Endirim

 
Endirim

Endirim

Endirim


Ayaqqabıçı, yeni gətirdiyi malları vitrinə yerləşdirərkən, küçədəki bir uşaq onu çox həvəslə izləyirdi. Məktəblər bağlanmaq üzrə olduğundan, idman ayaqqabılarına rəğbət çox idi.
Əslində mallar lüks sayılmazdı ancaq, kiçik bir dükan üçün uyğun idi.Onların ən gözəlini ön tərəfə qoyduqca, uşaq vitrinə doğru bir az daha axınlaşdı.Lakin bir qoltuqağacı istifadə etməkdə idi. Həm də çətinliklə... Adam ona bir daha nəzər saldı. Üstündəki şalvarın sol qismi,dizinin alt qismindən sonra boş idi.
Buna görə də sağa sola uçuşurdu. Uşağın baxdığı ayaqqabılar,sanki onu özündən keçirmişdi. Bir müddət elə dayandı. Daldığı xülyadan çıxıb yola qoyulduğunda, adam dükandan çölə atılıb:
- Balaca...- deyə səsləndi. Ayaqqabı almağı düşündünmü? Bu ilki modellər bir möcüzədir... Uşaq,ona dönərək:
- Həqiqətən çox gözəldirlər...- deyə təbəssüm etdi. Amma mənim bir ayağım doğuşdan əskikdir.
- Məncə əhəmiyyətli deyil...- deyə, atıldı adam. Bu dünyada hər şeyiylə tam insan yoxdur ki! Kiminin əli əskik, kiminin də ayağı. Kiminin də ağılı ya da imanı. Kiçik uşaq, bir şey söyləmirdi. Adam isə danışmağı davam etdi:
- Kaş ki imanımız əskik olacağına, ayaqlarımız əskik olsaydı. Uşağın ağlı yaxşıca qarışmışdı. Bu səfər adama doğru yaxınlaşıb:
- Anlaya bilmədim...- dedi. Niyə elə olsun ki?
- Çox sadə...- dedi, adam. Əgər imanımız yoxsa, cənnətə girə bilmərik. Amma ayaqlar yoxsa, problem deyil.
Onsuz da orda bütün əskiklər tamamlanacaq. Hətta şikəst insanlar, sağlamlara nisbətlə, daha çox mükafat görəcəklər... Kiçik uşaq, bir dəfə daha təbəssüm etdi. O günə qədər çəkdiyi ağrılar, yüngülləşmiş kimi idi. Adam, vitrinə işarə edərək:
- Baxdığın ayaqqabı, sənə yaraşar...-dedi. Sınamaq istəyirsənmi? Uşaq, başını yanlara yelləyib:
- Üzərində 30 manat yazır, dedi. Almağım mümkün deyil ki!
- Endirim mövsümünü, sənin üçün bir az önə alaram!. dedi adam. Bu halda 20 manata düşər. Onsuz da sən bir tayını alacaqsan, o da 10 manat edər. Uşaq bir az düşünüb:
- Ayaqqabının digər tayı işə yaramaz!- dedi. Onu kim alacaq ki?
- Aaaa... Balaca söhbəti fırlatma- deyə güldü adam. Onu da, sağ ayağı əskik olan bir uşağa sataram. Kiçik uşağın ağılı, bu sözlərə yatmışdı. Adam, davam edərək:
- Üstəlik də şagirdsən elə deyilmi? deyə soruşdu. İkiyə gedirəm!-deyə atıldı uşaq. Üçə keçdim sayılır. Lap yaxşı!-dedi adam. 5 manat da şagird endirimi etsək, geri qalar 5 manta. O da bazarlıq payı olar. Bu vəziyyətdə ayaqqabı sənindir, satdım getdi!
Ayaqqabıçı, uşağın çaşmış baxışları arasında dükana girdi. İçəridəki rəflər, onun bəyəndiyi modelin eynisiylə dolu idi.
Amma adam, vitrində olanı çıxartdı. Bir taburetka götürüb döndükdən sonra, uşağı oturdub yeni ayaqqabısını geyindirdi. Və çıxartdığı köhnəni göstərərək...

- Mənim satış əməliyyatım bitdi!- dedi. Sən də mənə, bunu satsan çox şad olaram.
- Zarafatmı edirsiniz? deyə kəkələdi uşaq. Onun dabanı deşilmək üzrədir. Köhnə bir ayaqqabı, pul edərmi?
- Sən çox cahil qalmısan ay yoldaş...- dedi, adam. Antikvar əşyalardan xəbərin yoxdur hər halda. Bir antikvar nə qədər köhnə isə, o qədər çox pul məbləği edər. Buna görə də ayaqqabın, məncə ən az 30- 40 manat edər.
Kiçik uşaq, dalbadal yaşadığı şokları, üzərindən ata bilmirdi. Mütləq bir yuxuda olmalı idi. Həm də həyatındakı ən gözəl yuxu.
Adamın, həyəcandan tərləyən ovuclarına sıxıştırdığı kağız pullara göz gəzdirdikdən sonra,10 manatlıq banknotu geri verərək:
- Mənə görə 20 manat bəsdir..dedi. Endirim mövsümünü başlatdınız axı!.. Adam onu qıra bilməyib pulu götürdü. Və bu vaxt yanağına bir öpüş qondurdu. Nədənsə içi içinə sığmırdı.Əgər bütün mallarını bir gündə satsa,
belə bir xoşbəxtliyi tapa bilməzdi. Uşaq, yavaşca yerindən qalxdı.Sanki qoltuqağacına ehtiyac duymurdu. İsti bir təbəssümlə təşəkkür edib:
- Atam haqlıymış!-dedi. Şikəst olduğum üçün, kədərlənməmə heç ehtiyac yoxdur!!! demişdi...

ALLAH HEÇ KİMDƏN MƏRHƏMƏT HİSSİNİ ƏSKİK ETMİR!!!
Daim ürəklərinizdə Ona ümidlə, duanızla əllərinizi ALLAHA uzadın! Sevgi dolu dualarla, iman dolu ürəklə, ALLAHA yaxın olun!
İnanın, ALLAH heç bir bəndəsini tək qoymur!
ALLAH bizlərin üzərindən mərhəmət və rəhmət hissini əskik etməsin! AMİN!!!

Endirim


Geri dön

sevgi yalandir

  • 17 sentyabr 2011 20:01
  • Məqalə: 538
  • Şərh: 7283
  • Bal:
тещеккурлер миннеттарам

--------------------
Bəzən gülərsən xoşbəxtmiş kimi .. Bəzən sevərsən ilk kezmiş kimi .. Hər səfərində gedənin arxasından ağlarsın sanki değermiş kimi .. Bəzən susayar son kezmiş kimi .. Bəzi şeylərə inanarsan doğruymuş kimi .. Sonra oyanar gerçəkmiş kimi .. Təsirində qalarsan oradan qovulmuş kimi .. Ən sonuna anlarsan yanılmış .. HƏR ZAMAN OLDUĞU KİMİ .. Və mən hələ bir ümidlə gözləyirəm sanki geri dönecekmiş kimi.........

LANA

  • 7 sentyabr 2011 12:22
  • Məqalə: 0
  • Şərh: 113
  • Bal:
{awards}
ALLAH HEÇ KİMDƏN MƏRHƏMƏT HİSSİNİ ƏSKİK ETMİR!!! winked

--------------------
NƏ BACARIRSIZ BACARIN, SİZƏ KÖMƏK EDƏN MÜTLƏQ MÖVCUDDUR !

Inciciceyi

  • 7 sentyabr 2011 09:55
  • Məqalə: 0
  • Şərh: 8220
  • Bal:
{awards}
Cooooox maraqlidi. ALLAH razi olsun

--------------------
♥......Zenn etme ki, gozlerim sene baxdiqca yorulacaq, olsem de
ruhum seninle qalacaq. Senden evvel elvida desem de heyata. Son
sozum seni sevirem olacaq.....♥

sevgi meleyim

  • 7 sentyabr 2011 09:27
  • Məqalə: 25
  • Şərh: 1595
  • Bal:
{awards}
cox maraqlidi xebere gore tesekkur

--------------------
Gedene Uzulme.Sevseydi Getmezdi...Gelene Sevinme,O da Bawqasindan Gelib..

PELIN_ATABAY

  • 7 sentyabr 2011 08:55
  • Məqalə: 86
  • Şərh: 1606
  • Bal:
{awards}
цох мараяли ве ибретамиз хекаыеыди

тещеккурлер миннеттарам

--------------------

_WITH YOU_

  • 7 sentyabr 2011 08:23
  • Məqalə: 1
  • Şərh: 505
  • Bal:
{awards}
tşk........

Мой Мир

  • 6 sentyabr 2011 21:17
  • Məqalə: 722
  • Şərh: 5845
  • Bal:
{awards}
deyerli sozlere gore tewekkurler

deyerli sozlere gore tewekkurler

--------------------
∞♥

ZAC EFRON

  • 6 sentyabr 2011 20:34
  • Məqalə: 129
  • Şərh: 2335
  • Bal:
{awards}
maraqli hekayeydi cox saqol.ibreatimizi goturey hamimiz bu hekayelerden

Ay Üzlü

  • 6 sentyabr 2011 19:57
  • Məqalə: 395
  • Şərh: 6067
  • Bal:
{awards}
cooox sag olun

HaYaliM

  • 6 sentyabr 2011 19:42
  • Məqalə: 144
  • Şərh: 4313
  • Bal:
{awards}
deyerli yazi ücün tesekkür edirem.Allah razi olsun

--------------------

Elə yaşa ki atanın qözlərində utanc,ananın gözlərində yaş görməyəsən.

Mefistofel

  • 6 sentyabr 2011 19:37
  • Məqalə: 8
  • Şərh: 380
  • Bal:
{awards}
ibrətamiz hekayə üçün çox sağ olun

Delya_91

  • 6 sentyabr 2011 19:30
  • Məqalə: 319
  • Şərh: 5162
  • Bal:
{awards}
cox maraqli ve ibretamiz hekayeydi

--------------------
"Camaat nə deyər" ifadəsi qədər divarları hündür bir hebsxana yoxdur...
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 2
Qonaqlar: 12
Cəmi: 38

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 34
Cəmi: 576
 
♔Hе важно∞
Xəbərləri: 16
Cəmi: 105
 
Nergiz__Sirinova
Xəbərləri: 12
Cəmi: 421
 
Sol Meleyim
Xəbərləri: 10
Cəmi: 21
 
AyliN BunyaminovA
Xəbərləri: 9
Cəmi: 400
 
MiSS HaPPy)
Xəbərləri: 6
Cəmi: 14
 
คşк łคfтคɴ คɴłคмคz ❤
Xəbərləri: 5
Cəmi: 670
 
Gozellik_
Xəbərləri: 3
Cəmi: 3
 
Pəri
Xəbərləri: 2
Cəmi: 225
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1146
 
 
{slinks}