Smart azlitrajlı şəhər avtomobilinin pərəstişkarları sentyabrda keçiriləcək
Frankfurt avtoşousunda modelin Forvision adlı yeni nəslinin prototipini
görə biləcəklər. Maşın təkcə hazırlanmaqda olan yeni avtomobilin
xüsusiyyətlərini əks etdirmək üçün nəzərdə tutulmayıb, o həm də
ümumiyyətlə Daimler konserninin yaxın gələcəkdə seriya avtomobillərində
tətbiq etməyə hazırladığı texnolojiləri də nümayiş etdirməlidir.

Gələcək Smart ForTwo modeli Daimler və Renault-Nissan şirkətlərinin
birgə işləyib hazırladıqları arxa ötürməli platforma üzərində yığılacaq.
Avtomobil bazara gələn il çıxacaq.Forvision prototipi elektrik ötürməyə
malikdir. Onda tətbiq edilən bir sıra texnolojilər isə istehsalçının BASF
kimya konserni ilə əməkdaşlığının məhsuludur. Avtomobilin damında
quraşdırılmış günəş batareyaları köməkçi sistemləri əsas enerji mıənbələrindən
müstəqil şəkildə qidalandıracaq.Qapıların və interyerin hazırlanmasında
son dərəcə yüngül materiallardan istifadıə edilməsi çəkidə polada
nisbətən 50%, alüminiuma nisbətən isə 30% qənaət etməyə imkan verir.
Hətta təkər diskləri belə yüksək davamlılığı olan plastmasdan hazırlanıb.
Salonun üzlənməsində istifadə edilən e-textile
materialı oturacaqların ənənvi şəkildə qızıdıralmasına ehtiyac qoymur.