Yaxşı və Pis Arasında

 
  • 19.09.2010, 15:51
  • Bölmə: İslam
  • Müəllif: Ulya
Yaxşı və Pis Arasında

İnsanın təbiətində həm yaxşıya həm də pisə bir meyl var. İstəsə kamil bir vəli ola bilərkən, müxtəlif günahlar içərisində ömürünü istehlak edə bilər də. Yeraltındakı mədənləri qazıb işlədərcəsinə təbiətimizi yaxşıya, gözələ aparmamız; pisi, Allah Təalanın istəmədiyi çirkinlikləri tərk etməmiz lazımdır.

Yaxşı və pis, bu iki xüsusiyyət insanın təbiətində olduğuna görə, insan ikisi arasında seçki etmə haqqına malikdir. Əslən dünyadakı işi də bu seçkidir. Seçiminə, etdiyi seçkiyə bağlı olaraq həm dünyada həm axirətdə xoşbəxt ola biləcəyi kimi; dünyada müsibətlə, axirətdə də şiddətli əzabla qarşılaşa bilər.

Allah Təala insan yaradılışına nəfsi qoyaraq onu sərbəst buraxmışdır. İşdə kamil insanla günahkar insan arasındakı fərq, nəfs tərbiyəsindən sonra qazanılan xarakterə bağlıdır.

Yaxşı və Pis Arasında

Kamil insan və şərli insan... hər birinin özünə məxsus həyat tərzi vardır. Necə yaşanılırsa nəfs o istiqamətdə şəkillənəcək. Hər insan İslama uyğun bir yaradılışla dünyaya gəlir, lakin ana-atanın, ətrafın təsiriylə fərqli yollara sapar.

Yaşadığımız müddətcə məsuliyyətlərimiz var. Hər kəs dilədiyi kimi yaşamaq istər amma axirət qorxusuyla və dünya səadətinə çata bilmək üçün qanuni sərhədlər içində bir həyat yaşamaq məcburiyyətindədir. Allah Təala peyğəmbərlər göndərmiş, kitablar endirmişdir ki, bu həyatın hüququnu, necə yaşanması lazım olduğunu bilək. Allah Təalanın yolunda sabit və istiqamət üzrə olaq. Bunun üçün AllahTeala insanı ağılla təchiz etmişdir.

Allah Təala qullarının xarakterini və ehtiyaclarını bilər. Onları necə uyğun şəkildə -ağıl, iradə kimi xüsusiyyətlərlə- təchiz etdisə, buna aid məsuliyyəti də təyin etmişdir. Kimsə öz özbaşına bir həyat yaşaya bilməz. Yaşasa məsuliyyətlərini yerinə yetirməmiş olar. Bunun nəticəsi peşman olmaqdır. Həm dünyada çəkdiyi iztirabla pərişan olar, həm axirətdə böyük bir cəzayla qarşılaşar.

Yaxşı və Pis Arasında

Hz. Peyğəmbər s.ə.v. Əfəndimiz, yaxşılıqları və gözəllikləri yaşayaraq göstərmiş, nümunə olmuşdur. Səhabələr, ONU görərək nümunə götürmüş və ONun kimi yaşamağa cəhd göstərmişlər. Sonrakı nəsillər də onların yolunda getmişlər. Bu bir karvan kimidir. Bu karvanı izləmək, onların uğradığı yerlərə uğramaq lazımdır. Etibarlı yol budur.

Əfəndimiz s.ə.v., Əshab-ı kiramı izləyib onlara tabe olmamızı buyurmuşlar. Çünki Səhabələr, Allah Rəsulundan nə gördülərsə onu götürmüş, həyatlarına tətbiq etmiş, əbədi xoşbəxtliyə çatmış, göydəki ulduzlar kimi nurani kəmalata qovuşmuşlar. Onları izləmənin necə olacağını da alimlər bildirmişlər. Yolun və necə gediləcəyini bizlərə köçürdükləri və göstərdikləri üçün alimlər və vəlilər də çox qiymətlidir. Onlar peyğəmbərlərin buraxdığı elmi və mənəvi mirasa sahib çıxmışlar.

Bu səbəblə insanlar alimlərin, vəlilərin ətrafında toplanmış, onların zahiri və batini elmindən faydalanmışlar. Allahın alim, vəli qulları yalnız varlıqlarıyla belə insanlara Allahı xatırladarlar. Rəsulullah s.ə.v. Əfəndimiz tərəfindən, İsrailoğullarının peyğəmbərlərinə bənzədilən bu şəxslər, yolda olmaq və yolda irəliləmək istəyənlər üçün rəhbərdir.

Yaxşı və Pis Arasında

Bu insanlar özlərini müsəlmanların yaxşılığına həsr etmiş, onların Haqqa çatmalarına vəsilə olmaq istəyən, sadiq, muhlis insanlardır. Bunların mühitində ol/tapılmaq, onlarla birlikdə olmaq, İslamı yaşamağa, gözəl əxlaq sahibi olmağa böyük bir vəsilədir.

Nəhayət mömin olaraq hamımız birik. Fərqimiz, dinin əmrlərini yaşamada, günahlardan uzaq dayanmada və Allahdan qorxmada həssaslıq fərqimizdir.

ADAM SEVDİYİYLƏ BƏRABƏRDİR ''


Geri dön

music_angel

  • 1 sentyabr 2011 13:13
  • Məqalə: 212
  • Şərh: 7767
  • Bal:
Allah razi olsun

--------------------

Azeri_Gozeli

  • 13 oktyabr 2010 13:59
  • Məqalə: 91
  • Şərh: 2393
  • Bal:
{awards}
Allah razi olsun tesekurler....

--------------------

Kisa_Kiss

  • 20 sentyabr 2010 15:48
  • Məqalə: 431
  • Şərh: 1308
  • Bal:
{awards}
Аллах разы олсун

--------------------

Ulya

  • 19 sentyabr 2010 19:55
  • Məqalə: 1911
  • Şərh: 13813
  • Bal:
{awards}
dangerous_angel,
♥Princess♥,
love

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 2
Qonaqlar: 47
Cəmi: 67

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 10
Cəmi: 453
 
♔Hе важно∞
Xəbərləri: 3
Cəmi: 31
 
 
{slinks}