Azərbaycanın xalq artistinin doğum günüdür

 
Azərbaycanın xalq artistinin doğum günüdür

Aslanov Səyavuş Məmmədağa oğlu Azərbaycan realist aktyor məktəbinin görkəmli nümayəndələrindən biri, 1935-ci il sentyabr ayının 5-də Bakıda dünyaya gəlib. Aktyorluğa həvəskar kimi dram dərnəyindən başlayıb. 1954-cü ildə az müddət musiqili komediya estrada truppasında, 1958-ci ildə Quba Dövlət Dram Teatrında işləyib.

Uzun illər Azərbaycan Dövlət Musiqili Komediya Teatrının aparıcı aktyorlarından olub. Bir müddət həmin teatrın bədii rəhbəri işləyib (1994-1996) və burada, "Kəndimizin mahnısı"nda Bayarm, "Özümüz bilərik"də İbişov, "Altı qızın biri Pəri"də Firuzbala, "Ulduz"da Şubay, "Hicran"da Dadaşbala, "Qaçırılmış qız"da Qəmzəli, "Lənət sənə, kor şeytan"da Misir Nəsir, "Əlli yaşında cavan"da Orduxan bəy kimi bir çox obrazların mahir ifaçısı olub.

Azərbaycanın xalq artistinin doğum günüdür

Səyavuş Aslan 1984-cü ildən Akademik Milli Dram Teatrının aktyorudur və bir çox rəngarəng obrazlar yaradıb. O, "Nişanlı qız"da Mindilli, "Həyatın dibində"da Luka, "Günah"da Ağaəli, "Böyük Romul"da Romul Avqustul, "Od gəlini"ndə Oddamdı, "Bizim qəribə taleymiz"də Fəriş, "Sevgililərin cəhənnəmdə vüsalı"nda Cabbar, "Dəlilər və ağıllılar"da Ağamusa Fərəcov, "Hökmdar və qızı"nda Vanya Koxa, "Mənsiz dünya"da Qərib Qulam, "Ah, Paris…Paris!.."də Əsədulla, "Mənim ərim dəlidir"də Kişi, "Mənim sevimli dəlim"də Baş redaktor, "Poçt şöbəsində xəyal"da Yoldaş tək, "Hamlet"də Poloni, "Varlı qadın"da Sarı, "Kaş araba aşmayaydı!.."da Aqabo Boqveradze kimi obrazlara öz imzasını qoyub.

Televiziya tamaşalarında yüzdən çox obraz ifa edən Səyavuş Aslan teatr və kino yaradıcılığındakı səmərəli fəaliyyətinə görə 1974-cü ildə Azərbaycan Respublikasının əməkdar artisti, 1982-ci ildə xalq artisti fəxri adları ilə təltif olunub. Prezident təqaüdçüsüdür.

Azərbaycanın xalq artistinin doğum günüdür

Səyavuş Aslan çəkildiyi yüzə yaxın film və film-tamaşada da canlandırdığı
obrazlarla kino aktyorluğu sahəsində öz sözünü deyib:

: 100 (film, 1985)(qısametrajlı bədii film-Mozalan № 100), 777 №-li iş (film, 1992)(tammetrajlı bədii film), Adam ol! (film, 2005)(tammetrajlı bədii film), Adam ol! 3 (film, 2007)(tammetrajlı bədii film), Adı sənin, dadı mənim (film, 1980)(tammetrajlı televiziya tamaşası), Aktrisanın təbəssümü (film, 1974), Bankir adaxlı (film, 2008), Belə lazımdır (film, 1982), Bəyin oğurlanması (film, 1986), Bizim qəribə taleyimiz (film, 2005), Cin mikrorayonda (film, 1985), Dəvətnamə (film, 2003), Evlənmək istəyirəm (1983), Evləri köndələn yar (film, 1982), Əhməd haradadır? (1963), Əzablı yollar (film, 1982), Fırıldaqçı (1983), Girişmə, öldürər (1990), Hacı Qara (film, 2002), Xüsusi vəziyyət (film, 1986), Köç (1986), "Qayınana" əməliyyatı (film, 1999), Qəm pəncərəsi (1986), Qırmızı qatar (1993), Mən sənin dayınam (film, 2001), Mənim ağ şəhərim (1994), Musiqi müəllimi (1983), Nakəs (1991), O dünyadan salam (1992), Romeo mənim qonşumdur (1963), Sabiqlər (film, 1999), Sabiqlərin yeni sərgüzəştləri (film, 2000), Səhər (film, 1995), Sehrli çıraq (1987), Ulduz (film, 1964), Üzr istəyirəm (1985), Yaşıl eynəkli adam (film, 1987), Yaşıl eynəkli adam-2 (film, 1999), Yaxşı qurtardıq (1985), Yay gününün xəzan yarpaqları (1986), Yeganə çıxış yolu (film, 1980), Yol əhvalatı (film, 1980), Yuxu (film, 2001), Zəncirbənd (film-tamaşa).


Geri dön

sevgi meleyim

  • 6 sentyabr 2011 17:07
  • Məqalə: 25
  • Şərh: 1625
  • Bal:
xeber ucun tewekkurler

--------------------
Gedene Uzulme.Sevseydi Getmezdi...Gelene Sevinme,O da Bawqasindan Gelib..

bellla

  • 6 sentyabr 2011 00:56
  • Məqalə: 0
  • Şərh: 30
  • Bal:
{awards}
tebrikler...

--------------------
…GÜNAY…

Miss Lady

  • 5 sentyabr 2011 15:05
  • Məqalə: 180
  • Şərh: 2255
  • Bal:
{awards}
TEBRIK EDIREM.ALLAH UZUN OMUR VERSIN.

Zehra MeLeK

  • 5 sentyabr 2011 15:03
  • Məqalə: 7
  • Şərh: 634
  • Bal:
{awards}
tewekkurler

winxclub_bloom

  • 5 sentyabr 2011 14:45
  • Məqalə: 155
  • Şərh: 6793
  • Bal:
{awards}
tebrikler ALLAH UZUN OMUR VERSIN

--------------------

Ada...07

  • 5 sentyabr 2011 14:44
  • Məqalə: 46
  • Şərh: 2814
  • Bal:
{awards}
Tebrikler Allah uzun omur versin...

--------------------


Delya_91

  • 5 sentyabr 2011 14:23
  • Məqalə: 319
  • Şərh: 5295
  • Bal:
{awards}
Tebrikler sevimli aktyorumuzu

--------------------
"Camaat nə deyər" ifadəsi qədər divarları hündür bir hebsxana yoxdur...

... Deryam ...

  • 5 sentyabr 2011 14:01
  • Məqalə: 272
  • Şərh: 4680
  • Bal:
{awards}
Allah saglam omur versin.
EN YAXWI AKTYORLARIMIZDANDI ...
XEBERE GORE TWKLER ...

--------------------

Sirli Melek

  • 5 sentyabr 2011 13:59
  • Məqalə: 0
  • Şərh: 5105
  • Bal:
{awards}
TƏBRİKLƏR.
ALLAH UZUN ÖMÜR VERSİN

--------------------
SADƏLİK GÖZƏLLİKDİR !

miss_sokaladka

  • 5 sentyabr 2011 13:39
  • Məqalə: 0
  • Şərh: 936
  • Bal:
{awards}
tabrik edirammmmm tasakurlarrrrrr

--------------------
Bir sabah oyandığında onun sənin üçün nə qədər dəyərli olduğunu
anlayacaqsan,amma o bunu artıq dərk etmiş oğlanın yanında oyanmış olacaq................................................

Ay Üzlü

  • 5 sentyabr 2011 13:29
  • Məqalə: 395
  • Şərh: 6159
  • Bal:
{awards}
Tebrik edirik

Iriska

  • 5 sentyabr 2011 13:27
  • Məqalə: 253
  • Şərh: 1261
  • Bal:
{awards}
Tesekkur canim bu barede bilgim yox idi

--------------------
Demədimmi bu həsrət öldürər səni, ay dolanıb keçər, yalnız qalarsan, hər gün ah deyib açı çəkərsən. Ürəyim sənə bu cür sevmə demədimmi!

Мой Мир

  • 5 sentyabr 2011 13:20
  • Məqalə: 722
  • Şərh: 5996
  • Bal:
{awards}
ilk serh menden

TEBRIKLER

--------------------
∞♥
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 2
Qonaqlar: 28
Cəmi: 48

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 7
Cəmi: 386
 
Nergiz__Sirinova
Xəbərləri: 6
Cəmi: 332
 
Awk bir hayal
Xəbərləri: 4
Cəmi: 137
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 2
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 766
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 20
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
 
{slinks}