Səni dəyişdim

 
  • 21.09.2010, 21:13
  • Bölmə: Sevgi
  • Müəllif: HENRY
Səni dəyişdim

Sahilində tək tənha...
Üzməyi bacarmadım. Hey baxdım üfüqlərə, dəyişməyini gözlədim.
Sanki, üzməyi bacaracaqmış kimi...
Qızmar günəşin isti hərarəti, qumlu torpağın narın görünüşü, sərin suyun sahilə acizanə çırpınışı və Sən...
Adsız yüksəkliklərin buz kimi havası, zirvələrdən coşaraq çayların coşqulu axını, ağacları bir-birinin ardınca düzülən meşəliklər və Sən...
Səni dəyişmədim, heç kimsəyə, heç nəyə, amma sənə görə dəyişdim...
Mən istəmədim sənsizliyi...
Sanki, ümid bağlayacaqmış kimi...
Fərqli yerlərdə oldum. Həmin yerlərdə fərqi hiss etməyə çalışdım. Zaman elə həmin zaman... Məkan isə olduğumdan çox uzaqlarda... Sən, bu dəfə də mənim idin. Səni, dəyişmək istədim, amma bu dəfə də alınmadı... Bəlkə də hələ çox tez idi. Yeni məkanlar axtardım...
Sanki, fərqli məkanlar tapacaqmış kimi...
Susmağımı çarəsizlik bilib, ifadələrimi dəyişdim. Sözləri bir-birinin ardınca düzüb sənə cümlələrimi ifadə etməyə çalışdım.
Sanki, ürəkdolusu danışacaqmış kimi...
Yazarkən coşduran, coşarkən yazdıran hisslərimi dəyişdim. Hər yerdə bir xatirənin olduğunu anladım. Hər xatirənə bir məqalə həsr etdim. Səndən yazdım, vərəq-vərəq... Sanki, dəlicəsinə sevəcəkmiş kimi...
İsti nəvazişini fürsət bilib, səninlə olmaq üçün dəyişdim. Yalnız səninlə nəfəs ala biləcəyimi hiss etdim. Təkcə mənim olmanı arzuladım. Amma bu mümkün deyildi. Səni bir kənarda gizlətdim. Sanki, həmişə mənim olacaqmış kimi...
Bilirəm, az qalıb, hər il olduğu kimi, səni yenə dəyişəcəm Payıza... Sən gedəcəksən... Öz isti hərarətini başqalarına bəxş edəcəksən. Mən səndən doymamış, yenə tək buraxdın məni...

Səni dəyişdim
Dəyişdim...
Səni Payıza dəyişdim...
Sonra Qışa, sonra Yaza dəyişdim...
Heç mənim olmadın ki...
Əlvida Yay fəsli...
Səni yenə gözləyəcəm...
Hələlik...


Geri dön

KaRola_16

  • 21 avqust 2011 07:29
  • Məqalə: 185
  • Şərh: 4209
  • Bal:
TEWEKKURLER...

--------------------

sevgi yalandir

  • 15 oktyabr 2010 17:11
  • Məqalə: 538
  • Şərh: 7367
  • Bal:
{awards}
TEWEKKURLER MEN NE QEDER CALISDIM ONU DEYISE BILMEDIM

--------------------
Bəzən gülərsən xoşbəxtmiş kimi .. Bəzən sevərsən ilk kezmiş kimi .. Hər səfərində gedənin arxasından ağlarsın sanki değermiş kimi .. Bəzən susayar son kezmiş kimi .. Bəzi şeylərə inanarsan doğruymuş kimi .. Sonra oyanar gerçəkmiş kimi .. Təsirində qalarsan oradan qovulmuş kimi .. Ən sonuna anlarsan yanılmış .. HƏR ZAMAN OLDUĞU KİMİ .. Və mən hələ bir ümidlə gözləyirəm sanki geri dönecekmiş kimi.........

Kisa_Kiss

  • 24 sentyabr 2010 09:47
  • Məqalə: 431
  • Şərh: 1308
  • Bal:
{awards}
ой спасибо очень понравилось feel

--------------------

Ulya

  • 22 sentyabr 2010 11:07
  • Məqalə: 1911
  • Şərh: 13813
  • Bal:
{awards}
cox sagol gozel yaziya gore

MiYasKa KrEoZi

  • 22 sentyabr 2010 03:06
  • Məqalə: 35
  • Şərh: 699
  • Bal:
{awards}
SenSizLik...... recourse eEh

--------------------

Ceyhun

  • 21 sentyabr 2010 21:26
  • Məqalə: 1
  • Şərh: 45
  • Bal:
{awards}
Unutdum seni...

--------------------
Yene tekem, yene qefes....

Hemen ki adamam, amma bashqa heves....
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 8
Qonaqlar: 45
Cəmi: 82

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 32
Cəmi: 543
 
♔Hе важно∞
Xəbərləri: 21
Cəmi: 90
 
Nergiz__Sirinova
Xəbərləri: 15
Cəmi: 412
 
Sol Meleyim
Xəbərləri: 9
Cəmi: 11
 
AyliN BunyaminovA
Xəbərləri: 4
Cəmi: 391
 
cuppuş))
Xəbərləri: 3
Cəmi: 3
 
Nazrin
Xəbərləri: 3
Cəmi: 11
 
genclik_usaqi
Xəbərləri: 1
Cəmi: 1
 
✰_DeLNoLiNi_✰
Xəbərləri: 1
Cəmi: 156
 
 
{slinks}