Şeytanın sevgisi

 
Şeytanın sevgisi

Şeytan Bir gün Mən də sevim deyə düşünər. Və ən gözəl Mələk qiyafəsinə girər. Mənim şeytan olduğumu bilən heç kim mənə, inanmaz deyərək başqa bir şəhərə gedər. Bir yer axtardı özünə yalanlarıyla bir-birinə saldığı insanlardan uzaq bir şəhər. Əslində onun pisliyinin çatmadığı bir yer yox idi amma O doğulduğu torpaqlara getməyə qərar verdi. Çünki bilmirdi kəndliləri onun şeytan olduğunu. Kənddən ayrıldıqlarında cox kiçikdi yəni hələ olmayan ürəyinə, fitnə düşməmişdi.
Qəflətən çıxıb gəldi bir gün, babasının torpaq evinə. Elə bir gəldi ki, hər kəs izah etdi; min məscid etdirmiş, min hayrat etdirmiş, min kasıba analıq etmiş deyə. Ətrafda mələk olduğuna dair söz-söhbətlər yayıldıqca, daha bir günahsızlaşıb gözəlləşdi ətrafın gözündə artıq qanadsız bir mələk idi O. Əslində bu "Mələk" sözünə dəli olurdu amma artıq körpünü keçənə qədər səbr edəcəkdi. Bura bir məqsəd üçün gəlmişdi. Elə kiçik səbəblərdən ötəri iti quyruğunu, insanlara göstərmək istəmirdi. Aşiq olmalı idi, aşiq… Həyatda hər şeyi etmiş amma bu eşq deyilən, qızların huşsuz huşsuz izah etdikləri şeyi heç cür yaşamamışdı. "Mən" dedi öz özünə, "Elə bir aşiq olacağam ki; bundan sonra eşq deyilincə mən ağla gələcəyim.".
Aradan günlər, aylar keçdi. Mələk üzlü şeytanın işvəli halları bütün kişilərin dilində gəzər oldu. Möhkəm dostlar, dostlar,; satdılar bir-birlərini Onun uğruna. Gözəl sözlər unudulub küfrlərlə başlar oldu cümlələr və quyuları qazılar oldu yoldaşların, qanadsız mələyə qovuşmaq üçün. Qanadsız mələk isə günahsızı oynamağı çox yaxşı bildi. Bəzən iki qardaşın ikisinə də aşiq olmağı sınadı, sırasıyla. Bəzən evlilərə sallandı, bəzən eli xınalı yeni nişanlılara. Həmişə gözəl sözlər söylədi, bığı yeni tərləmiş cavanlara. Niyə belə budaqdan dala atladığını soruşanlara isə həmişə məntiqli cavablar verməyə çalışdı: Bəlkə mənim nəsibimsən, nə bilirsən? Bir-birinə düşmən oldu birlikdə oynayaraq əsgərə gedənlər. Qaranlıq, zülmət örtdü ortalığı. Belə ki; bulaqlar belə kinlənib axmaz, torpaq məhsul verməz oldu.
Bir gün bir xəbər duyuldu: şəhərdə mələyimiz aşiq olmuş, deyə. Ondan sonra kimsə görmədi mələk üzlü şeytanı bir daha. Və aşiq olduğu cavanı da… O günlərdə zibil yığanlar fərqinə varmadan bir cəsəd atdılar, şəhər qəbiristanlığına.
Başqa bir eldə, başqa bir diyar qaynadı aylarca. Və bir müddət sonra oranın zibil yığanları da bir cəsəd buraxdılar fərqində olmadan, qəbiristanlığa.
Minlərlə gəncin qanına girən şeytan anlaya bilmədi heç cür, aşiq ola bilməyəcəyini… Anlaya bilmədi; əgər aşiq olsa başqa bir varlığa çevriləcəyini. Hələ davam edir, bilmədiyimiz bir şəhərdə bilmədiyimiz gənclərin qanına girib , "Bəlkə mənim nəsibim” deməyə.


Geri dön

_RONALDO_

  • 13 mart 2011 11:24
  • Məqalə: 304
  • Şərh: 10756
  • Bal:
cooooooooooooooooox maraqlidi thanks oxudum

--------------------

only-girl

  • 25 yanvar 2011 18:57
  • Məqalə: 1002
  • Şərh: 5028
  • Bal:
{awards}
Təşəkkür

--------------------

Grace_Angel

  • 21 sentyabr 2010 20:27
  • Məqalə: 654
  • Şərh: 2278
  • Bal:
{awards}
Tewekkurler.........maraqli xeber ucun......

--------------------

♥Princess♥

  • 20 sentyabr 2010 23:13
  • Məqalə: 2188
  • Şərh: 7015
  • Bal:
{awards}
her birinize twk edirem

--------------------

Kisa_Kiss

  • 20 sentyabr 2010 15:47
  • Məqalə: 432
  • Şərh: 1308
  • Bal:
{awards}
belay спасибо

--------------------

♥Princess♥

  • 19 sentyabr 2010 23:53
  • Məqalə: 2188
  • Şərh: 7015
  • Bal:
{awards}
her birinize twk edirem

--------------------

Dj_Tural

  • 19 sentyabr 2010 21:45
  • Məqalə: 841
  • Şərh: 1455
  • Bal:
{awards}
tewekkurler maraqlidi

--------------------

Birine Sev Dedim,Qeher Getirdi,Hem Qusse Hem Keder Getirdi...Eliynen Sufreme Zeher Getirdi,Bir Zaman Elimle Agzina Bal Verdiklerim...Yoluma Qanqallar Tikanlar Ekib,Goresen Xecalet Cekibmi??? Bir Zaman Elimle Eline Gul Verdiklerim...

Ulya

  • 19 sentyabr 2010 19:54
  • Məqalə: 1910
  • Şərh: 13796
  • Bal:
{awards}
cox sagol xebere gore

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 



      Sorğu [?]

      LeGenD.Az Yeni Görünüşü ?

      Əla
      Yaxşı
      Normal
      Belədə
      Pis

      ToP 10 Şərhçi

      Online

      İstifadəçilər: 9
      Qonaqlar: 64
      Cəmi: 88

       

      Top 10 Müəllif

      enigmatic_girl
      Xəbərləri: 67
      Cəmi: 284
       
      _XADA_
      Xəbərləri: 63
      Cəmi: 423
       
      Love World
      Xəbərləri: 58
      Cəmi: 157
       
      dj_okush717
      Xəbərləri: 51
      Cəmi: 302
       
      MEGAN FOX
      Xəbərləri: 51
      Cəmi: 230
       
      Musique Sage
      Xəbərləri: 49
      Cəmi: 385
       
      green_15
      Xəbərləri: 46
      Cəmi: 203
       
      GüN_GüN
      Xəbərləri: 45
      Cəmi: 252
       
      _NICE_GIRL_
      Xəbərləri: 39
      Cəmi: 293
       
      Ay Prensesi
      Xəbərləri: 37
      Cəmi: 535