Peyğəmbər dəstəmazı necə alıb

 
Peyğəmbər dəstəmazı necə alıb

Həzrəti Peyğəmbər (s.ə.s.) ibadət həyatını təmizlik üzərinə qurmuşdur. Çünki insanın ruhən təmiz olmasında, yaxşı əməllərə meyil etməsində və pis əməllərdən çəkinməsində maddi təmizliyin böyük təsiri vardır. Bu barədə Allah-Təala belə buyurur: “... Allah tövbə edənləri və (təmiz) pak olanları sevər” (Bəqərə, 222).

“Təmizlik imanın yarısıdır” (Muslim, Təharət, 1) hədisi də bu həqiqəti bir daha göstərməkdədir. Elə buna görə də Allah-Təalanın hüzuruna çıxan hər bir müsəlmana namaz və təvaf kimi ibadətlərdən əvvəl dəstəmaz almaq fərz buyurulmuşdur.

Bu mövzuda Ukbə ibn Amr (r.a.) Rəsulullahın (s.ə.s.) belə buyurduğunu rəvayət edir: “Gözəl bir şəkildə dəstəmaz alıb, sonra iki rükət namaz qılan və namaza bütün ruhu və mənliyi ilə yönələn hər kəsə cənnət vacib olur”. Dəstəmazın fəzilətini başa salan başqa bir hədisdə isə deyilir: “Kim dəstəmaz aldıqdan sonra kəlmeyi-şəhadət də gətirərsə ona cənnətin səkkiz qapısı açılar və insan istədiyi qapıdan cənnətə daxil olar” (Muslim, Təharət, 17)

Peyğəmbər dəstəmazı necə alıb

Əbu Hureyrənin rəvayət etdiyi başqa bir hədisdə isə bir gün Həzrəti Peyğəmbərin (s.ə.s.) qəbiristanlığa gələrək belə dediyi bildirilir:

“Allahın salamı üzərinizə olsun, ey möminlər diyarının sakinləri! İnşallah bir gün biz də sizin yanınıza gələcəyik. Bilirsiniz ki, qardaşlarımı görməyi nə qədər istəyirəm. Həqiqətən onlar üçün çox darıxmışam”.

Orada olanlar “Məgər biz sənin qardaşların deyilik?” - deyə soruşurlar. Peyğəmbər (s.ə.s.) belə cavab verir: “Siz mənim səhabələrimsiniz. Qardaşlarımız isə hələ dünyaya gəlməyənlərdir”. Bu cavabı eşidən səhabələr daha da maraqla soruşurlar: “Ey Allahın Rəsulu! O zaman siz hələ dünyaya gəlməyən qardaşlarımızı necə tanıyacaqsınız? Həzrəti Peyğəmbər (s.ə.s.) bu suala belə cavab verir: “Təsəvvür edin ki, bir nəfərin ayaqları və üzü ağappaq olan bir atı vardır. Bu insan öz atını, hamısı qara olan atların içərisində necə rahatlıqla seçib taparsa, mən də öz qardaşlarımı eləcə tanıyacağam. Onların bu şəkildə fərqlənmələrinə səbəb isə onların dəstəmaz almaları və dəstəmaz alınan yerlərinin təmizliyinə timsalən ağappaq olmalarıdır. Mən qiyamət günü hovuz başına əvvəlcədən gedərək onları orada gözləyəcəyəm” (Muslim, Təharət, 39).

Peyğəmbər dəstəmazı necə alıb

Buradan da göründüyü kimi, dəstəmaz və ümumiyyətlə təmizlik müsəlmanın bariz xüsusiyyətlərindəndir. Bu, onun təmiz olması ilə bərabər, həm də qiyamət günü digər insanlardan fərqləndirən bir əlaməti, Muhəmməd ümmətindən olduğunun göstəricisidir. Səhabələr bu xəbəri eşitdikdən sonra dəstəmazlarına daha çox diqqət etməyə və dəstəmaz üzvlərini daha diqqətli şəkildə yumağa başlamışdılar. Hz Peyğəmbər (s.ə.s.) başqa bir hədisində belə buyurmaqdadır:

“Qiyamət günü mömin insanın nuru, dəstəmaz suyunun çatdığı yerə qədər olacaqdır” (Muslim, Təharət, 40).

Dəstəmaz sadəcə namaz qılmaq və ya hər hansı bir ibadəti həyata keçirmək üçün alınmamalıdır. Belə ki, İslam dini insanları daima dəstəmazlı olmağa təşviq edir. Lakin hər zaman dəstəmazlı olmaq hər bir insanın edə biləcəyi bir iş deyildir. Bunu sadəcə dəstəmazın faydalarını yaxşıca dərk edən müsəlmanlar edə bilərlər. Ona görə də, hər zaman təmiz olmaq imanın əlamətlərindən biri kimi qəbul olunmuşdur və bu barədə olan bir hədisdə belə buyurulur: “Daima dəstəmazlı olmaq yalnız mömin olan kimsələrə məxsusdur” (Muslim, Təharət, 6).

Peyğəmbər dəstəmazı necə alıb

İbn Abbasın (r.a.) rəvayətinə görə, Həzrəti Peyğəmbər (s.ə.s.) ayaq yolundan çıxdıqdan sonra əllərini yuyar, daha sonra isə əllərini məsh çəkirmiş kimi, dəstəmaz üzvlərinə çəkərmiş. Bir dəfə İbn Abbas ondan “Ey Allahın Rəsulu, suyun yaxınlığındayıq, niyə belə edirsən?” - deyə soruşur. Həzrəti Peyğəmbər belə cavab verir: “Nə bilim, bəlkə ona çatmadan ruhumu təslim etdim”. (İbn Hanbəl, I, 288).

Rəsulullah qüsl almalı olduğu hallarda, onu alana qədər dəstəmazsız qalmamaq üçün əllərini divara sürtərək təyəmmüm alarmış (Heysəmi, I, 264).

Onun bu hərəkətini görən səhabələr də onun yolu ilə gedərək dəstəmazları pozulanda dərhal yenisini almağa, hətta aldıqları dəstəmazın üstündən uzun vaxt keçdikdə onu təzələməyi adət halına gətirmişdilər. Çünki Həzrəti Peyğəmbər (s.ə.s.) bu haqda “Kim dəstəmazlı olduğu halda onu təzələsə (yəni yeni bir dəstəmaz alsa) Allah-Təala bu səbəblə ona on savab yazar” buyurmuşdur (Tirmizi, Təharət, 44).

Dəstəmazın fəziləti, onun insana verdiyi maddi və mənəvi təmizliyi haqqında olan hədislərin sayı olduqca çoxdur. Bu gün artıq tibb elmi də sübut etməkdədir ki, dəstəmazın sağlamlıq baxımından müsbət cəhətləri həddən artıq çoxdur.

Namaz vacibatdır..Onunla birgə vacib olan Dəstəmazdır...Namaz qılmayan insan da təmiz pak olmalıdır...bunun üçün hər namaz zamanlarında Dəstəmaz almağı unutmayın...Çünki o zamanda Tanrı dərgahı açıq olur etdiyin dua və istəklərin qəbulə yetir...


Geri dön

sevgi meleyim

  • 6 sentyabr 2011 17:07
  • Məqalə: 25
  • Şərh: 1625
  • Bal:
xeber ucun tewekkurler

--------------------
Gedene Uzulme.Sevseydi Getmezdi...Gelene Sevinme,O da Bawqasindan Gelib..

breaking dawn

  • 5 sentyabr 2011 20:10
  • Məqalə: 12
  • Şərh: 1041
  • Bal:
{awards}
[color=#33CCFF][/color]ALLAH RAZI OLSUN!!!

sevgimden_utaniram

  • 5 sentyabr 2011 19:47
  • Məqalə: 44
  • Şərh: 617
  • Bal:
{awards}
Allah razi olsun

--------------------
Sen yoxsan bu heyat menasiz mene,
Açilan seherler qaraliq zülmet.
Dostlarda tesseli olmayir mene,
Qalmişam sevgilim men sene hesret .

music_angel

  • 5 sentyabr 2011 17:25
  • Məqalə: 212
  • Şərh: 7767
  • Bal:
{awards}
Allah razi olsun

--------------------

NAZLI YAGMURLAR

  • 5 sentyabr 2011 16:03
  • Məqalə: 1
  • Şərh: 415
  • Bal:
{awards}
Men bunu oxumusdum kitabdan allah razi olsun xebere gore twkler../

--------------------
DOGDUNDA KULAGINA EZAN OKUNUR OLDUGUNDE EZANSIZ NAMAZIN KILINIR.
HEYATIN ISE:
EZAN VE NAMAZ ARASINDA OLAN O VAKIT KADARDIR NE KISA
DEGILMI...!!!

Miss Lady

  • 5 sentyabr 2011 15:09
  • Məqalə: 180
  • Şərh: 2255
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN.TEWEKKURLER XEBERE GORE.SUPER ALINIB.

Zehra MeLeK

  • 5 sentyabr 2011 15:04
  • Məqalə: 7
  • Şərh: 634
  • Bal:
{awards}
tewekkurler

Ada...07

  • 5 sentyabr 2011 14:52
  • Məqalə: 46
  • Şərh: 2814
  • Bal:
{awards}
Cox deyerli ve meraqli yaz ucun Allah razi olsun...

--------------------


AY_LA

  • 5 sentyabr 2011 14:33
  • Məqalə: 6
  • Şərh: 70
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN COX SAG OLUN

Jasmin45

  • 5 sentyabr 2011 13:38
  • Məqalə: 43
  • Şərh: 1124
  • Bal:
{awards}
Namaz vacibatdır..Onunla birgə vacib olan Dəstəmazdır...Namaz qılmayan insan da təmiz pak olmalıdır...bunun üçün hər namaz zamanlarında Dəstəmaz almağı unutmayın...Çünki o zamanda Tanrı dərgahı açıq olur etdiyin dua və istəklərin qəbulə yetir..


ALLAH razı olsun,çox dəyərli yazı idi...

--------------------

Tək istədiyim üzüyünü taxım və deyim "Artıq səninəm"=)

miss_sokaladka

  • 5 sentyabr 2011 13:33
  • Məqalə: 0
  • Şərh: 936
  • Bal:
{awards}
tasakur ediram

--------------------
Bir sabah oyandığında onun sənin üçün nə qədər dəyərli olduğunu
anlayacaqsan,amma o bunu artıq dərk etmiş oğlanın yanında oyanmış olacaq................................................

Ay Üzlü

  • 5 sentyabr 2011 13:32
  • Məqalə: 395
  • Şərh: 6159
  • Bal:
{awards}
cox sag olun

KNAQ

  • 5 sentyabr 2011 13:31
  • Məqalə: 0
  • Şərh: 7
  • Bal:
{awards}
ALLAH razi olsun. destnamazli olerse allah dergahini sehid olaraq getmisirşALLAHher kese qismet etsin.AMİN

HaYaliM

  • 5 sentyabr 2011 13:30
  • Məqalə: 144
  • Şərh: 4372
  • Bal:
{awards}
Allah razi olsun

--------------------

Elə yaşa ki atanın qözlərində utanc,ananın gözlərində yaş görməyəsən.

Мой Мир

  • 5 sentyabr 2011 13:21
  • Məqalə: 722
  • Şərh: 5996
  • Bal:
{awards}
ilk serh menden allah razi olsun

--------------------
∞♥
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 2
Qonaqlar: 35
Cəmi: 56

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 8
Cəmi: 411
 
Nergiz__Sirinova
Xəbərləri: 3
Cəmi: 349
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1137
 
Ufuk Kazimi
Xəbərləri: 1
Cəmi: 1
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 773
 
 
{slinks}