İki ədəd gümüş bir kisə qızıldan daha dəyərli

 
İki ədəd gümüş bir kisə qızıldan daha dəyərli

İki ədəd gümüş bir kisə qızıldan daha dəyərli

İki ədəd gümüş bir kisə qızıldan daha dəyərli

Bismillahir-rehmanir-rehim

ALLAH Təala bir gün eyni şəhərdə yaşayan ən varlı ilə ən kasıbı imtahan etmək üçün mələklərdən birini üst – başı köhnə, kasıb bir insan surətində onların yanına göndərdi.
Mələk əvvəlcə kasıb adamın evinə getdi. Bu adam kasıb olmasına baxmayaraq, çox təvəkkül və şükür sahibi idi. Kasıb adam qarşısında üst –başı belə köhnə olan insanı gördükdə ona:
- Buyurun, xoş gəlmisiniz. Nə istəyirsiniz? – dedi.
Mələk:
- Bağışlayın, sizi narahat edirəm. Yoldan gəlirəm. Heç pulum qalmayıb. Yola davam etmək üçün pula ehtiyacım var, – dedi.
Kasıb adamın cibində iki gümüş pul vardı. Bu pulların birini qarşısındakı adama verdi və belə dedi:
- Bütün pulum bu qədərdi. Olsaydı, inan ki, daha çox verərdim.
Siz bunu götürün yolunuza davam edin.
Bundan sonra mələk adama dedi:
- ALLAH sizdən əbədiyyən razı olsun. Bu pul mənə bəsdir. Sizdən bu qədərini də gözləmirdim. Görürəm ki, sizin də ehtiyacınız var. Pulunuzun yarısını mənə verməyiniz məni çox təsirləndirdi.
Rəbbim birə min artırsın. Haqqınızı halal edin.
Kasıb adamın yanından ayrılan mələk bu dəfə şəhərin ən zəngin adamının yanına getdi. Varlı adam şəhərin vəzifəli şəxslərini evinə dəvət etmiş, onlarla söhbət edirdi. Bu əsnada kasıb insan surətindəki mələk qapını döyüb içəri girdi.
Vəziyyətini danışdı və pula ehtiyacı olduğunu deyib, varlı adamdan kömək istədi. Varlı adam qonaqları arasında olan şəhərin müftüsünə belə dedi:
- Molla əmi, usandım artıq. Buraya hər gün bunun kimi çox insan gəlir, pul istəyir. Hərçənd ki, kimsəni əliboş qaytarmıram, amma məni də bezdirirlər.
Bu sözləri eşidən mütfü adama dedi:
- Eybi yox, siz ALLAH üçün verin ki, ALLAH da sizə versin. Heç bir yaxşılıq əvəzsiz qalmaz.
- Yaxşı, molla əmi, yaxşı. Onsuz da həmişə verirəm, verən biz oluruq , - dedi və cibindən bir kisə qızıl çıxarıb adama verdi. Verərkən də lovğalanaraq təkəbbürlə dedi:
- Dilənçi, bunu al. Bil ki, buralarda heç kim sənə bu qədər pul verməz.
Varlı adamın bu hərəkəti kasıb surətindəki mələyin heç xoşuna gəlməmişdi.
Çox kədərlənmişdi. Çünki bu malı ona verən ALLAH idi və o da bu sədəqini yenə ALLAH üçün başqasına verirdi. Sədəqəni bu şəkildə verməməli idi.
Varlı adamın bu hərəkətini görən müftü həm ona, həm də orada olan digər insanlara ibrət olan bu sözləri söylədi:
- Bu hərəkətiniz çox yanlışdır. Minnət və başa qaxmaq sədəqənin savabını azaldar, hətta yox edər. Siz əl tutmaqda səmimi olun.
Verərkən ürəkdən verin. Unutmayın ki, siz bu pulu əslində ALLAHa verirsiniz və ALLAH bunun əvəzini sizə artıq verəcəkdir.
Kasıb adam imtahandan keçmişdi. ALLAH onun davranışından razı qalmışdı. Çünki o sədəqini ürəkdən gələrək vermişdi və başa qaxmamışdı.

Varlı adamın verdiyi bir kisə qızılın isə ALLAH qatında heç bir dəyəri olmamışdı. Beləki, iki ədəd gümüş pul bir kisə qızıldan daha qiymətli olmuşdu.

İki ədəd gümüş bir kisə qızıldan daha dəyərli


Geri dön

sevgi yalandir

  • 17 sentyabr 2011 20:01
  • Məqalə: 538
  • Şərh: 7367
  • Bal:
xebere gore tesekkur

--------------------
Bəzən gülərsən xoşbəxtmiş kimi .. Bəzən sevərsən ilk kezmiş kimi .. Hər səfərində gedənin arxasından ağlarsın sanki değermiş kimi .. Bəzən susayar son kezmiş kimi .. Bəzi şeylərə inanarsan doğruymuş kimi .. Sonra oyanar gerçəkmiş kimi .. Təsirində qalarsan oradan qovulmuş kimi .. Ən sonuna anlarsan yanılmış .. HƏR ZAMAN OLDUĞU KİMİ .. Və mən hələ bir ümidlə gözləyirəm sanki geri dönecekmiş kimi.........

music_angel

  • 9 sentyabr 2011 22:22
  • Məqalə: 212
  • Şərh: 7767
  • Bal:
{awards}
eladi cox sagol bacis Allah seni bu sayta cox gormesin ellerine saglik cox sagol ki bele gozel xeberi bizimle paylasdin

--------------------

sevgi meleyim

  • 7 sentyabr 2011 10:39
  • Məqalə: 25
  • Şərh: 1625
  • Bal:
{awards}
xebere gore tesekkur

--------------------
Gedene Uzulme.Sevseydi Getmezdi...Gelene Sevinme,O da Bawqasindan Gelib..

ELIYEVA GUNAY

  • 6 sentyabr 2011 19:35
  • Məqalə: 0
  • Şərh: 105
  • Bal:
{awards}
O KESLER KI ,OZLERI XESISLIK ETMEKLE BERABER ,BASQALARINIDA XESISLIYE TEHRIK EDIR VEALLAHIN OZ LUTFUNDEN BEXS ETDIYINEMETLERI GIZLEDIRLER(MUTLEQ CEZALARINA CATACAQLAR).BIZ(BELE) KAFIRLERUCUN ALCALDICI EZAB HAZIRLAMISIQ
EN-NISASURESI 37ciAYE
BILMIREM NE DERECEDE UYGUN OLDU AMA BU DA MENDEN OLSUN INSALLAH KI OXUYAN OLAR
TESEKKURLER COX GOZEL IDI SAQOLUN ELLERINIZE SAQLIQ

--------------------
ALLAHIM MENE YARDIM ET .
MENI PIS EMELLERDEN QORU
MENI GETDIYIM YOLDAN CAYDIRMA
MENI GOZEL BILDIYIN EMELLERE VADAR ET
AMIN INSALLAH

beyaz melek

  • 6 sentyabr 2011 19:29
  • Məqalə: 58
  • Şərh: 1126
  • Bal:
{awards}
AY ALLAHIM SEVDIKLERIMIZI BIZLERE BAGISLA,BIZ QULLARINA RUZI BEREKET XEYR DUA NESIB EYLE YA REBBIM,BIZI QARANLIQ YOLDAN,QELBI QARA INSANLARDAN,CEHENNEM ATESINDEN UZAQ,CENNETIN QAPISINA UZAQ EYLE ,BIZE BOYUK SEBR VER AY ALLAHIM BU FANI DUNYADA ALNIMIZ ACIQ NAMUSUMUZLA SENIN YANINA GELEK.GUNAHLARIMIZI BAGISLA AMIN

CENNETIN QAPISINA YAXIN EYLE AMIN

--------------------
Məhəbbəti qorusan onunla ucalarsan
Məhəbbətli qocalsan qoca deyil cavansan.
Hech bir zaman Qadinin eybini uzune vurma, Chunki Qadin ureyi derin bir okeandir ve O okeanda Senin minlerce qebul olunmush eyblerin var!

GEDEN GETMISDIR,GETDIYI GUN BITMISDI,MEN GEDENI DEYIL,GEDEN MENI ITIRMISDIR

HaYaliM

  • 6 sentyabr 2011 19:15
  • Məqalə: 144
  • Şərh: 4372
  • Bal:
{awards}
Allah razi olsun..cox deyerli yazidi

--------------------

Elə yaşa ki atanın qözlərində utanc,ananın gözlərində yaş görməyəsən.

Ay Üzlü

  • 6 sentyabr 2011 19:11
  • Məqalə: 395
  • Şərh: 6159
  • Bal:
{awards}
Allah razi olsun eliniz derd gormesin

Mefistofel

  • 6 sentyabr 2011 19:05
  • Məqalə: 8
  • Şərh: 384
  • Bal:
{awards}
Sona qədər oxudum. Çox ibrətamiz hekayədir. Təşəkkürlər.

DOQRULAR

  • 6 sentyabr 2011 19:05
  • Məqalə: 86
  • Şərh: 242
  • Bal:
{awards}
Allah razi olsun.Allahin malini Allahdan esirgemeyek inshaALlah.

--------------------
✏••♦••♦••♦Sen dünyanı axirətə aparmayacağına görə, elə yaşa ki,dünya səni axirətə aparsın♦••♦••♦••✏

sevinc13

  • 6 sentyabr 2011 19:00
  • Məqalə: 2
  • Şərh: 397
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN

Мой Мир

  • 6 sentyabr 2011 18:53
  • Məqalə: 722
  • Şərh: 5996
  • Bal:
{awards}
allah razi olsun bu deyerli xebere gore twk edirem

--------------------
∞♥

breaking dawn

  • 6 sentyabr 2011 18:50
  • Məqalə: 12
  • Şərh: 1041
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN!!!! maraqli ve deyerli xebere gore muellife twklerimi bildirirem

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 2
Qonaqlar: 55
Cəmi: 72

 

Top 10 Müəllif

Nergiz__Sirinova
Xəbərləri: 3
Cəmi: 327
 
Pıtırcık
Xəbərləri: 3
Cəmi: 387
 
Awk bir hayal
Xəbərləri: 2
Cəmi: 137
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 766
 
evli.mutlu.cocuklu
Xəbərləri: 1
Cəmi: 1
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 21
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
 
{slinks}