"Siddiqə əş-Şəhidə"

 
"Siddiqə əş-Şəhidə"

Meracda Fatimənin (s) şəhadət xəbəri
[color=#CC33CC]İmam Sadiqdən (ə) nəql olunan rəvayətdə deyilir: -"Peyğəmbəri (s) meraca apardılar. Allah ona vəhy etdi: "Səbrinin dərəcəsini ölçmək üçün üç şeylə səni imtahan edəcəyəm".
Həzrət (s) buyurdu: -"Əmrinə tabeyəm, mənim güc və qüvvətim yalnız Səndəndir!" Sonra soruşdu: -"O üç şey hansılardır?"
Haqdan nida gəldi: -"Əhli-beytinin səndən sonra qətli və şəhadəti … qızın Fatimə, ona zülm edib haqqını mənimsəyəcəklər, onu vuracaqlar, bətnindəki uşağı siqt olacaq, icazəsiz evinə daxil olacaqlar, xarlıq evini bürüyəcək və sonda ona dəyən zərbənin şiddətindən şəhadətə çatacaq (1)".
Ömrünün son anları
Ölüm saatı yetişdi. Bu anda pərdələr çəkildi və Həzrət Siddiqeyi-Tahirə (s) iti və dərin baxışlarla dedi: -"Salam olsun Cəbrailə, salam olsun Allahın Rəsuluna (s)! Ey Yaradanım! Məni Peyğəmbərinlə (s) məhşur et və Rizvanında (cənnətin mərtəbələrindən ən üstünü), rəhmətinin kənarında, "dar əs-salam" evində mənə sığınacaq ver, məni orda məskunlaşdır!"
Sonra Fatimə xanım (s) buyurdu: -"Mən gördüyümü siz də görürsünüzmü?"
Soruşdular: -"Siz nə görürsünüz?"
Həzrət Zəhra (s) buyurdu: -"Bunlar səma əhli və Cəbraildir. Bu da Allahın Rəsuludur (s) ki, deyir: "Əziz qızım! Yanıma gəl! Çünki qarşıda olanlar sənin üçün daha yaxşıdır".
O an gözlərini açdı… və sözünə davam etdi: -"Və salam olsun sənə, ey can alan mələk! Canımı tez al, məni incitmə!"
Yenə buyurdu: "İlahi! Sənə tərəf gəlirəm, atəşə tərəf yox".
Sonra gözlərini yumub dünyadan getdi (2).

"Siddiqə əş-Şəhidə"

Fatimənin (s) Əsma ilə dərdini bölüşməsi
Mərhum Ərdəbili "Kəşf əl-ğiməm" kitabında rəvayət edərək deyir: Fatimə (s) atasının vəfatından sonra qırx gün yaşadı. Ölüm anı yetişən ərəfədə Əsmaya dedi: "Cəbrail Peyğəmbər (s) üçün cənnətdən kafur gətirdi. Allahın Rəsulu (s) onu üç yerə böldü; bir qismini özü üçün, digər qismini Əli (ə) üçün, üçüncü qismini isə mənim üçün ayırır ki, onun ağırlığı qırx dirhəm ağırlığındadır. İndi get mənim payımı gətir!" Sonra libasını başına çəkib buyurdu: -"Bir saat gözlə, sonra isə məni səslə! Əgər cavab verməsəm, bilki dünyadan köçüb atama qovuşmuşam".
Əsma bir saat gözlədi. Sonra irəli gələrək səslədi: -"Ey Mustafanın (s) qızı! Ey o kəsin qızı ki, ən əziz qadınlar belə onun kimisini (bətnlərində) daşımayıblar! Ey o kəsin qızı ki, ondan üstünü yer üzünə ayaq qoymayıb! Ey o kəsin qızı ki, Allaha nisbətdə məqamı "qabə qovsəyn əv ədna" (iki ox məsafəsində ya daha yaxın) idi".
Cavab gəlmədi. Əllərini ona tərəf uzatdı. Üstünə örtdüyü parçanı Fatimənin (s) üzündən kənara çəkdi və xanım Zəhranın (s) artıq dünyasını dəyişdiyinin şahidi oldu.
Əsma özünü Zəhranın (s) üstünə atdı. Onu öpə-öpə deyirdi: -"Fatimə can! Atanın yanına gedən zaman, Umeysin qızı Əsmanın salamını ona çatdır!" (3).

"Siddiqə əş-Şəhidə"

Fatimə Zəhranın (s) vəsiyyətnaməsi
Əli ibn Əbu Talib (ə) Fatimənin (s) yatağının kənarına gəldi, pərdəni onun üzündən çəkən zaman Xanımın (s) vəsiyyətnaməsini gördü. Vəsiyyətnamə bu məzmunda idi:
"Bismillahir-Rəhmanir-Rəhim
Bu Allahın Peyğəmbərinin qızı Fatimənin (s) vəsiyyətnaməsidir. Bu cənnət və cəhənnəmin haqq olmasına onun şəhadətidir. Şəkk və şübhə edilməyən qiyamət günü gələcək və Allah-təala insanları o gün qəbrlərindən dirildəcək, qaldıracaqdır.
Ey Əli! Mən Məhəmmədin (s) qızı Fatiməyəm (s). Allah-təala dünya və axirətdə sənin olmağım üçün məni xanımın qərar verdi. Sən məsuliyyətlərimi öhdəyə almaqda başqalarından daha layiqlisən. Mənə gecə qüsl ver, gecə kəfənlə, gecə namazımı qıl və gecə dəfn et! Səninlə vidalaşanadək heç kimə bu barədə demə! Səni Allaha tapşırıram. Mənim övladlarıma qiyamətədək salamlarımı çatdır!" (4)

"Siddiqə əş-Şəhidə"

Həzrət Əlinin (ə) Fatimə (s) üçün mərsiyə oxuması
İmam Əli (ə) Həzrət Zəhranı (s) gecə yarısı dəfn edəndən sonra qəbrin kənarında durdu. Bir şeir zümzümə etdi ki, bu məzmundadır:
"Hər bir cəmiyyətdə iki əl nəticədə bir-birindən ayrılacaq. Bütün bunlar ayrılıq və ölüm zamanı olur.
Peyğəmbərdən (s) sonra Fatiməni (s) itirmək, dostluğun daimi olmadığına sübutdur".
Həmçinin rəvayət olunub ki, Fatimənin (s) vəfatından sonra Əli (ə) bu şeiri oxudu:
"Canım nadanların arasında (bədənimdə) həbs oldu. Ey kaş nadanlar içində qalmaqdansa canım çıxaydı!
Səndən sonra dünya həyatında heç bir xeyir yoxdur Zəhra (s)! Dünya həyatının uzun olacağı üçün ağlayıram"(5).

"Siddiqə əş-Şəhidə"


Geri dön

music_angel

  • 9 sentyabr 2011 15:08
  • Məqalə: 212
  • Şərh: 7767
  • Bal:
Allah razi olsun sizden

--------------------

Cilent_M.Q

  • 8 sentyabr 2011 19:50
  • Məqalə: 87
  • Şərh: 2628
  • Bal:
{awards}
twkller

--------------------

Ay Üzlü

  • 8 sentyabr 2011 17:43
  • Məqalə: 395
  • Şərh: 6159
  • Bal:
{awards}
Allah razi olsun

breaking dawn

  • 8 sentyabr 2011 16:01
  • Məqalə: 12
  • Şərh: 1041
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN!!!!

Мой Мир

  • 8 sentyabr 2011 13:34
  • Məqalə: 722
  • Şərh: 5996
  • Bal:
{awards}
allah razi olsun twk edirem bele deyerli xebere gore

--------------------
∞♥

PELIN_ATABAY

  • 8 sentyabr 2011 12:32
  • Məqalə: 86
  • Şərh: 1637
  • Bal:
{awards}
АЛЛАХ разı олсун,çох мараялı,дəыəрли бир язıдıр...


--------------------

Jasmin45

  • 8 sentyabr 2011 12:02
  • Məqalə: 43
  • Şərh: 1124
  • Bal:
{awards}
ALLAH razı olsun,çox maraqlı,dəyərli bir yazıdır...

--------------------

Tək istədiyim üzüyünü taxım və deyim "Artıq səninəm"=)

devyjones

  • 8 sentyabr 2011 11:50
  • Məqalə: 58
  • Şərh: 823
  • Bal:
{awards}
Allah Razı OlsunşXanımlar Xanımı Fatimə(s.ə) Peyğəmbərin Reyhanı.Allah Bizləri o insanların Davamçılarından eyləsin

--------------------
Dost istəsən ALLAH
Söhbət istəsən QURAN
Düşmən istəsən NƏFS
Varlanmaq istəsən QƏNAƏT

HaYaliM

  • 8 sentyabr 2011 11:44
  • Məqalə: 144
  • Şərh: 4372
  • Bal:
{awards}
Allah razi olsun

--------------------

Elə yaşa ki atanın qözlərində utanc,ananın gözlərində yaş görməyəsən.

✰GlaMurKa✰

  • 8 sentyabr 2011 11:43
  • Məqalə: 847
  • Şərh: 9733
  • Bal:
{awards}
ALLAH razi olsun cox sag olun

Mefistofel

  • 8 sentyabr 2011 11:16
  • Məqalə: 8
  • Şərh: 384
  • Bal:
{awards}
İlk şərh məndən.. təşəkkürlər

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 5
Qonaqlar: 30
Cəmi: 68

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 27
Cəmi: 542
 
♔Hе важно∞
Xəbərləri: 21
Cəmi: 89
 
Nergiz__Sirinova
Xəbərləri: 12
Cəmi: 409
 
Sol Meleyim
Xəbərləri: 8
Cəmi: 11
 
AyliN BunyaminovA
Xəbərləri: 4
Cəmi: 390
 
cuppuş))
Xəbərləri: 3
Cəmi: 3
 
Nazrin
Xəbərləri: 2
Cəmi: 11
 
genclik_usaqi
Xəbərləri: 1
Cəmi: 1
 
✰_DeLNoLiNi_✰
Xəbərləri: 1
Cəmi: 156
 
 
{slinks}