"Mənimlə belə rəftar edəndə xoşlamıram.."

 
"Mənimlə belə rəftar edəndə xoşlamıram.."

Bu gün gözəl opera müğənnisinin 35 yaşı tamam olur

"Qadınların çoxu öz yaşını gizlədir. Çoxları mənə deyir ki, siz niyə öz yaşınızı gizlətmirsiniz? Gizlətmirəm, ona görə ki, mən bu yaşıma qədər nə qədər işlər görmüşəm, əziyyətlər çəkmişəm. Buna görə də yaşımla fəxr edirəm. Bəli, mənim 35 yaşım var". Bu gün 35 yaşını qeyd edən əməkdar artist, Azərbaycan Dövlət Opera və Balet Teatrının solisti Fidan Hacıyeva belə deyir.

Əməkdar artist ad günü təəssüratlarını Anspress-lə bölüşüb: "Bu il mənim üçün çox əlamətdardır. Bu il həm 35 yaşım tamam olur, həm də düz 15 ildir ki, Azərbaycan Dövlət Opera və Balet Teatrının solistiyəm. Bu yaşımda mən metsofrana üçün bütün operaları ifa etmişəm. “Karmen”, “Aida”, “Koroğlu”, “Trubadur”, “Sevil”, “Arşın mal alan”…

Operalarla yanaşı, hər il konsert verməyə çalışıram. Çox ölkələrdə solo-konsertlərim olub".

Fidan xanım yaşı ilə bağlı heç bir kompleks yaşamadığını söyləyir: "Axı mənim neçə yaşım var ki, gizlədim? Mən bu yaşımla fəxr edirəm. Çünki bu yaşımda gördüyüm işlər az deyil. Gecə-gündüz yatmayıb öz üzərimdə işləmişəm. Özünüz bilirsiniz ki, opera müğənnisi olmaq çox çətindir. Gərək bütün günü işləyəsən ki, səsin formada olsun, dilləri bilməlisən. Hal - hazırda italyan dilini öyrənirəm. Maşında da italyan dilində müsiqiyə qulaq asıram… İş görəndə də nə isə öyrənirəm. Saçımı darasam da, gözəllik salonunda otursam belə qulağımda qulaqcıq, əlimdə kitab olur. Nə iş görsəm belə gözüm növbəti operanın mətnində olur".

Əməkdar artist, gözəl müğənnimiz formada qalmaq üçün idmanla məşğul olduğunu söyləyir: "Səhnə adamı olduğumdan hər bir şeyə, o cümlədən də xarici görünüşümə fikir verməliyəm. Gözəl qalmaq üçün idman çox vacibdir. Buna görə də hər gün idmanla məşğul oluram".

Tanınmış opera sənətçisi hər işi planla gördüyünü deyir: "Planlaşdırılmamış bir günüm olmur, görəcəyim işləri əvvəlcədən planlaşdırıram. Mənə zəng edib sabaha harasa dəvət etsələr, xoşuma gəlmir. Axı mən boş adam deyiləm ki, oturum gözləyim ki, məni kimsə harasa dəvət edəcək. Mənimlə belə rəftar edəndə xoşlamıram. Gərək mənə qabaqcadan bildirsinlər ki, gələn ay sizin çıxışınız var və s. Mən buna hazırlaşmalıyam. Ən azından, 1-2 həftə əvvəl deməlidirlər. Hər bir xanıma da bunu məsləhət görürəm. Ola bilər ki, bu, mənim bürcümdən irəli gəlir. Qız bürcü altında dünyaya gələnlər məqsədli, səliqəli, hər şeyin yerli-yerində olmasını sevirlər. Hər bir işimi planlaşdırmağım da sözsüz bürcümün özəlliyidir. Gündəlik cədvəlim bir ay əvvəldən, azından bir həftə əvvəl tərtib olunur. Planımdan heç vaxt çıxmıram. Görəndə ki, bir gün ərzində bir balaca boş vaxtım var, o vaxtdan da səmərəli istifadə etmək istəyirəm".

Fidan xanım uşaqlarından danışmağı unutmadı: "Və ən vacibi, mən iki övlad anasıyam. Uşaqlarım artıq məktəbə gedirlər. Bakıdakı xarici məktəblərin birində oxuyurlar. Qızım birinci sinfə, oğlum isə hazırlığa gedir. Oğlum çox dəcəldir, ilk vaxtlar məktəbə getmək istəmirdi, ancaq yavaş-yavaş alışır. Uşaqlarım həm Azərbaycan dilini, həm də ingilis dilini mükəmməl bilirlər. Evdə ataları ilə ingilis dilində, mənlə, anamla və bacımla isə Azərbaycan dilində danışırlar".


Geri dön

music_angel

  • 9 sentyabr 2011 15:16
  • Məqalə: 212
  • Şərh: 7767
  • Bal:
tebrikler gozel aktirisadi

--------------------

Sirli Melek

  • 8 sentyabr 2011 12:09
  • Məqalə: 0
  • Şərh: 5105
  • Bal:
{awards}
TƏBRİKLƏR. ÇOX İSTEDADLI XANIMDI. ONA UĞURLAR.

--------------------
SADƏLİK GÖZƏLLİKDİR !

✰GlaMurKa✰

  • 8 sentyabr 2011 11:50
  • Məqalə: 847
  • Şərh: 9734
  • Bal:
{awards}
tesekkurler maraqli idi

RADUQA

  • 8 sentyabr 2011 11:26
  • Məqalə: 17
  • Şərh: 638
  • Bal:
{awards}
ilk once Tewekkurler melumat ucun!!!
Senet sahibesinede tebrikler....uqurlar !!!!!

--------------------
MENI OZUNE BENZETDIN.....AMMA OZUN SANMADIN ....!!!!!!!

devyjones

  • 8 sentyabr 2011 10:36
  • Məqalə: 58
  • Şərh: 823
  • Bal:
{awards}
Ad günü təbrik edirik.Hər insan əziyyəti bir cür çəkir.uöurlar diləyək Fidan xanıma!!

--------------------
Dost istəsən ALLAH
Söhbət istəsən QURAN
Düşmən istəsən NƏFS
Varlanmaq istəsən QƏNAƏT

sevgi meleyim

  • 8 sentyabr 2011 09:38
  • Məqalə: 25
  • Şərh: 1625
  • Bal:
{awards}
xebere gore twk edirem

--------------------
Gedene Uzulme.Sevseydi Getmezdi...Gelene Sevinme,O da Bawqasindan Gelib..

Inciciceyi

  • 8 sentyabr 2011 09:22
  • Məqalə: 0
  • Şərh: 8287
  • Bal:
{awards}
Tebrikler. ugurlar

--------------------
♥......Zenn etme ki, gozlerim sene baxdiqca yorulacaq, olsem de
ruhum seninle qalacaq. Senden evvel elvida desem de heyata. Son
sozum seni sevirem olacaq.....♥

Delya_91

  • 8 sentyabr 2011 08:23
  • Məqalə: 319
  • Şərh: 5295
  • Bal:
{awards}
Tebrikler.ugurlar gelecek nailiyyetlerinde

--------------------
"Camaat nə deyər" ifadəsi qədər divarları hündür bir hebsxana yoxdur...

PELIN_ATABAY

  • 8 sentyabr 2011 06:48
  • Məqalə: 86
  • Şərh: 1637
  • Bal:
{awards}
maraqlidir ..tewekkurler

--------------------

Cilent_M.Q

  • 7 sentyabr 2011 23:57
  • Məqalə: 87
  • Şərh: 2628
  • Bal:
{awards}
hmmmmmmmmmmm

--------------------

Ay Üzlü

  • 7 sentyabr 2011 23:20
  • Məqalə: 395
  • Şərh: 6159
  • Bal:
{awards}
tebrik edireik

only-girl

  • 7 sentyabr 2011 23:17
  • Məqalə: 1002
  • Şərh: 5026
  • Bal:
{awards}
tebrik edirem can sagligi arzu edirem

--------------------

Мой Мир

  • 7 sentyabr 2011 22:54
  • Məqalə: 722
  • Şərh: 5996
  • Bal:
{awards}
cox beyendim twk ellerine saglik

cox beyendim twk ellerine saglik

--------------------
∞♥

Mefistofel

  • 7 sentyabr 2011 22:50
  • Məqalə: 8
  • Şərh: 384
  • Bal:
{awards}
Çox bəyənirəm Fidan xanımın ifasını təşəkkürlər

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 38
Cəmi: 50

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 4
Cəmi: 387
 
Nergiz__Sirinova
Xəbərləri: 3
Cəmi: 329
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
Awk bir hayal
Xəbərləri: 2
Cəmi: 137
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 766
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 3
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 21
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
 
{slinks}