Allah Nə üçün Quranda Özü Barədə “Biz” Deyir

 
Allah Nə üçün Quranda Özü Barədə “Biz” Deyir

Bismillahir Rəhmənir Rəhim!!! Həmd Olsun Bizi Yaradana.!!!

Allah Qurani Kərimdə həmişə özü haqqında “biz” demir. Allah özü haqqında həm birinci şəxsin təkində yəni “mən” olaraq, həm birinci şəxsin cəmində “biz” olaraq bəhs edir.

Məsələn aşağıda məallarını təqdim etdiyimiz ayələrdə Allah özü haqqında “mən” deyə bəhs edir”
“Ey Israil oğulları! Sizə bəxş etdiyim nemətimi xatırlayın, (Tövratda axirüzzəman peyğəmbər barəsindəki) buyurduğumu yerinə yetirin ki, Mən də sizinlə (sizi Cənnətə varid etmək barəsində) olan əhdə vəfa edim. Yalnız Məndən qorxun!” (Bəqərə 40)
“Bəndələrim Məni səndən soruşduqda söylə ki, Mən (onlara) yaxınam. Dua edib Məni çağıranın duasını qəbul edərəm. Gərək onlar da Mənim çağırışımı qəbul edib Mənə iman gətirsinlər. Bununla da, ola bilsin ki, doğru yola yetişsinlər.” (Bəqərə 186)
“Mən insanları və cinləri ancaq mənə ibadət etsinlər deyə yaratdım” (Zariyat 56)
Eyni zamanda Qurani Kərimdə bir çox ayələrdə də Allah özü haqqında “biz” deyir:
“(Yadınıza salın ki, Tih səhrasında yaşadığınız zaman) üstünüzə buludla kölgə saldıq və: “Ruzi olaraq verdiyimiz halal şeylərdən yeyin!” (deyərək) sizə qüdrət halvası və bildirçin göndərdik. Onlar (əcdadınız) isə (itaətdən boyun qaçırmaqla) Bizə deyil, ancaq özlərinə zülm etmiş oldular.”(Bəqərə 57)
“Şübhəsiz ki, Quranı Biz nazil etdik və sözsüz ki, Biz də onu (hər cür təhrif və təbdildən; artırıb-əskiltmədən) qoruyub saxlayacağıq!” (Hicr 9)
Gördüyünüz kimi bu ayələrdə də Allah “biz” deyə bəhs edir. Bunun səbəbi barədə müfəssirlər müxtəlif fikirlər irəli sürmüşlər.
Bəzi müfəssirlərə Allah təala isim və sifətlərinin çoxluğu səbəbi ilə bir çox ayələrdə özü haqqında “biz” demişdir. (Ismail Həqqi Bursəvi Ruh-ul-bəyan ) Bəzi müfəssirlərə görə isə Allah biz deyərkən onun əmri altında olan mələklərə də işarə etmişdir. Necə ki, yuxarıdakı ayələrdə Quranın nazil olması və s. kimi əməlləri Allah mələkləri vasitəsi ilə həyata keçirmişdir.


Ancaq əksər üləmaya görə bu məsələdə ən doğru görüş isə “biz” sözü ilə Allahın öz əzəmət, böyüklük və möhtərəmliyini göstərməsidir. Belə ki, Quranın nazil olduğu ərəb dilində birisinin özünün hörmət və ehtiramlı olduğunu bildirməsi üçün “biz” deməsi normaldır. (Necə ki, avropalılar və onlara qoşulan bizlər birisinə hörmət olaraq cəm halda “siz” deyirik)
Burada “biz” kəlməsini bu səbəbdən çoxluğa işarət olaraq qəbul etmək yanlışlıqdır. Allahın tək olduğunu eyni zamanda öz əməllərində heç bir qüvvəyə möhtac olmadığı Qurani Kərimdə onlarla ayə ilə sabitdir və Islam əqidəsinin əsasıdır. “Biz” kəlməsini də bu prinsipin işığında ələ almalıyıq.
“Kövsər” surəsinin “Həqiqətən, Biz sənə Kövsər (Cənnətdəki Kövsər irmağını və ya bol nemət, yaxud Quran, peyğəmbərlik) bəxş etdik!” ayəsinin təfsirində “Buradakı “biz”dən məqsəd Allahın əzəmətini göstərməkdir. Çünki “Kövsəri Rəsulullaha hədiyyə olaraq verən yerin və göyün sahibi olan Allah Təaladır. Hədiyyə edilən şey də verənin böyüklüyünə görə qiymət və əzəmət qazanır”
Eyni zamanda Osmanlı dövrünün məşhur müfəssiri Əbu Süud Əfəndi də “Irşadu Əqlu-səlim” təfsirində “Şübhəsiz Quranı biz nazil etdik və biz də onu qoruyacağıq” ayəsini təfsir edərkən “Biz əzəməti-şanımızla nazil etdik” deyə təfsir edir. Yəni, Qurani Kərimdə “biz” kəlməsini Allahın böyüklük və əzəmətinin ifadəsi kimi baxmaq lazımdır.


Geri dön

music_angel

  • 1 sentyabr 2011 13:13
  • Məqalə: 212
  • Şərh: 7638
  • Bal:
Allah razi olsun

Allah razi olsun

--------------------

_RONALDO_

  • 13 mart 2011 11:21
  • Məqalə: 303
  • Şərh: 10724
  • Bal:
{awards}
tesekkurler ALLAH RAZI OLSUN)

--------------------

L_SimuS

  • 11 noyabr 2010 22:33
  • Məqalə: 0
  • Şərh: 0
  • Bal:
{awards}
Mence tamam bawqa sebebdi.......Men Biz O.......bu 3 ifade Allah baresindedi....ve en maraqlisi ise O ifadesidir.cox derine getmek istemirem

Azeri_Gozeli

  • 13 oktyabr 2010 14:24
  • Məqalə: 91
  • Şərh: 2383
  • Bal:
{awards}
Ellerine saliq Allah razi olsun love

--------------------

sevgi yalandir

  • 7 oktyabr 2010 18:53
  • Məqalə: 538
  • Şərh: 7283
  • Bal:
{awards}
tewekkurler

--------------------
Bəzən gülərsən xoşbəxtmiş kimi .. Bəzən sevərsən ilk kezmiş kimi .. Hər səfərində gedənin arxasından ağlarsın sanki değermiş kimi .. Bəzən susayar son kezmiş kimi .. Bəzi şeylərə inanarsan doğruymuş kimi .. Sonra oyanar gerçəkmiş kimi .. Təsirində qalarsan oradan qovulmuş kimi .. Ən sonuna anlarsan yanılmış .. HƏR ZAMAN OLDUĞU KİMİ .. Və mən hələ bir ümidlə gözləyirəm sanki geri dönecekmiş kimi.........

Ulya

  • 22 sentyabr 2010 12:21
  • Məqalə: 1911
  • Şərh: 13779
  • Bal:
{awards}
Allah razi olsun winked

Kisa_Kiss

  • 21 sentyabr 2010 10:50
  • Məqalə: 431
  • Şərh: 1302
  • Bal:
{awards}
Аллах разы олсун

--------------------

HENRY

  • 21 sentyabr 2010 10:47
  • Məqalə: 1
  • Şərh: 14
  • Bal:
{awards}
Qurani Kərimdə “biz” kəlməsini Allahın böyüklük və əzəmətinin ifadəsi kimi baxmaq lazımdır..
Basha dushdum,mene de maragli qalirdi hemishe...

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 4
Qonaqlar: 60
Cəmi: 88

 

Top 10 Müəllif

Limon qoxusu
Xəbərləri: 47
Cəmi: 152
 
The Shield
Xəbərləri: 44
Cəmi: 305
 
Darling
Xəbərləri: 42
Cəmi: 927
 
aytc.sza
Xəbərləri: 32
Cəmi: 82
 
Nergiz__Sirinova
Xəbərləri: 22
Cəmi: 580
 
Jesicca
Xəbərləri: 19
Cəmi: 59
 
❤Queen❤
Xəbərləri: 16
Cəmi: 74
 
♔Hе важно∞
Xəbərləri: 13
Cəmi: 303
 
Elya Alieva
Xəbərləri: 13
Cəmi: 115
 
AyliN BunyaminovA
Xəbərləri: 6
Cəmi: 488
 
 
{slinks}