9-u adlayıb 10-a çata bilməyən dahilər

 
9-u adlayıb 10-a çata bilməyən dahilər

Musiqi alətlərinin bir yerdə toplaşıb müştərək səslənməsinə orkestr deyirlər. Səslənmə kamilliyinə və tamlığına görə ən zəngin orkest simfonik orkestrdir. Orkestr adını ən tərifli, layiqli janr olan simfoniyadan alıb. Amma o, yəni simfonik orkestr təkcə simfoniya çalmır. Simfoniya yunancadan tərcümədə ahəngdarlıq, həmahənglik deməkdir. Ədəbi əsərlə müqayisədə simfoniya bir neçə fəsildən ibarət olan romana bənzəyir. Simfoniya bir janr kimi yarandığı gündən etibarən həmişə öz dövrünü əks etdirib.

Simfoniya tarixini izləməklə insaniyyət tarixini, insan qəlbində gedən prosesləri izləmək olar. Bir sözlə simfoniya dövr, insan və dünyanın inkişafı barədə düşüncələr toplusu deməkdir. Simfoniyanın forması önəmli deyil, o dəyişə bilər. Onun musiqi mahiyyəti daha vacibdir. Hissələrin sayı, yeniləşmə sırası, növbələşməsi zaman keçdikcə dəyişib, amma simfoniyanın cəmiyyətdəki rolu dəyişməz olaraq qalıb. Ola bilər kimsə simfoniyanı özü üçün bu yaxında kəşf edib, kimsə onu ha çalışsa da qəbul edə bilmir. Kiminçünsə simfoniya matəm günlərində çalınan darıxdırıcı musiqidir, kiməsə bir dünya duyğu, fikir bağışlayan bir həyəcan məqamıdır. Amma deyək ki, hamı, hətta simfoniyanın adını belə eşitmək istəməyənlər onun nə olduğunu bilmək istər. Görək, simfoniya tarixi bir qəzet səhifəsinə sığır, ya yox…

9-u adlayıb 10-a çata bilməyən dahilər

Bethoven adlı zirvədən

Bethoven 9-cu simfoniyasını yazandan və onu kar-kar dirijorluq edəndən sonra hamı simfoniyanın bir janr kimi tükəndiyindən danışırdı. Yəni ki, artıq moestro, simfoniyanın allahı olan Bethoven öz əsərinə xor əlavə edibsə deməli bundan o yana yol yoxdu. Kimsə simfoniyanın öldüyünü, kimsə hələ də can verdiyini deyirdi. Əslində isə yarandığı andan bir o qədər də çox keçməmişdi. Vyana klassik məktəbinin üzvləri Haydn, sonra Mosart, sonda isə Bethovenin yaradıcılığı simfoinyaya həsr edilib. Haydn 100-dən artıq, Mosart 40-dan artıq, Bethoven isə cəmi 9 simfoniya yazmışdı. Azalan xətlə gedən simfoniyanın hamı bir gün öləcəyi günü gözləyirdi. Biz, yəni 21-ci srin adamları bilirik ki, simfoniya ölmədi.

Dəyişdi, tanınmaz hala düşdü, amma ölmədi.
Musiqi tarixində simfonist bəstəkarların yaradıcılığında 9 rəqəmi həlledici olaraq qaldı. Bu dəfə hər şey Bethovendən başladı. Məşhurlaşmış 9-cu simfoniyanın səsləndirəndən sonra bəstəkar xəstə olmasına baxmayaraq hələ də yeni ideyalar dağarcığı kimi gəzirdi. 10-cu simfoniyanın eskizləri də onların arasında idi. Müasirləri deyir ki, 10-cu simfoniya nəinki eskizlərdə, hətta tam şəkildə müəllifinin başında hazır şəkildə idi. Hətta deyirlər ki, şagirdi Karl Çerniyə onu ifa da etmişdi. 10-cu simfoniyasını Bethoven Baxın xatirəsinə veriləcək konsertlərin birində səsləndirməyi planlaşdırırdı. Amma alınmadı, 2 gün canıyla əlləşən Bethoven dünyasını dəyişdi.

9-u adlayıb 10-a çata bilməyən dahilər

Çox illər keçmiş, artıq 20-ci əsrdə bəstəkarın kağızları arasında onun 10-cu simfoniya kimi adlandırdığı əsərin qaralamaları aşkar edildi. İngilis Barri Kuper əsəri bərpa edib 1988-ci ildə Londonda səsləndirdi. Amma kim deyə bilərdi ki, bu əsər müəllifin ideyasına yaxın şəkildədir. Ona görə də Behxovendən sonra hesab edilir ki, 9-dan artıq simfoniya yazmaq mümkün deyil. Sonrakı nəsillər üçün sirli sərhəd, son həddə yaxınlaşmış bəstəkarlar barədə əfsanələr yaranmağa başladı.

Yazdı və unutdu

Simfonistlər arasında yeri olan Frans Şubertin simfoniyalarının nömrələnməsi məsələsində qaraşıqlıq indi də var. Almanlar düşünür ki, Şubert 8 simfoniya yazıb. Onun Natamam simfoniya kimi adlandırdığı əsərin bir neçə redaksiyası olsa da bəstəkar sirli 9-luq sərhəddinə çatmayıb. Bəzən onun sonradan tapılb «Natamam» adlandırılmış və ifa edilmiş simfoniyası barədə musiqişünaslar deyir ki, bəstəkar onu yazıb və unudub.

Hazırda Lüdviq Şporun adı o qədər də tanınmır. Amma öz əsrində, yəni 19-cu əsrdə o, nüfuzlu musiqiçi, parlaq bəstəkar və vertuoz skripkaçı idi. O, ilk dəfə orkestri onun dərinliklərindən deyil, qarşısından idarə edənlərdən biri olub. İndiyədək dünya skripkaçıları ifanı xeyli yüngülləşdirmiş çənəaltı qurğuya görə ona minnətdardı. Brokqauz və Yefronun ensiklopedik lüğətində Şporun 10 simfoniyası olduğunu oxuyuruq. Belə çıxır ki, bəstəkar sehirli 9-luq həddi keçə bilib. Amma Böyük Sovet Ensikllopediyasında 9 simfoniya göstərilib. Çünki 10-cu simfoniyanı bəstəkar özü bitirməyib. Amma əsər səsləndirilib. Onun 10-cu simfoniyası «Bergen Youth Orchestra»nın repertuarında dünya premyerası kimi qeyd edilib.

9-u adlayıb 10-a çata bilməyən dahilər

Taleyə uduzmuş qəhrəman

Dahi simfonist sayılan Çaykovski də sirli 9-u keçə bilməyib. O, 6 simfoniya və «Manfred» adlı proqramlı simfoniyanın müəllifidir. Cəmi 7 eləyir. Bundan əlavə Çaykovski «Həyat» adlanacaq əsər üzərində də çalışırdı. Bu əsəriylə o, bir növ bəstəkarlığa da, eləcə də həyatda da çox vacib məqamlara nöqtə qoymaq istəyirdi. Amma hansısa səbəbdən Pyotr İliç az qala hazır əsərdən imtina edib sonuncu, 6-cı simfoniyasını yazmağa başlayır. Onun bitirmədiyi simfoniyasını sonradan bərpa edib səsləndirsələr də muisqişünaslar onu qəbul etmir. Çünki Çaykovski bütün sözünü 6-cı simfoniyasında deyib qurtarmışdı. O, bu əsərində taleyə uduzmuş və qəhrəmanını basdırmışdı da.

9-da qoyulan son nöqtə

1893-cü ildə səhər 6-da çex bəstəkarı Antonin Dvorjak öz 9-cu simfoniyasına son nöqtəni qoyub ayağa qalxdı. Bu əsər yetkin romantizmin şedevrlərindən sayılır. Əsərin əsas hissəsi vətəndən kənarda, ABŞ-da yazılıb və ona görə də «Yeni dünyadan» adını daşıyır. Buradan zənci nəğmələrinin də havası gəlir. Əsərin premyerasından sonra bəstəkar hələ 10 il də yaşdı. Yəni daha bir simfoniya yazmağa imkan vardı. Bəstəkar çex süjetlərində əsərlərdən, milli operadan dəm vururdu, amma simfoniyanın adını tutmurdu. Bəlkə o da sirli 9-luğun sərhəddini keçməyə ürək etmirdi? Əslində bəstəkar özünü cəmi 5 simfoniyanın müəllifi sayırdı. Əvvəlki 4 simfoniyası onun ölmündən sonra nəşr edildi.

9-u adlayıb 10-a çata bilməyən dahilər

0 və 00 saylı simfoniyalar

Çex musiqiçisi Yosef Suk Dvorjakla birlikdə Vyanada olarkən Bruknerə rast gəlirlər. Başını not kağızından güclə ayıran bəstəkar uzun müddət anlaya bilmirdi ki, ondan nə istəyirlər, niyə konsertə dəvət edirlər. Söhbət vaxtı dostlarına şüşə kimi soyuq gözlərlə baxan Brukner nəhayət ki, fikrini izah edə bildi: «Konsertə gəlməyimi istəyirsiz? Mən bunu edə bilmərəm, xəstəyəm və işim başımdan aşır. Görürsüz ki, 9-cu simfoniyanın Adajiosu üzərində işləyirəm. Ona görə də bu gün evdən çıxa bilmərəm». Brukner çalışsa da 9-cu simfoniyasını bitirə bilmədi.

Yalnız həmin 3-cü hissə, adajionu bitirdi. Sonra final hissəyə başlasa da onu tamamlamağa özündə güc tapa bilmədi. Bəstəkar final kimi özünün «Te Deum» əsərini çalmağı təklif etdi. Hazırda Bruknerin 9-cu simfoniyasını bəstəkarın eskizləri əsasında hazırlanmış finalla da ifa edirlər. Anton Brukner dahi simfonistdir. Ömrü boyu da simfoniya yazıb. Amma yazdıqlarından cəmi 9-cunu nömrələyib. Əvvəlki 2 simfoniyasını o kamil saymayaraq simfoniya adlandırılmağa layiq bilməyib. İndi Bruknerin 0 və 00 saylı simfoniyaları da arabir səslənir. Amma heç kimin ağlına gəlmir ki, onları 9 simfoniyaya qatıb sirli 9-luğun sehrini pozsun.

9-u adlayıb 10-a çata bilməyən dahilər

Pauza titrəyən sükutdursa…

Bruknerin 3-cü simfoniyası ifa edilən il imkansızlıqdan əsəri bəstəkar özü dirijorluq etməli olmuşdu. Təcrübəsizlikdən orkestri əlində saxlaya bilməmişdi və tamaşaçılar zalı tərk etməyə başlamışdılar. Tam biabırçılıq sayıla bilərdi. Zalın axırında isə bir dəstə gənc vəziyyəti xilas edib sevimli müəllimlərinə dəstək olmaq üçün var gücüylə əl çalırdı. Dahi simfonist Qustav Maler də onların arasında idi. O da bütün ömrünü simfoniyaya bəxş etdi. Malerin hər simfoniyası absolyut şedevr idi. Onun pauzaları titrəyən sükut, fermataları dəhşət cətirən tıxanmış nəfəs, vurğusuz hissələr vulkonik hazırlıq, «accelerando»su isə tifana çevrilirdi. Malerin marşları ürək tutmalaranı, xoralları dəli olmuş xristianlığa bənzəyirdi.

1910-cu ilin yayında Maler Toblaxda 10-cu simfoniyası üzərində çalışırdı. Əlyazısı yarımçıq qaldı. Gələn ilin fevralında bəstəkar bərk xəstələndi. Apreldə onu Amerikadan Parisə gətirdilər, mayda bəstəkar dünyasını dəyişdi. Tamamlanmamış simfoniyanın partiturası uzun müddət musiqişünasların əlinə düşmədi. 5 hissəli simfoniyanın əlyazması 1924-cü ildə Vyanada çap edildi. Onun nisbətən bitmiş 1-ci və 3-cü hissələri ifa edildi. Amma orketrləşmənin müəllifi naməlum qaldı.

9-u adlayıb 10-a çata bilməyən dahilər

Keçən əsrin 60-cı illərində bu əsər ətrafında mübahisələr qızışdı. Bəziləri heyranlıq bilidirir, bəziləri isə natamam əsərlə və bəstəkarın xatirəsiylə ehtiramla davranmağı təklif edirdi. Kimsə deyirdi ki, Maler bu əsərdə nəsə yeni, tamam rahatlıq, saktlik gətirəcək məqama toxunurmuş. Amma aradabir atonal, müasir musiqinin sədaları da gəlirdi əsərdən. Leonard Berstayn yazır ki, «Məncə Maler 10-u simfoniyanı bitirməmiş ölməliydi. Çünki o, muasir musiqinin böhranını yaşaya bilməyəcəkdi». Musiqişünaslar bilir ki, Malerin daha bir səri, «Torpaq haqqında mahnı» vokal simyoniyası əslində elə onun 9-cu simfoniyası sayıla bilər. Amma bəstəkar onu nömrələmək istəmədi ki, əsəri onun sonuncu əsəri saymasınlar.

Qələbə naminə dəcəl musiqi

Dahi simfonist Şostakoviç də sirli 9-cu simfoniya həddini bicliklə keçdi. O, 9-cu simfoniyasını 1945-ci ildə qələbədən sonra yazdı. Çünki xalqa iri, monumental lövhə kimi vətənə və qələbəyə həsr edilmiş əsər yazacağına söz vermişdi. Şostakoviç yazırdı ki, 9-cu simfoniyada orkestrdən əlavə xor, vokalçı-solist, ədəbi mətn istifadə etmək istərdi, amma onu Bethovenə bənzədəcəklərindən çəkinərək başqa forma seçdi. Hamı da nədənsə Bethovenin 9-cu simfoniyası kimi nəsə təntənəli bir şey gözləyirdi. Amma yüngül, rəqsvari, bir az da dəcəl, nading musiqi səsləndi. Bəziləri bunu Sovet xalqı və onun qələbəsi üzərində istehza kimi qəbul etdi. Şostakoviçin növbəti, 10-cu simfoniyası 1953-cü ildə, az qala 8 il keçmiş və Stalinin ölümündən sonra səsləndi.

9-u adlayıb 10-a çata bilməyən dahilər

9-dan sonra çox yaşamırlar

Sirli 9-luq məsələsini bəziləri lazım olduğundan artıq ciddiliklə, bəziləri isə lətifə kimi qəbul edir. Bəlkə də həqiqətən də bəstəkarlar 9-cu simfoniyadan sonrakını yazmamağı düşünüblər. Hər iki tərəfin fikrini təsdiqləyən çoxlu faktlar var. Finlyandiya bəstəkarı Yan Sibelius 7 simfoniya və bir proqramlı simfoniya yazıb. Onun sayca 9-cu olacaq simfoniyasını dünya gözləyə-gözləyə qaldı. Çünki bəstəkar öz malikanəsinə çəkilib musiqi yazmaqdan əl çəkdi. Bəziləri deyir ki, o, 8-ci, sırayla saysaq 9-cu simfoniyasının partiturasını məhv eləyib. Qlazunovun da 9-cu simfoniyasını bitirməyə mane olan səbəblər məlum deyil. O vaxtlar jurnallarda tamaşaçıların sualları çap edilirdi. Boqaslovski adlı bəstəkardan soruşurlar ki, «Siz, məşhur və hələ də əldən düşməmiş bəstəkar simfoniyanızı «Sonuncu» niyə adlandırırsız?». Cavabında bəstəkar deyir ki, «Musiqiçilər bir balaca xürafatçı olur. Ona görə də 9 rəqəmi altında simfoniya yazmaq istəmir. Çünki ondan sonra çox yaşamırlar, mən də istisna deyiləm».

265 simfoniya…

İnamlara, təsadüflərə baxmayaraq 20-ci əsrdə Şostakoviçdən başqa 9-cu simfoniya həddini keçənlər də olub. Myaskovski 27 simfoniya müəllifidir. Avstriyalı Alfred Frensisi Hill 12 simfoniya yazıb. Braziliya milli musiqisinin banisi Eytor Villa Lobos çoxsaylı əsərlərdən başqa 12 simfoniyanın müəllifidir. Ginnes rekordlar kitabından bilirik ki, Xavarqale Brayn adlı ingilis bəstəkarı 1 saat 39 dəqiqəlik ən uzun simfoniyanın müəllifidir. Bu əsər onun 32 simfoniyasından biridir. Amerikalı Rovan Teylor da 9 rəqəmini çoxdan arxada qoyub. O, 265 simfoniya yazıb. Siyahı uzun da ola bilər. Amma sirli 9-luq rahat buraxmır. 20-ci əsrin sonunda Moskva konservatoriyasının böyük zalında Alfred Şnitkenin 9-cu simfoniyası səsləndi. O, əsəri 4 insultdan sonra bitirə bilmişdi. Həmin ilin yayında Almaniyadan bəstəkarın ölüm xəbəri gəldi.

9-u adlayıb 10-a çata bilməyən dahilər

Yazını minor notlarında bitirmək düzgün olmazdı. Ona görə də yenidən yazının başlanğıcına, Bethovenin 9-cu simfoniyasına üz tutaq. Simfoniyanın finalında dahi bəstəkara düşüncələrini musiqiyə çevirməkçün musiqi alətləri azlıq elədi və o, ən kamil alət olan insan səsini, xoru orkestrə daxıl etdi ki, simfoniya janrı yaşasın. Dahi bəstəkarın düşüncələri dahiyanə idi. Əlbəttə, insan səsi əsrin səsini ifadə etməkdə ən kamil alətdi. Ona görə də zümzümə edin. Çətinliyə düşəndə də, düşündüklərinizə layiq söz tapa bilməyəndə də zümzümə edin. Bu dahilərin seçimidi…


Geri dön

✰GlaMurKa✰

  • 8 sentyabr 2011 12:19
  • Məqalə: 847
  • Şərh: 9529
  • Bal:
maraqli idi tesekkurler

ZAC EFRON

  • 6 sentyabr 2011 17:59
  • Məqalə: 129
  • Şərh: 2335
  • Bal:
{awards}
sevgi meleyim,
[b]Inciciceyi,[/b]
thanks

sevgi meleyim

  • 6 sentyabr 2011 16:54
  • Məqalə: 25
  • Şərh: 1595
  • Bal:
{awards}
xeber ucun tewekkurler

--------------------
Gedene Uzulme.Sevseydi Getmezdi...Gelene Sevinme,O da Bawqasindan Gelib..

Inciciceyi

  • 6 sentyabr 2011 11:29
  • Məqalə: 0
  • Şərh: 8220
  • Bal:
{awards}
Tewekkurler

--------------------
♥......Zenn etme ki, gozlerim sene baxdiqca yorulacaq, olsem de
ruhum seninle qalacaq. Senden evvel elvida desem de heyata. Son
sozum seni sevirem olacaq.....♥

ZAC EFRON

  • 6 sentyabr 2011 11:15
  • Məqalə: 129
  • Şərh: 2335
  • Bal:
{awards}
only-girl,
crying

miss_sokaladka

  • 6 sentyabr 2011 10:52
  • Məqalə: 0
  • Şərh: 908
  • Bal:
{awards}
TASAKURLAR

--------------------
Bir sabah oyandığında onun sənin üçün nə qədər dəyərli olduğunu
anlayacaqsan,amma o bunu artıq dərk etmiş oğlanın yanında oyanmış olacaq................................................

_WITH YOU_

  • 6 sentyabr 2011 08:56
  • Məqalə: 1
  • Şərh: 505
  • Bal:
{awards}
təşəkkur

PELIN_ATABAY

  • 6 sentyabr 2011 05:19
  • Məqalə: 86
  • Şərh: 1606
  • Bal:
{awards}
tewekkurler....ama benim bu kadar yazini okumaga sabrim yok

--------------------

only-girl

  • 6 sentyabr 2011 02:03
  • Məqalə: 1002
  • Şərh: 5000
  • Bal:
{awards}
oxudum amma hewne bawa duwmedim

--------------------

Cilent_M.Q

  • 6 sentyabr 2011 00:25
  • Məqalə: 87
  • Şərh: 2580
  • Bal:
{awards}
twk

--------------------

Мой Мир

  • 5 sentyabr 2011 23:33
  • Məqalə: 722
  • Şərh: 5845
  • Bal:
{awards}
tewekkurler

--------------------
∞♥

ZAC EFRON

  • 5 sentyabr 2011 23:19
  • Məqalə: 129
  • Şərh: 2335
  • Bal:
{awards}
winxclub_bloom,
sevgimden_utaniram,
Ay Üzlü,
nicer_girl,
GÜN-GÜN,
sevinc13,
sizede bu gozel serhleriniz ucun tewkurler..
breaking dawn,
HaYaliM,
sagolun dosilerim[/color]
Love World,
[color=#003300]you tahnks

breaking dawn

  • 5 sentyabr 2011 21:34
  • Məqalə: 12
  • Şərh: 1019
  • Bal:
{awards}
hmm maraqli xeber idi twkler

Deniz

  • 5 sentyabr 2011 21:24
  • Məqalə: 338
  • Şərh: 3784
  • Bal:
{awards}
Thanks friend...for interesting news

sevinc13

  • 5 sentyabr 2011 21:18
  • Məqalə: 2
  • Şərh: 392
  • Bal:
{awards}
hmmm maraqlıdı

HaYaliM

  • 5 sentyabr 2011 21:12
  • Məqalə: 144
  • Şərh: 4313
  • Bal:
{awards}
cox maraqli faktlar idi..tesekkürler dosim..xosuma geldi xeberin

--------------------

Elə yaşa ki atanın qözlərində utanc,ananın gözlərində yaş görməyəsən.

nicer_girl

  • 5 sentyabr 2011 21:05
  • Məqalə: 0
  • Şərh: 365
  • Bal:
{awards}
deyisik xeber twkler

Ay Üzlü

  • 5 sentyabr 2011 21:05
  • Məqalə: 395
  • Şərh: 6067
  • Bal:
{awards}
tewekkurler

sevgimden_utaniram

  • 5 sentyabr 2011 21:00
  • Məqalə: 44
  • Şərh: 603
  • Bal:
{awards}
xebere gore coooooooxxxxxx twk

--------------------
Sen yoxsan bu heyat menasiz mene,
Açilan seherler qaraliq zülmet.
Dostlarda tesseli olmayir mene,
Qalmişam sevgilim men sene hesret .

winxclub_bloom

  • 5 sentyabr 2011 20:59
  • Məqalə: 155
  • Şərh: 6710
  • Bal:
{awards}
tesekkurlerrrrrr

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 4
Qonaqlar: 44
Cəmi: 75

 

Top 10 Müəllif

Limon qoxusu
Xəbərləri: 39
Cəmi: 143
 
The Shield
Xəbərləri: 36
Cəmi: 299
 
Darling
Xəbərləri: 34
Cəmi: 919
 
aytc.sza
Xəbərləri: 25
Cəmi: 72
 
Nergiz__Sirinova
Xəbərləri: 18
Cəmi: 578
 
❤Queen❤
Xəbərləri: 13
Cəmi: 72
 
Elya Alieva
Xəbərləri: 13
Cəmi: 115
 
♔Hе важно∞
Xəbərləri: 12
Cəmi: 301
 
Jesicca
Xəbərləri: 12
Cəmi: 53
 
AyliN BunyaminovA
Xəbərləri: 6
Cəmi: 488
 
 
{slinks}