"İki od arasında biri-ümidsizlik biri-arxayınlıq"

 
"İki od arasında biri-ümidsizlik biri-arxayınlıq"

İki od arasında: biri umidsizlik, biri arxayınlıq

Allah-Təala çox mərhəmətlidir, elədiyin bütün günahları bağışlayar, bu Onun şanının ucalığıdır.
Birisi məscidə gəlir və mollaya deyir:
- Molla, mən 99 adam öldürmüşəm. Görəsən Allah-Təala mənim günahımı bağışlayarmı?
Molla da onun dediklərini eşidən kimi heyrətdən içini çəkir və cavab verir:
- 99 adam öldürənin günahını bağışlamaq olarmı? Sən heç çabalama, yerin cəhənnəmdə hazırdır, vəssalam.
Həmin adam da:
- Bir halda ki, mənim üçün heç bir ümid yeri yoxdur, onda olmasın 99, olsun 100 deyir və cibindən çıxardığı bıçaqla mollanı öldürür.
Bu bir misaldır, söyləntidir. Doğrudurmu, yalandırmı, bilinmir. Amma bilinən bir şey var ki, heç kəsin Allahla bəndə arasına pərdə çəkməyə haqqı yoxdur. Allah-Təala sənin bu günahını bağışlayar, ya bağışlamaz, bu, onun öz işidir. Allahın mərhəmətindən ümidini kəsən ancaq və ancaq şeytandır. Ümidsizlik şeytanlaşmaqdır. Unutmamalıyıq ki, bizim xətamız nə qədər böyük olsa da, Allah-Təalanın mərhəməti ilə müqayisədə dəniz yanında damla qədər də deyil. Bəşər tarixində o qədər sonradan dönənlər, ayılanlar var ki. Haqlarında nağıllar, dastanlar yazılıb.

"İki od arasında biri-ümidsizlik biri-arxayınlıq"

Biz irsən müsəlmanıq, yəni bu müsəlmançılıq bizə nəslimizdən gəlir, atamız-anamız müsəlman olduğu üçün biz də özümüzü müsəlman hesab edirik. Amma bu gün dünyanın uzaq-uzaq ölkələrində həyatının bir mərhələsini xristian, yəhudi yaxud başqa din mənsubu kimi yaşayan insanlar həqiqəti araşdıraraq könül rahatlığı tapmaq üçün İslamı seçirlər. Biz əslində suyun dəyərini, qədrini bilməyən balıq kimiyik. İslam fitrət dinidir və “Əlhəmdulillah, müsəlmanam” sözləri hər birimizin dilində eyni səmimiyyətlə səslənmir. “Əlhəmdulillah” sözünü ruhunun dərinliklərindən tapıb gətirənlər müsəlmançılığın nə qədər böyük nemət olduğunu anlayan insanlardır. İslam dini bizə Allah-Təalanın mərhəmətindən ümid kəsməməyi əmr edir: “De ki, ey çox günah işləyərək öz canlarına qıymada irəli gedən qullarım, Allahın mərhəmətindən ümidinizi kəsməyin. Allah istəyərsə, bütün günahları bağışlayar, çünki O Qafur və Rahimdir, çox əfvedicidir, mərhəməti və lütfü boldur”.
Bunu Allah-Təala öz uca kitabında bizlərə bildirir. Həm də ayədə günahının çoxluğu ucbatından canına qıyanlardan bəhs edilir. Yəni nə halda olursanız-olun, hansı günahı işləmisinizsə, fərqi yoxdur, siz Ona yönəlin, Ona yalvarın, əfvinizi Ondan diləyin. Yazının bu yerinə qədər ümidsizliyin nə qədər ağır xəstəlik olduğundan danışdıq. Bir də bu məsələnin başqa səmtinə baxaq: Bəli, Allah-Təala çox mərhəmətlidir, elədiyin bütün günahları bağışlayar, bu Onun şanının ucalığıdır. Onu da bilirik ki, Allah-Təala ananın öz övladını sevməsindən daha çox biz bəndələrini sevir. İndi də bu bilgilərdən sonra başqa bir problem meydana çıxa bilər.


"İki od arasında biri-ümidsizlik biri-arxayınlıq"

Bu dəfə də: “Allah-Təala onsuz da mərhəmətlidir, bizim günahımızdan keçər” düşüncəsi ilə hər şeyimizi itirə bilərik. İfadə etmək nə qədər çətin olsa, ruhumuz titrəsə belə, yenə o sözü burada işlətməli olduq: Allah bizim Allahımızdır, keçər günahımızdan. Bəli, Allah bizim Allahımızdır, biz də Onun bəndələriyik. Amma bu məsələ bu qədər duyğusuz ifadə olunmamalıdır. Allahın mərhəmətinə inanan, Onu tanıyan, bilən insan bütün səmimiyyəti ilə Ona yönəlməlidir. Bəli, Allah-Təala bizim günahlarımızı bağışlayar, amma bizim səmimi tövbələrimizdən və dualarımızdan sonra. Biz əvf diləmək üçün öncə tövbə eləməliyik, vicdanımız sızlamalıdır, ruhumuz inləməlidir. Biz, həqiqətən də, xətamız üçün peşiman olmuruqsa, əzab çəkmiriksə, “Allahım, mənim günahımı bağışla” deməyə haqqımız var? Nəfsimiz bülöv daşı kimidir. Hər gün ruhumuzu ona çəkib itiləməliyik, hər səhər doğulanda yeni günə, yeni həyata başlayır kimi başlamalıyıq. Əgər biz hər gün bu mübarizəyə başlamırıqsa, ruhumuzu nəfsimizlə mübarizədə itiləmiriksə, mütləq o bülöv daşı bizim başımızda partlayacaq.

"İki od arasında biri-ümidsizlik biri-arxayınlıq"

Biz nə dünən qazandığımız savaba görə arxayınlaşmalı, nə də işlədiyimiz günahlara görə ümidimizi kəsməliyik. Saydığımız bu iki variantın hər ikisi şeytanın bizə hücum qapılarıdır. Peyğəmbərimiz Həzrəti Məhəmməd belə buyurub: “Xəta işləyənlərin ən xeyirlisi tövbə edənlərdir”. Həzrəti Adəm “xəta işlədib” demək bizə düşməz. Həzrəti Adəmin yaşadıqları bir hikmət idi və biz o hikmətdən lazım olan nəticəni çıxarmağı bacarmalıyıq. Həzrəti Adəm itirdiyi cənnəti səmimiyyətinin, Allaha ibadətinin, tövbəsinin, dualarının sayəsində yenidən qazandı. Bu, bizim üçün örnəkdir. “Xətam, günahım yoxdur” deməyin özü bir xətadır. Bu, təkəbbür göstəricisidir. Allah-Təala Qurani-Kərimdə belə buyurmaqdadır: “Sizin özünüz üçün xeyirli bildiyiniz çox şeydə sizlər üçün böyük zərərlər var, zərərli bildiyiniz çox şeydə də xeyirlər var”. Bu məntiqlə hadisələrə yanaşanda “mən xətasızam” deməyin nə qədər böyük cahillik olduğunu anlamaq çətin deyil. Biz dünyanı, həyatı, başımıza gələn hər şeyi vəhyin işığında anlamağa çalışmalıyıq. Yəni Allah-Təalanın buyurduqlarını, Rəsulullahın (s.ə.s.) göstərişlərini əsas alaraq bir şey haqqında qərar verə bilərik. Yoxsa hər mövzuda “mənə belə gəlir ki” deyərək bir fikir uydurmaq bizə ziyandan başqa bir şey gətirməz.

"İki od arasında biri-ümidsizlik biri-arxayınlıq"

Tövbəyə qayıdaq: tövbə bizim üçün qurtuluş qapısı, misilsiz imkandır. Peyğəmbərimiz buyurur ki, xətasını anlayıb tövbə edən insan heç günah etməmiş kimidir. Nə qədər də ümidləndirici, cəlbedici həqiqətdir. Tövbə yaraya sürtülmüş məlhəm kimidir.
Qısası, nə ümidsiz olaq, nə də arxayınlaşaq. Hər gün yenidən doğulmuş kimi həyata başlayaq. Yazının sonunda Həzrəti Peyğəmbərimizin bir buyruğunu da xatırlayaq. Bir döyüşdən dönərkən Rəsulullah yanındakılarına belə buyurur:
- İndi biz kiçik cihaddan böyük cihada dönürük.
Bəli, hər gün cihaddayıq. Qələbəyə inanaq və onun yetişməsi üçün boynumuza düşən bütün vəzifələri yerinə yetirək. İnşallah, uğur bizimlədir.


Geri dön

✰GlaMurKa✰

  • 8 sentyabr 2011 12:16
  • Məqalə: 847
  • Şərh: 9734
  • Bal:
ALLAH razi olsun cox sag olun cox maraqli idi

Ay Üzlü

  • 6 sentyabr 2011 19:49
  • Məqalə: 395
  • Şərh: 6159
  • Bal:
{awards}
Allah razi olsun

HaYaliM

  • 6 sentyabr 2011 19:25
  • Məqalə: 144
  • Şərh: 4372
  • Bal:
{awards}
Allah razi olsun.bu cür deyerli yaziya göre tesekkürler

--------------------

Elə yaşa ki atanın qözlərində utanc,ananın gözlərində yaş görməyəsən.
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 36
Cəmi: 53

 

Top 10 Müəllif

♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 1
Cəmi: 1135
 
Awk bir hayal
Xəbərləri: 1
Cəmi: 137
 
Nergiz__Sirinova
Xəbərləri: 1
Cəmi: 327
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Pıtırcık
Xəbərləri: 1
Cəmi: 385
 
 
{slinks}