Qədrini bilmədiyim sevgim

 
Qədrini bilmədiyim sevgim

Səhərlər günəşin göy üzünə qalxmasın seyr edərdim.
Yavaş-yavaş qalxar, hər bir ətrafı öz gözəl sevgi şüaları ilə işıqlandırar. Torpağı öz sevgisiylə isidər. Hər an sanki üzümə gülən günəşim daha isitmir məni, daha məndən öz sevgi şüaların belə əsirgəyir. Axşama doğru getdikcə hava qaralmağa başlar
günəş öz sevgi şüaları ilə gözəl sevgilisi olan ayı parıldadar, ayında gözəlliyi olan ulduzlar görünməyə başlar. Göy üzündə olan hər bir şey sevgi ilə baş verər.

Qədrini bilmədiyim sevgim

Aya baxardım, hər gecə ondan enerji alardım, gözəl xəyallar qurardım. Amma daha ay belə daxilimi parıldatmır,
məni sevindirmir, məni xoşbəxt etmir, çünki mənə daha sevgiylə baxmır.
Xəyallar qurardım... Öz dünyamda yaşardım... Xoşbəxt olardım...
Xəyallarımın real olacağına özümü inandırardım, ancaq onlar belə puç oldular...

Sevdiyim hər zaman mənə baxıb sanki gülümsəyən həyatımı gözəlləşdirən öz gözəlliyi ilə bir ağacım vardı... Hər gün cavanlaşar, sanki gözəlləşərdi... Payız gəlid.. Yarpaqların saraltdı, sanki ömrün əlindən aldı... Son yarpağı qalmışdı. Ümidlə baxardım, sanki son ümidim idi.. Həyatda məni tərk etməyəcək son bir şey...

Qədrini bilmədiyim sevgim

Amma hər gün baxdığımda sanki məyus bir sima görərdim yarpağımda. Son yarpağımda... Amma çox qalmadı üç gün sonra o belə düşdü yerə, yoxa çıxdı... Düşərkən belə sanki “bəsdir daha” dedi mənə...

Çox düşündüm, hər bir şeydə günah gördüm, məni tərk edən hər bir şeydə günah gördüm... Bilirdim... Bilirdim... Anlayırdım, amma dilimə gətirəcək qədər cəsarətli deyildim, sanki... Həqiqətləri qəbul edə bilmədyimi anlayırdım, bilirdim... Sadəcə sevgilərin qarşılığın vermədim, heç nəyin qədrin bilmədim... Ona görə tərk edildim... Yalnızam... Tənhayam... Kimsəsizəm...
Hər səhər günə. Otağımın pəncərəsindən üzərimə öz sevgi şüaların şığıyarkən əsəbləşərdim. Bəsdir daha deyərək pərdəni çəkərdim...
Hər gecə ay məni öz aləminə aprarkən şikayətlənərdim ki, bəsdi daha real olmayacaq istəklərim, xəyallarımdı onlar... O mənə o aləmin gözəlliyin göstərərkən hərəkət etməmi istədi, onları real etməyimçün sadəcə o aləmə uymağımı yox...
Ağacımın son yarpağına ümid etdim, sadəcə mənim son ümidim olduğu üçün, sevgisiz qalmayım deyə, tənhalıqdan qorxurdum... Eqoist oldum, sevənlərin qədrin bilmədim, sevilmək istədim, qarşılıq vermədən...
Səni sevdim, sənə qarşı belə bir addım atmadım, irəliyə doğru gəlmədim.. Ürəyini verdin, sadəcə aldım. Əlini verdin boş qoydum, Öpüşlərə qərq elədin, hərəkətsiz qaldım...
Getdin, getdin, amma gedişində bir şeyi unutdun, ürəyini mənə verib getdiyini...
Sən belə məni tərk elədin... Hər bir sevimlim kimi məni sevərək tərk elədin... Getdin...

Qədrini bilmədiyim sevgim

Qaldım öz dünyamla tənha... Hər bir gedənin ardınca getdim, sadəcə bir kəlmə demək üçün “O qədər böyük sevgi ilə sevildim ki, sevməyi unutdum. Sevilməyin zövqü məni göylərə uçurdu. Amma bir gün hər bir şeyin sonunun gələcəyin düşünməzdim... Sevilərək tərk edildim... İndi isə hər bir yerdə axtarır gözlərim, ürəyim mənə verilən ürəyin sahibin sadəcə bir kəlmə demək üçün BAĞIŞLA, SƏNİ SEVİRƏM!...”
Qaldım öz dünyamla tənha qaranlıq otağımda vaxtında qədrini bilmədiyim sevgimlə. . .


Geri dön

KaRola_16

  • 21 avqust 2011 07:31
  • Məqalə: 185
  • Şərh: 4147
  • Bal:
TEWEKKURLER...

--------------------

_RONALDO_

  • 13 mart 2011 11:21
  • Məqalə: 303
  • Şərh: 10724
  • Bal:
{awards}
tewekkurler

--------------------

Ulya

  • 22 sentyabr 2010 12:25
  • Məqalə: 1911
  • Şərh: 13773
  • Bal:
{awards}
recourse recourse

Kisa_Kiss

  • 21 sentyabr 2010 10:56
  • Məqalə: 431
  • Şərh: 1302
  • Bal:
{awards}
Diqqət! yazını oxumaq hüququnuz yoxdur. Zəhmət olmasa QEYDİYYATDAN keçin
recourse

--------------------

MiYasKa KrEoZi

  • 21 sentyabr 2010 02:40
  • Məqalə: 35
  • Şərh: 695
  • Bal:
{awards}
Qaldım öz dünyamla tənha qaranlıq otağımda vaxtında qədrini bilmədiyim sevgimlə. . . recourse

--------------------

OK

  • 20 sentyabr 2010 23:42
  • Məqalə: 176
  • Şərh: 1859
  • Bal:
{awards}
tsk

--------------------

Dj_Tural

  • 20 sentyabr 2010 19:32
  • Məqalə: 852
  • Şərh: 1584
  • Bal:
{awards}
tewekkurler

--------------------
Usaq Musaq Dostluq Gondermesin.Bezmisem Redd Elemekden..
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 3
Qonaqlar: 46
Cəmi: 66

 

Top 10 Müəllif

NIGAR
Xəbərləri: 34
Cəmi: 579
 
♔Hе важно∞
Xəbərləri: 16
Cəmi: 108
 
Nergiz__Sirinova
Xəbərləri: 12
Cəmi: 421
 
Sol Meleyim
Xəbərləri: 10
Cəmi: 23
 
AyliN BunyaminovA
Xəbərləri: 9
Cəmi: 400
 
MiSS HaPPy)
Xəbərləri: 7
Cəmi: 17
 
คşк łคfтคɴ คɴłคмคz ❤
Xəbərləri: 4
Cəmi: 670
 
Gozellik_
Xəbərləri: 3
Cəmi: 3
 
Pəri
Xəbərləri: 2
Cəmi: 225
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1146
 
 
{slinks}