Bidət

 
Bidət

Bidət

215. Bid’ət qoymaq
735. Allahın Peyğəmbəri (s): «Ən pis iş yeni ortaya çıxan və əvvəlcə misli görünməmiş işdir. Bilin! Hər bir bid’ət azğınlıqdır. Bilin! Hər bir azğınlığın sonu oddur.» (Əmali-Mufid, səh.188, hədis 14)

736. Allahın Peyğəmbəri (s): «Məbada bid’ət bir sünnə yaradasan. Çünki əgər bəndə pis bir sünnə və adətin təməlini qoysa, onun günahı və ona əməl edənin günahı onun boynunadır.» (Biharul-Ənvar, c.77, səh.104, hədis 1)

737. İmam Əli (ə): «Qoyulan hər bir bid’ətə görə bir sünnə tərk edildi. Bid’ətlərdən çəkinin və aydın yolu tutun! Ən yaxşı iş keçmişi olan işdir. Onların ən pisi isə yeni yaranan və keçmişi olmayandır.» (Nəhcül-Bəlağənin şərhi, İbn Əbil Hədid, c.9, səh.93)

738. İmam Əli (ə): «Bid’ətlər kimi heç nə dini viran və məhv etməyib.» (Biharul-Ənvar, c.78, səh.92, hədis 98)


216. Bid’ət qoyanlar
739. Allahın Peyğəmbəri (s): «Bid’ət qoyanlar insanların və yaradılmışların ən pisidir.» (Kənzul-Ummal, hədis 1095, 1126)

740. Allahın Peyğəmbəri (s): «Bid’ət qoyanlar od əhlinin itləridir.» (Kənzul-Ummal, hədis1125)


217. Bid’ətin mənası
741. İmam Əli (ə): «Bid’ət qoyanlar Allahın əmri, Onun Kitabı və Peyğəmbəri ilə müxalifət edərək öz rə‘y və nəfsi istəkləri əsasında əməl edənlərdir, hərçənd ki, belələrinin sayı çoxdur.» (Kənzul-Ummal, hədis44216)

742. İmam Sadiq (ə): «Aralarında daha savadlı və alim ola-ola camaatı özünə tərəf çağıran kəs azğın bid’ətçidir.» (Tuhəful-Uqul, səh.375)


218. Bid’ət qoyandan üz döndərmək
743. Allahın Peyğəmbəri (s): «Kim nifrət və ədavətlə bid’ət qoyandan üz döndərsə Allah onun qəlbini rahatlıq və imanla doldurar.» (Kənzul-Ummal, hədis 5599)

744. Allahın Peyğəmbəri (s):
«Bidət qoyan şəxsin üzünə təbəssüm edən kəs öz dininin məhv edilməsinə kömək edib.» (Biharul-Ənvar, c.47, səh.217, hədis 4)


219. Bid’ət qoyan və ibadət

745. Allahın Peyğəmbəri (s): «Şeytan bid’ətə əməl edən şəxsi ibadətlə tək qoyar və ona itaətkarlıq hissi və göz yaşları verər.» (Biharul-Ənvar, c.72, səh.216, hədis 8)


220. Bid’ət qoyanların əməllərinin batil olması

746. Allahın Peyğəmbəri (s): «Sünnəyə əsaslanan az əməl bid’ətlə olan çox əməldən daha yaxşıdır.» (Əmali-Tusi, səh.385, hədis 838)

747. Allahın Peyğəmbəri (s):
«Allah bid’ət qoyanın tövbəsini qəbul etməz.» (Biharul-Ənvar, c.72, səh.216, hədis 8)


221. Bid’ət yaranan zaman alimlərin vəzifəsi

748. Allahın Peyğəmbəri (s): «Ümmətimin arasında bid’ətlər yaranan zaman alim öz elmini üzə çıxarmalıdır. Kim belə etməsə, Allahın Lənəti olsun ona!» (əl-Kafi, c.1, səh.54, hədis 2)

Bidət


Geri dön

seadet iwigi

  • 3 fevral 2012 10:19
  • Məqalə: 4
  • Şərh: 636
  • Bal:
ALLAHIN t.t dinine bidet getirenlere lenet olsun...

--------------------
XANIM FATIMEYI ZEHRA selamullahi eleyha buyurur;,,PEYQEMBER s. ELIYE e. baxib buyurdu; Bu wexs ve onun wieleri cennet ehlidir''
,,Ihqaqul heqq''cild7,seh 307.

music_angel

  • 9 sentyabr 2011 15:14
  • Məqalə: 212
  • Şərh: 7767
  • Bal:
{awards}
Allah razi olsun cox gozel xeberdi

--------------------

✰GlaMurKa✰

  • 8 sentyabr 2011 11:52
  • Məqalə: 847
  • Şərh: 9733
  • Bal:
{awards}
ALLAH razi olsun

devyjones

  • 8 sentyabr 2011 10:45
  • Məqalə: 58
  • Şərh: 823
  • Bal:
{awards}
Hmişə ki kimi yenədə gözəl məsələyə toxunmusuz.Bidət Allah bizi Bidət dindən əməldən qorusun.Allah əməllərimizi xalis ixlaslı əməllərdən qərar versin.Yazan Əllərin Var olsun!!

--------------------
Dost istəsən ALLAH
Söhbət istəsən QURAN
Düşmən istəsən NƏFS
Varlanmaq istəsən QƏNAƏT

sevgi meleyim

  • 8 sentyabr 2011 09:39
  • Məqalə: 25
  • Şərh: 1625
  • Bal:
{awards}
xebere gore twk edirem

--------------------
Gedene Uzulme.Sevseydi Getmezdi...Gelene Sevinme,O da Bawqasindan Gelib..

PELIN_ATABAY

  • 8 sentyabr 2011 06:59
  • Məqalə: 86
  • Şərh: 1637
  • Bal:
{awards}
bele gozel dini xeberleri bizimle bolusduyunuz icin minnettaram

--------------------

Cilent_M.Q

  • 8 sentyabr 2011 00:13
  • Məqalə: 87
  • Şərh: 2628
  • Bal:
{awards}
twkller

--------------------

Ay Üzlü

  • 7 sentyabr 2011 22:50
  • Məqalə: 395
  • Şərh: 6159
  • Bal:
{awards}
Allahın Peyğəmbəri (s): «Sünnəyə əsaslanan az əməl bid’ətlə olan çox əməldən daha yaxşıdır.» (Əmali-Tusi, səh.385, hədis 838)
cox sag olun

Willow smith

  • 7 sentyabr 2011 22:35
  • Məqalə: 52
  • Şərh: 1035
  • Bal:
{awards}
Allah razi olsun

--------------------
Stəkanı yerə at, sonra ondan üzr istə.
Əslində onu qırmaq istəmədiyini və təkrar su içmək istədiyini söylə..
İşə yarasa, mən burdayam...

Мой Мир

  • 7 sentyabr 2011 22:27
  • Məqalə: 722
  • Şərh: 5996
  • Bal:
{awards}
allah razi olsun bu deyerli xebere gore

--------------------
∞♥

HaYaliM

  • 7 sentyabr 2011 22:27
  • Məqalə: 144
  • Şərh: 4372
  • Bal:
{awards}
tesekkür edirem..deyerli yazi ucun cox sagolun.Allah razi olsun

--------------------

Elə yaşa ki atanın qözlərində utanc,ananın gözlərində yaş görməyəsən.

Мой Мир

  • 7 sentyabr 2011 22:27
  • Məqalə: 722
  • Şərh: 5996
  • Bal:
{awards}
ikinci serh menden wink

--------------------
∞♥

Mefistofel

  • 7 sentyabr 2011 22:25
  • Məqalə: 8
  • Şərh: 384
  • Bal:
{awards}
ilk şərh məndən təşəkkür

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 20
Cəmi: 43

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 32
Cəmi: 544
 
♔Hе важно∞
Xəbərləri: 21
Cəmi: 92
 
Nergiz__Sirinova
Xəbərləri: 15
Cəmi: 412
 
Sol Meleyim
Xəbərləri: 9
Cəmi: 11
 
AyliN BunyaminovA
Xəbərləri: 4
Cəmi: 391
 
cuppuş))
Xəbərləri: 3
Cəmi: 3
 
Nazrin
Xəbərləri: 3
Cəmi: 11
 
genclik_usaqi
Xəbərləri: 1
Cəmi: 1
 
✰_DeLNoLiNi_✰
Xəbərləri: 1
Cəmi: 156
 
 
{slinks}