Bacımın ölüm anı (Olmuş hadisə)

 
Bacımın ölüm anı (Olmuş hadisə)

Bacımın ölüm anı (Olmuş hadisə)

Ərəb ölkələrinin birində olmuş hadisə

Bacımın ölüm anı

Bacım solğun və yorğun görünürdü, fəqət hər zaman olduğu kimi Quran oxuyurdu.
Nə zaman axtarsan səccadəsində rüku və səcdə vəziyyətində və ya əllərini göyə açaraq dua edən görərdin. Səhər- axşam və ya gecəyarısı fərq etməzdi. Hər zaman bu cür idi.

Mən isə jurnal, kitab oxumağa həvəskar idim. O qədər çox videoya baxırdım ki, bununla məşhur olmuşdum. Vəzifələrimi tam olaraq yerinə yetirə bilmirdim. Namazda da çox nizamlı deyildim.

Bu gün də həmişəki kimi üç saat müddətində müxtəlif filmlərə tamaşa edib, videonu söndürdüm. Yaxınlıqdakı məsciddən azan səsi gəlirdi. Yatağıma döndüm.
Bacım otağından məni səslədi.
-“Nə istəyirsən?”- deyə soruşdum.
Hiddətli səslə :
-“Sübh namazını qılmadan yatma!” –dedi.
Sonra da yanıqlı səslə:
-“ Aaa, sübh namazına hələ bir saat var, bu birinci azandır!” söylədi.

Bacım, ölümcül xəstəliyə tutulub, yatağa düşənə qədər bu cür idi.
Məni yanına çağırdı:
-“Qardaşım, bir yanıma gəl!”
-“Nə istəyirsən?”- deyə soruşdum.
-“Otur!”
Oturdum:
-“Bacım, nə olub axı?” – deyə soruşdum.
Xoş və yumşaq səslə dilləndi:
-“Hər bir kəs (canlı) ölümü dadacaqdır. Şübhəsiz ki, mükafatlarınız qiyamət günü tamamilə veriləcəkdir.” (Ali İmran surəsi, 185)
Bir an susdu və məndən soruşdu:
-“Ölümə inanırsanmı?”
-“Əlbəttə, inanıram.” – deyə cavab verdim.
-“Etdiyin hər şeyə görə bir-bir hesaba çəkiləcəyinə inanırsanmı?”
-“Bəli, amma... Allah böyükdür və rəhmlidir. Həm də həyat daha uzundur... Bacım, ani bir ölümdənmi qorxursan? – deyə soruşdum.
-“Qardaşım bax! Filankəs səndən də yaşca kiçik idi, amma yol qəzasında öldü. Sonra filan, filan... Ölüm ömür diləməz. Ölçüsü də yoxdur.” –deyə cavab verdi.

Bacımın bu son sözləri eşitcək otağın qaranlığı qəlbimi sıxdı:
-“ Mən qaranlıqdan qorxuram, sən də məni ölümlə qorxutdun, indi mən necə yatacağam. Həm də mən bu tətildə sənin də bizimlə gəlməyə qərar verdiyini sanırdım.”

Bacımın səsi anidən boğuqlaşdı və boğuq səslə:
- “Mən bəlkə bu il uzun bir səfərə çıxdım. Bəlkə başqa bir məkana, bəlkə... Ömürlər Allahın əlindədir.”

Ağlamağa başlamışdım.
Onun bu amansız xəstəliyini düşündüm. Həkimlər atama bəlkə də bu xəstəliyin çox vaxt almayacağını söyləmişdilər. Amma bunu bacıma kim demiş ola bilərdi? Yoxsa bunu özü də hiss etmişdimi?

-“Nə düşünürsən?” – bacım bu dəfə güclü bir səslə soruşdu – “bunları xəstə olduğum üçünmü söylədiyimi sanırsan? Əsla yox! Bəlkə sağlam adamlardan uzun bir ömrüm olacaq və sən nə zamana qədər yaşayacaqsan? Bəlkə 20 il, bəlkə 40 il, bəs sonra ?! Bir-birimizdən fərqimiz yoxdur. Hamımız köçəcəyik. Ya Cənnətə, ya Cəhənnəmə. Allahu təalənin bu sözlərini heç eşitmədinmi? : “Oddan (Cəhənnəmdən) uzaqlaşdırılıb, Cənnətə daxil edilən kimsə muradına çatacaqdır.” (Ali İmran surəsi, 185)

-“Allah rahatlıq versin!” –deyib otaqdan çıxdım. Bacımın səsi isə qulağımda əks səda verdi:
-“Namaz qılmağı unutma!”

Səhər saat 8 idi. Qapının döyüldüyünü eşitdim. Hələ qalxmaq vaxtı deyildi. Ağlaşma səsi gəlirdi. “Axı nə olub?”. Sualın cavabı özünü çox gözlətmir. Bacımın vəziyyəti ağırlaşmış və atam onu xəstəxanaya aparmışdı.
O il tətilə gedə bilmədik. Yəqin qədərimizə evdə oturmaq yazılıbmış. Uzun bir gözləmədən sonra...
Saat günorta 1-i göstərəndə atam xəstəxanadan evə zəng etdi:
-Onu indi ziyarət edə bilərsiniz. Tez olun!”

Anam atamın həyəcanlı olduğunu, səsinin dəyişdiyini dedi. Paltomu əlimə götürdüm. Tələsik maşına mindik. Hər zaman gəzməyə çıxdığımız yol xeyli uzun görünürdü. Nə olub bu gün bu yola? Qurtarmaq bilmirdi. Bu gün nə boğucu və sıxıcı idi. Anam yanımda bacım üçün dua edirdi. Axı o, yaxşı və dürüst bir qız idi. Bir gün belə vaxtını boş yerə keçirdiyini görməmişdim.
Xəstəxanın çöl qapısına çatdıq.

Budur, ah-vay içində bir xəstə. Yol qəzasında yaralanmışdır. Üçüncünün gözləri çıxmışdır. Bilinmir ki, bu dünya əhlidir, yoxsa Axirət ?!
Əvvəl heç görmədiyim mənzərəydi. Sürətlə pilləkəni çıxdıq. Bacım ciddi nəzarət altında idi. “Sizi onun yanında aparacağam”, -deyə tibb bacısı bizə yaxınlaşdı və anama təsəlli verdi: “Huşu indi-indi özünə gəlir.”
Bir nəfərdən artıq adamın girməsi qadağan idi.
Bax budur, ciddi nəzarət otağının qapısının pəncərəsindən, həkimlərin arasından bacımın mənə baxan gözlərini görə bildim. Anam yanında durmuşdu. İlk dəqiqədən sonra göz yaşlarını gizləyən anam otaqdan çıxdı. Çox danışmamaq şərti ilə yanına girməyimə icazə verdi: “İki dəqiqə sənə bəs edər!”
Daxil oldum:
-“Bacım necəsən?”
Əlimi sıxdıqdan sonra cavab verdi:
-“”Əlhəmdulilləh, indi yaxşıyam.”
Əlhəmdulilləh. Amma əlləri buz kimiydi. Yanında oturmaq istəyəndə, bilmədən ayağına toxundum, ayağını çəkdi.
-“Bağışla, səni narahat etdimmi?” – soruşdum.
-“Əlbəttə yox. Sadəcə Allahu təalənin bu sözünü xatırladım: ”Qıçı-qıçına dolaşacağı zaman, aparılacağı yer Rəbbinin hüzuru olacaqdır ! (Qiyamə surəsi, 29-30)” Mənim üçün dua et, qardaşım. Bəlkə yaxında Axirət günlərinin birincisinə salam deyəcəyəm. Yolum uzun, tədarüküm isə azdır.”

Dediklərini eşitdikdən sonra gözlərimdən damla-damla yaş axmağa başladı. Ağladım.
Və bu sözlər bacımdan eşitdiyim son sözlər oldu. O artıq danışmırdı.

Mən isə harada olduğumu artıq unutmuşdum. Hönkürtü ilə ağlayırdım. Atam mənim üçün daha çox narahat olurdu. Bu cür ağlamağıma və otağıma çəkilməyimə öyrəşməmişdilər.
O həzin gün... Günün batması ilə evimizdə uzun bir səssizlik hökm sürdü. Qohumlar gəldi. Söhbətlər. Gəlib-gedənin səsi bir-birinə qarışırdı. Mənimsə bildiyim tək bir şey var idi: “Bacım artıq vəfat etmişdi”.

Kim gəldi, nələr dedi, artıq ayırd edə bilmirdim. Allahım, haradayam, nələr baş verir?

Ağlamaqdan yorulmuşdum. Bacımın kədərlənmiş halını düşünüb, ölüm barəsində söylədiklərini xatırladım: “Və qıçın-qıçına dolaşacağı zaman” və həqiqəti anladım ki, “o gün aparılacağın yer Rəbbinin hüzuru olacaqdır !”

O gecədən etibarən bacımın namaz qıldığı yerə getmədim. O zaman anladım ki, kim anamın bətnini mənimlə bölüşdürüb, çünki biz əkiz idik. Kim üzüntülərini mənimlə bölüşdürüb. Kim sıxıntılarımı uzaqlaşdırıb. Kim hidayətim üçün dua edib. Kim mənə ölümdən, hesabdan bəhs edərkən gecələr boyu göz yaşı töküb...

Bu gün onun qəbrdə ilk gecəsidir. Allahım, ona mərhəmət et, qəbrini nurla doldur.
Bu onun oxuduğu Qurani-Kərim... Bu onun səccadəsiydi. Onunla yaşadıqlarım günləri bir-bir xatırladım və boş keçən günlərimə ağladım.
Göz yaşlarımın arası kəsilmədi. Mənə mərhəmət etməsi və məni bağışlaması üçün Allaha dua etdim. Allahın onu qəbrində nemətləndirməsi üçün dua etdim. Və birdən özümdən bunu soruşdum:
-“Əgər mən ölsəydim? Sonum nə cür olacaqdır?
Üstümə bir qorxu çökdü və bu suala cavab belə axtarmadan yerimdən qalxdım.
“Allahu Əkbər, Allahu Əkbər” Sübh azanı.. Fəqət bu dəfə nə qədər şirin.. Bir hüzur və rahatlıq hiss etdim. Müəzzinin dediklərini bir-bir təkrarladım. Sevinirdim.. Axı Allahu təalə mənə rəhm edib, möhlət vermişdi. Sübh namazına qalxdım və hüzur içində namaz qıldım.
Daha öncə bacımın qıldığı və onun son namazı kimi...

Daha səhər açıldıqda axşamı gözləmirəm, axşam olduqda isə səhərə çıxacağımı düşünmürəm...

Bacımın ölüm anı (Olmuş hadisə)


Geri dön

sevgi yalandir

  • 17 sentyabr 2011 19:59
  • Məqalə: 538
  • Şərh: 7367
  • Bal:
ama cooox qemli idi

allah heckese gostermesin

--------------------
Bəzən gülərsən xoşbəxtmiş kimi .. Bəzən sevərsən ilk kezmiş kimi .. Hər səfərində gedənin arxasından ağlarsın sanki değermiş kimi .. Bəzən susayar son kezmiş kimi .. Bəzi şeylərə inanarsan doğruymuş kimi .. Sonra oyanar gerçəkmiş kimi .. Təsirində qalarsan oradan qovulmuş kimi .. Ən sonuna anlarsan yanılmış .. HƏR ZAMAN OLDUĞU KİMİ .. Və mən hələ bir ümidlə gözləyirəm sanki geri dönecekmiş kimi.........

L115A1

  • 10 sentyabr 2011 19:53
  • Məqalə: 12
  • Şərh: 1135
  • Bal:
{awards}
cox kovreldim mence werhe ehtiyac yoxdu ozudde hec allah rehmet elesin onun yeri cennetdire recourse

--------------------

R_O_M_A fanatkasi

  • 10 sentyabr 2011 00:53
  • Məqalə: 16
  • Şərh: 218
  • Bal:
{awards}
“Və qıçın-qıçına dolaşacağı zaman” və həqiqəti anladım ki, “o gün aparılacağın yer Rəbbinin hüzuru olacaqdır !”-Bu sozun menasini basa dusmedim,teessufki(((
Amma cox tesirlendim.Allah teala bizim gunahlarimizi baqislasin,cennet sakinlerinden etsin

--------------------
....oooO..............
.....(....)...Oooo...
......)../.....(....)...
.....(_/.......)../.....
...............(_/......
... Я ТУТ ............
.......... БЫЛА.....

brunetka

  • 9 sentyabr 2011 01:17
  • Məqalə: 0
  • Şərh: 352
  • Bal:
{awards}
cox tesirlendim,ibretamiz bir hekayedir. Tanri bu acilari gecinden versin. ellerinize saglik zehmete gore TESEKKUR.

melissa

  • 8 sentyabr 2011 10:49
  • Məqalə: 0
  • Şərh: 47
  • Bal:
{awards}
tesekkurlerrr smile

castle_walls

  • 7 sentyabr 2011 12:21
  • Məqalə: 0
  • Şərh: 581
  • Bal:
{awards}
oxudum maraqli idi.ellerinize saglig.twkler.

--------------------
Bu gunler bizim omrumuzden kecher
Menim son umidim achilan seher
Senin ellerin,menim elimden
Ayrilarag qovushar ebedi goylere..

romantikim

  • 7 sentyabr 2011 10:36
  • Məqalə: 27
  • Şərh: 612
  • Bal:
{awards}
Çox təsirləndim təşəkkür eliyirəm yazan əlləriniz var olsun

Inciciceyi

  • 7 sentyabr 2011 09:40
  • Məqalə: 0
  • Şərh: 8287
  • Bal:
{awards}
Oxudum tesirli yazidi twkler

--------------------
♥......Zenn etme ki, gozlerim sene baxdiqca yorulacaq, olsem de
ruhum seninle qalacaq. Senden evvel elvida desem de heyata. Son
sozum seni sevirem olacaq.....♥

sevgi meleyim

  • 7 sentyabr 2011 09:26
  • Məqalə: 25
  • Şərh: 1625
  • Bal:
{awards}
allah hec kimi sevdiklerinden ayirmasin((( recourse

--------------------
Gedene Uzulme.Sevseydi Getmezdi...Gelene Sevinme,O da Bawqasindan Gelib..

PELIN_ATABAY

  • 7 sentyabr 2011 08:54
  • Məqalə: 86
  • Şərh: 1637
  • Bal:
{awards}
АЛЛАХ хещкиме беле гун вермесин цох коврелдим


--------------------

_WITH YOU_

  • 7 sentyabr 2011 08:22
  • Məqalə: 1
  • Şərh: 588
  • Bal:
{awards}
ALLAHım bizi gələcəy xəstəliklərdən qoru və xəstə olanlara şəfa ver.AMİN

SERH

  • 7 sentyabr 2011 00:55
  • Məqalə: 1
  • Şərh: 138
  • Bal:
{awards}
coooox kovreldim

--------------------
green eyes

Cilent_M.Q

  • 6 sentyabr 2011 22:02
  • Məqalə: 87
  • Şərh: 2628
  • Bal:
{awards}
kovreldim,

--------------------

RADUQA

  • 6 sentyabr 2011 21:45
  • Məqalə: 17
  • Şərh: 638
  • Bal:
{awards}
Allah size komey olsun her an.qemli hadise olsada insani duwunmeye vadar edir.Allah rehmet etsin o qiza cennet meleyi olsun yeqin ki olubda...her muselman bendesinede quranin namazin gozelliyini duymaqi nurunu hiss etmeyi nesib etsin....AMIN !!!!

Allah size komey olsun her an.qemli hadise olsada insani duwunmeye vadar edir.Allah rehmet etsin o qiza cennet meleyi olsun yeqin ki olubda...her muselman bendesinede quranin namazin gozelliyini duymaqi nurunu hiss etmeyi nesib etsin....AMIN !!!!

Allah size komey olsun her an.qemli hadise olsada insani duwunmeye vadar edir.Allah rehmet etsin o qiza cennet meleyi olsun yeqin ki olubda...her muselman bendesinede quranin namazin gozelliyini duymaqi nurunu hiss etmeyi nesib etsin....AMIN !!!!

--------------------
MENI OZUNE BENZETDIN.....AMMA OZUN SANMADIN ....!!!!!!!

_BAD_LIFE_

  • 6 sentyabr 2011 21:33
  • Məqalə: 0
  • Şərh: 219
  • Bal:
{awards}
cox maraqnan oxudum ela idi.olum haqdir ama sanki insan hiss eliyirkionun basina hele gec geler.HER SEYI BILEN ALLAHDIR

--------------------
ömür dediyin Allah üçün deyilse nə fərq edər kainat önündə əyilsə

Мой Мир

  • 6 sentyabr 2011 21:17
  • Məqalə: 722
  • Şərh: 5996
  • Bal:
{awards}
allah mene sevdiklerimin acisini yasatmasin amin recourse

--------------------
∞♥

nicer_girl

  • 6 sentyabr 2011 20:42
  • Məqalə: 0
  • Şərh: 370
  • Bal:
{awards}
agir duygulu hekayeydi ALLAH butun insanligi cehenem alovundan qoruyub cennet ehlinden elessin

RAY OF MOON

  • 6 sentyabr 2011 20:34
  • Məqalə: 0
  • Şərh: 229
  • Bal:
{awards}
KOVRELTDINIZ MENI...CHOX GOZEL HEKAYEDI, IBRETAMIZDI. ALLAH SIZLERDEN RAZI OLSUN

--------------------
Unutduqlarini xatirla, itirdinse axtar, darixdinsa get tap, incitdinse uzr iste, incidinse bagishla... CUNKI HEYAT CHOX QISA!!!

... Deryam ...

  • 6 sentyabr 2011 20:28
  • Məqalə: 272
  • Şərh: 4682
  • Bal:
{awards}
Bir gun gelen bir gun gedecek,ALLAH BIZLERI CEHENNEM ATEWININ EZABINNAN QORUSUN...
DOGRU YOLA GEDENLERDEN ETSIN ...
COX DEYERLI VE DUYGULU HEYAT HEKAYELERINNEN BIRI IDI .
TWKLER ...

--------------------

ZAC EFRON

  • 6 sentyabr 2011 20:19
  • Məqalə: 129
  • Şərh: 2367
  • Bal:
{awards}
allah bu acini hec kese cavan yawinda gostermesin!

devyjones

  • 6 sentyabr 2011 20:17
  • Məqalə: 58
  • Şərh: 823
  • Bal:
{awards}
And Olsun Allaha bu hekayə məni çox qorxutdu və də sevindirdi sevindir di ki Allah mənədə möhlət verib və qorxutdu ki ölüm anı qorxutdu.Allah o qızın qəbrini nurla doldursun Allah onu qebr sıxıntısından əzabından qorusun.namaz quran bax budu qıçı qıçına dolaşacağı zaman qebrdə şəfaət namazdı qurandı.Allah bizim qəbrdə ilk gecəmizi mübarək eləsin.

--------------------
Dost istəsən ALLAH
Söhbət istəsən QURAN
Düşmən istəsən NƏFS
Varlanmaq istəsən QƏNAƏT

Ay Üzlü

  • 6 sentyabr 2011 19:59
  • Məqalə: 395
  • Şərh: 6159
  • Bal:
{awards}
ayda hele bawliqi oxuyan kimi etim biz-biz durdu nolar incimeyin oxumadiqim ucun

ELIYEVA GUNAY

  • 6 sentyabr 2011 19:56
  • Məqalə: 0
  • Şərh: 105
  • Bal:
{awards}
NAMAZ QILIN ZEKAT VERIN .OZUNUZDEN OTRU (EVVELCE)ETDIYINIZ XEYRI(YAXSI EMELLERIN EVEZINI)ALLAH YANINDATAPARSINIZ .HEQIQETEN,ALLAH NE ETDIKLERINIZI GORENDIR.
EL-BEQERE SURESI 110cuAYE
INSALLAH KI KIMLERSE OXUYAR
XEBERE GORE TESEKKURLER

--------------------
ALLAHIM MENE YARDIM ET .
MENI PIS EMELLERDEN QORU
MENI GETDIYIM YOLDAN CAYDIRMA
MENI GOZEL BILDIYIN EMELLERE VADAR ET
AMIN INSALLAH

only-girl

  • 6 sentyabr 2011 19:49
  • Məqalə: 1002
  • Şərh: 5026
  • Bal:
{awards}
ALLAH hewkime bele gun vermesin cox kovreldim

--------------------

HaYaliM

  • 6 sentyabr 2011 19:40
  • Məqalə: 144
  • Şərh: 4372
  • Bal:
{awards}
tesirli hekayedi..kovreldim..Allah razi olsun maraqli hekaye ücün

--------------------

Elə yaşa ki atanın qözlərində utanc,ananın gözlərində yaş görməyəsən.

winxclub_bloom

  • 6 sentyabr 2011 19:38
  • Məqalə: 155
  • Şərh: 6793
  • Bal:
{awards}
maraqli hekayedi,ALLAH YAXINLARIMZIN CANINA DEYMSIN!AMIN!

--------------------

Mefistofel

  • 6 sentyabr 2011 19:36
  • Məqalə: 8
  • Şərh: 384
  • Bal:
{awards}
təşəkkürlər maraqlıdır..

Delya_91

  • 6 sentyabr 2011 19:27
  • Məqalə: 319
  • Şərh: 5295
  • Bal:
{awards}
Allahim mene sevdiklerimin acisini yawatma,

--------------------
"Camaat nə deyər" ifadəsi qədər divarları hündür bir hebsxana yoxdur...
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 26
Cəmi: 45

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 26
Cəmi: 479
 
♔Hе важно∞
Xəbərləri: 11
Cəmi: 42
 
Nergiz__Sirinova
Xəbərləri: 4
Cəmi: 376
 
.::şirin_qız::.
Xəbərləri: 3
Cəmi: 28
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1141
 
SweeTy_
Xəbərləri: 2
Cəmi: 579
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 773
 
 
{slinks}