{slinks}