Hüseyn Cavidin "Bahar şəbnəmləri" şeirlər kitabından şeirlər

 
Hüseyn Cavidin "Bahar şəbnəmləri" şeirlər kitabından şeirlər

ÇƏKİNMƏ, GÜL!..

Çəkinmə, gül! O lətif, incə, nazlı qəhqəhələr
Simaxi-ruhumu öpdükcə məsti-zevq olurum.
Şaqır-şaqır ötüşündən, ey əndəlibi-səhər!
Bir etila duyarım, başqa bir səfa bulurum.

Nədən şəfəqli bulutcuqlar öylə çöhrəndə
Bir ehtizaz ilə nəşr eyləməkdə şəbnəmlər?
Günəş gülər, bulut ağlarsa, ey mələkxəndə,
Səmadə qevsi-qüzehlər saçar təbəssümlər.

Bütün bir ömrə bərabərdir öylə hər gülüşün,
Bilirmisin, gözəlim, ah, sən nə afətsin!?
Bu abü tab ilə bir mevceyi-lətafətsin.

Çəkinmə, gül! Ləbi-ləlin həyatı güldürsün;
Şu halə qarşı bütün bənliyim qalır məbhut,
Baq, iştə heykəli-camid qadar əsiri-sükut...

Hüseyn Cavidin "Bahar şəbnəmləri" şeirlər kitabından şeirlər

VƏRƏMLİ QIZ

Sarı gül! Ey şikəstə, solğun nur!
Niçin aludeyi-xəyal oldun?!
Çeşmi-nazində başqa rəmz oqunur,
Söylə, bir söylə, sən niçin soldun?!

Düşünüb durma böylə incə, dərin;
İncəlik, ya dərinlik afətdir.
Nerdə əvvəlki tatlı cilvələrin?
Bu nə halət, nasıl qiyafətdir!?

Bən dilərdim ki, cümlə züvvarın
Sana həmşireyi-səfa deyələr!
Niçin ağlar nigahi-bimarın,
Səni qoynunda bəsləmişmi kədər?!

Ah... bilməm nə sehr var səndə,
Könül ancaq səninlə nəşə bulur.
Sən mələksin, təvərrüm etsən də,
Yenə ruhum sənin əsirin olur.

Hüseyn Cavidin "Bahar şəbnəmləri" şeirlər kitabından şeirlər

DÜN VƏ BU GÜN

Dün səadətlə parlayan gözlər,
Şimdi yəsü kədər nisar eylər.
Dün təhəvvürlə gürləyən sözlər,
Şimdi bir başqa macəra söylər.
Dünkü xəndan könül bu gün sızlar,
Dün sönən bir əməl bu gün parlar.

Mərhəmətsizdir iştə köhnə fələk,
Bəşəriyyətlə əylənir daim.
Bəşəriyyətlə əylənir gülərək...
Dünkü məhkum olur bu gün hakim,
Dünkü bədbəxt olur bu gün məsud,
Dünkü məsud olur bu gün mərdud.

Başqa, pək başqa şimdi zevqi-cihan,
Dünkü peymanələrdə qan coşuyor.
Dünkü məmurələr bu gün viran,
Dünkü viranələr bu gün məmur...
Həp pozulmuş da dünkü peymanlar,
Yeni dost olmuş əski düşmanlar.

Yoq təbiətdə öylə bir qüvvət,
Əbədi, həm də paydar olsun.
Həp dəyişməkdədir bütün xilqət,
Həp dəyişməkdədir həyatü fünun.
Olmayan varmı inqilabə zəbun?
Varmı sarsılmaz öylə bir qanun?!

Seyr edin iştə kainatı bütün,
Devrilir hər adımda bir əzəmət,
Dinləməz dünkü hadisatı bu gün,
Parlıyor hər dəqiqə bir hikmət.
Hər qaranlıqda çırpınır bir nur,
Hər həqiqətdə bir xəyal uyuyur.

Hüseyn Cavidin "Bahar şəbnəmləri" şeirlər kitabından şeirlər

BİR QIZIN SON FƏRYADI, YAXUD ZİNDAN
GUŞƏSİNDƏN BİR SƏS


ürəkdə qaldı məramım, duyulmaz oldu səsim,
Gözümdə qalmadı nur, ah, iştə son nəfəsim!..
Məzalim atəşi yaqdıqca qavrulur bədənim,
Nə hali-müdhiş! Aman, son günüm bumuydu mənim!?
Solub bahari-şəbabım, dəyişdi hər halım;
Bu surətim, bu vücudum, bu dönmüş iqbalım.
Bənimlə doğmuş imiş sanki iztirabü kədər!...
Zamani-şəb... uyuyor hər kəs, istirahət edər.
Bütün cihan uyuyor, bisəda, tüyurü vühuş,
Nücumi-zahirə həp nimxab, həp bihuş...
Sükunü heyrətə dalmış fəzayi-naməhdud,
Təbiət aləmi olmuş da sanki xabalud.
Bana ənis olacaq iştə bir soluq sima!..
Qəmər, bənim kibi müğbər, o şəbnəərd səma.
Bənim kibi o da bixabü müztərib-əhval...
Bənim kimi o da bitab, həm qərini-zəval...
Bu fərqimiz var: o, varəsteyi-məzalimdir,
Bənim nəsibi-həyatımsa zülm zalimdir.
O bəxtiyardır, artıq əsarət anlamıyor,
Gözəl-gözəl gəzinir, hürr yaşar o solğun nur.
Fəqət, üzər bəni hər ləhzə bir vərəmli xəyal,
Əcəlmi yaqlaşıyor? Ya nədir bu küskün hal?
Nədir bu teyfi-məqabir gözümdə şöləfüruz!?
Tükətdi səbrimi, ya rəb, bu hali vicdansuz.
Xayır, xayır, yaşamam qeyri, ey kədərli həyat!
Çəkil də get, bana rahət ver! İstəməm heyhat!..
Bən istəməm yaşamaq, hər ümidim oldu təbah,
Ürəkdə qaldı bütün dərdü həsrətim, eyvah!..

Sən, iştə ey gecənin aşinayi-razi qəmər!
Gəzib dolaşdığın afaqə eylədikcə nəzər;
Güzərgəhindəki həmşirələr, xanım qızlar,
Səninlə söyləşərək həsbi-hal edər, zinhar!
Unutma, halımı aç söylə! Yalnız onlar için
Bu can çəkişməyə verdim riza ki, bəlkə yarın
Bu zülmü duymayaraq bəxtiyar olur onlar.
Əvət, bu nəmli, işıqsız, bu kirli zindanlar
Yerim deyildi, fəqət kəndim ixtiyar etdim,
Bənim bu iştə vəzifəmdi. Əlvida!. Getdim.

Hüseyn Cavidin "Bahar şəbnəmləri" şeirlər kitabından şeirlər

MƏYUS BİR QƏLBİN FƏRYADI

Ey nəşvəli, ey işvəli ümmid!
Lənət sana, ey afəti-cavid!
Artıq yetər, əl çək, bən usandım;
Əvvəl səni bir bakirə sandım,
Arqan sıra gəzdim yapa-yalnız,
Həp məkrinə uydum sənin, ey qız!
Get! Anladım artıq nə imişsin.
Duydum ki, nasıl fitnə imişsin.
Bir başqa dil-aşüfteyi get, bul!
Keç, get! Sırıtıb durma, kənar ol!
Dəf ol ki, gözüm görməsin əsla,
Yaqdın bəni, ey sıtmalı xulya!
Qarşımda durub titrəmə, ey zill!
Bitdim, daha yoq bəndə təhəmmül.
İnsan nə qədər maili-qəflət!?
Səndən umuyor zevqi-səadət!
Var bir quru hikmət, o da yanlış...
Ümmid ilə guya yaşanırmış!
Bir söz ki: yalan, saçma, xurafat...
Aldanmam o əfsanəyə, heyhat!..

Ey yəs! Sən ey hüzni-sərazad!
Ağuşuma gəl, qıl bəni dilşad!
Ruhimlə bərabər yaşa yalnız,
Gəl qəlbimə gir, ey sarı yıldız.
Yalnız bana ol munisü həmdəm!
Yalnız olayım bən sana məhrəm,
Sevdim səni, ey sevgili dilbər!
Gəl, ağlayalım şimdi bərabər.

Çöhrən mütəvərrim kibi küskün...
Səndən çəkinir hər kəs onunçün.
Dalğın baqışından qaçar insan,
Bilməm nədən etmiş bəni heyran!?
Aləm səni zənn etsə də çirkin,
Lakin bana sor! - bəncə gözəlsin.
Hürr olmaq için xeyli yoruldum,
Eş kəndimə yalnız səni buldum.
Zira sana yar olmayan insan
Zənciri-əsarətdə verir can!
Ruhum irər ülviyyətə səndən,
Sənsiz əzilir, məhv olurum bən.
Qəlbimdə əgər varsa mətanət,
Səndən, yenə səndəndir o qüvvət.

Ümmid ilə insanə gələn hiss,
Ya kizbü riyadır, ya təbəsbüs.
Lakin sana məftun olan əhrar,
Laqeyd olur, ey yari-füsunkar!
Miskin yaşamaz, zülmə tapınmaz,
Rahət nə, səfalət nədir anmaz,

Sənsiz yaşasam, bağrım olur qan,
Qoş, gəl bana, ey rəhbəri-vicdan!
Uç, gəl bana, ey həmdəmi-hissim,
Bir dərbədərim, yoq bir ənisim.
Sənsiz yaşamaq bəncə tənəzzül,
Sənsiz gəbərirsəm o da bir züll...
Gəl, ruhumu güldür də çəkil, get!
Ya qəlbimi yar, parçala, məhv et!..


Geri dön

✰GlaMurKa✰

  • 8 sentyabr 2011 12:00
  • Məqalə: 847
  • Şərh: 9734
  • Bal:

Dün səadətlə parlayan gözlər,
Şimdi yəsü kədər nisar eylər.
Dün təhəvvürlə gürləyən sözlər,
Şimdi bir başqa macəra söylər.
Dünkü xəndan könül bu gün sızlar,
Dün sönən bir əməl bu gün parlar.

PELIN_ATABAY

  • 8 sentyabr 2011 07:47
  • Məqalə: 86
  • Şərh: 1637
  • Bal:
{awards}
Хамиси ела щеирлерди муеллифе тщк


--------------------

ForYouMyLove

  • 7 sentyabr 2011 22:00
  • Məqalə: 0
  • Şərh: 90
  • Bal:
{awards}
DÜN VƏ BU GÜN

--------------------
Dost vardır'AZAD'gibi
Uzaktır ma yürekte
Dost vardır 'HASRET'gibi
Özlemle beklenilmekte...

Ay Üzlü

  • 7 sentyabr 2011 19:55
  • Məqalə: 395
  • Şərh: 6159
  • Bal:
{awards}
Ah... bilməm nə sehr var səndə,
Könül ancaq səninlə nəşə bulur.
Sən mələksin, təvərrüm etsən də,
Yenə ruhum sənin əsirin olur.

Mefistofel

  • 7 sentyabr 2011 17:23
  • Məqalə: 8
  • Şərh: 384
  • Bal:
{awards}

Siz sağ olun dəyərli fikirləriniz üçün...

LANA

  • 7 sentyabr 2011 17:19
  • Məqalə: 0
  • Şərh: 119
  • Bal:
{awards}
Hər qaranlıqda çırpınır bir nur,
Hər həqiqətdə bir xəyal uyuyur. belay

--------------------
NƏ BACARIRSIZ BACARIN, SİZƏ KÖMƏK EDƏN MÜTLƏQ MÖVCUDDUR !

Jasmin45

  • 7 sentyabr 2011 17:19
  • Məqalə: 43
  • Şərh: 1124
  • Bal:
{awards}
Maraqlıdır,təşəkkür edirəm...Şairimiz H.Cavidin əllərinə,ürəyinə sağlıq...

--------------------

Tək istədiyim üzüyünü taxım və deyim "Artıq səninəm"=)

Leyla_Memmedova

  • 7 sentyabr 2011 17:17
  • Məqalə: 17
  • Şərh: 480
  • Bal:
{awards}
Hamisi ela weirlerdi muellife twk

--------------------
MənƏ SöZ AtanA MəN GüL AtıraM...AmmA MƏZARINA...

Delya_91

  • 7 sentyabr 2011 17:16
  • Məqalə: 319
  • Şərh: 5295
  • Bal:
{awards}
Huseyn Cavidin yaradiciligini coox beyenirem,cox sagolun minnetdaram

--------------------
"Camaat nə deyər" ifadəsi qədər divarları hündür bir hebsxana yoxdur...

music_angel

  • 7 sentyabr 2011 16:19
  • Məqalə: 212
  • Şərh: 7767
  • Bal:
{awards}
Sənsiz yaşasam, bağrım olur qan,
Qoş, gəl bana, ey rəhbəri-vicdan!
Uç, gəl bana, ey həmdəmi-hissim,
Bir dərbədərim, yoq bir ənisim.
Sənsiz yaşamaq bəncə tənəzzül,
Sənsiz gəbərirsəm o da bir züll...
Gəl, ruhumu güldür də çəkil, get!
Ya qəlbimi yar, parçala, məhv et!..

--------------------

Мой Мир

  • 7 sentyabr 2011 15:40
  • Məqalə: 722
  • Şərh: 5996
  • Bal:
{awards}
hmm yaxsidi twk

--------------------
∞♥

Mefistofel

  • 7 sentyabr 2011 15:35
  • Məqalə: 8
  • Şərh: 384
  • Bal:
{awards}
Hüseyn Cavid mənim "mənəvi Allahımdır". Onun yaradıcılığı mənim üçün çox önəmlidir.

BLACK_LIFE

  • 7 sentyabr 2011 15:31
  • Məqalə: 4
  • Şərh: 75
  • Bal:
{awards}
Dün səadətlə parlayan gözlər,
Şimdi yəsü kədər nisar eylər.
Dün təhəvvürlə gürləyən sözlər,
Şimdi bir başqa macəra söylər.

TEWEKKURLER

--------------------
Qabilin sözlərin çıxartma yaddan
Ümidim vüqarım sevəcək səni
Bir zaman köçsəm də fani həyatdan
Torpaqda məzarım sevəcək səni
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 40
Cəmi: 56

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 4
Cəmi: 387
 
Nergiz__Sirinova
Xəbərləri: 3
Cəmi: 329
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
Awk bir hayal
Xəbərləri: 2
Cəmi: 137
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 766
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 3
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 21
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
 
{slinks}