Tarixə nəzər salaq

 
Tarixə nəzər salaq

Atatürkü kim öldürdü?

Mustafa Kamal Atatürk masonlar tərəfindən öldürülüb. Buna səbəb isə Atatürkün masonların dövlət evini qapadıb onların fəaliyyətinə son verməsi göstərilir. Plan sadə imiş - masonlar öz adamları olan həkimi Atatürkün şəxsi müalicəsinə cəlb ediblər və sonuncu ona yavaş-yavaş zəhər verərək ölməsinə səbəb olub.

SPİD virusu dəhşəti yalan imiş...

SPİD (QİCS) virusu 1974-cü ildə genetik mühəndislər tərəfindən yaradılıb. Bunun üçün Afrikada çox uğurlu bir təcrübə keçirilib və qatil virusa “həyat verilib”. İlkin versiyalara görə, bu bəlanın dünyaya ayaq açmasında ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsi (MKİ) və sovet KQB-si kimi qurumlar maraqlı olub. Məqsəd isə sürətlə artan dünya əhalisinin sayını azaltmaqdır.

Səddam Hitlerin oğludur?

Bu, ilk baxışda uydurma təsiri bağışlayır. Amma bu uydurmaya faktların də əlavə olunduğunu nəzərə alanda ortaya ilginc mənzərə çıxır. Şayiələrə görə, Hitlerin sevgilisi 20 aprel, 1937-ci ildə Səddamı dünyaya gətirib. J.P.Dalesin müəllifi olduğu “Reyxin oğlu” adlı kitabda qeyd edilib ki, Hitlerin gənc sevgililərindən biri 1936-cı ildə hamilə qalıb. Hitlerin bundan xəbəri belə olmayıb. Amma Almaniya məxfi orqanları bu uşağın Hitlerə problem yaradacağını düşünərək onu Livanın paytaxtı Beyruta apararaq orada gizlədiblər. Daha sonra isə Səddama saxta bir ailə tapılıb, o da atasından bixəbər böyüyüb.

İsa Peyğəmbər evlənib...miş

Dan Braunun “Da Vinci kodu” əsərindən sonra ortaya çıxan bir qənaətə görə, İsa Peyğəmbər evli olubmuş. O, Mariya Maqdalena ilə evlənib və bir övladı dünyaya gəlib. Daha sonra Fransaya köç etdiyi düşünülən İsanın oradakı Sion monastırında yaşadığı deyilir.

11 sentyabr terroru kimin əməlidir?

2001-ci ilin 11 sentyabr tarixində Amerikada baş verən terror aktının elə həmin ölkənin məsuliyyəti olduğunu düşünənlərin sayı get-gedə artır. Komplo teoristlərinin fikrincə, Amerika hökuməti daha öncədən bu terror aktı barədə məlumatlı olub. Hətta bəzi şahidlər iddia edir ki, “American Airlines” şirkətinə məxsus sərnişin təyyarəsinin Nyu-Yorkda yerləşən Dünya Ticarət Mərkəzinin əkiz qüllələrinə çarpmasından bir neçə saniyə öncə partlama səsləri eşidilib. Deməli, sözügedən hücumdan daha öncə hansısa həmlələr də olub və hökumət də kursda imiş.

Vilson sovet casusudur?

İngiltərənin baş naziri Harold Vilsonun Sovetlər İttifaqının casusu olması da komplo teoristlərinin vazkeçilməzləri sırasında yer alır. Versiyalara görə, məhz hakimiyyəti dönəmində ingilis ordusunun ona qarşı çevriliş etmək istəməsi, habelə funt-sterlinqin də devalvasiyaya uğraması onun casus olduğunu sübut edir.

Aya heç bir insanın ayağı dəyməyib

Söhbət yadplanetlilərdən düşəndə şayiənin, komplonun sayı-hesabı olmur. Çünki bu sahədəki araşdırmalara məhdud sayda ölkənin və alimin çıxışı var. Tarixdə yadplanetlilərlə bağlı ən geniş yayılmış komplo teoriyası isə guya ki, Aya ümumiyyətlə, insan ayağının dəyməməsidir. Şayiələrə görə, Amerikanın “Apollo-11" kosmik gəmisi ilə Aya göndərdiyi və 1969-cu ilin 20 iyul tarixində Aya endiyi deyilən komanda ümumiyyətlə, Aya heç ayaq basmayıb. Belə ki, teoristlər Aya ayaq basdığı deyilən Nil Armstronq və Edvin Aldvinin Ay əvəzinə Nevada ştatının (ABŞ) çöllüklərindəki bir açıq fotostudiyaya ”endirildiyinə" inanır. Yəni dünyaya yayılan o fotolar, sadəcə, xəyal məhsuludur və studiyada çəkilib. Məqsəd isə insan övladının başını irreal məsələlərlə qatmaqdır.

Bermud üçbucağı - şeytan yuvası

Bermud şeytan üçbucağı Atlantik okeanında bir çox gəmi və təyyarənin itdiyi, bəzi anormal hadisələrin yaşandığı bölgənin adıdır. Heç kimsənin barəsində açıqlama vermədiyi bu əsrarəngiz fenomen içində elm adamlarının da olduğu insanlar tərəfindən illərlə “fövqəlbəşər olay” kimi qələmə verildi. Burada uzun müddət bir çox gəmi, təyyarə arxalarında heç bir iz qoymadan itdi. Hamı mövzu barədə illərlə danışdı, amma ortaya konkret fakt qoyan olmadı. Nəhayət, bu bölgədə itmə halları da sona çatdı.

Sunami kimin işidir?

2004-cüi ildə Hind okeanında meydana gələn nəhəng dalğalar bu gün də dartışma mövzusudur. Versiyalara görə, sunami İsraillə Amerikanın ortaq istehsalı olan bir nüvə silahının fəsadıdır. Belə ki, sözügedən iki ölkə silahı sınaqdan keçirərkən Hind okeanında bunun yan təsiri görünüb və bu, sunami olaraq tarixdə yer alıb. Misir və Orta Şərqdəki bir çox qəzetçilər bu işi araşdıraraq olayın müsəlmanlara ziyan vermək üçün düşünülmüş plan olduğunu iddia etdilər. Düzü, iddianı dünya gündəminə daşımağa da nail oldular. Allahın qəzəbi, dörd təbii fəlakətdən biri, yoxsa İsrail-Amerikanın müsəlmanlara zərbəsi? Sunaminin bunlardan hansı olduğu hələ də mübahisə mövzusudur...


Geri dön

_RONALDO_

  • 13 mart 2011 11:21
  • Məqalə: 303
  • Şərh: 10753
  • Bal:
tewekkurler gozel xeberdi

--------------------

Ulya

  • 22 sentyabr 2010 12:27
  • Məqalə: 1911
  • Şərh: 13813
  • Bal:
{awards}
saldiq baciw wink

OK

  • 20 sentyabr 2010 23:43
  • Məqalə: 176
  • Şərh: 1873
  • Bal:
{awards}
thanks.........

--------------------

Dj_Tural

  • 20 sentyabr 2010 19:33
  • Məqalə: 852
  • Şərh: 1606
  • Bal:
{awards}
tewekkurler gozel xeberdi

--------------------
Usaq Musaq Dostluq Gondermesin.Bezmisem Redd Elemekden..
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 2
Qonaqlar: 44
Cəmi: 64

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 6
Cəmi: 386
 
Nergiz__Sirinova
Xəbərləri: 6
Cəmi: 331
 
Awk bir hayal
Xəbərləri: 4
Cəmi: 137
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 2
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 766
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 20
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
 
{slinks}