Ğuluv

 
 Ğuluv


 Ğuluv

1428. Dində ifrata varmaqdan çəkinmək.

Quran:
«Ey Kitab əhli! Öz dininizdə həddi aşmayın! Allah barəsində yalnız haqqı deyin. Həqiqətən, Məryəm oğlu İsa, ancaq Allahın Peyğəmbəri, Onun tərəfindən bir söz idi...» (Nisa, ayə 171)

Hədis:
4856. Allahın Peyğəmbəri (s): «Məni öz haqqımdan (və həddimdən) yuxarı qaldırmayın. Allah-taala məni peyğəmbər etməzdən əvvəl (özünə) bəndə yaratmışdır.» (Nəvadirul-Ravəndi, səh.16.cı səhifə)

4857. Allahın Peyğəmbəri (s): «Mənim şəfaətimin onlara çatmayacağı iki dəstə var: dikbaş, zülmkar padşah və dində həddini aşaraq dindən çıxan və bu əməlinə görə tövbə etməyib ondan əl çəkməyən.» (Qurbul-İsnad, səh.64, hədis204)

4858. Allahın Peyğəmbəri (s): «Ey Əli! Sənin bu ümmət arasında əhvalatın bir dəstənin onu sevməkdə həddini aşdıqları, digər dəstənin isə ona düşmən kəsilərkən düşmənçilikdə ifrata vardıqları Məryəm oğlu İsanın əhvalatına bənzəyir.»
Sonra bu vəhy nazil oldu: «Məryəm oğlu İsanın məsəli çəkilincə, sənin qövmün sevincdən qəhqəhə çəkib güldü.» (Zuxruf, ayə 57), (Biharul-Ənvar, c.25, səh. 284, hədis 34)

4859. İmam Əli (ə): «Mənimlə əlaqədar iki nəfər məhvə uğradı: ifrata varan dost və kinli düşmən.» (Nəhcül-Bəlağə, hikmət469)

4860. İmam Əli (ə): «İlahi! Məryəm oğlu İsa xaçpərəstlərdən bezdiyi kimi mən də öz haqqımda ifrata varanlardan bezmişəm. İlahi! Onları həmişəlik tənha və köməksiz qoy və onların heç birinə kömək yetirmə.» (Biharül Ənvar, c.25, səh. 284, hədis 32)

4861. İmam Əli (ə): «Bizim haqqımızda həddinizi aşmaqdan çəkinin və bizləri (Allah tərəfindən) böyüdülmüş bəndələrdən sayın. Belə olduqda, bizim fəzilətimiz barədə nə istəsəniz deyin.» (əl-Xisal, səh. 614, hikmət 10)

4862. İmam Sadiq (ə): «Ayıq olun ki, həddini aşanlar gənclərinizi korlamasın. Çünki həddini aşanlar Allahın yaratdıqlarının ən pisidirlər. Allahın əzəmətini azaldır və Onun bəndələri üçün tanrılıq iddiası edirlər.
Allaha and olsun ki, həddini aşanlar xaçpərəst, yəhudi, məcuslardan və müşriklərdən pisdirlər.» Həzrət sonra buyurdu: «Həddini aşan və ifrata varan bizim yanımıza qayıdacaq, ancaq biz onları qəbul etməyəcəyik. Öz hədlərindən aşağı olanlar bizə qoşulacaq və biz onları qəbul edəcəyik.»
Ərz olundu: «Səbəbi nədir, yabnə Rəsulullah?» Buyurdu: «Çünki həddini aşan kimsə namazı, zəkatı, orucu və həcci tərk etməyə öyrəşib və heç vaxt öz adətlərindən əl çəkməyə, Allahın itaətinə üz tutmağa qadir olmayacaqdır.
Ancaq həddindən az olanlar həqiqəti dərk etdikdə ibadət edəcək və Allaha tabe olacaq.» (Əmali-Tusi, səh. 650, hədis 1349)

4863. İmam Sadiq (ə): «Bir dəstə Əmirəl-möminin (ə) yanına gəlib ərz etdi: «Salam olsun sənə, ey bizim tanrımız.» Həzrət onlardan tövbə etmələrini (bu əqidələrindən əl çəkmələrini) istədi, ancaq onlar tövbə etmədilər.
Sonra İmam çala qazıb orada tonqal qaladı və onun yanında başqa bir dərin çala qazıb onların arasını birləşdirdi.
Həmin dəstə tövbə etmədikdə, Həzrət onları həmin dərin çalaya salıb, onlar ölənə qədər o biri çalaya od vurdu (ki, odun tüstüsü boğulsunlar.)» (əl-Kafi, c.7, səh. 259, hədis 18)

4864. Ravi nəql edir: «İmam Sadiqə (ə) ərz etdim: «Onlar (Əhli-Beytin əleyhdarları) bəzi sözlər danışırlar.»
Buyurdu: «Nə deyirlər?» Ərz etdim: «Deyirlər ki, İmam yağışın damcılarının, ulduzların, ağaclardakı yarpaqların sayını, dənizdəkilərin çəkisini və yer üzündəki torpaqların sahəsini bilir.»
Həzrət əlini göyə qaldırıb buyurdu: «Sübhanallah! Allaha and olsun ki, bunları Allahdan başqa heç kəs bilmir.» (Biharul-Ənvar, c.25, səh. 294, hədis 52)

4865. İmam Rza (ə): «Ğuluv edənlər kafirdirlər. Təfvizə etiqadı olanlar isə müşrikdirlər.» (Biharul-Ənvar, c.25, səh. 273, hədis 19)

4866. İmam Rza (ə): «Kim Əmirəl-möminini Allaha bəndəlik sərhədlərindən yüksəklərə qaldırsa, Allahın qəzəbinə tuş gələnlərdən və azğınlardan olar.» (Biharul-Ənvar, c.25, səh. 274, hədis 20)

 Ğuluv


Geri dön

music_angel

  • 9 sentyabr 2011 15:33
  • Məqalə: 212
  • Şərh: 7767
  • Bal:
Allah razi olsun ellerine saglik

--------------------

devyjones

  • 8 sentyabr 2011 10:51
  • Məqalə: 58
  • Şərh: 823
  • Bal:
{awards}
Allah hər kəsi ifratdan uzaq etsin o çox çətin bir şeydir.İnşallah bilməyənlər oxusun hədisi anlasınlar cox təşəkkür edirəm sizə!!

--------------------
Dost istəsən ALLAH
Söhbət istəsən QURAN
Düşmən istəsən NƏFS
Varlanmaq istəsən QƏNAƏT

PELIN_ATABAY

  • 8 sentyabr 2011 07:00
  • Məqalə: 86
  • Şərh: 1637
  • Bal:
{awards}
allah razi olsun

--------------------

Cilent_M.Q

  • 8 sentyabr 2011 00:14
  • Məqalə: 87
  • Şərh: 2628
  • Bal:
{awards}
Allah razi olsun

--------------------

Ay Üzlü

  • 7 sentyabr 2011 22:53
  • Məqalə: 395
  • Şərh: 6159
  • Bal:
{awards}
Quran:
«Ey Kitab əhli! Öz dininizdə həddi aşmayın! Allah barəsində yalnız haqqı deyin. Həqiqətən, Məryəm oğlu İsa, ancaq Allahın Peyğəmbəri, Onun tərəfindən bir söz idi...» (Nisa, ayə 171)

Willow smith

  • 7 sentyabr 2011 22:37
  • Məqalə: 52
  • Şərh: 1036
  • Bal:
{awards}
Allah razi olsun

--------------------
Stəkanı yerə at, sonra ondan üzr istə.
Əslində onu qırmaq istəmədiyini və təkrar su içmək istədiyini söylə..
İşə yarasa, mən burdayam...

only-girl

  • 7 sentyabr 2011 21:37
  • Məqalə: 1002
  • Şərh: 5026
  • Bal:
{awards}
[center]Allah razi olsun[/center]

--------------------

breaking dawn

  • 7 sentyabr 2011 21:29
  • Məqalə: 12
  • Şərh: 1041
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN!!!!

HaYaliM

  • 7 sentyabr 2011 21:03
  • Məqalə: 144
  • Şərh: 4372
  • Bal:
{awards}
Allah razi olsun

--------------------

Elə yaşa ki atanın qözlərində utanc,ananın gözlərində yaş görməyəsən.

Mefistofel

  • 7 sentyabr 2011 21:00
  • Məqalə: 8
  • Şərh: 384
  • Bal:
{awards}
maraqlı məlumat üçün tşk

Мой Мир

  • 7 sentyabr 2011 20:57
  • Məqalə: 722
  • Şərh: 5996
  • Bal:
{awards}
tewekkur allah razi olsun bu deyerli xebere gore love

--------------------
∞♥

Nur.

  • 7 sentyabr 2011 20:52
  • Məqalə: 13
  • Şərh: 322
  • Bal:
{awards}
Təşəkkürler

fidan_261

  • 7 sentyabr 2011 20:48
  • Məqalə: 0
  • Şərh: 159
  • Bal:
{awards}
superdi eziyyete gore tesekkurler

--------------------
olub
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 8
Qonaqlar: 46
Cəmi: 65

 

Top 10 Müəllif

♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 1
Cəmi: 1135
 
Awk bir hayal
Xəbərləri: 1
Cəmi: 137
 
Nergiz__Sirinova
Xəbərləri: 1
Cəmi: 327
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Pıtırcık
Xəbərləri: 1
Cəmi: 385
 
 
{slinks}