Rabindranat Taqor'dan mənsur şeirlər

 
Rabindranat Taqor'dan mənsur şeirlər

Mən qızın əllərindən tutub onu bağrıma basıram.
Onun gözəllikləri ilə ağuşumu doldurmağa çalışıram, busələrindən xoş
təbəssümünü oğurlamaq, baxışlarımla onun qara gözlərinin baxışlarını içmək istəyirəm.
Ah, bu mümkündürmü? Göyün maviliyini kim ala bilər!?
Mən onun gözəlliyini tutmaq istəyirəm. O məndən qaçır, əlimdə yalnız
bədəni qalır. Mən yorğun və aldanmış halda geri çəkilirəm.
Yalnız ruha müyəssər olan çiçəyə bədən təmas edə bilərmi?

Rabindranat Taqor'dan mənsur şeirlər

Ey sevgilim, qəlbim gecə-gündüz səninlə görüşmək həsrətindədir.
Elə bir görüş ki, hər şeyi udan ölümə bərabərdir.
Məni fırtına kimi darmadağın elə; nəyim varsa al; röyalarımı dağıt.
Arzularımı oğurla. Məni kainatımdan məhrum elə.
Bu tar-mar zamanı qəlbin son ümidi ilə qoy biz yalnız gözəlliyə çevrilək.
Heyhat, mənim arzularım əbəsdir!
Bu birləşmək ümidi səndən başqa harada mümkündür, ilahi!

Rabindranat Taqor'dan mənsur şeirlər

Bəli, son nəğməni qurtar və ayrılaq.
Artıq gecə yoxa çıxdıqda, mən gecəni unuduram.
Kimi qucaqlamağa çalışacağam? Röyaları əsla əsir etmək olmaz.
Mənim acgöz qollarım boşluğu bağrıma basır və bu boşluq ürəyimi bərk ağrıdır.

Rabindranat Taqor'dan mənsur şeirlər

Ürəyini mənə açmadan getmə, ey sevgilim.
Mən bütün gecəni yatmamşam, indi budur, gözlərim yuxudan ağırlaşır.
Qorxuram ki, yuxuya gedib səni itirərəm.
Ürəyini mənə açmadan getmə, ey sevgilim.
Mən yerimdən sıçrayıb əllərimi uzadıram ki, sənə toxunsun. Öz-özümdən soruşuram: "Bu yuxudrmu?"
Ah, sənin ayaqlarını məhəbbətimin toruna salıb, qəlbimin yaxınlığında saxlaya bilsəydim!
Ürəyini mənə açmadan getmə, ey sevgilim.

Rabindranat Taqor'dan mənsur şeirlər

Bir çöl quşu olan qəlbim öz səmasını sənin gözlərində tapmışdır.
Bu gözlər səhərin beşiyi, bu gözlər ulduzlar səltənətidir. Nəğmələrim onların qəlbində itib batır.
İcazə ver, mən o səmada, onun tənha namütənahiliyində süzüm.
İcazə ver, yalnız onun buludlarını yarıb, qanadlarımı açaraq, onun günəşinin parıltısında süzüm.


Geri dön

✰GlaMurKa✰

  • 8 sentyabr 2011 12:13
  • Məqalə: 847
  • Şərh: 9734
  • Bal:
tesekkurler maraqli idi

Mefistofel

  • 7 sentyabr 2011 21:02
  • Məqalə: 8
  • Şərh: 384
  • Bal:
{awards}
Rabindranat Taqor həqiqətən də dahi şəxsiyyətdir

Cilent_M.Q

  • 7 sentyabr 2011 17:34
  • Məqalə: 87
  • Şərh: 2628
  • Bal:
{awards}
deyerli sozlerdir, twk

--------------------

Sirli Melek

  • 7 sentyabr 2011 16:05
  • Məqalə: 0
  • Şərh: 5105
  • Bal:
{awards}
cazə ver, yalnız onun buludlarını yarıb, qanadlarımı açaraq, onun günəşinin parıltısında süzüm

--------------------
SADƏLİK GÖZƏLLİKDİR !

Mefistofel

  • 7 sentyabr 2011 14:27
  • Məqalə: 8
  • Şərh: 384
  • Bal:
{awards}
Hətta Hindistanda oğlan evi elçiliyə gedəndə, qızı istəmək üçün Rabindranat Taqorun aforizmlərindən deyirlər. Və söhbəti onun kəlamları ilə açırlar. belay

HaYaliM

  • 7 sentyabr 2011 14:11
  • Məqalə: 144
  • Şərh: 4372
  • Bal:
{awards}
Bir çöl quşu olan qəlbim öz səmasını sənin gözlərində tapmışdır.
Bu gözlər səhərin beşiyi, bu gözlər ulduzlar səltənətidir. Nəğmələrim onların qəlbində itib batır.
İcazə ver, mən o səmada, onun tənha namütənahiliyində süzüm.
İcazə ver, yalnız onun buludlarını yarıb, qanadlarımı açaraq, onun günəşinin parıltısında süzüm.


bu cür cetin seirleri cox sevirem.insan anlamaq her kelmeni derk elemek ücün bas sindirir..beyendim yazini

--------------------

Elə yaşa ki atanın qözlərində utanc,ananın gözlərində yaş görməyəsən.

breaking dawn

  • 7 sentyabr 2011 12:30
  • Məqalə: 12
  • Şərh: 1041
  • Bal:
{awards}
hmmm.maraqli idi.xebere gore muelllife tewekkurler

Ay Üzlü

  • 7 sentyabr 2011 12:30
  • Məqalə: 395
  • Şərh: 6159
  • Bal:
{awards}
maraqlidi tewekkur edirem size

Мой Мир

  • 7 sentyabr 2011 12:29
  • Məqalə: 722
  • Şərh: 5996
  • Bal:
{awards}
ureyini mene acmadan getme, ey sevgilim. love cox beyendim twk

--------------------
∞♥

LANA

  • 7 sentyabr 2011 12:10
  • Məqalə: 0
  • Şərh: 119
  • Bal:
{awards}
HMMM
MARAQLIDIR

--------------------
NƏ BACARIRSIZ BACARIN, SİZƏ KÖMƏK EDƏN MÜTLƏQ MÖVCUDDUR !
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 2
Qonaqlar: 33
Cəmi: 50

 

Top 10 Müəllif

♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 1
Cəmi: 1135
 
Awk bir hayal
Xəbərləri: 1
Cəmi: 137
 
Nergiz__Sirinova
Xəbərləri: 1
Cəmi: 327
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Pıtırcık
Xəbərləri: 1
Cəmi: 385
 
 
{slinks}