Sərinlik gətirən rənglər

 
Sərinlik gətirən rənglər

Həyatı rəngsiz təsəvvür etmək çətindir. Rənglər insanın sağlamlığına, əhval-ruhiyyəsinə təsir edir. Təbiətin yaratdığı rənglər arasında uyarlıq olsa da, süni mühitdə sintez edilmiş rənglər heç də həmişə uyğun gəlmir. Aparılan sorğuya görə, harmoniya yaratmayan, eləcə də qıcıqlandırıcı rənglər insan səhhətinə mənfi təsir göstərir.

Rənglərin sirləri və insana təsiri barədə daha ətraflı bilgiyə malik olmaq üçün "Ekspress" qəzeti xalq rəssamı Cəmil Müfidzadəyə müraciət etdi. Onun sözlərinə görə, rəng dünyası çox genişdir.

Sərinlik gətirən rənglər

"Rənglərin öz dili var. Müəyyən hazırlığı olmayan adamlar rənglərin dilini dərk etmirlər. Rənglər müəyyən hissləri, xəbərləri, müsbət və mənfi emosiyaları insanlara bəxş edir. Onların həyatda önəmi çox böyükdür. Misal üçün, insanların geyiminə diqqət yetirək. Bəzən elə qadına rast gəlirsən ki, şəfəq saçır, insanda xoş əhval-ruhiyyə yaradır. Çünki geyiminin rəngi, əgər bir neçə rəngdən ibarətdirsə, onların bir-birinə uyğunluğu düzgün seçilib. Elə adam da var ki, zövqü yoxdur. Boz rəngli paltarlar geyinib kütlə arasında itir".

C.Müfidzadə rənglərin mənaları barədə də danışıb. "Qırmızı rəng bayram, şənlik, şuxluq mənasını verir. Qara matəm, ağ - saflıq, təmizlik deməkdir. Göy rəng səmanı simvolizə edir. Səmaya, yüksəkliyə baxanda göy rəngi görürsən. Dənizə isə səmanın əksi düşür. Çünki su özü şəffafdır. Lakin su quyusu dərinləşdikcə daha çox göyə çalmağa başlayır.

Sərinlik gətirən rənglər

Qəhvəyi zəhmət ilə əlaqədar rəng sayılır. Zəhmətkeşlərin, səhərdən axşama qədər tarlada işləyənlərin, yorulanların rəngidir. Qəhvəyi rəng çalışmaq, əziyyət çəkmək deməkdir. Yaşıl və açıq mavi sakitlik təəssüratı formalaşdıran rənglərə aid edilir. Bu səbəbdən də yataq otağını yaşıl, açıq mavi rəngə boyayırlar ki, sakitlik gətirsin. Bu rənglərin əhatəsində adam rahat dincəlir və yuxuya gedir. Təsəvvür edin ki, axşam girirsiz yataq otağına dincəlməyə. Otaqların divarları qıpqırmızı, çilçıraq qırmızı və göy rəngdə işıq verir. Bu rənglər heç vaxt adamı sakitləşdirə bilməz. Əksinə, qıcıqlandırıcı təsir edər".

Rəssam ağla qara, sarıyla qırmızı, yaşılla sarı, qırmızıyla yaşıl rənglərinin uyğun gəldiyini bildirir. "İsti və soyuq rənglər var. Soyuq rənglərə göy, qara rənglərin bəziləri daxildir. Belə ki, qaranın altı-yeddi çaları var. Qaraların içərisində istisi də var, soyuğu da. Qəhvəyi, narıncı, noxud rəngi, biçilmiş otun rəngi isti rənglərə daxildir. Ümumiyyətlə, rəngləri sözlə ifadə etmək çox çətindir".

Sərinlik gətirən rənglər

Müsahibim yay fəslində bəzi rənglərin sərinlik gətirə biləcəyini deyib. "Ağ, açıq mavi, sarının açıq tonları sərinlik hissiyyatı yarada bilər. Hətta geyim də ağ rəngdə olanda günəşin şüalarını əks etdirir, qara, tünd qəhvəyi, tünd qırmızı rənglər isə gün şüalarını özünə çəkir. Günəş batan zaman qırmızı rəngi, lalə qırmızı rəng də isti gətirir".

Həmsöhbətim rənglərin xəstəliklərin müalicəsində mühüm rol oynadığını da deyir. Onun sözlərinə görə, səriştəli həkimlər müalicə zamanı musiqi və rənglərdən də istifadə edirlər. Belə ki, rəssama görə, rənglərin təsirini tanıyan həkim rənglərin vasitəsi ilə xəstənin əhval-ruhiyyəsinə müsbət təsir edə bilər. "Rənglər vasitəsi ilə xəstə üçün onun dərdlərindən uzaqlaşdıran bir mühit də yaratmaq olar".


Geri dön

..:MeleK kiz:..

  • 10 sentyabr 2011 14:58
  • Məqalə: 150
  • Şərh: 8828
  • Bal:
her rengin oz gozelliyi var

..:MeleK kiz:..

  • 7 sentyabr 2011 16:57
  • Məqalə: 150
  • Şərh: 8828
  • Bal:
{awards}
menim en sevdiyim rengler qara ve pinkdir love

sevgi meleyim

  • 6 sentyabr 2011 16:41
  • Məqalə: 25
  • Şərh: 1625
  • Bal:
{awards}
TWK HER RENGIN OZ GOZLELLIYI VAR

--------------------
Gedene Uzulme.Sevseydi Getmezdi...Gelene Sevinme,O da Bawqasindan Gelib..

Rapunser

  • 6 sentyabr 2011 16:39
  • Məqalə: 3
  • Şərh: 273
  • Bal:
{awards}
Her rengin oz yeri var heresi insana ayri cur ehval-ruhiye verir

--------------------
UREK QAPI DEYIL ACIB ORTESEN
HER SENI SEVENI SENDE SEVESEN
UREK BIR MENZILDIR QAPISI BAQLI
YALNIZ BIR INSANDIR ONUN ACARI

Prank girl

  • 6 sentyabr 2011 16:38
  • Məqalə: 106
  • Şərh: 10213
  • Bal:
{awards}
tesekkur edirem men benovseyi rengi cooox xoslayiram amma qirmizi rengden hec xosum gelmir

--------------------
Oglanlar dostluq atmasin qebul etmeyecem!!

beyaz melek

  • 6 sentyabr 2011 16:36
  • Məqalə: 58
  • Şərh: 1126
  • Bal:
{awards}
BEZI INSANLAR HEYATI CORNIBEL GORURLER VAY ONLARI HALINA.CUNKU ONLARIN HEYAT ESQLERI YOXDU.SUKURLER OLSUN ALLAH IN YARATDIGI HER NEYMETE.YESEKKURLER DOSTLAR

--------------------
Məhəbbəti qorusan onunla ucalarsan
Məhəbbətli qocalsan qoca deyil cavansan.
Hech bir zaman Qadinin eybini uzune vurma, Chunki Qadin ureyi derin bir okeandir ve O okeanda Senin minlerce qebul olunmush eyblerin var!

GEDEN GETMISDIR,GETDIYI GUN BITMISDI,MEN GEDENI DEYIL,GEDEN MENI ITIRMISDIR

Jasmin45

  • 6 sentyabr 2011 16:33
  • Məqalə: 43
  • Şərh: 1124
  • Bal:
{awards}
Ən xoşagələn rənglər insanın içini açandır..Baxdıqda insana zövq verəndir...Bir çox rəngləri sevirəmm winked

--------------------

Tək istədiyim üzüyünü taxım və deyim "Artıq səninəm"=)

Deniz

  • 6 sentyabr 2011 16:28
  • Məqalə: 338
  • Şərh: 3908
  • Bal:
{awards}
Butun rengleri xoslayiram saridan basqa.......en cox da benovseyi,yasil,mavi, ag

ZAC EFRON

  • 6 sentyabr 2011 16:13
  • Məqalə: 129
  • Şərh: 2367
  • Bal:
{awards}
I love C O L O R S

winxclub_bloom

  • 6 sentyabr 2011 16:06
  • Məqalə: 155
  • Şərh: 6793
  • Bal:
{awards}
butun rengler gozeldi

--------------------

Sweet life

  • 6 sentyabr 2011 15:54
  • Məqalə: 53
  • Şərh: 1261
  • Bal:
{awards}
demek olar ki, butun rengleri sevirem

--------------------

heyasiz204

  • 6 sentyabr 2011 15:37
  • Məqalə: 27
  • Şərh: 1200
  • Bal:
{awards}
tewekkurler xebere gore mence en yaxsisi qirmizidi

--------------------
Xoşbəxtliyi dadmağın tək çarəsi, onu bölüşməkdir

milana-023

  • 6 sentyabr 2011 15:36
  • Məqalə: 0
  • Şərh: 958
  • Bal:
{awards}
menim sevdiyim reng benovseyidi,esasen aciq rengleri xoslayiram. tongue

--------------------
hec kimle danismayacam ona gore eziyyet cekib yazmayin!!!!

Repery

  • 6 sentyabr 2011 14:56
  • Məqalə: 196
  • Şərh: 1555
  • Bal:
{awards}
En yaxsi rengler qirmizi,qara,ag ve sari......

lol .........................

--------------------

Мой Мир

  • 6 sentyabr 2011 14:49
  • Məqalə: 722
  • Şərh: 5996
  • Bal:
{awards}
tewekkurler menimde rozvu rengden cox xosum gelir

--------------------
∞♥

HaYaliM

  • 6 sentyabr 2011 14:33
  • Məqalə: 144
  • Şərh: 4372
  • Bal:
{awards}
en cox sevdiyim renglerdi mavi ag..maraqli xeber idi..tesekkür edirem

--------------------

Elə yaşa ki atanın qözlərində utanc,ananın gözlərində yaş görməyəsən.

Peaceful

  • 6 sentyabr 2011 14:31
  • Məqalə: 0
  • Şərh: 173
  • Bal:
{awards}
Maraqlı xəbər idi...Rəngarəngliyi çox sevirəm...Amma arada ağ-qara rənglərə də yer ayırıram...Ümumiyyətlə, hər bir rəngin insan psixologiyasına özünəməxsus təsir göstərmə qabiliyyəti var...

--------------------
Basit kişilerle polemiğe girmem..
Bazi yanlışları asla affetmem..
Tutkularım vardır vazgeçmem..
Bazen cok severim ama söylemem..

... Deryam ...

  • 6 sentyabr 2011 14:21
  • Məqalə: 272
  • Şərh: 4680
  • Bal:
{awards}
Ag,qara,sari,mavi rengleri daha cox sevire...
Maraqli melumat ucun twkler ...

--------------------

only-girl

  • 6 sentyabr 2011 14:20
  • Məqalə: 1002
  • Şərh: 5026
  • Bal:
{awards}
twk bele weylere inanmiram

--------------------

Sirli Melek

  • 6 sentyabr 2011 14:18
  • Məqalə: 0
  • Şərh: 5105
  • Bal:
{awards}
Onun sözlərinə görə, səriştəli həkimlər müalicə zamanı musiqi və rənglərdən də istifadə edirlər. belay

--------------------
SADƏLİK GÖZƏLLİKDİR !

Delya_91

  • 6 sentyabr 2011 14:14
  • Məqalə: 319
  • Şərh: 5295
  • Bal:
{awards}
[b]aciq mavi,benovseyi renglerini cooooox sevirem[/b]

--------------------
"Camaat nə deyər" ifadəsi qədər divarları hündür bir hebsxana yoxdur...
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 2
Qonaqlar: 60
Cəmi: 77

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 4
Cəmi: 384
 
Nergiz__Sirinova
Xəbərləri: 4
Cəmi: 329
 
Awk bir hayal
Xəbərləri: 3
Cəmi: 137
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 2
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 766
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 20
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
 
{slinks}