Qədir-Xum Hadisəsinin Həqiqət Pərdəsi

 
Qədir-Xum Hadisəsinin Həqiqət Pərdəsi

Əli (ə.s.)-ın Rəhbər, İmam seçilməsi hadisəsi

Zilhecce ayinin 18-i cume axshami gunu, Peygember (s) Cuhfeden Xum vadisine catdiginda Cebrail Allahdan xeber getirdi ki, Eli (e)-i ozunden sonra xelife teyin etsin. Bu ohdeliyi yerine yetirmek ucun hezret (s) hamini cagirib bele buyurdu: -Peygember sizinle ehemiyyetli bir movzu haqqinda danishacaq. Hami gelsin.- Minlerle haci o qizmar havada Peygemberi (s) eshitmek uchun bir yere toplashmishdi. Peygember (s) namaz qilandan sonra, onun uchun duzeldilmish xususi yerde oturub buyurdu: -Hemd ve sena Allaha mexsusdur. Ondan yardim diler, Ona inanar ve Ona tevekkul ederem...Men shehadet verirem ki, Ondan bashqa mebud yoxdur, Mehemmed Onun qulu ve Peygemberidir. Ey camaat, men sizin aranizdan gedende iki deyerli sheyi, Qurani ve Ehli-beyti, sizin uchun emanet qoyuram. Onlar qiyamet gununde Kovser hovuzunun bashinda mene qovushmayinca hec vaxt bir-birinden ayrilmayacaqlar.

Buna gore de Qurana ve Ehli-beyte baglanin ve onlardan hech vaxt uzaqlashmayin ki, helak olarsiniz. Daha sonra Eli (e)-in elinden tutub goye qaldirdi ve buyurdu: -Ey camaat, men her kimin movlasiyamsa Eli de onun movlasidir. Allahim, onu seveni sev onunla dushmen olanla dushmen ol, onun dostlarina yardim et, onu alchaltmaq isteyenleri alchalt-. Peygember (s) xutbesi qurtardiqdan sonra o hezrete melek nazil olaraq bu mujdeni verdi: -Bu gun Elinin secilmesi ile islam dini kamil ve Allahin nemetleri xalqa tamamlanmish oldu.

Qədir-Xum Hadisəsinin Həqiqət Pərdəsi

Lakin shubesizdir ki,insani birinci defe hecden yaratmaga qadir olan Allah onu yenidem heyata qaytarmagi da bacarar.Qurani-kerimde buyurulur ki,insanlari diriltmek onlari ilk defe yaratmaq kimi Allah ucun asandir.

Mübarək Zilhiccə ayında- İslam dünyası Qurban bayramını qeyd etdikdən sonra, bu nurani ayın ikinci bayramı olan, mübarək Qədir-Xum bayramına hazırlıq görürlər. Qədir-Xum bayramını, Qurban bayramından cəmi 7 gün ayırır. Belə ki, Zilhiccə ayının 10-da Qurban bayramı qeyd edilir, 18-də isə, Qədir-Xum bayramı. Bu mübarək bayram münasibəti ilə, İmam Zaman (ə.f) Ağanı və bütün dünya müsəlmanlarını, Əhli-beyt (ə) aşiqlərini təbrik edirik! Allahdan diləyirik ki, möminlər bu mübarək bayramdan təbərrük edib lazımi səviyyədə faydalana bilsinlər!

Qədir-Xum hadisəsi İslam aləmində xüsusi önəm daşıyan hadisələrdən biridir. Bu hadisə- Həzrət Peyğəmbərin (s) şəhadətindən sonra, müsəlmanlara rəhbərlik vəzifəsinin kimin öhdəsində olacağını Peyğəmbər (s) tərəfindən Allahın əmri ilə müsəlmanlar arasında açıq şəkildə bəyan edilməsindən ötrü idi. Çünki Peyğəmbərdən (s) sonra, bu dini hökümətin yaşayıb, günü-gündən çiçəklənməsi üçün, belə bir rəhbərin olması zəruri idi. Bu vəzifə ilə seçilmiş şəxsin, Quran və şəri hökmləri dərindən bilməsi, həmçinin, höküməti idarə etmə bacarığına malik olması əsas şərtlərdən idi.

Qədir-Xum Hadisəsinin Həqiqət Pərdəsi

Çünki Peyğəmbərin (s) olmadığı bir dövrdə Onun (s) hökümətini üz verən siyasi çətinliklərdən və hökümətə qarşı hazırlanan sui-qəsdlərdən məharətlə çıxarıb, zalımlara qarşı mübarizədə qalib gəlmək böyük məsuliyyət və yüksək əzmkarlıq tələb edir. Xüsusən də, həmin dövrlərdə təbliğat nəticəsində müsəlmanların sayının günü-gündən artması, dinin Ərəbistanda geniş yayılması, eləcə də, digər ölkələrin İslama tərəf meyllənməsi muşrikləri narahat edirdi. Onlar (muşriklər), Həzrət Peyğəmbərin (s) gətirdiyi dinin (İslamın) aradan getməsi və bu dini qəbul edənlərin öz əvvəlki ata-baba dinlərinə dönmələri üçün, hər cür çirkin əməllərə əl atırdılar. Müsəlmanların Peyğəmbərdən (s) sonra rəhbərsiz qalması, muşriklər tərəfindən təzyiqlərə məruz qalması ilə nəticələnərdi. Bu səbəbdən vəhy mələyi nazil olub Həzrət Peyğəmbərə (s) Allahın əmrini, yəni, özündən sonra xəlifə təyin etməsini bildirdi.

Bəzi insanlar deyirlər ki, Peyğəmbərdən (s) sonrakı xəlifəni camaat özü seçməlidir. Amma, bu belə deyil! Qurani-Kərimdə Həzrət İbrahimə (ə) imamət məqamının Allah tərəfindən verilməsi zikr edilir. (Bax, Bəqərə 124) Bundan əlavə Peyğəmbərin (s) Məsum olduğunu və hər sahədə hər kəsdən üstün olduğunu bilirik. Bunun sənədi də, Qurani-Kərimdir. Bütün insanlar bir araya gəlsələr belə, (məsum) Peyğəmbərin (s) fikri, hər kəsin fikrindən üstündür. Hamıdan üstün zəkaya malik olan Peyğəmbərin (s), (Allahın əmri ilə) seçdiyi xəlifə daha xeyirlidir. Sözsüz ki, Peyğəmbər (s) də, Özündən sonra, ümmətin zəlalətə uğramaması üçün, imanlı, təqvalı, elmli, Allaha (c.c) və Rəsuluna (s) yaxın olan bir kəsi ümmətə İmam təyin edəcəkdir. İndi isə Qədir-xum hadisəsinin qısa tarixçəsini oxucuların nəzərinə çatdırırıq.

Qədir-Xum Hadisəsinin Həqiqət Pərdəsi

Hicrətin 10-cu ili Zilhiccə ayının 18-si Həzrət Peyğəmbər (s) Allah evini ziyarət edib Mədinəyə qayıdırdı. Onun (s) ömrünün axırları olduğu üçün, bu həcc- "Həccətul-Vida” (yəni, vida həcci) adlanırdı. Həzrət Peyğəmbərlə (s) birlikdə Allah evini ziyarət etmək və bu ziyarətin incəliklərini öyrənmək üçün, Məkkə şəhərinə üz tutmuş müsəlmanların sayı 120 minə yaxın idi. Peyğəmbər (s) müsəlmanlara həcc ziyarətinin bəzi incəliklərindən, dünya və Axirətdəki əhəmiyyətindən danışdı. Çünki muxtəlif ölkələrdən bu ziyarətə gələn zəvvarlar, bir-biri ilə görüşür, hal-əhval tutur, bərabərlik nümayiş etdirir, öz çətinliklərindən bir-birinə danışır və bir-birinə köməklik edirlər. Həcc ziyarətinin əməlləri də, Axirət aləmini xatırladır. Allah ilə bəndə arasında vasitə olur. İndi də, müsəlmanların arasına İslam düşmənləri tərəfindən ixtilaflar salınmasına baxmayaraq, hər il müsəlmanlar bu ziyarətə böyük həvəslə gəlirlər. Həqiqətən də, həcc ziyarətinin müsəlman aləmində rolu böyükdür.

Hava çox qızmar idi. Cöhfə (yer adı) yaxınlığında Qədir-Xum adlı məkana çatdıqda bu ayə nazil oldu: "Ey Peyğəmbər, Rəbbin tərəfindən sənə nazil olanı çatdır! Əgər (bunu) etməsən, (elə bil ki,) Onun (heç bir) tapşırığını çatdırmamısan. Allah səni insanlardan (onların fitnə və şərindən) qoruyacaq. Şübhəsiz, Allah kafirlərin dəstəsini hidayət etməz.” (Maidə 67) Vəhy mələyi nazil olub, (Allahın əmri ilə) bu ayəni müsəlmanlara çatdırmasını Peyğəmbərə (s) söylədi. Peyğəmbər (s) hamının dayanmasını əmr etdi. Hamı dayandı. Arxadan gələnlərin gəlib çatmasını, öndə olanların da, geri qayıtmasını gözlədilər. Günəş şüaları səhraya şiddətlə saçırdı. Havanın belə qızmar olduğu bir vaxtda dayandıqları üçün məsələnin önəmli olduğunu anlayan müsəlmanlar nəzərlərini Həzrət Peyğəmbərə (s) yönəltdilər.

Qədir-Xum Hadisəsinin Həqiqət Pərdəsi

Muəzzin (azan verən) azan verdikdən sonra Peyğəmbər (s) böyük bir izdihamla zöhr namazını qıldı. Namazı bitirdikdən sonra Peyğəmbər (s) dəvələrin palanından (minbər kimi) düzəldilmiş (hər kəsin görə biləcəyi) hündür bir yerə çıxaraq (bəlağətlə) xütbə oxudu. Xütbəyə Allahın adı ilə başlayıb həmd və səna etdikdən sonra Allahın təkliyinə, Muhəmmədin (s) (Özünün) Onun (c.c) Rəsulu, elçisi olduğuna şəhadət verdi. Sonra dua edib müsəlmanlara nəsihət etdi və bu sözləri dedi: "Mən artıq, Allah tərəfindən dəvət edildim (yəni, bu dünyadan köçəcəyəm) və bu dəvətə cavab vermək vaxtı gəlib çatmışdır. Mən də, sizin kimi bəşərəm. Mənim haqqımda nə fikirdəsiniz? Sizə təbliğ etdimmi?” Ora yığılan camaatın "Bəli, biz şəhadət veririk ki, Sən həqiqətən də, Allahın dinini təbliğ etdin, bizə mehriban və xeyirxah oldun. Allah Sənə mukafat versin!” sədaları yüksəldi. Peyğəmbər (s) yenə buyurdu: "Siz şəhadət verirsiniz ki, Allahdan başqa (ibadət ediləsi bir) məbud yoxdur, Muhəmməd (s) Onun (c.c) Rəsuludur?” Camaat da, "Bəli, şəhadət veririk ki, Allahdan başqa (ibadət ediləsi bir) məbud yoxdur, Muhəmməd (s) Onun (c.c) Rəsuludur.” dedi. Peyğəmbər (s) sözünə belə davam etdi: "Siz şəhadət verirsiniz ki, Mən sizə özünüzdən daha yaxınam?”

Qurani-Kərim bu haqda buyurur: "Peyğəmbər möminlərə özlərindən daha çox layiqdir (Peyğəmbərin onların can və mallarından istifadə etmək barədəki istəyi onların öz istəklərindən irəlidir)…” (Əhzab 6) Onlar yenə Peyğəmbərin (s) sualına cavab olaraq, "Bəli!”- dedilər. Həzrət Peyğəmbər (s) ümmətinin doğru yoldan azıb zəlalətə uğramaması üçün bu sözləri buyurdu: "Mən sizin aranızda 2 ağır əmanət qoyub gedirəm ki, Onlar sizin rəhbəriniz olacaq. Onlara sarılsanız yolunuzu azmayacaq, zəlalətə uğramayacaqsınız.” Camaat o 2 əmanətin nə olduğunu xəbər aldıqda Peyğəmbər (s) buyurdu: ”Onlardan biri Allahın Kitabı (Qurani-Kərim), digəri isə Mənim İtrətim yəni, Əhli-Beytimdir.” Həzrət (s) "Əhli-Beytim” sözünü 3 dəfə (bəzi mənbələrdə 4 dəfə) təkrar etdi. "Onlar Qiyamət gününədək bir-birindən ayrılmayacaq. Qiyamət günü, Kövsər hovuzunun kənarında Mənə qovuşacaqlar. Onlardan geridə qalmayın və önə keçməyin ki, həlak olmayasınız. Onlara nəsə öyrətməyə cəhd etməyin! Çünki Onlar hər şeyi sizdən yaxşı bilir.”

Qədir-Xum Hadisəsinin Həqiqət Pərdəsi

Sonra Həzrət Peyğəmbər (s) əmisi oğlu Həzrət Əlini (ə) yanına çağırdı, biləngindən tutub göyə qaldırdı və bu sözləri söylədi: "Allah Mənim Mövlam, mən də, sizin Mövlanızam. Hər kim Məni özünə Mövla bilirsə, Əlini (ə) özünə Mövla bilsin.” Mən kimin Mövlasıyamsa, Əli (ə) də, onun Mövlasıdır. Haqq Əli (ə) ilə, Əli (ə) də, haqq ilədir. Ey Allah! Əlini (ə) sevəni Sən də, sev, Əliyə (ə) kin, qəzəb bəsləyənə qarşı Sən də, qəzəbli ol. Əli (ə) ilə dost olana dost, düşmən olana düşmən ol. Əliyə (ə) kömək edənə Sən də, kömək et. Ona kömək etməyə Sən də, kömək etmə!” Hamı bu mənzərəni seyr etdikdə artıq, Həzrət Əlinin (ə) Allah dərgahında hansı məqama sahib olduğunu və Peyğəmbərdən (s) sonrakı rəhbərlərinin məhz, Həzrət Əli (ə) olacağını anladı.

Peyğəmbər (s)- "Gərək burada olanlar olmayanlara (dediklərimi) çatdırsın”- dedi. Daha sonra Həzrət (s) buyurdu: "Ey Allah, Özün şahid ol!” Çünki Allahdan gözəl vəkil yoxdur. Sonra, camaat Həzrət Əliyə (ə) özlərinin eləcə də, bütün möminlərin Mövlası kimi muraciət etdilər. Bir-bir gəlib təbrik edərək beyət etdilər. Həzrətə (ə)- ilk olaraq Ömər ibn Xəttab beyət etdi və bu sözləri dedi: "Mübarəkdir ey Əli (ə)! Sən bu gün mənim və bütün mömin kişi və möminə qadınlar Mövlasısan.”

Qədir-Xum Hadisəsinin Həqiqət Pərdəsi

Beyət mərasimi davam edirdi ki, bu ayə nazil oldu: "…Bu gün dininizi sizin üçün kamilləşdirdim, sizə Öz nemətimi tamamladım və (möhkəm və sabit) bir din kimi sizin üçün İslamı qəbul etdim….” (Maidə 3) Vəhy mələyi bu xəbəri Həzrət Rəsula (ə) verən zaman Həzrət (s) bu sözləri dedi: "Allahu Əkbər! Allah mənim risalətimə, Əlinin bu ümmətə imam təyin olunmasına və İslamın kamil din olaraq sizə din olmasına razı oldu.” Beləliklə, Həzrət Peyğəmbərin (s) canişini, vəsisi Həzrət Əli (ə) seçildi. Amma, təəssüf ki, Peyğəmbərin (s) şəhadətindən sonra hadisələr O Həzrətin (s) dediyinin əksinə cərəyan etdi və xilafət əsl sahibinin deyil başqalarının əlinə keçdi. Əli (ə) xilafətdən (siyasi səhnədən) uzaqlaşdırıldı. 25 il xilafətdən kənarlaşdırılan Həzrət Əlinin (ə) zahiri xilafəti 4 il bir neçə ay (bəzi mənbədə- 5 il) olsa da, O (ə) həqiqətən Həzrət Peyğəmbərin (s) canişini, vəsisi və bütün möminlərin əmiridir.

(Qədiri-Xum hadisəsi geniş və əhatəlidir. Geniş şəkildə qeyd etmək i
mkanlarımız xaricində olduğu üçün qısa olaraq oxucuların nəzərinə çatdırdıq.)

Allah-Təala, bizləri dünya və Axirətdə Quran və Əhli-Beytdən (ə) ayrı
salmasın, bu dünyada Onların ziyarətindən, Axirətdə şəfaətindən binəsib etməsin!


Qədir-Xum Hadisəsinin Həqiqət Pərdəsi


Geri dön

sevgi meleyim

  • 6 sentyabr 2011 16:57
  • Məqalə: 25
  • Şərh: 1625
  • Bal:
xeber ucun tewekkurler

--------------------
Gedene Uzulme.Sevseydi Getmezdi...Gelene Sevinme,O da Bawqasindan Gelib..

miss_sokaladka

  • 6 sentyabr 2011 10:42
  • Məqalə: 0
  • Şərh: 936
  • Bal:
{awards}
TASAKURLAR

--------------------
Bir sabah oyandığında onun sənin üçün nə qədər dəyərli olduğunu
anlayacaqsan,amma o bunu artıq dərk etmiş oğlanın yanında oyanmış olacaq................................................

devyjones

  • 6 sentyabr 2011 02:18
  • Məqalə: 58
  • Şərh: 823
  • Bal:
{awards}
Mən Kimin Mövlasıyamsa,Əlidə Onun Mövlasıdı! Bəli Peyğəmbər Qədir-Xumda Əli(ə) özündən Sonra Xəlifə Təyin Edir və orda olan tanınmışlar tarixdı adı gedən insanlar Hamısı Əli(ə) Təbrik edirlər...

--------------------
Dost istəsən ALLAH
Söhbət istəsən QURAN
Düşmən istəsən NƏFS
Varlanmaq istəsən QƏNAƏT

Cilent_M.Q

  • 6 sentyabr 2011 00:20
  • Məqalə: 87
  • Şərh: 2628
  • Bal:
{awards}
twk

--------------------

Ay Üzlü

  • 5 sentyabr 2011 20:29
  • Məqalə: 395
  • Şərh: 6159
  • Bal:
{awards}
Allah razi olsun

breaking dawn

  • 5 sentyabr 2011 20:21
  • Məqalə: 12
  • Şərh: 1041
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN!!!

✰GlaMurKa✰

  • 5 sentyabr 2011 20:01
  • Məqalə: 847
  • Şərh: 9734
  • Bal:
{awards}
ALLAH razi olsun cox sag olun

sevgimden_utaniram

  • 5 sentyabr 2011 19:17
  • Məqalə: 44
  • Şərh: 617
  • Bal:
{awards}
eziyyete gore tewekkur

--------------------
Sen yoxsan bu heyat menasiz mene,
Açilan seherler qaraliq zülmet.
Dostlarda tesseli olmayir mene,
Qalmişam sevgilim men sene hesret .

Just For Legend

  • 5 sentyabr 2011 19:10
  • Məqalə: 408
  • Şərh: 3198
  • Bal:
{awards}
Allah razi olsun

--------------------

Мой Мир

  • 5 sentyabr 2011 19:03
  • Məqalə: 722
  • Şərh: 5996
  • Bal:
{awards}
allah razi olsun twk

--------------------
∞♥

Delya_91

  • 5 sentyabr 2011 18:57
  • Məqalə: 319
  • Şərh: 5295
  • Bal:
{awards}
tewekkur

--------------------
"Camaat nə deyər" ifadəsi qədər divarları hündür bir hebsxana yoxdur...

HaYaliM

  • 5 sentyabr 2011 18:43
  • Məqalə: 144
  • Şərh: 4372
  • Bal:
{awards}
Allah razi olsun

--------------------

Elə yaşa ki atanın qözlərində utanc,ananın gözlərində yaş görməyəsən.

sevinc13

  • 5 sentyabr 2011 18:36
  • Məqalə: 2
  • Şərh: 397
  • Bal:
{awards}
ilk şerh menden

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 28
Cəmi: 51

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 7
Cəmi: 386
 
Nergiz__Sirinova
Xəbərləri: 6
Cəmi: 332
 
Awk bir hayal
Xəbərləri: 4
Cəmi: 137
 
^^KuKuLKa^^
Xəbərləri: 2
Cəmi: 767
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 1
 
evli.mutlu.cocuklu
Xəbərləri: 1
Cəmi: 1
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 20
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
 
{slinks}