İnsan hisslərinin qalaqramması

 
İnsan hisslərinin qalaqramması

QORXMAQ – Hərəkətə yol açır. Təbiidir. Insan üçün vacibdir. Ağıl onu qorxudan kəşf edib, amma ağıldan əvvəl yaranmayıb. Çünki, qorxmaq da ağısızlıqdır, qorxmamaq da.

UTANMAQ HİSSİ – Saxtadır. Tərbiyədən asılıdır. Faydalıdır, həmişə yox. Şərq mənbəlidir.

DARIXMAQ – Təbii hissdir. Saxtası yoxdur. Faydası azdır. Reallığı sevir. Amma özü real deyil. Məşğuliyyətlə qarışdırılanda tərkibini itirir.

SEVMƏK – Birinci buraxılışı originaldır. Bu dövrdə ağılla yola getmir. Sonrakılar müəyyən hisslərə görə saxtalaşır. Zəmanət verilmir. Ən çox şərq yarımkürəsində yayılıb. Satışı qadağandır. Ona görə də çox satılır. Saxtalıq əlaməti (hərəkətə çevrilmə ilə başlayır). Gerçəklərlə qarışdıranda alergiya verir. Hər zaman nəzarət tələb edir.

SUSMAQ- Hərəkətlə calağı var. Təbiidir. Saxtası da mövcuddur. Ətraf üçün qorxusu da var. Sahibi üçün faydası çoxdur. Tərkibi gizlidir.

NİFRƏT ETMƏK – İnam hissinin və sevginin infliyasiyası da demək olar. Təbii hissdir. Qorxuludur. Ona görə də tərkibində ağılın olması məsləhətdir.

PAXILLIQ ETMƏK – Genetik koddan asılıdır. Tərkibi təbii deyil. Növləri mövcuddur. Yaxşı tərəfləri də var. Məsələn, rəqabətə yol açır. Satışda yoxdur. Özünü gizlətməyi bacarmır. Mimikadan tutmaq olur.

QISQANMAQ – İnamsızlıq, qorxu və saf sevginin qarışığıdır. Inandırmağa xidmət edəndə saxtalaşır. Qorxuya xidmət edəndə inandırır. Sırf sevgiyə xidmət edəndə isə baxış çərçivəsini darlaşdırır.

AĞLAMAQ – Hərəkət xarakrerlidir. Ən təbii hissdir. Amma saxtasını da çıxardıblar. Əsasən qadınlar üçündür. Kişilərə lazım olanda çətin tapılır.

DUYĞULANMAQ – Originaldır. Müşahidə olunmur. Gözlə görünmür. Hiss edilir. Ona görə də saxta deyil. Mühitdən, xarakterdən asılıdır. Saflıq dərəcəsinin göstəricisidir.

ŞOKA DÜŞMƏK – Hərəkətsizliklə müəyyən olunur. Hansısa hissin normadan artıq olduğunu bildirir. Psixoloji hazırlığın səviyyəsindən asılıdır.

QIŞQIRMAQ – Həm də hərəkətdir. Originaldır. Satışda yoxdur. Ona görə də az saxtalaşıb. Başqasını narahat etməyəndə faydalıdır.

GÜLMƏK – Hərəkətlə müəyyən olunur. Təbiidir. Amma daha çox saxta forması yayılıb. Səviyyə ilə müəyyən olnur və səviyyəni müəyyən edir. Ağılın ona təsir imkanı azdır.

QORXMAQ – Hərəkətə yol açır. Təbiidir. Insan üçün vacibdir. Ağıl onu qorxudan kəşf edib, amma ağıldan əvvəl yaranmayıb. Çünki, qorxmaq da ağısızlıqdır, qorxmamaq da.

TƏƏCCÜBLƏNMƏK – Original hissdir. Əlçatmazlığı sevir. Düşünmək hissi ilə uzlaşmır. Ibtidai hissdir. Ağıllını daha da ağıllı, ağılsızı daha da ağılsız edir.

SEVİNMƏK, KƏDƏRLƏNMƏK - Müxtəlif mənşəlidir. Təbii hissdir. Ondan törəyən bir çox hisslər və hərəkətlər var. Saxtası olsa da müəyyən etmək mümkündür.

İNANMAQ – Təbii hissdir. İnsan onsuz yaşaya bilməz. Başqasının üzərində saxtadan seçmək çətindir. Tərkibində başqa hisslər mövcuddur. Ağıl onu ən pis halda özünə tabe edə bilər, amma məhv edə bilməz.

DÜŞÜNMƏK – Təbiidir. Həm ağıl həm də hissdir. Amma saxtakarlığın yaranmasında böyük rolu var. Ağılla qarışdırılanda ən ali hisslərdən olur.

İnsan hisslərinin qalaqramması


Geri dön

_RONALDO_

  • 13 mart 2011 11:20
  • Məqalə: 303
  • Şərh: 10753
  • Bal:
Evde oxuyacam indi vaxtim yoxdur sorry =)

--------------------

Sergio Ramos

  • 23 dekabr 2010 21:58
  • Məqalə: 851
  • Şərh: 3695
  • Bal:
{awards}
çox bəyəndim
müəllifə sonsuz təşəkkürlər

--------------------

Ulya

  • 22 sentyabr 2010 11:36
  • Məqalə: 1911
  • Şərh: 13813
  • Bal:
{awards}
superdi baciw love

Grace_Angel

  • 21 sentyabr 2010 18:36
  • Məqalə: 654
  • Şərh: 2278
  • Bal:
{awards}
Tewekkurler...maraqli xeberdi ....cox beyendim Baciwim.... winked

--------------------

Kisa_Kiss

  • 21 sentyabr 2010 18:20
  • Məqalə: 431
  • Şərh: 1308
  • Bal:
{awards}
DARIXMAQ – Təbii hissdir. Saxtası yoxdur. Faydası azdır. Reallığı sevir. Amma özü real deyil. Məşğuliyyətlə qarışdırılanda tərkibini itirir.
recourse recourse recourse

--------------------

Ceyhun

  • 21 sentyabr 2010 18:10
  • Məqalə: 1
  • Şərh: 45
  • Bal:
{awards}
Evde oxuyacam indi vaxtim yoxdur sorry =)

--------------------
Yene tekem, yene qefes....

Hemen ki adamam, amma bashqa heves....
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 5
Qonaqlar: 50
Cəmi: 70

 

Top 10 Müəllif

Nergiz__Sirinova
Xəbərləri: 2
Cəmi: 327
 
Pıtırcık
Xəbərləri: 2
Cəmi: 386
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 766
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
Awk bir hayal
Xəbərləri: 1
Cəmi: 137
 
 
{slinks}