Ömür ağacımız

 
Ömür ağacımız

Ömür ağacımızdan bir yarpaq da düşdü

Sözümüzə Allah təalanın ayəsi, Peyğəmbərimizin (s) hədisi, Həzrəti Əlinin (r) bir sözü ilə başlamaq istərdik. Çünki onlarda hikmət vardır. Bizim sonrakı yazılarımız isə əlavələrdir.

Allah təala buyurur: “Allah gecə və gündüzü bir-birilə əvəz edir. Həqiqətən, bunda bəsirət sahibləri üçün bir ibrət vardır” (ən-Nur, 44).

Peyğəmbər (s) deyib: “Allah təala yatmır və O, yatan deyil...”

Həzrəti Əlinin (r) sözünə kəlamına gəlincə, orada deyilir: “Dünya üzünü döndərərək gedir, Axirət (bizə) üz tutaraq gəlir. Onların hər birinin oğulları var. Axirət oğullarından olun, dünya oğullarından deyil. Bu gün əməldir, hesab yoxdur. Sabah hesabdır, əməl yoxdur!”

Hörmətli bacı və qardaşlarım! Ömrümüzdən bir şam da əriyib getdi. Həyat səhifəmizdən bir səhifə də bağlandı. İlimizin biri getdi və biz bir yaş da qocaldıq. Biz sanki yekə bir torba ilə bir otağın çıxış qapısına gəldik, indi yeni bir otağın girişindəyik. Arxada qalan otaqdan bəzilərimiz torbasına sonra yolda lazım olacaq əşyaları yığdı, bəziləri isə torbasına sonradan başına bəla gətirəcək əşyaları yığdı. Yaxud da bu ömür uzun ağ xətlə davam edən bir yoldur. Qarşısı zülmət qaranlıqda itir və sonu görünmür, arxaya baxdıqda isə dumandır.

Gecə və gündüz keçir, onlar Allahın əmri ilə öz nizamını heç bir zaman itirmir və beləcə tarix öz axarı ilə davam edir. Allah təala isə bir saniyə belə yatmır, bütün etdiklərimizdən xəbərdardır.

Bu keçən il istər miladi tarixi ilə olsun, istər hicri tarixi ilə. Amma bizi hicri tarixi daha çox maraqlandırmalıdır. Niyə müsəlmanların hesabladığı yeni təqvim hicri tarixi adlanır?! Çünki onlar o ildə hicrət etdilər, nəyi isə tərk edib, nəyə isə üz tutdular. İndi müsəlmanların ömründən aylar və illər keçir, amma halımız eynidir. Nə mənada eynidir? Çünki qəflət və unutqanlıq yuxusunda batıb qalmışıq, dəyişmirik. Rəhmanın əmrləri təxirə salınıb, şeytanın fərmanları isə icra olunur.

Ömrümüzdə yeni bir səhifə açıldı. Çevirdiyimiz səhifəni bir daha oxuyub baxdıqmı ki, nələri etmişik və nələri pozmağa gərək var? Yaxşı, bəs yeni səhifəyə hansı cümlə ilə başlamışıq, hansı qələmi götürmüşük və nə vaxtdan başlamışıq yazmağa? Səhabələr həyatlarını Allahın buyurduğu kimi yaşamaq üçün vətənlərini tərk etdilər, Rəbblərinə yaxın olmaq üçün yeni həyata üz tutdular, bu onlar üçün ağır olsa belə. Bəs biz bizi sökən və dağıdan pis vərdişlərimizdən hicrət edə bilirikmi? Keçən il etdiyimiz səhvləri və xətaları bu il tərk etməyə əzmlə qərar vermişikmi? Allah üçün və səadətimizə çatmaq naminə hansı istək və arzularımızdan keçmək iqtidarındayıq?

Həyatımız və ömrümüz ardı-ardına keçən illərdir. Onlardan bizə qalan isə xatirə və acılardır. Ötən il öz çadırını yığışdırıb çıxıb getdi, amma kimlərsə qurtulanlar siyahısına yazıldı, kimlərsə ömürlük bədbəxt oldular. Neçə uşaq yetim qaldı, neçəsi dünyaya gəldi. Neçə xəstə sağaldı və neçə sağlam torpaq altındadır. Evlər var yas keçirir, evlər var şənlikdədir. İnsan var gününün bitməsini istəmir, insan var bezdiyindən vaxt öldürür. İlin bitməsilə insanların arzu və istəkləri də dəyişir və fərqlənir. Dustaq bir ilinin də azalmasına sevinir. Kirayəçi illik pulunu almaq həvəsindən həyəcanlanır. İşçi yeni ildən vəzifəsinin yüksəlməsinə fərəhlənir. Kədərlənən və hüzn içində olanları isə saymaq istəmirik. Hər şey bitir, qurtarır və yox olur, yaxud dəyişir. Allah təala isə buyurur; “Əvvəl də, Axır da, Zahir də, Batin də Odur. O, hər şeyi bilir”(əl-Hədid, 3). “Onun Üzündən başqa hər şey məhv olacaqdır”(əl-Qasas, 88). “Yer üzündə olan hər kəs ölümə məhkumdur. Ancaq Rəbbinin əzəmətli və kəramətli Üzü əbədidir”(ər-Rəhman, 26-27).

Ağıl sahibi isə hər saniyəsinin qədrini bilir, onu lazımınca qiymətləndirir. Hər saniyəsindən elə istifadə edir, onu elə istismar edir ki, sonradan ona fayda gəlsin. Hal-hazırda tam sağlam, heç bir xəstəlikdən şikayət etmirsən, Allahın verdiyi səhhətinlə ləzzət alırsan, amma hər şey bir anlıqdır, həmin an isə artıq gec olur, yalnız peşmanlıq ağrısı qalır. Bilirsinizmi, Peyğəmbərimiz (s) insanın sağlamlığı haqqında nə deyib?! Buyurur ki; “İki nemət var ki, insanların çoxu onun qədrini bilməz: sağlamlıq və boş vaxt”.

Həmçinin başqa bir hədisdə deyilir: “Qiyamət günü hər bir bəndədən bu dörd sual sorulmadan heç kəs yerindən tərpənməyəcək: Ömrünü nəyə sərf etdin? Elmin (biliyin) ilə nə etdin? Malını haradan qazanmış və nəyə xərcləmişsən? Bədənini nəyə sərf etmişsən?”

Yeni ilə yeni qədəm basmışıq və sizə tövsiyələrimizi yazıb yormayacayıq. Məsləhətlər və nəsihətlər çoxdur, bir-bir oxuyub aşağı düşdükcə onsuz da yuxarıda oxuduqlarımızın hamısı yadımızda qalmır. Ən əsas özümüzü doğrultmağa çalışaq, nəfsimizlə mübarizə aparmağa cəhd göstərək. Hər bir müsəlman bəndə bilməlidir ki, o, öz nəfsinə və himayəsində olana görə məsuliyyət daşıyır. Peyğəmbər (s) buyurub: “Hər biriniz himayədarsınız və hər biriniz himayəsində olana görə məsuliyyət daşıyır”.

Hər birimiz məsuliyyət daşıdığımız işi düzgün, tam və vaxtında görsək və himayəmizdə olan şeylərə düzgün riayət etsək, cəmiyyət düzələr və islah olunar. Biz məsuliyyətimizi hiss etməsək və öhdəmizdə olan işlərin əhəmiyyətini dərk etməsək, o zaman hər şey dağılacaq və halımız da pisləşəcək. Bunların hamısından isə sonunda özümüz cavabdehik.


Geri dön

_RONALDO_

  • 13 mart 2011 11:20
  • Məqalə: 303
  • Şərh: 10753
  • Bal:
спасибо за новость

--------------------

Ulya

  • 22 sentyabr 2010 11:16
  • Məqalə: 1911
  • Şərh: 13813
  • Bal:
{awards}
tesekkurler baciwim

Grace_Angel

  • 21 sentyabr 2010 20:15
  • Məqalə: 654
  • Şərh: 2278
  • Bal:
{awards}
Tewekkurler......Maraqli xeberdi,hamsini oxudum......ALLAH RAZI OLSUN!!!

--------------------

Kisa_Kiss

  • 21 sentyabr 2010 18:17
  • Məqalə: 431
  • Şərh: 1308
  • Bal:
{awards}
recourse спасибо за новость

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 29
Cəmi: 56

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 8
Cəmi: 412
 
Nergiz__Sirinova
Xəbərləri: 3
Cəmi: 349
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1137
 
Ufuk Kazimi
Xəbərləri: 1
Cəmi: 1
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 773
 
 
{slinks}