Tanımaq

 
Tanımaq


Tanımaq

1233. Tanımağın dəyəri.
4058. Allahın Peyğəmbəri (s): «Sizlərin ən imanlısı, ən çox tanıyanlarınızdır.» (Cameul Əxbar, səh.36, hədis 18)

4059. İmam Əli (ə): «Elm ilk yol göstərən, (Allah-taalanı) tanıma isə onun son nöqtəsidir.» (Ğurərul-Hikəm, hədis 2061)

4060. İmam Əli (ə):
«Tanımaq qəlbin işığıdır.» (Ğurərul-Hikəm, hədis 538)

4061. İmam Hüseyn (ə): «Bilik qazanmaq tanımağı daha da bərəkətli edər» (Biharul-Ənvar, c.78, səh.128, hədis11)

4062. İmam Sadiq (ə): «Allah bilmədən, qavrayışsız heç bir əməli və heç bir əməllə müşaiyət olunmayan qavrayışı qəbul etməz.
Kim qavrayışa nail olsa, bu tanıma onu əmələ doğru istiqamətləndirər. Əməli olmayanın qavrayışı da yoxdur.» (əl-Kafi, c.1, səh.44, hədis 2)


1234. Tanımanın yolundakı maneələr.

Quran:
«Nəfsini özünə Tanrı edənlər və biliyinə baxmayaraq Allahın yoldan çıxardığı, qulağını və qəlbini möhürlədiyi, gözünə də pərdə çəkdiyi kimsəni gördünmü?
Allah onu doğru yola yönəltməsə, Ondan başqa kim onu doğru yola yönəldə bilər? Məgər düşünüb öyüd almırsınız?» (Casiyə, ayə 23)

Hədis:
4063. Allahın Peyğəmbəri (s): «Aclıq hikmət nurudur, toxluq isə Al¬lah¬dan və imkansızları sevib onlara yaxınlaşmaqdan, Allaha yaxın olmaqdan uzaq düşməyin səbəbidir.
Qarınlarınızı doldurmayın ki, qəlbinizdə tanıma nuru sönməsin»


1235. Özünüdərk.

4064. İmam Əli(ə): «Özünüdərk ən faydalı tanımadır.» (Ğurərul-Hikəm, hədis 9865)

4065. İmam Əli(ə): «Özünü dərk etməyə nail olmuş şəxs ən böyük qələbəni qazanmışdır.» (Ğurərul-Hikəm, hədis 6965)

4066. İmam Əli(ə):
«Özünü tanımayan kimsə başqasını necə tanı¬yacaq?» (Ğurərul-Hikəm, hədis 6998)

4067. İmam Əli(ə): «Kim nəfsini tanıdısa, onunla cihada qalxdı, kim onu tanımadısa, özbaşına buraxdı.» (Ğurərul-Hikəm, hədis (7855+7856))

4068. İmam Əli(ə):
«Hər kim Allahı tanıdısa tənha qaldı. Hər kim ki, özünü tanıdı başqalarından ayrıldı. Kim dünyanı tanıdısa, ondan qəlbini üzdü. Hər kim camaatı tanıdısa, tənhalığı seçdi.» (Ğurərul-Hikəm, hədis (7829+7832))

4069. İmam Əli(ə):
«Özlərini ən yaxşı tanıyan insanlar Allahdan ən çox qorxanlardır.» (Ğurərul-Hikəm, hədis 3126)

4070. İmam Əli(ə):
«Özünü tanıyan, Allahını da tanıdı.» (Ğurərul-Hikəm, hədis 7946)

4071. İmam Əli(ə): «Kimsə öz nəfsinin şərafətini başa düşsə, onu dünyanın çirkabından təmiz saxlamağa layiqdir.» (Ğurərul-Hikəm, hədis 10930)

4072. İmam Əli(ə): «Özünü tanıyan kimsə qənaəti və iffəti gözləməyə layiqdir.» (Ğurərul-Hikəm, hədis 10927)

4073. İmam Əli(ə): «Özünü tanıyan kimsə hüzn və kədərdən ayrılmamağa layiqdir.» (Ğurərul-Hikəm, hədis 10937)

4074. İmam Səccad (ə) (duada):
«Bizi özünü tanıyanlardan, öz yerlərindən əmin olanlardan və buna görə də ömürlərini sənə ibadətdə keçirənlərdən et.» (Biharul-Ənvar, c.94, səh.128, hədis19)

4075. İmam Baqir (ə) (Cabir Coəfiyə tövsiyyələrindən): «Heç bir tanıma öz nəfsini bilib tanımağın qədər ola bilməz.» (Tuhəful-Uqul, səh.268)

Tanımaq


Geri dön

only-girl

  • 11 sentyabr 2011 11:25
  • Məqalə: 1002
  • Şərh: 5026
  • Bal:
Allah razi olsun sizden

--------------------

music_angel

  • 9 sentyabr 2011 15:48
  • Məqalə: 212
  • Şərh: 7767
  • Bal:
{awards}
Allah razi olsun cox gozel ve deyerli xeber ucun

--------------------

PELIN_ATABAY

  • 8 sentyabr 2011 07:21
  • Məqalə: 86
  • Şərh: 1637
  • Bal:
{awards}
АЛЛАХ рази олсун!!!!!! деыерли хебере горе


--------------------

Mefistofel

  • 7 sentyabr 2011 20:54
  • Məqalə: 8
  • Şərh: 384
  • Bal:
{awards}
super. təşəkkür

breaking dawn

  • 7 sentyabr 2011 20:32
  • Məqalə: 12
  • Şərh: 1041
  • Bal:
{awards}
ALLAH razi olsun!!!!!! deyerli xebere gore

Cilent_M.Q

  • 7 sentyabr 2011 20:18
  • Məqalə: 87
  • Şərh: 2628
  • Bal:
{awards}
Allah razi olsun, deyerli ve maraqli xeberdir

--------------------

Ay Üzlü

  • 7 sentyabr 2011 20:14
  • Məqalə: 395
  • Şərh: 6159
  • Bal:
{awards}
. İmam Əli(ə): «Özünü tanıyan kimsə hüzn və kədərdən ayrılmamağa layiqdir.» (Ğurərul-Hikəm, hədis 10937)
tewekkurler

Мой Мир

  • 7 sentyabr 2011 20:13
  • Məqalə: 722
  • Şərh: 5996
  • Bal:
{awards}
allah razi olsun twk bu deyerli xebere gore

--------------------
∞♥

Willow smith

  • 7 sentyabr 2011 20:12
  • Məqalə: 52
  • Şərh: 1036
  • Bal:
{awards}
Allah razi olsun deyerli xebere gore twk

--------------------
Stəkanı yerə at, sonra ondan üzr istə.
Əslində onu qırmaq istəmədiyini və təkrar su içmək istədiyini söylə..
İşə yarasa, mən burdayam...

HaYaliM

  • 7 sentyabr 2011 20:12
  • Məqalə: 144
  • Şərh: 4372
  • Bal:
{awards}
Allah razi olsun..deyerli yazi ücün tesekkür edirem

--------------------

Elə yaşa ki atanın qözlərində utanc,ananın gözlərində yaş görməyəsən.
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 2
Qonaqlar: 46
Cəmi: 60

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 7
Cəmi: 386
 
Nergiz__Sirinova
Xəbərləri: 6
Cəmi: 331
 
Awk bir hayal
Xəbərləri: 4
Cəmi: 137
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 2
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 766
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 20
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
 
{slinks}