Müsəlman qadınlar haqqında hədislər

 
Müsəlman qadınlar haqqında hədislər

1) Peyğəmbər (s.ə.s) buyurmuşdur: "Müsəlmanın əməlisaleh xanımına baxdığında fərəhlənməsi, ona bir şey əmr etdiyində itaət etməsi, özünün yoxluğunda iffətini qoruması kişinin faydalandığı şeylərin ən xeyirlilərindəndir"
(İbn Macə, Əbu Davud, Nəsai)

2) Peyğəmbər (s.ə.s) buyurmuşdur: "Özümdən sonra kişilər üçün qadından daha zərərli fitnə buraxmadım"
(Səhih Buxari və Müslim, Tirmizi, İbn Macə, Nəsai və başqaları)

3) Peyğəmbər (s.ə.s) buyurmuşdur: "Diqqət edin! Sizə qadınlarınızdan Cənnətlik olanlarını xəbər verimmi? Biz dedik: "Əlbəttə, Ya Allahın Rəsulu". Buyurdu ki: "Onlar sevən və doğar qadınlardır. Xəta etdiyi zaman əlini ərinin əlinin üzərinə qoyar və deyər: "Məndən razı olmayınca yatmayacağam"
(Təbarani, Səhihdir)

4) Peyğəmbər (s.ə.s) buyurmuşdur: "Qadınlar 4 xislətinə görə nigahlanar: onun var-dövlətinə, əsli-nəcabətinə, gözəlliyinə və dindarlığına görə. Ona görə də dindar qadınla evlənməlisiniz, yoxsa uduzanlardan olarsınız"
(Səhih Buxari)

5) Peyğəmbər (s.ə.s) buyurmuşdur: "Qadını sırf zənginliyinə görə nigahlamayın! Ola bilər ki, xeyrini görməzsiniz. Dindar və güvənilən bir xanımla evlənin. Qadını sırf gözəlliyi ilə nigahlamayın! Gözəlliyi yox ola bilər. Dindar bir cariyə ondan daha fəzilətlidir. Sizə dindar xanımla evlənməyinizi tövsiyə edirəm"
(İbn Macə, Beyhəqi)

6) Peyğəmbər (s.ə.s) buyurmuşdur: "Qiyamət günü insanlar arasında Allahın nəzərində ən çirkin kişi və qadın öz həyat yoldaşları ilə cinsi əlaqədən həzz aldıqdan sonra onlardan biri gedib digərlərinə öz cinsi əlaqələri haqqında danışanlardır"
(Səhih Müslim, Nigah kitabı)

7) Peyğəmbər (s.ə.s) buyurmuşdur: "Özümdən sonra kişilər üçün qadından daha zərərli fitnə buraxmadım"
(Səhih Buxari və Müslim, Tirmizi, İbn Macə, Nəsai və başqaları)

8) Peyğəmbər (s.ə.s) buyurmuşdur: "Ərləri yanında olmayan qadınların evlərinə girməyin. Şübhəsiz şeytan hər birinizin damarlarında qanın dolaşdığı kimi dolaşır. Dedilər ki: "Sənin də mi ey Allahın Rəsulu?" Buyurdu: "Bəli, mənim də. Lakin Allah mənə kömək etdi və o, müsəlman oldu"
(Buxari, Müslim, Tirmizi)

9) Əbu Hureyrə rəvayət edir ki: "Rəsulullah (s.ə.s) kişi paltarı geyinən qadınlara, qadın paltarı geyinən kişilərə, özünü kişilərə bənzədən qadınlara və özünü qadınlara bənzədən kişilərə lənət etdi"
(Səhih Buxari, Əbu Davud, Tirmizi və başqaları)

10) Peyğəmbər (s.ə.s) buyurmuşdur: “Ümmətimin son hissəsində elə qadınlar olacaq ki, onlar geyinmələrinə baxmayaraq çılpaq kimi görsənəcəklər, onlar yollarını azmışlar və digərlərini də sapdıracaqlar. Lənət olsun onlara, onlar lənətlənmişlər. Onlar cənnətə girməyəcək, heç qoxusunu da hiss etməyəcəklər. Halbuki onun qoxusu filan-filan məsafədən hiss edilir”
(Səhih Buxari və Müslim)

11) Rəsulullah (s.ə.s) buyurmuşdur: "Parik taxana və taxdırana, qaş alana və aldırana, tatuirovka edənə və etdirənə lənət olsun!"
(Səhih Buxari və Müslim, Əbu Davud və başqaları)

12) Rəsulullah (s.ə.s) buyurmuşdur: "Ey insanlar! Qadınlarınızı ətirlənməyə (bu halda çölə çıxmağa) icazə verməyin, çünki şübhəsiz İsrailoğullarının qadınları ətirlənərək məscidlərə çıxmaları səbəbilə lənətləndilər"
(Tirmizi, Əbu Davud, Nəsəi, Əhməd)

13) Peyğəmbər (s.ə.s) buyurmuşdur: "Hər hansı bir qadın səbəbsiz olaraq ərindən özünü boşatmasını istərsə, Cənnət ona haram olar"
(Tirmizi, Əbu Davud, İb Macə)

14) Peyğəmbər (s.ə.s) buyurmuşdur: "(Səbəsiz) Özünü boşatdırmaq istəyən qadınlar münafiqdirlər"
(Tirmizi, Nəsai)

15) Rəsulullah (s.ə.s) buyurmuşdur: "Qadınlar haqqında Allahdan qorxun! Çünki onlar sizin yanınızda yardımçılardır. Allahın kitabı ilə onları özlərinizə halal qıldınız və onları əmanət olaraq aldınız. Onları döyməyin. Əgər döyərsəniz, incitici şəkildə döyməyin! Sizin xeyirliləriniz qadınlarınıza qarşı xeyirli olanlarınızdır. Şərliləriniz də qadınlarınıza qarşı şərli olanlardır. Mən qadınlarıma qarşı ən xeyirli olanınızam"
(İbn Macə, Tirmizi)

16) Rəsulullah (s.ə.s) buyurmuşdur: "Bunlar qadının əri üzərindəki haqlarıdır: qarnını doyurması, paltarını geydirməsi və Allahın Kitabını öyrətməsi"

17) Qays qəbiləsindən biri soruşdu: “Zövcəmim mənim üzərimdə haqqı nədir? Rəsulullah (s.ə.s) dedi: Yediyindən yedirmən, geyindiyindən geyindirmən, üzünə vurmaman və ona "Çirkinsən!" deməmən, (ədəbləndirmək üçün) yatağını ayırdığın zaman yalnız evin içində ayırmandır"
(Əbu Davud, İbn Macə)

18) Rəsulullah (s.ə.s) buyurmuşdur: "Əgər bir insanın başqa bir insana səcdə etməsini əmr etsəydim, qadının ərinə səcdə etməsini əmr edərdim. Məhəmmədin canı əlində Olana and içirəm ki, qadın ərinin haqqını ödəməyincə Rəbbinin haqqını ödəyə bilməz. Əgər əri zövcəsi ilə cinsi əlaqədə olmaq istəsə, qadın dəvənin üstündə olsa belə, enib onun arzusunu yerinə yetirməli və bu işi ondan mən etməməlidir"
(Əhməd, İbn Macə, səhihdir)

19) Rəsulullah (s.ə.s) buyurmuşdur: "Onunla (ərinlə) necə davrandığına diqqətli ol, çünki o, sənin Cənnət və Cəhənnəmindir"
(Əhməd, Nəsai, səhihdir)

20) Aişə (ra) buyurmuşdur: "Hər hansı bir qadın ərindən başqasına övrətini açarsa, Allah onu Qiyamət günündə çılpaq və əlləri önündə olduğu halda həşr edər!"
(Əlbani, "Səhihu Camiis Sağir, 2708")


Geri dön

✰GlaMurKa✰

  • 8 sentyabr 2011 12:08
  • Məqalə: 847
  • Şərh: 9734
  • Bal:
ALLAH razi olsun cox sag olun

sevgimden_utaniram

  • 7 sentyabr 2011 20:29
  • Məqalə: 44
  • Şərh: 617
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN.... TEWEKKUR EDIREM BELE GOZEL XEBERI BIZLERE CATDIRIRSAN...

--------------------
Sen yoxsan bu heyat menasiz mene,
Açilan seherler qaraliq zülmet.
Dostlarda tesseli olmayir mene,
Qalmişam sevgilim men sene hesret .

ZERiDE

  • 7 sentyabr 2011 18:03
  • Məqalə: 35
  • Şərh: 148
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN.... TEWEKKUR EDIREM BELE GOZEL XEBERI BIZLERE CATDIRIRSAN...

music_angel

  • 7 sentyabr 2011 16:37
  • Məqalə: 212
  • Şərh: 7767
  • Bal:
{awards}
Allah razi olsun

--------------------

jalicka

  • 7 sentyabr 2011 15:13
  • Məqalə: 27
  • Şərh: 1989
  • Bal:
{awards}
Gozel xebere gore saq ol

rusalka

  • 7 sentyabr 2011 14:56
  • Məqalə: 0
  • Şərh: 169
  • Bal:
{awards}
Tewekkurler. Ellerinize sagliq. Allah islah etsin, yolundan ayirmasin bizleri.

--------------------
HƏR İNSANIN AYNALARA GÖSTƏRMƏDİYİ BİR ÜZÜ VE HEC KİMƏ SOYLEMEDİYİ BİR HÜZNÜ VARDIR.

RADUQA

  • 7 sentyabr 2011 14:25
  • Məqalə: 17
  • Şərh: 638
  • Bal:
{awards}
COX SAQOLUN....TEWEKKURLER ..DEYERLI SOZLERDI!!!!!

--------------------
MENI OZUNE BENZETDIN.....AMMA OZUN SANMADIN ....!!!!!!!

HaYaliM

  • 7 sentyabr 2011 13:55
  • Məqalə: 144
  • Şərh: 4372
  • Bal:
{awards}
Allah razi olsun

--------------------

Elə yaşa ki atanın qözlərində utanc,ananın gözlərində yaş görməyəsən.

Mefistofel

  • 7 sentyabr 2011 13:54
  • Məqalə: 8
  • Şərh: 384
  • Bal:
{awards}
təşəkkürlər

el classico

  • 7 sentyabr 2011 13:52
  • Məqalə: 0
  • Şərh: 24
  • Bal:
{awards}
ALLAH razi olsun

Мой Мир

  • 7 sentyabr 2011 13:51
  • Məqalə: 722
  • Şərh: 5996
  • Bal:
{awards}
allah razi olsun cox saqolun deyerli xebere gore

--------------------
∞♥

devyjones

  • 7 sentyabr 2011 13:31
  • Məqalə: 58
  • Şərh: 823
  • Bal:
{awards}
İnsan Xanımının xətrinə dəyməməlidir.Xanım zərif və incədir.Xanımın evdə əri üçün nə edirsə dəyərləndirməlidir.yemək pişirirsə qiymətləndirməlidir.inşaallah hərkəsə gözəl əxlaqlı xanım qismət olar!

--------------------
Dost istəsən ALLAH
Söhbət istəsən QURAN
Düşmən istəsən NƏFS
Varlanmaq istəsən QƏNAƏT

melissa

  • 7 sentyabr 2011 13:23
  • Məqalə: 0
  • Şərh: 47
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN

Ay Üzlü

  • 7 sentyabr 2011 13:05
  • Məqalə: 395
  • Şərh: 6159
  • Bal:
{awards}
Allah razi olsun

... Deryam ...

  • 7 sentyabr 2011 13:03
  • Məqalə: 272
  • Şərh: 4682
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN COX DEYERLI MEUMATLARDI ...

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 28
Cəmi: 91

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 32
Cəmi: 443
 
Nergiz__Sirinova
Xəbərləri: 22
Cəmi: 372
 
♔Hе важно∞
Xəbərləri: 13
Cəmi: 28
 
Mövlud Ağamməd
Xəbərləri: 4
Cəmi: 24
 
_TUNAR_MAMEDOV_
Xəbərləri: 2
Cəmi: 673
 
Ufuk Kazimi
Xəbərləri: 1
Cəmi: 2
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 1
Cəmi: 1139
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 2
 
m_aynur97
Xəbərləri: 1
Cəmi: 1
 
FullFidawka
Xəbərləri: 1
Cəmi: 2
 
 
{slinks}