Bəs qadın hirslənəndə?

 
Bəs qadın hirslənəndə?

Yeri gələndə qadın da əsəbiləşir...
Ancaq əsas məsələ ailə daxilində heç dava-dalaşın olmaması

yox, bu xoşagəlməz vəziyyətin necə aradan
qaldırılmasıdır. Ona görə də heç əsəbiləşməyən,

dava-dalaşa səbəb olmayan iki insandan yox,
təbii olaraq bəzi hadisələr qarşısında əsəblərinə

hakim ola bilməyən, ancaq bunu ailə səadətinə
kölgə salmadan, gələcəkdə utanacağımız xatirələrə

çevirmədən həll edə bilən iki mədəni insandan bəhs
edirik. Özümüzü o səviyyəyə gətirməyə çalışırıq.

Bəs qadın hirslənəndə?

Əsəblərinə hakim ola bilməyən
kişilərin xanımlarını döyməsindən bəhs etmişdik. Qadın isə

əsəblərinə hakim ola bilməyəndə gücü
çatmadığı üçün belə bir şey barədə düşünmür.

Ən uzağı qaş-qabağını sallayır, ağlayır,
qışqırıb-bağırır, əsəbləri çox pozulmuşsa, hirsini

uşaqlarından çıxarmağa çalışır və ya ən
pis halda evdən gedir, inandığı bir yaxınının yanına

sığınıb həyat yoldaşından bu şəkildə intiqam alır.
Bu xoşagəlməz vəziyyətdən isə daha çox

uşaqları və özü ziyan görür. Əlbəttə ki, məntiqsizik
demirəm, ancaq gəlin qəbul edək ki, çox


Bəs qadın hirslənəndə?

vaxt məntiqimizdan çox, hisslərimizin
arxasınca gedirik. Biz çox zərif bir yaradılışa malik

olduğumuz üçün həyat yoldaşımızdan da
eyni münasibəti görmək istəyirik.

İndi kişilər deyəcəklər ki, yoxsa, biz
kobud məxluqlarıq? Əlbəttə ki yox, ancaq biz xanımlar

yaradılış etibarı ilə daha incə detallara fikir veririk.
Məsələn, həyat yoldaşımız əlamətdar

bir günü unutmuşsa, bu mütləq bir dava-dalaş
mövzusu olur. Bizi sevmədiyinə, bizə qiymət

vermədiyinə, ad günümüzü, ya da evlilik
ildönümümüzü unudacaq qədər laqeyd olduğuna

Bəs qadın hirslənəndə?

qərar veririk. Bir də bunun üstünə
daha əvvəldən içimizdə yığıb saxladığımız şeyləri əlavə edin.

Onsuz da həyat yoldaşımız hələ evə gəlməmiş
belə bir vəziyyətlə qarşılaşa bilərik deyə,

qurulmuş saatlı bomba kimi hazır gözləyirik.
Əgər qapını açanda əliboş bir adamla

qarşılaşırıqsa, bomba partlayır. İçimizdəki bütün
sistemlər bizim haqlı olduğumuzu ortaya

çıxarmaq üçün fəaliyyətə başlayır. Göz yaşlarımız,
enib-qalxan təzyiqimiz, sonra baş ağrılarımız

növbə ilə səhnəyə çıxıb həyat yoldaşımıza nə qədər
hissiz, duyğusuz bir adam olduğunu izah


Bəs qadın hirslənəndə?

etmək üçün çalışır... Bir də məsələyə məntiqlə baxın.
Əgər bir ad günü unudulmuşsa, bunda nə var?

Evlilik ildönümümüzün hər il qeyd edilməsi bu
qədərmi vacibdir? Bu əlamətdar günün

unudulması qədər, belə dava-dalaşla yadda
qalması da ayıb deyilmi? Ya da həyat yoldaşımıza

səhvini başa salmaq üçün başqa bir yol yoxdurmu?
Sadə bir mövzu ilə misal verdik, ancaq

əsasən əksər hadisələrdə verdiyimiz reaksiya buna yaxın olur...

Yəqin, siz də qəbul edərsiniz ki, bir insanı bir
səhvinə görə cəzalandıranda o, bu səhvinin əvəzini

ödəmiş olur. Ən böyük cəza isə bağışlamaqdır.
Çünki siz onu öz səhvi ilə üz-üzə qoyursunuz.

Bəs qadın hirslənəndə?

Hətta bir uşaq belə ancaq əvəzini
ödəyə biləcəyi bir günahı işləyir. Elə isə ağlamaqla, sızlamaqla,

qışqırıb-bağırmaqla olmur. Xanımlar xanımlıqlarını
nəzərə alaraq hirslənmək məcburiyyətindədirlər.

Bəs bu necə olur? Xüsusilə də, əsəbiləşdiyiniz
vaxtlarda sonradan peşman olacağınız qərarlar qəbul

etməmək üçün mütləq hirsinizin soyumasını gözləyin.
Çünki bizdə bir şey də var ki, səhvimizi çox

çətin qəbul edirik. Üzr istəmək biz xanımlara daha
çətin gəlir. Elə isə üzr istəmək məcburiyyətində

qalmamaq üçün əsəbiləşəndə sakitləşməyə çalışmalı,
sonra da baş verənlərə bir də qarşı tərəfin


Bəs qadın hirslənəndə?

prizmasından baxmalıyıq. Bu qədər böyüklük
göstərsək, səhv etmək ehtimalımız da sıfra yaxınlaşar.

Uzun illər sonra belə, özümüzdən sonra
xatırladıqca utanacağımız səhvlər buraxmamış olarıq.

Səbrin də, səmimiyyətin də bir həddi var.
Bəzən siz hirslənəndə yoldaşınız sizi başa düşməyə çalışsın.

Bəzən də o hirslənəndə siz onu sakitləşənə
qədər gözləyin. Yetər ki, bu cür hallar çox nadir olsun,

gündəlik adi bir hadisəyə çevrilməsin.
Ən əsası isə səsimiz qonşulara getməsin..


Geri dön

sevgi meleyim

  • 6 sentyabr 2011 17:03
  • Məqalə: 25
  • Şərh: 1625
  • Bal:
xeber ucun tewekkurler

--------------------
Gedene Uzulme.Sevseydi Getmezdi...Gelene Sevinme,O da Bawqasindan Gelib..

miss_sokaladka

  • 6 sentyabr 2011 10:12
  • Məqalə: 0
  • Şərh: 936
  • Bal:
{awards}
TƏŞƏKKÜRLƏR

--------------------
Bir sabah oyandığında onun sənin üçün nə qədər dəyərli olduğunu
anlayacaqsan,amma o bunu artıq dərk etmiş oğlanın yanında oyanmış olacaq................................................

Cilent_M.Q

  • 5 sentyabr 2011 22:36
  • Məqalə: 87
  • Şərh: 2628
  • Bal:
{awards}
belay

--------------------

breaking dawn

  • 5 sentyabr 2011 21:44
  • Məqalə: 12
  • Şərh: 1041
  • Bal:
{awards}
ellerine saglik eladi

Ay Üzlü

  • 5 sentyabr 2011 20:49
  • Məqalə: 395
  • Şərh: 6159
  • Bal:
{awards}
ezel ezel ellerine sagliq maraqlidi smile

sevinc13

  • 5 sentyabr 2011 17:50
  • Məqalə: 2
  • Şərh: 397
  • Bal:
{awards}
maraqlıdı no no

Delya_91

  • 5 sentyabr 2011 17:29
  • Məqalə: 319
  • Şərh: 5295
  • Bal:
{awards}
Hirslenende evde heckim olmayanda bawlayiram oz-ozume qiwqirmaga sakitlesirem

--------------------
"Camaat nə deyər" ifadəsi qədər divarları hündür bir hebsxana yoxdur...

winxclub_bloom

  • 5 sentyabr 2011 16:45
  • Məqalə: 155
  • Şərh: 6793
  • Bal:
{awards}
Səbrin də, səmimiyyətin də bir həddi var.
Bəzən siz hirslənəndə yoldaşınız sizi başa düşməyə çalışsın.

--------------------

Deniz

  • 5 sentyabr 2011 16:37
  • Məqalə: 338
  • Şərh: 3908
  • Bal:
{awards}
Tesekkurler....

Miss Lady

  • 5 sentyabr 2011 16:35
  • Məqalə: 180
  • Şərh: 2255
  • Bal:
{awards}
men hirslenende wirin oluram.hami bele diyir.amma bezileri hirslenende uzne baxma qac olur.xexexe

Zehra MeLeK

  • 5 sentyabr 2011 16:35
  • Məqalə: 7
  • Şərh: 634
  • Bal:
{awards}
tesekkür edirem

Мой Мир

  • 5 sentyabr 2011 15:51
  • Məqalə: 722
  • Şərh: 5996
  • Bal:
{awards}
ilk serh menden

tewekkurlerrrr

--------------------
∞♥
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 14
Cəmi: 27

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 7
Cəmi: 386
 
Nergiz__Sirinova
Xəbərləri: 6
Cəmi: 332
 
Awk bir hayal
Xəbərləri: 4
Cəmi: 137
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 2
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 766
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 20
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
 
{slinks}