Qərar vermək üçün tələsməyin!

 
Qərar vermək üçün tələsməyin!

Kəndin birində bir yaşlı adam varmış. Çox kasıbmış amma Kral belə onu qısqanarmış ... Elə dillərə dastan bir ağ atı varmış ki, Kral bu at üçün qocaya hardasa xəzinəsinin hamısını təklif etmiş amma adam satmamışdır.. "Bu at, bir at deyil mənim üçün; bir dostdur, insan dostunu satar mı?" deyərmiş həmişə.

Bir səhər qalxmışlar ki, at yoxdur. Kəndli qocanın başına toplanmış:
"Səni qoca kaftar,ağlını itirmiş qoca, bu atı sənə buraxmayacaqları, oğurlayacaqları bəlli idi. Krala satsaydın, ömürünün sonuna qədər bəylər kimi yaşardın. İndi nə pulun var, nə də atın" demişlər ...

Qoca: "Qərar vermək üçün tələsməyin " demiş. "sadəcə at itib" deyin, "Çünki gerçək budur. Ondan sonrası sizin şərhiniz və verdiyiniz qərara bağlıdı.Atımın itməsi, bir talehsizlikdir, yoxsa bir şanssızlıq? Bunu hələ bilmirik. Axı bu hadisə hələ bir başlanğıcdır.Arxasının necə gələcəyini kimsə bilə bilməz . " Kəndlilər qocaya qəhqəhələrlə gülmüşlər.

Aradan 15 gün keçmədən at, bir gecə qəflətən dönmüş ... Sən demə oğurlanmamış, dağlara gedibmiş. Dönərkən də, vadidəki 12 vəhşi atı arxasına taxıb gətirmiş. Bunu görən kəndlilər toplanıb qocadan üzr istəmişlər, "Sən haqlı çıxdın. Atının itməsi bir talehsizlik deyil sanki bir dövlət quşu oldu sənin üçün, indi bir at sürün var .." demişlər.

Qərar vermək üçün tələsməyin!Qərar vermək üçün tələsməyin!

"Qərar vermək üçün yenə tələsirsiniz" demiş qoca. "Yalnız atın geri döndüyünü söyləyin. Bilinən gerçək yalnız budur. Ondan sonrasının nə gətirəcəyini hələ bilmirik. Bu daha başlanğıdır. Birinci cümlənin birinci sözünü oxuyar oxumaz kitab haqqında necə fikir icra edə bilərsiniz ki?"
Kəndlilər bu dəfə qocaya lağ etməmişlər amma "Bu qoca doğurdan ağıldan kəmdi" deyə içlərindən keçirmişlər ...

Bir həftə keçmədən, vəhşi atları tərbiyə etməyə çalışan qocanın tək oğlu atdan düşmüş və ayağını qırmış. Evin dolanışığını təmin edən oğul indi uzun zaman yataqda qalacaqdı. Kəndlilər yenə gəlmişlər qocaya. "Bir dəfə daha haqlı çıxdın" demişlər. "Bu atlar üzündən tək oğlun, qıçını uzun müddət istifadə edə bilməyəcək. Halbuki sənə baxacaq başqası da yoxdu. İndi əvvəlkindən daha kasıb, daha yazıq olacaqsan" demişlər.

Qoca "Siz erkən qərar vermə xəstəliyinə tutulmusunuz" deyə cavab vermiş. "O qədər tələsik etməyin. Oğlum qıçını qırdı. Həqiqət budur. Sonrası sizin verdiyiniz qərardır. Amma görəsən nə qədər doğrudur? Həyat belə kiçik parçalar halında gəlir və ondan sonra nələr olacağı sizə əsla bildirilməz. "

Bir neçə həftə sonra, düşmənlər qat qat böyük bir ordu ilə hücuma keçmişlər. Kral son bir ümidlə əli silah tutan gəncləri orduya dəvət etmişdi. Kəndə gələn vəzifəlilər, qocanın qırıq qıçlı oğlu xaricində bütün gəncləri əsgərə götürmüşlər. Kəndi matəm bürümüş. Çünki döyüşün qazanılmasına imkan yoxmuş, gedən gənclərin ya öləcəyini ya da əsir düşəcəyini hər kəs bilirmiş. Kəndlilər, yenə qocaya gəlmişlər ... "Yenə haqlı olduğun sübut edildi" demişlər. "Oğlunun qıçı qırıq amma heç olmasa yanında. Halbuki bizimkilər, bəlkə əsla kəndə dönə bilməyəcəklər. Oğlunun qıçının qırılması, talehsizlik deyil, şansmış məgər ..."

"Siz erkən qərar verməyə davam edin" demiş, qoca. "Halbuki nə olacağını heç kəs bilə bilməz. Bilinən bir tək gerçək var. Mənim oğlum yanımda, sizinkilər əsgərdə ... Amma bunların hansının taleh, hansının şanssızlıq olduğunu yalnız Allah bilir."

Qərar vermək üçün tələsməyin!Qərar vermək üçün tələsməyin!

Lao Tzu (Digər adı Laozi, qədim Çin filosofu,"Taoizm"in yaradıcısı), əhvalatını bu nəsihətlə tamamlamışdır:

"Tələsik qərar verməyin. Həyatın kiçik bir diliminə baxıb hamısı haqqında qərar verməkdən qaçın. Qərar ağlın durması halıdır. Qərar verdiyiniz an ağıl düşünməyi, başqa sözlə inkişafı durdurur. Buna baxmayaraq ağıl, insanı daim qərara məcbur edər. Çünki inkişaf halında olmaq təhlükəlidir və insanı narahat edər. Lakin beyində gəzinti əsla sona çatmaz. Bir yol bitərkən yenisi başlar. Bir qapı bağlanarkən, başqası açılar.Bir hədəfə çatarsınız və daha yüksək bir hədəfin dərhal oracıqda olduğunu görərsiniz. "

Dostlar, qərar vermək üçün tələsməyin!


Geri dön

Su Perisi

  • 13 oktyabr 2011 22:08
  • Məqalə: 19
  • Şərh: 1736
  • Bal:

Tələsik qərar verməyin.

--------------------

sevgi meleyim

  • 7 sentyabr 2011 10:39
  • Məqalə: 25
  • Şərh: 1625
  • Bal:
{awards}
xebere gore tesekkur

--------------------
Gedene Uzulme.Sevseydi Getmezdi...Gelene Sevinme,O da Bawqasindan Gelib..

letiw

  • 6 sentyabr 2011 15:43
  • Məqalə: 11
  • Şərh: 135
  • Bal:
{awards}
heqiqeten men de tez qerar veren insanlardanam.Ama verdiyim qerar sehv olsa bele caliwiram pewman olmayim eksine bu sehvimde gelecek heyatima dair nelerise ders goturum, thankss

Cilent_M.Q

  • 6 sentyabr 2011 15:00
  • Məqalə: 87
  • Şərh: 2628
  • Bal:
{awards}
twk

--------------------

only-girl

  • 6 sentyabr 2011 13:57
  • Məqalə: 1002
  • Şərh: 5026
  • Bal:
{awards}
bu xeber tam mene aid duwunmemiw gerarmi verirem inen bele caliwacam qerari tez vermiym

--------------------

miss_sokaladka

  • 6 sentyabr 2011 13:23
  • Məqalə: 0
  • Şərh: 936
  • Bal:
{awards}
TASAKURLAR

--------------------
Bir sabah oyandığında onun sənin üçün nə qədər dəyərli olduğunu
anlayacaqsan,amma o bunu artıq dərk etmiş oğlanın yanında oyanmış olacaq................................................

Jasmin45

  • 6 sentyabr 2011 13:11
  • Məqalə: 43
  • Şərh: 1124
  • Bal:
{awards}
Tez qərar verə bilirəm,amma elə də olur tez də qərarımı dəyişə bilərəm..Ciddi bir şeyin üstə çox düşünürəm,bəzən bu hal yora da bilir insanı..Çox,ətraflı düşündükdən sonra qərarımı da verirəm,bu çox ciddi bir şeydirsə...Qərarsız qalmağı sevmirəm,qəti bir qərar olsun istəyirəm,tez düşünmək və tez qərara gəlməkdən yanayam smile ...

Maraqlı mövzu üçün təşəkkür edirəm..

--------------------

Tək istədiyim üzüyünü taxım və deyim "Artıq səninəm"=)

Ay Üzlü

  • 6 sentyabr 2011 13:05
  • Məqalə: 395
  • Şərh: 6159
  • Bal:
{awards}
heeeeeeeecde telesmirem

Мой Мир

  • 6 sentyabr 2011 12:44
  • Məqalə: 722
  • Şərh: 5996
  • Bal:
{awards}
qerarsizliq offffffff recourse

--------------------
∞♥

breaking dawn

  • 6 sentyabr 2011 12:44
  • Məqalə: 12
  • Şərh: 1041
  • Bal:
{awards}
coxxxx sagol _wampirella_

HaYaliM

  • 6 sentyabr 2011 11:44
  • Məqalə: 144
  • Şərh: 4372
  • Bal:
{awards}
qerarsizliq menim en zeif yerimdi..belke de nece saat düsünürem adi bir qerar vermek ücün..xebere göre tesekkür edirem

--------------------

Elə yaşa ki atanın qözlərində utanc,ananın gözlərində yaş görməyəsən.
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 2
Qonaqlar: 25
Cəmi: 43

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 6
Cəmi: 386
 
Nergiz__Sirinova
Xəbərləri: 6
Cəmi: 331
 
Awk bir hayal
Xəbərləri: 4
Cəmi: 137
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 2
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 766
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 20
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
 
{slinks}