3 nöqtə qoymaq olmaz

 
3 nöqtə qoymaq olmaz

İnsan sevdiyi ilə olmaq istər! Sevgisi ilə yaşayar!

Sevginin nə olduğunu əsl mənada bilmədiyimiz üçün, əksəriyyətlə, "bəyənmə" ilə "sevgi"ni bir-birinə qarışdırırıq.

"Bəyənmə" yanında "sahib olma" arzusuyla ortaya çıxar!.

Bir şeydən xoşun gəldiyində, bəyəndiyin şeyə sahib olmaq və qənaət edə bilmək arzusuyla yaşayarsan…

Kimisi, bəyəndiyini cibində saxlayar kimisi bəyəndiyinə tasma taxıb yanında gəzdirərək onunla lovğalanmaq istər kimi isə tam fərqli…

3 nöqtə qoymaq olmaz

Sevmək" isə bundan çox fərqlidir…

Sevincə, təkcə sevdiyin üçün yaşamaq istəyərsən!.

Yalnız yanında olmaq, yalnız onun olmaq istəyərsən! Yaxınlıq belə uzaq gələr sənə!…

Bəyənən sahib olmaq istər…

Sevən isə sevdiyində yox olar fəda edər hər şeyi sevdiyi uğruna!

Amma bəziləri bunu etməz.

Sevdiyi uğruna, fədakarlıq etməyə gələndə, o sevgi qoxusu silinər üzərindən!

Pulundan qopa bilməz…

Mövqeyindən qopa bilməz…

Yaxınlarından qopa bilməz…

İçində yaşadığı mühitin gözəlliklərindən qopa bilməz…

Ətrafdan qopa bilməz!.

3 nöqtə qoymaq olmaz

Bütün bunlar olarkən qüsurlar meydana çıxmağa başlayar sevdiyini bildiyi o hissdə…

Əskikliklər görməyə başlayar, çatışmazlıqlar görməyə başlayar…

Bunlar əvvəl yazıqlıq duyğusuna çevirər sevgisini;

Uzaqdan yazığı gələrək seyr etməyə başlayar…

Sonra şirin bir xatirəyə çevrilər sevgi bildiyi duyğuları!.

Bu təcrübə göstərər ki, bəyənməni, sevgi bilmişdir!..

Uzaqlaşma ondan gəlməyib, qarşısındakından gəlmişsə, bu dəfə "nifrət"ə dönər "bəyənmə" ondan intiqam alma duyğusu inkişaf edər içində.

Halbuki təkcə, fitrətində olmayan əsl sevginin nəticələrini yaşamaqdadır!.

Sevən, qarşılıqsız sevər!…

Bəyənən qarşılığını istər!.

3 nöqtə qoymaq olmaz

Bəyənmə bəzən ömür boyu , bəzən bir neçə il, bəzən bir neçə ay!..

Bitməz, tükənməz, bəzən dayanar, bəzən coşar amma heç geriləməz!.

Sevgi gözləməkdir, ümid etməkdir

Sevgi qarşılıqsız olaraq, əmək verməkdir

Sevgi isti bir gülümsəmədir

Sevgi gözlərdəki yaşların axa bildiyincə axa bilməsidir

Heç kim sevgiyi qızıl kimi kassaya kilidləyə bilməz onu.

Onun yeri ürəklərdədir.

Bir ananın ürəyindədir, onun yeri uşağına verə bilmək üçün.

Onun yeri bağbanın əllərindədir, sevgi toxumları saça bilmək üçün.

Bəli...

3 nöqtə qoymaq olmaz

Sevgi hər yerdədir..

Bəs edər ki, sən onu tapmaq istə.

Sevgini tapmaq asandır...

Çətin olan onu əlində tuta bilməkdir.

Unutma, sevgini hiss edə bilməklə hər şey həll olunmur...

Sevgini göstərmək də lazımdır.

Həyat qısa bu gün olan sabah yoxdur.

Sevgini göstərmək gözləməz, sabah çox gec ola bilər.

Əlindəkini itirmədən qiymətini bilməlisən.

Həyat çox qısadır..

Və bu dünyadakı heç bir şey qırılan ürəklərə dəyməz.

Söylədiklərindən çox susduqlarında gizlidir.

Və gizlədiklərində gizlidir.

Onu başa düşmək üçün

Danışdıqlarından çox susduqlarına qulaq asmalıyıq..

Onun ağlı sükutu sevər..

Çünki çox agır ödəşib həyatla..

Üç Nöqtələr qoyulmaz SEVGİYƏ

Sevgi bir ömür boyudur!


Geri dön

_RONALDO_

  • 13 mart 2011 11:22
  • Məqalə: 303
  • Şərh: 10724
  • Bal:
tewekkurler

--------------------

Ulya

  • 22 sentyabr 2010 12:27
  • Məqalə: 1911
  • Şərh: 13779
  • Bal:
{awards}
no no

Ceyhun

  • 21 sentyabr 2010 17:00
  • Məqalə: 1
  • Şərh: 45
  • Bal:
{awards}
maraqli idi

--------------------
Yene tekem, yene qefes....

Hemen ki adamam, amma bashqa heves....

OK

  • 20 sentyabr 2010 23:48
  • Məqalə: 176
  • Şərh: 1859
  • Bal:
{awards}
...

--------------------

Dj_Tural

  • 20 sentyabr 2010 19:36
  • Məqalə: 852
  • Şərh: 1584
  • Bal:
{awards}
tewekkurler

--------------------
Usaq Musaq Dostluq Gondermesin.Bezmisem Redd Elemekden..
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 3
Qonaqlar: 47
Cəmi: 56

 

Top 10 Müəllif

The Shield
Xəbərləri: 58
Cəmi: 77
 
NIGAR
Xəbərləri: 58
Cəmi: 724
 
MiSS HaPPy)
Xəbərləri: 48
Cəmi: 143
 
Nergiz__Sirinova
Xəbərləri: 41
Cəmi: 470
 
Arzu_zadeh
Xəbərləri: 34
Cəmi: 232
 
♔Hе важно∞
Xəbərləri: 30
Cəmi: 201
 
AyliN BunyaminovA
Xəbərləri: 18
Cəmi: 441
 
No-Girls-No-ProBlemS
Xəbərləri: 12
Cəmi: 221
 
Sol Meleyim
Xəbərləri: 11
Cəmi: 52
 
S)
Xəbərləri: 8
Cəmi: 20
 
 
{slinks}