Zəlillik

 
Zəlillik

Zəlillik

756. Zəlillik

2377. İmam Əli (ə):«Aza qane olun və özünüzü zəlil etməyin.» (Ğurərul-Hikəm, hədis 362)

2378. İmam Əli (ə): «Ölüm, bəli, qəbuldur, amma alçaqlıq və zəiflik heç vaxt. Azla kifayətlənmək, bəli, qəbuldur, amma ona-buna əl açmaq heç vaxt.» (Nəhcül-Bəlağə, hikmət 396)

2379. İmam Əli (ə): «Bir saat zillət, bir ömür izzətə dəyməz.» (Ğurərul-Hikəm, hədis 5580)

2380. İmam Əli (ə) (öz münacatından): «İlahi! Elə et ki, hər şeydən əvvəl məndən aldığın əziz bir şey və mənə əmanət verdiyin nemətlərindən geri götürdüyün birinci əmanət mənim canım olsun.» (Nəhcül-Bəlağə, xütbə215)

2381. İmam Hüseyn (ə): «İzzətlə ölmək zillətlə yaşamaqdan yaxşıdır.»O Həzrət (ə) öz şəhadət günü bu beytləri oxumuşdur: «Ölüm yaxşıdır rüsvay olmaqdan Rüsvayçılıq layiqlidir,
(Cəhənnəmdə)oddan And olsun Allaha, nə od, nə rüsvayçılığı heç vaxt qoymaram, yol tapsın qapımdan.» (Biharul-Ənvar, c.44, səh.192, hədis4)

757. Özünü xar etmək möminə yaraşmaz

2382. Allahın Peyğəmbəri (s): «Kim itaətkarcasına xarlığı və zəlilliyi qəbul edərsə, biz Əhli-Beytdən deyil.» (Tufəful-Uqul, səh.58)

2382. İmam Sadiq (ə): «Allah-taala möminə, özünü xar etməyin ixtiyarından başqa, hər bir işin ixtiyarını vermişdir.» (əl-Kafi, c.5, səh.63, hədis3)

2384. İmam Sadiq (ə):
«Möminə özünü xar etmək yaraşmaz.» Ərz etdilər: «Mömin özünü necə xar edər?» Buyurdu:«Bacarmadığı bir işə baş qoşar və bununla da, özünü xar və başıaşağı edər.» (Mişkətul-Ənvar, səh.245)


758. İnsanı zəlil edən amillər


2385. Allahın Peyğəmbəri (s): «İnsanlar dinar və dirhəmi Allah yolunda xərcləməyə simiclik edib eynə»
(Eynə ticarət budur ki, insan bir malı müəyyən bir qiymətə nəqd surətdə alar və sonra həmin malı əvvəlkindən baha qiymətə nisyə surətdə həmin adama satar, ya əksinə.) ticarətilə məşğul olsalar, öz mal-qarasının dalınca qaçıb Allah yolunda cihadı tərk etsələr, öz (xalis) dinlərinə qayıtmayınca Allah-taala onları zəlilliyə düçar edər və zillət boyunduruğunu onların boynundan çıxarmaz.» (Kənzul-Ummal, hədis 10504)

2386. Allahın Peyğəmbəri(s): «Ən zəlil insan, başqalarını xar edəndir.» (Biharul-Ənvar, c.75, səh.142, hədis2)

2387. İmam Əli (ə): «Xalq zəlilliyin qorxusundan zəlilliyə tərəf tələsər.» (Ğurərul-Hikəm, hədis 2172)

2388. İmam Əli (ə):
«Öz çətinliyinin üzərindən pərdəni götürən (yəni, hər yerdə öz problemindən danışan) şəxs özünü zəlilliyə düçar etmişdir.» (Tuhəful-Uqul, səh.201)

2389. İmam Baqir (ə): «Tamah kimi zəlillik və alçaqlıq yoxdur.» (Tuhəful-Uqul, səh.286)

2390. İmam Sadiq (ə):
«Həyatı sevən kəs, xar olar.» (əl-Xisal, səh.120, hədis110)

2391. «Biharul-ənvar» belə nəql olunur ki «Bir nəfər öz qonşusundan o Həzrətə (ə) şikayət etdi. Həzrət (ə)buyurdu: «Səbr et.» Ərz etdi: «Camaat məni zəlillikdə ittiham edir.» Həzrət buyurdu: «Zəlil- zülm edən kəsdir.» (Biharul-Ənvar, c.78, hədis 205, hədis46)

Zəlillik


Geri dön

sevgi meleyim

  • 6 sentyabr 2011 17:37
  • Məqalə: 25
  • Şərh: 1595
  • Bal:
xeber ucun tewekkurler

--------------------
Gedene Uzulme.Sevseydi Getmezdi...Gelene Sevinme,O da Bawqasindan Gelib..

music_angel

  • 4 sentyabr 2011 16:10
  • Məqalə: 212
  • Şərh: 7638
  • Bal:
{awards}
Allah razi olsun

--------------------

breaking dawn

  • 4 sentyabr 2011 16:09
  • Məqalə: 12
  • Şərh: 1019
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN!!!

Ay Üzlü

  • 4 sentyabr 2011 15:49
  • Məqalə: 395
  • Şərh: 6067
  • Bal:
{awards}
COX SAG OLUN

PELIN_ATABAY

  • 4 sentyabr 2011 14:38
  • Məqalə: 86
  • Şərh: 1606
  • Bal:
{awards}
twk

--------------------

Мой Мир

  • 4 sentyabr 2011 12:35
  • Məqalə: 722
  • Şərh: 5845
  • Bal:
{awards}
twkrelerrrrrrrrr

--------------------
∞♥

Su Perisi

  • 4 sentyabr 2011 12:13
  • Məqalə: 19
  • Şərh: 1726
  • Bal:
{awards}
Allahın Peyğəmbəri(s): «Ən zəlil insan, başqalarını xar edəndir.»
İmam Əli (ə): «Öz çətinliyinin üzərindən pərdəni götürən (yəni, hər yerdə öz problemindən danışan) şəxs özünü zəlilliyə düçar etmişdir.»
İmam Baqir (ə): «Tamah kimi zəlillik və alçaqlıq yoxdur.»

--------------------

HaYaliM

  • 4 sentyabr 2011 12:07
  • Məqalə: 144
  • Şərh: 4313
  • Bal:
{awards}
Allah razi olsun

--------------------

Elə yaşa ki atanın qözlərində utanc,ananın gözlərində yaş görməyəsən.

miss_sokaladka

  • 4 sentyabr 2011 10:20
  • Məqalə: 0
  • Şərh: 908
  • Bal:
{awards}
tasakurlar

--------------------
Bir sabah oyandığında onun sənin üçün nə qədər dəyərli olduğunu
anlayacaqsan,amma o bunu artıq dərk etmiş oğlanın yanında oyanmış olacaq................................................

Delya_91

  • 4 sentyabr 2011 09:57
  • Məqalə: 319
  • Şərh: 5162
  • Bal:
{awards}
tewekkur edirem size

--------------------
"Camaat nə deyər" ifadəsi qədər divarları hündür bir hebsxana yoxdur...
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 24
Cəmi: 47

 

Top 10 Müəllif

The Shield
Xəbərləri: 49
Cəmi: 225
 
NIGAR
Xəbərləri: 44
Cəmi: 865
 
Limon qoxusu
Xəbərləri: 42
Cəmi: 63
 
Nergiz__Sirinova
Xəbərləri: 22
Cəmi: 543
 
♔Hе важно∞
Xəbərləri: 20
Cəmi: 276
 
aytc.sza
Xəbərləri: 15
Cəmi: 18
 
Lmzade
Xəbərləri: 13
Cəmi: 16
 
_Qismet_
Xəbərləri: 6
Cəmi: 805
 
..::Kitty::..
Xəbərləri: 4
Cəmi: 16
 
AyliN BunyaminovA
Xəbərləri: 3
Cəmi: 482
 
 
{slinks}