Qadınları asılı vəziyyətə salan vasitə

 
Qadınları asılı vəziyyətə salan vasitə


Bir gün işdən evə gedəndə, avtobusda yanımda əyləşən xanımın telefonuna zəng gəldi. Bir müddət telefonla danışan qadın, artıq diqqətimi cəlb etdi və söhbətinə qulaq asmağa başladım. Rəfiqəsinin nişanını qaytarmasından gileylənən gənc xanım, yaman dərdli danışırdı. Hətta nişanın qaytarılma səbəbindən də xəbərim oldu. Rəfiqəsi nişanlısının 3 yaşında qeyri-rəsmi oğlu olduğunu öyrəndiyi üçün ailə həyatı qurmaqdan imtina edib. Söhbətin sonrakı mərhələsində isə gəlin-qaynana, gəlin-baldız münasibətləri, sözün əsl mənasında, müzakirə olundu, daha doğrusu pisləndi. Xanım söhbətini bitirdikdən sonra onunla salamlaşıb, söhbətləşməyə başladım. Zümrüd xanım bəlkə də jurnalist olduğumdan xəbərsiz olduğu üçün rahatca suallarıma cavab verdi.

Telefonla danışmaq, biz qadınların gündəlik olaraq etməsi vacib olan işlərdəndir. Necə deyərlər, onsuz işimiz keçməz. Zümrüd xanımdan, gündəlik olaraq, nə qədər telefonla danışdığını və ən çox mobil yoxsa şəhər telefonuna üstünlük erdiyini soruşdum. O, bildirdi ki, subay vaxtı demək olar, gündə 4-5 saat rəfiqələrilə söhbətləşirmiş, evlənəndən sonra isə daha az danışmağa məcbur olub.

Qadınları asılı vəziyyətə salan vasitə

"Qaynanamla yaşadığım üçün isə əsas söhbətlərimi mobil telefonla öz otağımda edirəm ki, xəbər tutmasın. Əslinə qalsa, qaynanam telefonla məndən daha çox danışır. 5 baldızım var, gündəlik olaraq, hər qızı ilə yarım saat danışmağı bəsimizdir. Başqa zəngləri hələ demirəm...”

Bir rəfiqəm var, adı Sevdadır, gecə saat 12-dən səhərə kimi telefonu məşğul olur. Son vaxtlar əksər mobil operatorlar abonent cəlb etmək üçün gecədən səhərə kimi danışıqların qiymətini endirib, hətta bəziləri ümumiyyətlə, pulsuz edib. Bundan istifadə edən əksər gənclər də gecədən səhərə kimi yatmayıb, telefonla danışırlar. Maraqlıdır, gecədən səhərə kimi yatmayıb nə qədər danışmaq olar? Danışmağa bu qədər çox mövzu varmı? Bu, sağlamlıq üçün nə dərəcədə təhlükəsizdir? Düzü, marağımı cəlb edən bu sualların cavabını rəfiqəmdən soruşdum. Dedi ki, gecədən səhər saatlarına kimi sevgilisilə danışır.

Qadınları asılı vəziyyətə salan vasitə

"Son günlər bizim kimi bir çox dostlarımız gecə balanslarından istifadə edib söhbətləşməyi sevirlər. Həm də yay olduğundan, hamımız tətildəyik deyə, gec yatırıq. O ki qaldı nə danışdığımıza, əgər bir insanı sevirsənsə və maraqlarınız eynidirsə, onda söhbət bitmir, əksinə, heç ayrılmaq istəmirsən. Bunun nə olduğunu başa düşmək üçün sadəcə olaraq, bunu yaşamaq lazımdır”.

Psixoloqlar 16 yaşına çatmayan uşaqların mobil telefondan istifadə etməsinə icazə verməmək barədə xəbərdarlıq etsələr də, 1-ci sinfə gedən məktəblinin belə, çantasına mobil telefon qoyub dərsə yola salırıq. Əksər ailələrdə isə uşaqlar 4-5 yaşlarında olmalarına baxmayaraq, artıq mobil telefonun bəzi funksiyalarından istifadə etməyi bacarırlar. Bir tanışım var, adı Gülnarədir. Bu il məktəbin 10-cu sinfində təhsil almalı olduğuna baxmayaraq, 6-cı sinifdən mobil telefon istifadə edir. Təzəlikcə, sevgi münasibəti yaşamağa başlayan yeniyetmə xanımımız artıq özünü mobil telefonsuz təsəvvür edə bilmədiyini etiraf edir. “Mobil telefon artıq mənim həyatımın ən əsas əşyalarından birinə çevrilib. Hətta etiraf edə bilərəm ki, bir gün ac qalmağım daha asandır, nəinki telefonsuz. Sevgilimlə gündüzlər sms-ləşib, gecələr danışırıq. Yay tətili olduğuna görə onu tez-tez görə bilmirəm. Yeganə çıxış yolum isə mobil telefondan istifadədir”.

Qadınları asılı vəziyyətə salan vasitə

Düzü, Gülnarənin bu qədər telefonla danışmasının ödənişi marağımı cəlb etdi və ondan bu problemin öhdəsindən necə gəldiyini soruşdum. "Sevgilimlə danışmaq üçün mən heç bir qəpik də xərcləmirəm. Bütün telefon danışıqlarını o ödəyir. Hətta işlətdiyim nömrəni mənə hədiyyə alıb. Hansı ki, o nömrəni sevgilimdən başqa heç kim bilmir və gündəlik olaraq o, mənim nömrəmə kontur yükləyir ki, rahat yazışa bilək” - dedi. Son olaraq isə Gülnarə xanım bildirdi ki, yaşadığı sevgi münasibətindən valideynlərinin xəbər tutmaması üçün bunu etməyə məcburdur və etdiyi hərəkətin düzgün olmadığını çox gözəl bilir.

Evdar qadınlar da gününü telefonsuz təsəvvür edə bilməyənlərdəndir. Gündəlik qeybətlər, qonşular haqqında müzakirələr, qaynananın, baldızın ən son macəraları, yeni ailə həyatı quranlar, sevənlər, ayrılanlar bir sözlə, ətraf aləmdə baş verən hər şey həmin telefon danışıqlarında müzakirə olunur və daha geniş kütləyə yayılır. Evdar qadınların əksəriyyətinin həyat yoldaşlarının şəhər telefonlarına nifrət etməsi isə artıq dəb halını alıb.

Qadınları asılı vəziyyətə salan vasitə

Zəhra xanım da evdar qadındır və gündəlik ən azı, 3 saat telefonla danışdığını səmimi etiraf edir. Telefonla danışmaq asılılığı yaşayan xanım deyir ki, "əgər evdə telefon işləməsə, elə bilirəm ki, evimin bir divarı uçub və ya hər şeyim itib. Özüm kimi bir çox evdar rəfiqələrim var və ev işlərini gördükdən sonra müzakirələr etmək bizdə artıq adət halını alıb. Hər insanın gündəlik bir işi olur, bizim işimiz iə budur. Həyat yodaşım əvvəllər şikayət edirdi, amma artıq o da buna öyrəşib və normal qarşılayır”.

Xanımlarımızın telefonla danışmaq səbəblərini və buna münasibətlərini öyrəndik. Hər birinin özünə görə haqlı olması isə şübhəsizdir.

Cinsindən asılı olmayaraq, hər abunəçiyə telefon vasitəsilə yalnız xoş xəbərlər eşitmələri arzusu ilə...


Mənbə- Araşdırmalar


Geri dön

only-girl

  • 10 sentyabr 2011 05:51
  • Məqalə: 1002
  • Şərh: 5000
  • Bal:
Əməyə hörmət,təşəkkürlər edirəmm amma ernirem bu boyda oxumagi

--------------------

Dj_Tural

  • 9 sentyabr 2011 20:03
  • Məqalə: 852
  • Şərh: 1584
  • Bal:
{awards}
xebere gore tesekkurler...men en cox mobil telefonla danissiram...gunde minimum 30-35 deq...en cox danisdigim ise axsam saat 8den gunorta 5in yarina kimi...yeni20saat yarim ama arada texminen 1-2 saat fasile olub oda yuxu tutanda...))))))))))))))))

--------------------
Usaq Musaq Dostluq Gondermesin.Bezmisem Redd Elemekden..

lonely crazy girl

  • 9 sentyabr 2011 16:25
  • Məqalə: 11
  • Şərh: 526
  • Bal:
{awards}
men hem mobil telefon ile hem de ev telefonu ile danisiram ama gunde en cox yarim saat danisiram... belay

--------------------
(ړײ)♥ℒℴѵℯ ♥(ړײ)(ړײ)♥ℒℴѵℯ ♥(ړײ)

music_angel

  • 9 sentyabr 2011 15:13
  • Məqalə: 212
  • Şərh: 7638
  • Bal:
{awards}
heqiqeten indi telefon hamimizin ayrilmaz vasitesidir

--------------------

Cilent_M.Q

  • 8 sentyabr 2011 19:05
  • Məqalə: 87
  • Şərh: 2580
  • Bal:
{awards}
twkller

--------------------

SeL_cAn

  • 8 sentyabr 2011 17:30
  • Məqalə: 19
  • Şərh: 962
  • Bal:
{awards}
Telefonumdan tez-tez ayrı qalıram.Elə vaxt olur ki istesem də yaxın düşə bilmirəm(( Çünki, mamam alıb söndürür))

--------------------
SÖZLƏRİM ÖPSÜN BAXIŞLARINI
XƏYALIM RUHUNU ÖPDÜYÜ KİMİ

Ay Üzlü

  • 8 sentyabr 2011 17:21
  • Məqalə: 395
  • Şərh: 6067
  • Bal:
{awards}
Arzunuz ucu xeber ucun cox sag olun amma men o qederde telefonla daniwmiram cunki aram yoxdu sadece lazim olandan olana iwledirem.Telefondan asli olamaq ozu bir xestelikdi

Delya_91

  • 8 sentyabr 2011 14:54
  • Məqalə: 319
  • Şərh: 5162
  • Bal:
{awards}
Yatanda da telefn hemise yanimda olur,ama sessizde)))

--------------------
"Camaat nə deyər" ifadəsi qədər divarları hündür bir hebsxana yoxdur...

ŞƏHLA

  • 8 sentyabr 2011 14:16
  • Məqalə: 0
  • Şərh: 520
  • Bal:
{awards}
TELEFONSUZ HEYAT TESEVVUR ETMEK OLMAZ!!! HEYATIMIZIN AYRILMAZ HISSESIDI CUNKI. ARAWDIRMAYA GORE TEWEKKURLER!!!

--------------------
ƏN TEZ ALDANAN DA QADINLARDIR, ƏN TEZ ALDADAN DA...

RAY OF MOON

  • 8 sentyabr 2011 13:53
  • Məqalə: 0
  • Şərh: 226
  • Bal:
{awards}
Chox sagol maraqli xeberdi, men ne mobilniden nedeki ev telefonundan choxda istifade etmirem, ev telefonuna zeng gelende umumiyyetle goturmurem, herden mecbur olub gotururem odaki evden hech kim goturmur mecburam men goturum wink

--------------------
Unutduqlarini xatirla, itirdinse axtar, darixdinsa get tap, incitdinse uzr iste, incidinse bagishla... CUNKI HEYAT CHOX QISA!!!

Iriska

  • 8 sentyabr 2011 13:36
  • Məqalə: 253
  • Şərh: 1227
  • Bal:
{awards}
Maraqli idi cox sagol.....

--------------------
Demədimmi bu həsrət öldürər səni, ay dolanıb keçər, yalnız qalarsan, hər gün ah deyib açı çəkərsən. Ürəyim sənə bu cür sevmə demədimmi!

Ada...07

  • 8 sentyabr 2011 13:30
  • Məqalə: 46
  • Şərh: 2750
  • Bal:
{awards}
Maraqli arawdirmadi, her bir insan telefonla elaqeni sevir, kimi ev telefonu ile kimi ise ceb telefonu ile. telefon artiq her birimizin vaz kecilmezi olub, telefonsuz heyeti tesevvur bile etmek olmaz, amma lap awiri unsiyyetde insani bezdirerde, hal buki bezmeyenlerde var...

Maraqli arawdirma ucun minnetdaram size...

--------------------


Fatime_19

  • 8 sentyabr 2011 13:27
  • Məqalə: 1
  • Şərh: 512
  • Bal:
{awards}
[b]maraqli xeberdir,men telefonla danismaqi sevmirem .danisan vaxtlarimda da mecbur oluram.[/b]

--------------------
HEDEFI OLMAYAN GEMIYE,HEC BIR RUZGAR YARDIM EDEMEZ!

Мой Мир

  • 8 sentyabr 2011 13:19
  • Məqalə: 722
  • Şərh: 5845
  • Bal:
{awards}
maraqli xebere gore twk edirem

--------------------
∞♥

Deniz

  • 8 sentyabr 2011 13:08
  • Məqalə: 338
  • Şərh: 3784
  • Bal:
{awards}
Yeqin ki eledir......men en cox refiqelrimile mobilde danisiram nein ki ev telefonunda.....wk

sevgi meleyim

  • 8 sentyabr 2011 13:03
  • Məqalə: 25
  • Şərh: 1595
  • Bal:
{awards}
XEBERE GORE TWKK

--------------------
Gedene Uzulme.Sevseydi Getmezdi...Gelene Sevinme,O da Bawqasindan Gelib..

kiki-miki

  • 8 sentyabr 2011 13:03
  • Məqalə: 0
  • Şərh: 31
  • Bal:
{awards}
maraglidi xebre gore twkler... men evtelini uzunde baxmiram eksine zeng gelendee esbden olurem..... telnen daniwmagdan xowum gelmir ferqi yoxdu seher mobil..... hovselem catmir twk.... wink

Jasmin45

  • 8 sentyabr 2011 12:48
  • Məqalə: 43
  • Şərh: 1083
  • Bal:
{awards}
Maraqlı araşdırmalardır..Həqiqətən də telefon insan həyatında başlıca yer alandır,bir çox insanlar özlərini onsuz təsəvvür belə edə bilmirlər,bağlılıq olub artıq onlarda...Nə bilim,maraqlıdır yəqin feel belay
Əməyə hörmət,təşəkkürlər edirəmm winked

--------------------

Tək istədiyim üzüyünü taxım və deyim "Artıq səninəm"=)

RADUQA

  • 8 sentyabr 2011 12:40
  • Məqalə: 17
  • Şərh: 604
  • Bal:
{awards}
tewekkurler...
amma onuda deyekki telefon bezi hallarda insani tenhaliqdan xilas etmeye qadirdi!!!!

--------------------
MENI OZUNE BENZETDIN.....AMMA OZUN SANMADIN ....!!!!!!!

lema

  • 8 sentyabr 2011 12:34
  • Məqalə: 0
  • Şərh: 2659
  • Bal:
{awards}
maraqli movzu idi.vallah bizim evde telefonun uzune baxanda yoxdu smile ona gorede mene qeribe gelir

--------------------
Feridem yanımda olmasan bele sen hemişe menim qelbimde yawayacaqsan...

Sirli Melek

  • 8 sentyabr 2011 12:19
  • Məqalə: 0
  • Şərh: 5022
  • Bal:
{awards}
MARAQLI YAZIDIR))) EV TELEFONU İLƏ DEMƏK OLARKİ AZ DANIŞIRAM. MOBİL TEL İLƏ İŞLƏ ƏLAQƏDAR ÇOX DANIŞIRAM.

--------------------
SADƏLİK GÖZƏLLİKDİR !

PELIN_ATABAY

  • 8 sentyabr 2011 12:14
  • Məqalə: 86
  • Şərh: 1606
  • Bal:
{awards}
l hove no idea

--------------------

KRiPToS

  • 8 sentyabr 2011 11:59
  • Məqalə: 555
  • Şərh: 2013
  • Bal:
{awards}
Superbb))))))) wink

--------------------

Mefistofel

  • 8 sentyabr 2011 11:54
  • Məqalə: 8
  • Şərh: 380
  • Bal:
{awards}
no no

✰GlaMurKa✰

  • 8 sentyabr 2011 11:53
  • Məqalə: 847
  • Şərh: 9529
  • Bal:
{awards}
ilk serh menden tesekkurler

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 9
Qonaqlar: 40
Cəmi: 78

 

Top 10 Müəllif

The Shield
Xəbərləri: 63
Cəmi: 158
 
ραყιȥ
Xəbərləri: 60
Cəmi: 140
 
NIGAR
Xəbərləri: 51
Cəmi: 796
 
lamiye_2001
Xəbərləri: 36
Cəmi: 36
 
♔Hе важно∞
Xəbərləri: 34
Cəmi: 246
 
Nergiz__Sirinova
Xəbərləri: 27
Cəmi: 508
 
AyliN BunyaminovA
Xəbərləri: 24
Cəmi: 471
 
..::Kitty::..
Xəbərləri: 9
Cəmi: 9
 
Sol Meleyim
Xəbərləri: 4
Cəmi: 57
 
Emrah_babayevv
Xəbərləri: 2
Cəmi: 2
 
 
{slinks}