üç nöqtə qoydum gecənin təkliyinə

 
üç nöqtə qoydum gecənin təkliyinə

üç nöqtə qoydum gecənin təkliyinə

Üç nöqtə qoydum gecənin qarasına, oxunmayan yazılara bir yenisi daha əlavə olundu. Bir nağılın sonu yazılmış, görünməz kitablara. Bir bıçaq kimi ürəyimin tam ortasına batan hüzn, getdikcə bir az daha qanayan yaralar və başımı qaldırıb baxdığımda qarşımda dayanan ucsuz-bucaqsız ümid etməyin… İtkin şəhərlərə doğru yol alan gəmilər, Babilin asma bağçalarında yetişdirdiyim cücərtilər və hamısının sonuna ilişdirdiyim hüzn şeirlərim…
Və dağıntılar arasında tapdığım özüm......

üç nöqtə qoydum gecənin təkliyinə

İllərdir diqqətə və titrək bir göyərçin ədasıyla yetişdirdiyim güllərimin solmuş yarpaqlarında saxladığım gözyaşlarım. İzah etdikcə əlimdən itkin gedən həyatın tikanlı yanları pozur gecəmin səssizliyini. Məni mən edən burukluğa möhkəmcə sarılıram. Heç buraxmamaycasına sürüyür tək gecələrə doğru məni. Çəkə bilmədiyim və qaldıra bilmədiyim bütün yüklərə veda edib gedərcəsinə buraxıram hər şeyi ardımda. Otağım, lampam, dərd ortağım və möhkəm möhkəm qoruyub, diqqətə saxladığım şeirlərimdən ayrılmaq ən çox yaralayır aciz və yorğun bədənimi. Yetim qalan kağızlar və mürəkkəbi bitmiş qələmlərim getmə deyər kimi dayanır masanın üzərində......

üç nöqtə qoydum gecənin təkliyinə

Bir daha dönməməycəsinə buraxıram ardımda hər şeyi, illərdir aşındırdığım yollar, küçənin başında böyük bir şam ağacının yanı başında dayanan ən çox sevdiyim tək mərtəbəli ev. Dəniz sahilində səhərlədiyim biricik dərd ortağım səkilər, Hamısıyla vidalaşıram tək-tək. Bir anda basdıran yağışa qarışır gözyaşlarım, məni unutdun dərcəsinə şiddətlə yağır, stəkandan boşanarcasına. Yorğun gözlərimdən axan yaşlarla cavab verirəm, rəhmət damlalarına və gözyaşlarımla görüşüb vidalaşırlar. Niyə dərcəsinə arxamdan səssizcə baxan/nazir bütün sahib olduqlarıma son dəfə dönüb baxıram......

üç nöqtə qoydum gecənin təkliyinə


Geri dön

KaRola_16

  • 21 avqust 2011 07:30
  • Məqalə: 185
  • Şərh: 4209
  • Bal:
MARAQLIDIR...

--------------------

AWKSIZ

  • 6 oktyabr 2010 12:30
  • Məqalə: 0
  • Şərh: 222
  • Bal:
{awards}
tewekkur!!!!!!!!

--------------------

Ulya

  • 22 sentyabr 2010 12:02
  • Məqalə: 1911
  • Şərh: 13813
  • Bal:
{awards}
dangerous_angel,
ZoLuShKa,
♥Princess♥,
Милая_kisa,
love

Kisa_Kiss

  • 21 sentyabr 2010 17:07
  • Məqalə: 431
  • Şərh: 1308
  • Bal:
{awards}
Diqqət! yazını oxumaq hüququnuz yoxdur. Zəhmət olmasa QEYDİYYATDAN keçin

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 12
Cəmi: 32

 

Top 10 Müəllif

♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 1
Cəmi: 1135
 
 
{slinks}