Varsanmı ?

 
Varsanmı ?

Saatlardır kompüterin başında otururdu, hələ gözlədiyi mail gəlməmişdi.Birdən düşündü artıq neçə saatdır ki kompüterin qarşısında oturub.Oooo! İki saatdan çox olmuşdu.Yoldaşları yeməyə dəvət etmişdi,Sinan kinoya,otaq yoldaşları isə fal
partisinə.Heç birini qəbul etməmişdi.İndi bu oturmuş internet
kafede gələcək o maili gözləyirdi.Daha nə qədər sürəcəkdi? Kim bilər bəlkə, bu gün hesabına belə girməmişdi, girməyəcəkdi? Girsə belə yazacağı daha əhəmiyyətli insanlar vardı bəlkə.Bəlkə də onun ona əhəmiyyət verdiyi kimi o, ona əhəmiyyət vermirdi?Yox canım!O da ən az Sevgi qədər dəyər verirdi Sevgiyə, yazdığı hər
mesajın qarşılığı sabahısı günə gəlir, sabahısı gün olmadı
bir neçə gün içində gecikmənin üzrünü də ehtiva edən maili hesabında
gözləyirdi Sevgini.Artıq aylardırki danışırdılar.Bir dəfə belə axsamamışdı maillər.Ta ki, bu həftəyə qədər.Həftə başından bəri tək bir sətir gəlməmişdi ondan.Qəribə...!
Halbuki özü yazacaq bir şey tapa bilməsə - ki, bu da ayda ildə
bir olardı- saxladığı mesajlar göndərərdi, gözəl sözlər,
lətifələr.Üçüncü gün dözə bilməmiş,onu maraqlandığını söylədiyi bir mail göndərmişdi: Heeeey,öldünmü qaldınmı?Bəlkə xəbər verəsən!!!-deyə zarafatlaşmışdı üstəlik.Səs səda yox idi yenə qarşı tərəfdə, beşinci gün onun cavab yazmaması Sevgini daha da maraqlandırmışdı,hətta birinin onun
hesabına girib gələn mesajları ondan əvvəl oxuyub sildiyini belə düşünmüşdü.Yaxşısımı oturub bütün gün gözləyəcəkdi kompüter başında, həm də içində də bir şübhə qalmayacaqdı beləcə.Bu gün səkkizinci gün də bitmişdi.Yenə ən kiçik bir yazı belə gəlməmişdi.Unutdu məni deyə keçirdi içindən "Təbii, nə
gözləyirdin ki!" deyə əsəbliləşdi öz-özünə.Lağ etdi bir müddət bu uşaqlığıyla.

Varsanmı ?

Heç görmədiyi, yalnız yazılarıyla, şeirləriylə tanışı biriydi qarşıdakı və həmişə elə uzaqda elə naməlum qalacaqdı.Nə gözləyirdi ki? Özü də bilmirdi.Xəyalında bu yazıları yazan adamı heç cür canlandıra bilmirdi Nə vaxt gözlərini bağlasa yalnız bir cüt əl görürdü, klaviaturanın düymələrinə
toxunan gözəl barmaqlar.Bu əlin kimə aid olduğunu görməyə çalışır, çalışır amma xəyalı bir anda dağılan duman kimi yox olurdu.Sabahsı gün yenə kompüter qarşısında oturdu.Gözlədi,gözlədi...Bir neçə yoldaşından gələn mailləri cavabladı dərhal.Əslində belə gözləmək pis də olmurdu.Onsuz da tətildə idi
edəcək başqa bir işi yox idi, yoldaşlarından çoxu evə qayıtmışdı,qalanlar isə onu çağırsa da o çox istəmirdi.Bu düşüncələrə
dalmışkən yeni bir mesaj gəldi.Heyrət içində qaldı.Çünki ünvan yad idi onunçun.Bir az tərəddüd etdikdən sonra ürəyi qorxu içində açdı maili.
"Salam mən Akının yaxın dostuyam.Özünü yol qəzasında
itirdik, telefon dəftərinin arasında sizin mail ünvanınızı tapdıq və
xəbər verməyi uyğun hesab etdik.Başımız sağ olsun" deyir və davam
edirdi amma mailin davamı onu maraqlandırmırdı artık.Oxuyacağını oxumuşdu onsuz da.Neçənci ölüm xəbəri idi bu, bu neçənci dəyər verdiyi
insan idi itib gedən? Bəzən bütün uğursuzluğun özündə olduğunu
düşünürdü.Sonra axmaq gəlirdi düşündükləri, amma nə
fərqinə varardı ki,cox sevdiyi, hər gün yazdıqlarıyla onun gününə
rəng qatan o adam artıq yox idi.Pis bir zarafat ola bilməzdimi?
Nə edəcəkdi indi? Gözlədiyi mail gəlmiş idimi? Nə yəni
qalxıb gedəcək və bir daha gəlməyəcəkdimi?Bir daha o gözəl
mesajları heç görə bilməyəcək bir daha o əlləri xəyal edə bilməyəcəyinin
kədəriylə özünü topladı."Cibindən sizə hələ göndərmədiyi,göndərmək üçün ad gününüzü gözlədiyi bir şeir tapdıq.Eynilə sahibinə çatmamış bir məktub kimi
dayanırdı cibində.Aşağıda onun sizin üçün yazdığı son şeiri tapacaqsınız.

Varsanmı ?

VARSANMI ?
Bilirəm çaşacaqsan
Son sözlər kimi gələcək qulağına
Yox yanılmırsan
Son sözlər bunlar
Bu uzaqlığı qaldırmaq üçün aradan
Yalnız bir kiçicik hissdik, sən mənə mən sənə
İki sətir söz, iki misralıq şeirdik
Bir təbəssümdük
Bir sual işarəsi
Halbuki daha çoxunu istəmək eqoizmmi?
Anla artıq!
Sözlər var amma sətirlər qeyri-kafi
Düşüncələr var amma səhifələr qeyri-kafi
Duyğular var amma misralar qeyri-kafi
Anla artıq bilirəm bir sən var, bir də mən
Uzaq uzaq yerlərdə ayrı-ayrı şəhərlərdə
Amma desəm ki, sənə:
Biz deməyə varsanmı?
Desəm ki, nə sən olsun, nə də mən
Bir biz olaq
Varsanmı ?

Varsanmı ?

Çaşmışdı, istəməzdi ətrafdakıların gözü qarşısında ağlasın.Heç adəti deyildi.Halbuki Akın həmişə necə hiss edirsənsə elə ol başqalarını fikirləşmə deyərdi.Hər zamanki kimi yenə dinləmişdi onun sözünü.Demək o da eyni şeyləri hiss etmiş,
o da artıq bu uzaqlığı qaldırmaq istəmişdi.Ad günü keçmişdi həm də yenə kompüter başında.Yeni bir yaşa daha girmişdi,yeni bir yaş, yeni ümidlər, ağrılar, xoşbəxtliklər Hər yaş yetkinləşdirərmiş bir az daha insanı, bəlkə də ən çox bu yaşa
girdiyində yetkinləşdiyini anlayacaqdı illər sonra
arxasına dönüb baxdığında kim bilər...Akın!Səninçün indidən darıxdım dedi hıçqırıqlarla.Nədənsə sonra
əli cavaba getdi.Akına gecikmiş bir cavab idi bu.
Yalnız tək bir söz yazdı :
VARAM !


Geri dön

sevgi meleyim

  • 8 sentyabr 2011 13:13
  • Məqalə: 25
  • Şərh: 1625
  • Bal:
XEBERE GORE TWKK

--------------------
Gedene Uzulme.Sevseydi Getmezdi...Gelene Sevinme,O da Bawqasindan Gelib..

Sirli Melek

  • 7 sentyabr 2011 16:17
  • Məqalə: 0
  • Şərh: 5105
  • Bal:
{awards}
MARAQLIDIR

--------------------
SADƏLİK GÖZƏLLİKDİR !

L115A1

  • 7 sentyabr 2011 12:41
  • Məqalə: 12
  • Şərh: 1135
  • Bal:
{awards}
uffffffffffffffffffffffff ya butun sevgilerin esl sevgilerin sonu neye gore bele bitir? yaziq oqlan ALLAH bilir nece mehv olub... bu duzgun olmayan realliqdire recourse

--------------------

breaking dawn

  • 7 sentyabr 2011 12:28
  • Məqalə: 12
  • Şərh: 1041
  • Bal:
{awards}
xebere gore twkler beyendim.....

Jasmin45

  • 7 sentyabr 2011 11:26
  • Məqalə: 43
  • Şərh: 1124
  • Bal:
{awards}
Sözlər var amma sətirlər qeyri-kafi
Düşüncələr var amma səhifələr qeyri-kafi
Duyğular var amma misralar qeyri-kafi
Anla artıq bilirəm bir sən var, bir də mən

Çox gözəl yazıdır,əməyinə sağlıq canım,təşəkkür edirəm smile ...

--------------------

Tək istədiyim üzüyünü taxım və deyim "Artıq səninəm"=)

miss_sokaladka

  • 7 sentyabr 2011 09:35
  • Məqalə: 0
  • Şərh: 936
  • Bal:
{awards}
oxudum maraqlidir tasakur ediram

--------------------
Bir sabah oyandığında onun sənin üçün nə qədər dəyərli olduğunu
anlayacaqsan,amma o bunu artıq dərk etmiş oğlanın yanında oyanmış olacaq................................................

sevgi meleyim

  • 7 sentyabr 2011 09:25
  • Məqalə: 25
  • Şərh: 1625
  • Bal:
{awards}
xebere gore tesekkur

--------------------
Gedene Uzulme.Sevseydi Getmezdi...Gelene Sevinme,O da Bawqasindan Gelib..

LANA

  • 7 sentyabr 2011 09:19
  • Məqalə: 0
  • Şərh: 119
  • Bal:
{awards}
Yox yanılmırsan
Son sözlər bunlar recourse

--------------------
NƏ BACARIRSIZ BACARIN, SİZƏ KÖMƏK EDƏN MÜTLƏQ MÖVCUDDUR !

Inciciceyi

  • 7 sentyabr 2011 09:18
  • Məqalə: 0
  • Şərh: 8287
  • Bal:
{awards}
Coox gozel yazidi oxudum twkler

--------------------
♥......Zenn etme ki, gozlerim sene baxdiqca yorulacaq, olsem de
ruhum seninle qalacaq. Senden evvel elvida desem de heyata. Son
sozum seni sevirem olacaq.....♥

PELIN_ATABAY

  • 7 sentyabr 2011 08:48
  • Məqalə: 86
  • Şərh: 1637
  • Bal:
{awards}
bu kadar yazini okumaga benim sabrim yok yinede emeye hormet olaraq tewekkurler

--------------------

_WITH YOU_

  • 7 sentyabr 2011 08:06
  • Məqalə: 1
  • Şərh: 588
  • Bal:
{awards}
bəyəndim.tşk

Ay Üzlü

  • 7 sentyabr 2011 00:18
  • Məqalə: 395
  • Şərh: 6159
  • Bal:
{awards}
Varamki werh yaziram smile

★Azerbaijan girl★

  • 6 sentyabr 2011 23:59
  • Məqalə: 369
  • Şərh: 10177
  • Bal:
{awards}
tskler maraqliydi

tskler maraqliydi

only-girl

  • 6 sentyabr 2011 23:10
  • Məqalə: 1002
  • Şərh: 5026
  • Bal:
{awards}
beyendim ellerine sagliq

--------------------

Delya_91

  • 6 sentyabr 2011 22:41
  • Məqalə: 319
  • Şərh: 5295
  • Bal:
{awards}
eslinde o varken yoxdu....teessuf

--------------------
"Camaat nə deyər" ifadəsi qədər divarları hündür bir hebsxana yoxdur...

Iriska

  • 6 sentyabr 2011 22:38
  • Məqalə: 253
  • Şərh: 1261
  • Bal:
{awards}
HaYaliM,

Beyendiyine sevindim canim........













recourse

--------------------
Demədimmi bu həsrət öldürər səni, ay dolanıb keçər, yalnız qalarsan, hər gün ah deyib açı çəkərsən. Ürəyim sənə bu cür sevmə demədimmi!

HaYaliM

  • 6 sentyabr 2011 22:29
  • Məqalə: 144
  • Şərh: 4372
  • Bal:
{awards}
Desəm ki, nə sən olsun, nə də mən
Bir biz olaq
Varsanmı ?


cavabini onsuzda bilirem..YOXAM...cox gozel yazi idi Canim..ellerine ve qelbine sagliq..beyendim

--------------------

Elə yaşa ki atanın qözlərində utanc,ananın gözlərində yaş görməyəsən.

Deniz

  • 6 sentyabr 2011 22:05
  • Məqalə: 338
  • Şərh: 3908
  • Bal:
{awards}
Olduqca gozel yazi idi.....sonlarina catdiqca gozlerim doldu. Dogrudan da sevdiyin birini ititmek qeder qorxunc bir sey yoxdu heyatda. Allah hec kimi sevdiklerinden ayirmasin.....yazi ucun de twk

Cilent_M.Q

  • 6 sentyabr 2011 21:58
  • Məqalə: 87
  • Şərh: 2628
  • Bal:
{awards}
TEWEKKULLER XEBERE GORE

--------------------

Мой Мир

  • 6 sentyabr 2011 21:52
  • Məqalə: 722
  • Şərh: 5996
  • Bal:
{awards}
ilk serh menden twk

--------------------
∞♥
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 2
Qonaqlar: 50
Cəmi: 64

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 7
Cəmi: 389
 
Nergiz__Sirinova
Xəbərləri: 6
Cəmi: 333
 
Awk bir hayal
Xəbərləri: 4
Cəmi: 137
 
^^KuKuLKa^^
Xəbərləri: 2
Cəmi: 767
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 1
 
evli.mutlu.cocuklu
Xəbərləri: 1
Cəmi: 1
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 20
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
 
{slinks}