Bakı şəhərində antikvarın evi qarət olunub. Bakı Şəhər Baş Polis İdarəsindən verilən məlumata görə, avqustun 22-nə keçən gecə Şüvəlan qəsəbə sakini Zaur Məmmədovun evində olan əntiq əşyaları oğurlanıb. Oğru mənzilə pəncərədən daxil olaraq 8 ədəd dekorativ xəncər, 12 ədəd rəsm əsəri, 1 ədəd gəlincik, durbin, gümüş əşyalar, vaza və gödəkçəni aparıb.
Xəzər rayon Polis İdarəsinin 1-ci polis bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Bakı şəhər sakini Baba Şabanov sentyabrın 6-da yaxalanıb. Saxlanılan şəxs əvvəllər də cinayət əməlinə görə məhkum olunub.
Zərərçəkmiş Z.Məmmədov əntiq əşyaların həvəskarıdır.